Bank BTB yanlış məlumat yayır, Banklar Assosiasiyası isə həqiqəti gizlədir – Faktlar
Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən banklar arasında 2024-cü ili zərərlə başa vuran yeganə bank “Bank BTB” ASC olub.
Yeniavaz.com xəbər verir ki, açıqlanan maliyyə hesabatında “Bank BTB” ASC-nin xalis zərərinin 839 min manat olduğu qeyd olunub.
Qeyd edək ki, 4 ildir “Bank BTB” ASC zərərlə işləyir. Belə ki, 2023-cü ildə bankın xalis zərəri 2 milyon 779 min manat, 2022-ci ildə 4 milyon 975 min manat, 2020-ci ildə isə 9 milyon 130 min manat olub.
Lakin, maraqlıdır ki, “Bank BTB” ASC 15 yanvar 2025-ci il tarixində rəsmi veb-saytında yerləşdirdiyi xəbəri ““Bank BTB” 2024-cü ili 4,1 milyon manat xalis mənfəətlə yekunlaşdırdı” başlığı ilə yayımlayıb. Xəbərin içərisində isə bu barədə heç bir məlumat mövcud deyil. Xəbərin başlığında xalis mənfət olaraq qeyd olunan 4,1 milyon manat əslində bankın xalis mənfəəti deyil, vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mövcud olan mənfəətdir.
Məlum olduğu kimi, bankların xalis mənfəəti vergilər və digər xərclər çıxıldıqdan sonra qalan məbləğə şamil olunur. Bankın açıqladığı və aşağıda təqdim etdiyimiz maliyyə hesabatından da bunu açıq şəkildə görmək mümkündür.
Daha bir maraqlı məqam odur ki, mütəmadi olaraq banklar ilə bağlı göstəriciləri açıqlayan Azərbacan Banklar Assosiasiyası da öz hesabatında “Bank BTB” ASC-nin xalis zərərini “gizlədib”.
Banklar Assosiasiyası açıqladığı hesabatda ölkədə fəaiyyət göstərən bütün bankların xalis mənfəətini qeyd etsə də “Bank BTB”nin qarşısındakı xananı boş saxlayaraq, bankın 839 min manatlıq zərərini qeyd etməyib.
Məlumat üçün onu da bildirək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.
Qeyd edək ki, “Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu bildirilir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.
Onu da qeyd edək ki, Mərkəzi Bank ötən ay Azərbaycanda barəsində ən çox şikayət edilən bankın “Bank BTB” ASC olduğunu açıqlayıb.
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 2025 17:07
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 2025 14:56
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 2025 00:06
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 2025 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 2025 12:59
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 2025 21:44
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 2025 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 2025 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 2025 19:28
- Melonidən Zelenskiyə: Ağır güzəştlərə hazır ol !
11 dekabr 2025 00:26
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
