Ayaz Mütəllibova dedim ki… - İsa Qəmbərin açıqladığı faktlar

“Ayaz Mütəllibova dedim ki, Qorbaçov gedir, Yeltsinlə işləmək lazımdır” –İsa Qəmbər “SSRİ niyə dağıldı” layihəsində danışıb
“Əgər Xalq Cəbhəsi 1991-ci ilin sentyabrında Azərbaycanda keçirilmiş prezident seçkiləri zamanı Ayaz Mütəllibova qarşı alternativ namizəd irəli sürsəydi, bütün hər şey başqa cür olardı. Bizim o zaman seçkini boykot etmək qərarımız düzgün deyildi. Əgər seçkidə iştirak etsəydik, bizim namizəd qalib gələcəkdi”.
AzPost bildirir ki, bu sözləri Azərbaycan Milli Məclisinin sabiq sədri İsa Qəmbər Rusiyanın keçmiş baş naziri Yeqor Qaydarın adını daşıyan Fondun və Slon.ru-nun “SSRİ necə dağıldı: Tarix birinci şəxslərin dilindən” layihəsi çərçivəsində tanınmış rus jurnalisti Arkadi Dubnova verdiyi verdiyi müsahibəsində deyib.
“Lənkəranda və Naxçıvanda sərhəddin sökülməsinə Berlin divarının yıxılması vüsət verdi”
Milli Məclisin sabiq sədri 1990-cı illərdə baş vermiş bir çox siyasi hadisələr barədə maraqlı məqamları açıqlayıb. İsa Qəmbər 1989-cu ilin dekabrında Azərbaycanda SSRİ-İran sərhəddinin sökülməsini xalqın öz milli hisslərinə qayıdışı ilə əlaqələndirib: “Lənkəranda və Naxçıvanda baş verən sərhəd hadisələrinə Berlin divarının yıxılması vüsət verdi. O zaman xalq arasında vahid Azərbaycan ideyası aktual idi. İnsanlar özlərinə sual verirdilər: onlara icazə varsa, bizə niyə yoxdur? Sərhədlə bağlı təşəbbüs “aşağılardan”- AXC-nin yerli təşkilatlarından gəlmişdi. AXC rəhbərliyi və Əbülfəz Elçibəy buna öz razılığını verdi. AXC ciddi qarşıdurma baş verməməsi və qurbanların olmaması üçün bu işi təşkil etmyə cəhd edirdi”.
İsa Qəmbərin sözlərinə görə, SSRİ-nin bu məsələdə öz marağının güdməsi istisna olunmur: “Mən hesab etmirəm ki, SSRİ zəif olduğu üçün sərhədlərin sökülməsinə mane olmadı. Çox guman ki, Moskvada bu hərəkəti Azərbaycanda yanvar hadisələrini törətmək üçün zəmin kimi hazırlayırdılar. Çünki hadisələrin ilk günündə Qorbaçov və adamları Azərbaycan xalqını islam fundamentalizmində ittiham edir və Azərbaycanın İrana birləşmək istəməsi barədə danışırdılar. Bu, onlar tərəfindən çox axmaq yanaşma idi. Çünki belə bir şey yox idi. Fundamentalizm Azərbaycanda heç vaxt olmayıb, bu gün də yoxdur”.
Bununla yanaşı İsa Qəmbər sərhəddin sökülməsi prosesinin DTK tərəfindən təxribat olmasını subut etməyin indi çox çətin olduğunun deyib: “Bunu subut etmək çox çətindir. Məndə subutlar yoxdur. Amma əminəm ki, biz bu barədə çox az bilirik. Axı heç kim DTK arixvlərini açmayıb”.
“Polyaniçko stolun üstündən “Quran”ı götürüb dedi ki, “Quran-mənim stolüstü kitabımdır””
İsa Qəmbər AXC-ni dini və milli-etnik yöndə təxribatlara çəkmək cəhdlərinin olduğunu qeyd edib. O bildirib ki, AXC-nin tərkibində talışlar, kürdlər, ləzgilər və digər xalqlar aktiv təmsil olunurdu. Moskva isə bu yöndə təxribat cəhdlərinə əl atmaqdan çəkinməyib: “1988-ci ildə Viktor Polyaniçko Azərbaycan Kommunist Partiyasına ikinci katib təyin olunduqdan sonra AXC rəhbərliyi və ziyalılarla görüşdü. Mən də o görüşə dəvət olunmuşdum. Polyaniçko dedi ki, AXC-nin proqramını oxuyub və hesab edir ki, bu sənəd həddən artıq avropasayağıdır. Polyaniçko daha sonra vurğuladı ki, Azərbaycan bayrağı 3 rənglidir: Mavi – türkçülüyü, yaşıl islamı, qırmızı Avropanı və demokratiyanı təcəssüm etdirir. Sonra Polyaniçko bildirdi ki, “AXC-nin proqramında nədənsə mavi və yaşıl rəng hiss olunmur”. Biz çox təəccübləndik. Bizim ilk görüşümüz idi onunla… Mən Polyaniçkodan soruşdum: “Bu, sizi niyə belə narahat edir? Biz çox yaxşı bilirik ki, Azərbaycan xalqına nə lazımdır və buna necə nail olmaq olar”. Polyaniçko stolun üstündən “Quran”ı götürüb dedi: “Quran mənim stolüstü kitabımdır. Mən hesab edirəm ki, bütün insanlar bu müdrik fikirləri öyrənməlidirlər”. Bax belə sadəlövh metodlarla o bizim mövqeyimizə təsir etmək istəyirdi”.
