Azərbaycanda kredit faizləri niyə artır? – Ekspert 3 əsas səbəbi açıqladı
Mərkəzi Bankın açıqladığı sonuncu məlumata görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 13,19% olub.
Yeniavaz.com xəbər verir ki, kreditlər üzrə orta faiz dərəcəsi son bir ildə 0,61 faiz bəndi artıb.
Qeyd edək ki, ötən ilin əvvəlinə olan məlumatda göstərilib ki, kreditlər üzrə orta faiz dərəcəsi 12,58% olub.
Onu da bildirək ki, milli valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi daha yüksək – 14,66% olub.
Son bir ildə kredit faizlərinin artmasına münasibət bildirən iqtisadçı-ekspert Allahverdi Aydın Yeniavaz.com-a açıqlamasında bildirib ki, Azərbaycanda kredit faizlərinin yüksək olmasının müxtəlif səbəbləi var:
“Kredit faizlərinin yüksək olmasının əsas səbəbi bu sahədə ciddi rəqabətin olmamasıdır. Ötən ilin sonuna olan məlumata görə, banklar tərəfndən ümumilikdə 27,5 milyard manat kredit verilib və bunun yarıdan çoxu – təxminən 15 milyard manatı 3 bankın payına düşüb. Əhalinin banklardan aldığı 8,4 milyard manatlıq istehlak kreditinin isə 4,7 milyardı 2 bank tərəfindən verilib. Belə olan halda bu sahədə rəqabət aşağı düşür və nəticədə faizlərin yüksək olmasına gətirib çıxarır.
Başqa bir əhəmiyyətli səbəb isə odur ki, ölkədə real inflyasiya səviyyəsi yüksəkdir. Açıqlanan rəsmi məlumata görə, ötən ilin dekabr ayında ölkədə 5% inflyasiya olub. Lakin bankların kredit faizlərini yüksəltməsi həm də onu göstərir ki, real inflyasiya daha yüksəkdir. Çünki bank faizləri ölkədəki inflyasiya səviyyəsindən birbaşa asılıdır. Banklar kreditlərə daha yüksək faizlər tətbiq etməklə inflyasiya səbəbindən pulun itirilən dəyərini kompensasiya edirlər. Yəni, inflyasiya pulun dəyərinin azalmasına səbəb olduğundan, banklar pullarını dəyər itkisindən qorumaq üçün faizləri yüksək saxlayırlar”.
Allahverdi Aydın
Ekspert faizlərin yüksək olmasının başqa bir səbəbi kimi, manatın devalvasiya riskinin yüksək olmasını göstərir:
“Manatla verilən kreditlərin orta faiz dərəcəsi xarici valyutada verilən kreditlərin orta faiz dərəcəsində təxminən 3 dəfə çxdur. Bu da onu göstəir ki, banklar manatla kredit verməyi daha riskli hesab edilər. İndiki halda qeyd etdiyimiz 3 əsas səbəb mövcud olduğu müddətdə kredit faizlərinin aşağı düşəcəyi inandırıcı görünmür. Bu səbəblər də birbaşa iqtisadiyyatın ümumi vəziyyəti ilə bağlıdır. Bunun üçün yerli istehsal artmalıdır ki, ölkə iqtisadiyyatının idxaldan asılılığı azalsın. Belə olarsa, həm idxal inflyasiyasının təsri azalmış olar, həm də manat daha az devalvasiya riski ilə qarşı-qarşıya qalar”.
- Mirmahmud Mirəlioğlu niyə görünmür?
