Qubada KABUSA çevrilən Rəsul Bayramovun ağlasığmaz əməlləri: ŞOK FAKTLAR
Quba rayon sakinləri Reallıq. Tv - yə müraciət edərək rayonda məmur özbaşınalığından şikayətlənirlər. Vətəndaşlar müraciətində qeyd edirlər ki, onların şikayətlərinə məhəl qoyulmur.
Cənab Prezidentə yazılan məktublar poçt şöbələrindən yoxa çıxır. İcra başçısı Mahmudov İlqar Akif oğluna yazılanlar da ünvana çatmır. Qubada baş verən bu özbaşınalığ sadə vətəndaşlar arasında etirazla qarşılanmaqdadır.Reallıq. Tv - nin apardığı araşdırmalar zamanı məlum olub ki, rayon sakinlərinə süni problemlər yaradan, idarə və müəssisələrdən aylıq haqq tələb edən dəstənin başında rayon İcra Hakimiyyətinin ƏRAZİ İDARƏETMƏ VƏ YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARI İLƏ İŞ Şöbəsinin müdiri Bayramov Rəsul Rüstəm oğlu dayanır. Rayonun keçmiş icra başçısı Ziyəddin Əliyevin "QARA KASSASI" hesab olunan bu məmur nə sirrdirsə hazırkı rayon rəhbərliyini də toruna sala bilib. Bu vəzifəyə təyinatından sonra rayon İcra Hakimiyyətində idarə və müəssisə rəhbərlərini "çarmıxa" çəkən şöbə müdiri qarşıdan gələn bələdiyyə seçkilərindən yararlanmaqdadır. Rayonda fəaliyyət göstərən bələdiyyələrə namizədliyini verənlər mütləq Rəsul Bayramovun "xeyir duasını" almalıdırlar. Əks təqdirdə namizədlikləri müxtəlif bəhanələrlə əngəllənməkdədir. Acı da olsa qeyd etməliyik ki, rayonda sahibkarlarda bu məmurun özəl qaydalarından beziblər. Sahibkarlardan tez tez qanunsuz tələbdə bulunan Rəsul Bayramovun cəzasızlıq mühitindən faydalandığı sirr deyil. Ölkə başçısının sahibkarlarla bağlı tapşırıq və tövsiyələrinə məhəl qoymayan şöbə müdiri özünə geniş biznes şəbəkəsi də formalaşdırıb. Dəbdəbəli villalar, bahalı avtomobillərin sahibi kimi tanınan və məşhurlaşan məmurun küllü miqdarda var dövlət sahibi olduğu danılmaz faktdır. Məmurlardan və sahibkarlardan alınan qanunsuz pullar hesabına varlanan şöbə müdiri rayonda qohumlarına da şərait yaratmağı unutmayıb. Hamını öz özəl qaydalarına tabe edən bu məmuru "QƏZƏBLİ FANTAMAS" - adlandırırlar. Bələdiyyə sədrləri, icra nümayəndələri ən az ayda bir dəfə Rəsul Bayramovun qəbuluna gəlməli və onun qanunsuz tələblərini icra etməlidirlər. Maraqlı faktlardan biri də odur ki, sadə vətəndaşlar sahib olduqları torpaq sahələrində daşı daş üstə qoymaq üçün Rəsul müəllimin rüşvət tələbini yerinə yetirməlidirlər. Şöbə müdirinin tələblərini icra etməkdən imtina edən, şikayətçi olan rayon sakinlərinin yazdıqlarına isə məhəl qoyan yoxdur. Rəsul Bayramov yazılan müraciətlərin yuxarılara çatmaması üçün bütün çirkin yollara əl atır.Şöbə müdirinin qanunsuz əməlləri təkcə bunlarla bitmir. Rayonda kadr dəyişiklikləri də Rəsul Bayramovun özəl qaydalarına uyğun həyata keçirilir. Hər işin öz qiyməti var deyən Rəsul Bayramov ondan şikayətçi olanları hədələməkdən də çəkinmir. "Mənim arxamda Prezident aparatındakı dayım dayanır" - deyən şöbə müdiri hamıdan yığılan rüşvətin icra başçısının tapşırığı olduğunu aşkar ifadə edir. Bu cür əməlləri ilə Qubada etirazları coşduran, narazılıqları artıran bu məmurun korrupsiya əməlləri cavabsız qalmaqdadır. Reallıq. Tv - yə müraciət edən rayon sakinləri kanalımİz vasitəsilə Cənab Prezidentdən kömək istəyir və Qubanın kabusuna çevrilən Rəsul Bayramovun cəzalandırılmasına tapşırıq verilməsini xahiş edirlər.Məsələ ilə bağlı Quba rayon İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışsaq da cəhdlərimiz nəticəsiz qaldı.Mövzuya qayıdacağıq.