İsa Qəmbər vurğulayıb ki, istər Polyaniçko, istərsə Qarabağda Xüsusi İdarənin rəhbəri Volskinin bütün işləri Azərbaycan maraqlarına zidd idi. “Daha artığını deyirəm: bu iki nəfər Azərbaycan və Ermənistan arasında müharibə hazırlayırdılar. “Qarabağ münaqişəsini lap əvvəl başlanan vaxt çox sadə yolla həll etmək olardı. Amma bu edilmədi. Bunu SSRİ rəhbərliyinin zəifliyi və uzağı görə bilməmələri ilə izah etmək çox çətindir. Sumqayıt hadisələri olan zaman Moskva orada iki günə qayda-qanun yaratdı. Analoji hadisə Sumqayıta qədər Ermənistanda da baş vermişdi. Bəs, nə üçün sovet höküməti və möhtəşəm DTK beş-on saqqalı silahlının qarşısını ala bilmədi?”.
“Ayaz Mütəllibova dedim ki, zaman Yeltsinə işləyir, Qorbaçova yox…”
Daha sonra 1991-ci ildəki proseslərlə bağlı sualları cavablandıran İsa Qəmbər qeyd edir ki, avqust qiyamına qədər Azərbaycan höküməti Qorbaçovla hər vəchlə yaxınlaşmağa cəhd edir, onun etimadını qazanmağa çalışrdı: “Onlar bununla şəxsi etimad qazanıb Azərbaycanın probleminin həllinə çalışmaq istəyirdilər. Yadıma gəlir: 1991-ci ildə prezident Ayaz Mütəllibovla söhbətim zamanı mən onu proseslərin hara getdiyini izah etməyə çalışrdım. Ona məsləhət gördüm ki, Yeltsinin diqqətini özünə çəkməyə, SSRİ xalq deputatlarından ibarət nufuzulu “regionlararsı deputat qrupu” ilə ümumi dil tapsın. Mütəllibov məni inandırmağa çalışırdı ki, guya, Qorbaçov çox güclüdür, ordu və DTK onun tərəfindədir. Mən ona izah etməyə çalışdım ki, ola bilsin, ordu Qorbaçovun tərəfindədir, amma zaman Yeltsinə işləyir. Ona görə Azərbaycanın, heç olmasa öz maraqlarına görə, Yeltsin və onun adamları ilə kordinasiyada işləmək lazımdır. Təəssüf ki, mən, onu inandıra bilmədim”.
“Sovet İttifaqı iqtisadi və sosial problemlərə görə dağılmadı. Ona görə dağıldı ki, imperiya idi. İmperiyada isə demokratiya inkişaf edən zaman, o artıq öz ərazilərini saxlaya bilmir” – deyə, Milli Məclisin sabiq sədri sonda qeyd edib.
Xaqani SƏFƏROĞLU
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
7 aprel 2025 18:06
- Eldar Əzizova müavin TƏYİN EDİLDİ
4 aprel 2025 23:01
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 2025 01:41
- Əhməd əl-Şaraanın təyin etdiyi qadın nazirlə bağlı ŞOK FAKTLAR - FOTO
30 mart 2025 15:53
- Goranboyda həkimin başına oyun açdılar: Dələduzların qurduqları hiyləgər plan
27 mart 2025 23:40
- Onunla evlənməyən oğlanı öldürdü - Bakıda qadının ŞOK CİNAYƏTİ
26 mart 2025 02:08
- Hərəmiz 9-10 min qazanırdıq - Bakıda kazino təşkil edənlərin işinin TƏFƏRRÜATI
25 mart 2025 22:54
- Yolda təkəri partladı, AAYDA-nı məhkəməyə verib təzminat aldı – Fotolar
25 mart 2025 20:05
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35