2 fevral 2025 23:21
- Gündə 1 ədəd yesəniz, bu xəstəlikdən əsər-əlamət qalmaz
2 fevral 2025 23:10
- Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
2 fevral 2025 20:15
- Azərbaycanda əhalinin banklara nə qədər kredit borcu var? - ŞOK RƏQƏMLƏR
2 fevral 2025 19:31
- HƏRƏMXАNАDА 400 qadın saxlayаn Osmanlı sultanı Dəli İbrahim
2 fevral 2025 16:56
- Biz qəhrəman gəncliyimizlə FƏXR EDİRİK
2 fevral 2025 14:55
- SON DƏQİQƏ! Əhməd əş-Şara Türkiyəyə gedir – İLGİNC DETALLAR
2 fevral 2025 12:49
- Azərbaycan Pakistana 2 milyard dollar sərmayə yatıracaq
2 fevral 2025 11:34
- Bu gün Gənclər Günüdür
2 fevral 2025 00:12
- Azərbaycanda 255 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb - Rayonlar üzrə siyahı
1 fevral 2025 19:59
- İlham Əliyev Rüfət Əzizovu vəzifəsindən azad etdi - YENİ TƏYİNAT FOTO
03 fevral 16:30
- Deputat: Suriya bizim üçün mənəvi Vətəndir
03 fevral 14:56
- Azərbaycanda kredit faizləri niyə artır? – Ekspert 3 əsas səbəbi açıqladı
03 fevral 14:01
- Mikayıl Mirzənin oğluna yeni vəzifə verilib
03 fevral 13:23
- Məktəb direktoru həbs olundu
03 fevral 12:31
- Milli Məclisin yaz sessiyası başladı
03 fevral 12:20
- DTX və DİN 8 terrorçunu məhv etdi! ƏMƏLİYYAT ÇƏKİLİŞİ - RƏSMİ
03 fevral 11:51
- Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxdı
03 fevral 11:42
- Yenidən prezident seçilən Lukaşenko ilk səfərini bu ölkəyə edəcək
03 fevral 01:43
- Şahmatçımız beynəlxalq turnirdə ikinci oldu
03 fevral 01:37
- Məktəblilərin qış tətili bitdi
03 fevral 01:33
- Qaqauziya rəhbəri hava limanında SAXLANILDI
03 fevral 00:58
- Şamaxıda 9 yaşlı məktəbli marketdən alınan qidadan zəhərlənib öldü VİDEO
03 fevral 00:34
- Ərdoğan: Müxalifətə fikir verməyin..
03 fevral 00:01
- Sabah Suraxanıda işıq olmayacaq
02 fevral 23:39
- Mirmahmud Mirəlioğlu niyə görünmür?
02 fevral 23:21
- Gündə 1 ədəd yesəniz, bu xəstəlikdən əsər-əlamət qalmaz
02 fevral 23:10
- İsa Həbibbəylinin qardaşı haqda sensasion xəbər: 11 ton...ŞOK
02 fevral 22:03
- Rusiyada qeyri-qanuni yaşayan 670 MİN insan var – Rusiya DİN nümayəndəsi
02 fevral 21:56
- Pezeşkian Tehranda Hikmət Hacıyevi qəbul etdi - FOTO
02 fevral 21:45
- Şəkər xəstələri üçün TƏBİİ DƏRMAN: Qaynadıb qaşıq-qaşıq yeyin
02 fevral 20:29
- Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
02 fevral 20:11
- Azərbaycanda əhalinin banklara nə qədər kredit borcu var? - ŞOK RƏQƏMLƏR
02 fevral 19:31
- Türkiyəyə çatası 2 milyard dollar ABŞ-da DONDURULDU
02 fevral 19:19
- ABŞ-da 1000 həkimin arasından seçilən azərbaycanlı- Pişəvərinin bacısı nəvəsi
02 fevral 18:05
- HƏRƏMXАNАDА 400 qadın saxlayаn Osmanlı sultanı Dəli İbrahim
02 fevral 16:56
- Orqanizmi zəhərlərdən təmizləyən 5 məhsul
02 fevral 16:40
- Türkiyə parlamentinin deputatı, erməni Qaro Paylanın anti-Azərbaycan bəyanatları…
02 fevral 15:23
- Biz qəhrəman gəncliyimizlə FƏXR EDİRİK
02 fevral 14:55
- ƏHD Partiyasının Baş katibi vəfat edib
02 fevral 14:03