Qısa günorta yuxusu idrak qabiliyyətini və yaradıcılığı artırır.
Musavat.com xəbər verir ki, bu barədə "Psypost" nəşri yazıb.
Amerikalı alimlər müəyyən ediblər ki, gün ərzində qısa yuxu iş tapşırıqlarını, xüsusilə mürəkkəb olanları daha sürətli və effektiv yerinə yetirməyə kömək edir.
Eksperiment zamanı yatıb dincələn iştirakçılar sadəcə işə fasilə verənlərlə müqayisədə daha yaxşı nəticələr göstəriblər.
Alimlər bunu yuxunun yaddaşlar arasında əlaqələri gücləndirməsi və düşüncəni stimullaşdırması ilə izah edirlər.
Hətta cəmi 13 dəqiqəlik yuxu belə beynin fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.