- Anardan Səməd Vurğunla bağlı qalmaqala reaksiya: Oğulları yoxdur, mən sağam
5 fevral 2025 19:33
- Anar və Rəsul Rza yolumda çəpər oldular – Əlisa Nicat danışdı
5 fevral 2025 15:27
- Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ
5 fevral 2025 01:00
- Səməd Vurğun yaltaq idi, onun qədər yaltağı olmayıb - Əlisa Nicatla MÜSAHİBƏ
3 fevral 2025 19:46
- DTX və DİN 8 terrorçunu məhv etdi! ƏMƏLİYYAT ÇƏKİLİŞİ - RƏSMİ
3 fevral 2025 11:51
- HƏRƏMXАNАDА 400 qadın saxlayаn Osmanlı sultanı Dəli İbrahim
2 fevral 2025 16:56
- NATO-ya ərizə verən SSRİ, İstanbulu yox edəcəklərini deyən nazir
29 yanvar 2025 13:41
- Ayaz Mütəllibova dedim ki… - İsa Qəmbərin açıqladığı faktlar
28 yanvar 2025 22:42
- Yunanıstandakı Azərbaycan diplomatının fəaliyyətinə XITAM verildi – Rəsmi
28 yanvar 2025 18:54
- Bank BTB yanlış məlumat yayır, Banklar Assosiasiyası isə həqiqəti gizlədir – Faktlar
24 yanvar 2025 14:42
- Anardan Səməd Vurğunla bağlı qalmaqala reaksiya: Oğulları yoxdur, mən sağam
05 fevral 19:33
- Dərsdə halı pisləşən 15 yaşlı məktəbli dünyasını dəyişdi
05 fevral 18:41
- Azərbaycan xaricə 20 MİNDƏN çox diri at satıb – İllər üzrə siyahı
05 fevral 18:13
- Prezident naziri vəzifəsindən azad etdi
05 fevral 17:51
- Pensiyalarla bağlı YENİLİK - Prezidentdən SƏRƏNCAM
05 fevral 16:35
- Müstəqil Kürdüstan dövlətinin yaradılması mümkündürmü ?
05 fevral 15:42
- Anar və Rəsul Rza yolumda çəpər oldular – Əlisa Nicat danışdı
05 fevral 15:27
- Prezident Ərdoğana başsağlığı verdi
05 fevral 15:15
- Yazılanlar yalandır - Vahid Əhmədov
05 fevral 15:00
- Onlara yeni vəzifə verildi
05 fevral 14:44
- SON DƏQİQƏ: Vahid Əhmədov xəstəxanaya yerləşdirildi – ALMANİYADA
05 fevral 14:05
- Salona gedən qadın tanınmaz hala düşdü
05 fevral 13:37
- Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto
05 fevral 12:39
- Şəhriyar və Teymur ilk turda qələbə qazandı - Fotolar
05 fevral 12:30
- İlhamə Bədəlova və =Nə varsa= – Sosial dəyişiklik yaradan unikal layihə
05 fevral 12:09
- Suriyanın birinci xanımı Lətifə kimdir? - Osmanlı İmperiyasında... - FOTOLAR
05 fevral 12:00
- Jurnalist Şəmşad Ağa saxlanılıb
05 fevral 11:44
- Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...- АNАR
05 fevral 01:27
- İsveçdə təhsil mərkəzində atışma - 10 ölü var
05 fevral 01:19
- Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ
05 fevral 01:00
- Novruzovdan daha bir açıqlama:Razi Nurullayev mənim çapımda, səviyyəmdə olan adam deyil
05 fevral 00:48
- Saleh Məmmədovun müavinlərinin sayı ÇOXАLДDI – Prezidentdən fərman
05 fevral 00:41
- İrana casusluq etmiş keçmiş Britaniya hərbçisinə 14 il iş verildi
05 fevral 00:26
- Yaxşı, biz NATO üzvü deyilik - bizə torpaqlarımızı geri verin
05 fevral 00:20
- Əminə Ərdoğan və Lətifə Əl-Şəraa arasında TARİXİ GÖRÜŞ
04 fevral 23:45
- Azərbaycan Rusiyaya 940 ton kərə yağı ixrac etdi
04 fevral 23:33
- Səməd Vurğun Hüseyn Cavidə...ŞАRLАTАN, YАLАYАN, MURDАR..dedi
04 fevral 22:14
- Aqil Abbas АRVАD sözünə görə üzr istədi
04 fevral 21:50
- Ərdoğan Suriyanın yeni liderini belə qarşıladı - TARİXİ GÖRÜNTÜLƏR
04 fevral 21:38
- SON DƏQİQƏ: Qəzanın təhqiqatına dair ilkin hesabat AÇIQLANDI FOTO
04 fevral 21:02