Biz qəhrəman gəncliyimizlə FƏXR EDİRİK

2 fevral-Azərbaycan Gəncləri Günüdür.
Artıq beşinci ildir ki, Azərbaycan gəncləri öz bayramlarını qalib ölkənin vətəndaşları kimi qeyd edirlər. 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncləri üçün də ən həlledici sınaqlardan biri oldu.Azərbaycan gənci məhz yüksək intellekt və çox güclü Vətən sevgisinin effektiv kombinasiyasının şərəfli daşıyıyıcısı kimi döyüşlərin əsas ağırlığını öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirdi və daha çox intellektual müharibə kimi səciyyələndirilən 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazdı. Vətən uğrunda şərəflə vuruşub öz adını Azərbaycan tarixinin, Azərbaycan xalqının adını isə QALİB XALQ kimi dünya tarixinın şanlı səhifəsiinə yazdıran,Şuşanı,bütün dünyada heyrət doğuran möhtəşəm hərbi əməliyyatla azad edən ordumuzun əsgər və zabitlərinin əksəriyyəti gənclərdir. Məhz onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Azərbaycan 44 günlük Vətən müharibəsindən sadəcə qalib dövlət kimi yox,həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxıb.Bu zəfər həm də xalqımıza çoxəsrlik yaddaşını, kimliyini xatırlatdı, genlərində var olan cəsarətini ayağa qaldırdı, xalqın milli mənliyini bərpa etdi və bu əsasda çox böyük sərvət olan süverenliyinini bərpa etməyi bacaran dövlət kimi ölkəmizin gələcək siyasi,iqtisadi,mədəni inkişafının yeni mərhələsinə yol açdı.Bu müharibədəki qələbəmizin tarixi,milli,mənəvi əhəmiyyəti və məsuliyyətinin məntiqi diqtə edir ki, bu şanlı qələbəmizi qoruyub saxlamaq və inkişaf etdirmkdən ötrü postmüharibə mərhələsində də biz bütün sahələrdə-iqtisadiyyatda, təhsildə, elmdə və digər sahələrdə rəqabət qabiliyyətli olmalıyıq.Bu yükün əsas hissəsini daha çox vətənpərvər, intellektli, istedadlı, eyni zamanda həm də müasir təfəkkürə,dünyagörüşünə malik sağlam düşüncəli, demokratik ruhlu şəxsiyyət kimi formalaşan gənclərimiz daşıya bilər.Azərbaycanın gələcəyi daha çox həmin keyfiyyətlərə malik, bütün şəraitlərdə böyük insan kimi qalmağı bacaran mübariz,rəqabət qabiliyyətli gənclərimizlə bağlıdır.44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycanda yüksək intellektual səviyyəyə,vətənpərvərlik hissinə, milli düşüncə və müllü qürüra malik gənclər formalaşıb.Əgər Azərbaycan gəncliyi iki əsrdən artıq bir müddətdə xalqımızı çox narahat edən problemin həllinin əsas ağırlığını öz üzərinə götürüb süverenliyimizin bərpası kimi çox ağır bir sınaqdan üzüağ çıxa, onu bütün dünyaya nümunə olan bir səviyyədə həllində öncül rol oynaya bilibsə, bundan sonra da üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacaracaqdır.
Biz qəhrəman gəncliyimizlə fəxr edirik.Müstəqil Azərbaycan dövlətinin inkişafında, möhkəmlnməsində və davamlı yüksəlişində gənclərimizin yeri,rolu və xidmətləri getdikcə artacaqdır.
Bu əlamətdar gündə vətən uğrunda canlarından keçənlərə Allahdan rəhmət diləyirik.Bu yolda,eləcə də 44 günlük Vətən müharibəsində və ondan sonra canından keçənlərin,şəhidlik zirvəsinə uca¬lanların əksəriyyəti gənclərimizidir.
Bu əlamətdar gün münasibətilə qalib xalqın gənclərini və cəmiyyətin hərəkətverici qüvvəsi hesab olunan,özünü gənc hesab edən,ruhu gənc olan hər kəsi ürəkdən təbrik edirik! Hər zaman canınız sağ,işləriniz avand, həyatınız xoş,parlaq, mənalı,yolunuz uğurlu,gələcəyiniz ürəyinizcə,bir sözlə həyatda yaxşı nə varsa,nəsibiniz olsun!!!
Gənclər Gününüz mübarək olsun!
Milli Məclisin deputatı,iqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli
- Əhəd Abıyev villasını satışa çıxardı – 2 milyon dollara - VİDEO
8 mart 2025 14:37
- Şəhid qadınlarımızın xatirəsinə həsr olunmuş portret film ictimaiyyətə təqdim edilib
7 mart 2025 14:10
- Bakcell xanım jurnalistləri 8 Mart münasibətilə təbrik etdi (FOTOLAR)
6 mart 2025 19:19
- Rəsulzadənin iki məktubu, həyat yoldaşının xəstəliyi, türkəçarə... - Nadir dəfn fotoları
6 mart 2025 18:47
- Türkiyə - Azərbaycan qardaşlığına yeni töhfə - Deputаt Əli Məsimli
6 mart 2025 17:25
- Əliyevlə Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin açılışında iştirak etdi - Fotolar
5 mart 2025 23:44
- Aybəniz İsmayılovanın ADY-dəki qohumları – SİYAHI
2 mart 2025 21:50
- Hərbi qulluqçumuz vəfat etdi
1 mart 2025 22:27
- Qazaxıstanda zirehli texnikaya Hökumə Əliyevanın adı verildi
1 mart 2025 13:02
- PKK atəşkəs elan etdiyini açıqladı
1 mart 2025 11:48
- Artur Rasizadə adının tarixçəsini danışdı - ÖZƏL
10 mart 11:29
- Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı dizayner kimdir? (FOTO)
10 mart 02:48
- Ofeliya Sənani başına gələnləri danışdı - İnfarkt keçirdim...
09 mart 21:56
- Dəmir çatışmazlığını göstərən simptomlar açıqlandı
09 mart 20:41
- Mən vətənpərvərəm, siz həyasızsınız - Puqaçova jurnalistlə dalaşdı
09 mart 15:14
- Sabah yaz havası olacaq
09 mart 13:21
- Suriyada DƏHŞƏT - 3 gündə 532 mülki vətəndaş həlak olub
09 mart 12:06
- Fuad Nağıyevə qarşı ittihamlar: Hər şeyi ermənilərə verdilər, pula satdılar
09 mart 11:09
- Dünyanı idarə edən xanımlar - Hansı ölkələrin lideri qadındır? - SİYAHI
09 mart 10:53
- İmişlidə DƏHŞƏT - Bir ailənin 3 üzvü DƏM qazından ÖLDÜ, daha ikisi xəstəxanaya yerləşdiridi
09 mart 02:05
- Fuad Nağıyevə sərt ittihamlar - Tahir Əmiraslanovu Şuşadan qovdu
09 mart 01:55
- DSMF-nin vəzifəli şəxsi maşınla piyadanı vurub öldürdü
09 mart 01:49
- Dünyanın ən zəngin 5 MİLYАRDER QАDINI - Müsəlmаn yoxdur
08 mart 22:31
- Azercell bizi niyə SOYUR ?
08 mart 20:01
- Nazirə hücum edildi: Burnu sındı – FOTO
08 mart 19:33
- Hitlerin qorxulu yuxusu: II Dünya müharibəsinin taleyini dəyişən qadın casus necə öldü?
08 mart 18:00
- Gərək fevralın 14-də birləşmiş komandanlıq altında MDB ordusuna qoşulmağa dair müqaviləyə qol çəkəydim...- Mütəllibov
08 mart 17:01
- Xruşovu öldürmək istəyən gürcü tələbələr – Onlardan biri sonradan deputat olub
08 mart 16:26
- Əhəd Abıyev villasını satışa çıxardı – 2 milyon dollara - VİDEO
08 mart 14:37
- Mehriban Əliyeva 8 Martla bağlı paylaşım etdi
08 mart 14:28
- Aliment nə qədərdir ki, bir qadın ailəsini dağıtsın?
08 mart 14:05
- Ruslar Donetskdə dinc əhalini BOMBALADI: xeyli ölən, yaralı var, binalar dağıdılıb...
08 mart 13:46
- Vətən müharibəsi iştirakçısı vəfat etdi
08 mart 13:34
- Sabah 20 dərəcə isti olacaq
08 mart 13:04
- İranda yaşayan soydaşımız dünya rekordu qırdı FOTO
08 mart 10:29
- Səni Axtarıram ( Xoşqədəm ) məhkəməyə verilir - ŞOK FAKTLAR
08 mart 01:25
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 01:02
- Hansı ölkədə qadın deputatların sayı nə qədərdir? – 185 ölkənin siyahısı
08 mart 00:06
- NАR 8 Martı xanım jurnalistlərlə qeyd edib - Fotolar
07 mart 23:52
- Prezident İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib
07 mart 23:27