Pələng ilindən nə gözləyək? - PROQNOZ
İdman1 yanvar 2022 00:53

Vəhşi heyvan olsa da, qəzəbli deyil. Aktivdir, hər zaman yaxşı şeylərin axtarışındadır. Olduqca enerjili və dinamikdir. 2022-ci il enerjili, parlaq və bütün yenilikləri ilə gözlənilməz olacaq. Yaxşı sürprizlərə hazır olmaq lazımdır.
Qədim şərq təqviminə görə, 2022-ci il pələng ilidir. Özü də bu pələng elə-belə pələng deyil, mavi su pələngidir. Onun özünün xüsusiyyətləri var. Öküz ili hərənin yaddaşında bir cür qaldı, yaxşısı, pisi ilə xatirəyə çevrildi, tarixə qovuşdu. Pələngsə öküz deyil! Nəcib və əsilzadə heyvandır. Hər halda, daha yaxşı olacaq. İlin devizi “məqsəd, zəhmət, nəticə, istirahət”dir. Təşəbbüs göstərən, qarşısına məqsəd qoyan, zirvələri fəth etmək istəyən və bundan ötrü əlləşib-vuruşan hər kəs nəticə görəcək. Bunu bizə Şərq astronomları vəd edir. Su pələngi çox səxavətli, nəcabətli və düşüncəlidir. O, eyni zamanda böyük energetika ilə inadkar, israrlı və zəhmətkeş adamları dəyərləndirir.
Bu barədə “Kaspi” qəzeti məqalə dərc edib.
Pələngin xarakteristikası
2022-ci ildə dəyişikliklər etmək üçün əsl vaxtdır. Mənzili, iş yerini, hətta peşənizi belə dəyişmək üçün ideal zamandır. Şərq alimləri deyir ki, ilin bütün özəlliklərini öyrənib, ona uyğun hərəkət etmək lazımdır ki, xeyir də görəsən. Bundan başqa, pələng inadkar və həm də tərs heyvandır. Ona görə də, həmişə ayıq-sayıq olmaq lazımdır. O, hər şeylə maraqlanır və demək olar ki, heç nədən qorxmur. Amma bir şey də var ki, bu il su pələngi ilidir. Ona görə də su onun aqressiyasını, sərtliyini bir qədər neytrallaşdırır. Su təbiətdə həm həyat mənbəyi, həm də coşqun dalğa kimi özünü göstərə bilər. Yəni həm həyat verə, həm də məhv edə bilər. Buna görə də, onun xarakterini bilib uyğunlaşmaq daha yaxşı olar.
Pələngdən nə gözləyək?
Pələng vəhşi heyvan olsa da, əslində, qəzəbli deyil. O, aktivdir, hər zaman yaxşı şeylərin axtarışındadır, hərəkətdədir. Olduqca enerjili və dinamikdir. Düşünürəm ki, 2022-ci il də buna görə enerjili, parlaq və bütün yenilikləri ilə gözlənilməz olacaq. Bütün sürprizlərə – yaxşı sürprizlərə hazır olmaq lazımdır. Yaradıcı insanların və siyasətçilərin bu il uğuru daha qabarıq olmalıdır. Amma o biri peşə sahiblərini də, yuxarıda qeyd etdiyim kimi, dəyişikliklər gözləyir. Əsas odur ki, insanlar hansı peşə ilə məşğul olurlar-olsunlar, tənbəl olmasınlar. Pələnglə yarışa çıxsınlar. Onun kimi dinamik, işgüzar olsunlar, yeniliyə meyilli olsunlar. Mütləq, hər şey yaxşı olacaq. Əsas odur ki, məqsədiniz olsun və bu məqsəd uğrunda sağlam savaşmağı, geri çəkilməməyi, qılıncı yerə qoymamağı bacarasınız.
Pələngin rəngləri
Sarı, göy, yaşıl rənglər bu ilin rəngləridir. Bəs bu il nə geyinsək yaxşıdır? Yəqin ki, ağlınıza ilk gələn pələng dərisi kimi naxışları olan parçadan geyimlər oldu. Səhv edirsiniz! Elə bilməyin ki, pələng sizi belə görüb özününkü biləcək, sevinəcək. Əksinə, bu cür maskarad onun qətiyyən ürəyincə olmayacaq. Şərq alimləri deyir ki, yaxşı olar ki, neytral rənglər seçəsiniz. Məsələn, torpaq rəngi, qızılı rəng, yaşıl rəngin müxtəlif çalarları, bej rəngli paltarlar geyinəsiniz. Əgər qarderobunuzda bu rənglərdə heç nə yoxdursa, mütləq alış-verişə çıxın. Özünüzü və pələngi sevindirin. Əslində, rəng çeşidi çoxdur, özünüzə və üzünüzə düşən, xoşunuza gələn modeldə geyim ala bilərsiniz. Vacib deyil bahalı və dəbdəbəli olsun, əsas odur ki, yaraşsın. O ki qaldı taxacağınız aksesuarlara... Nə istəyirsiniz taxın, bəzənin, amma əsas odur ki, seçdiyiniz aksesuarlar su ünsürlü olsunlar.
Pələngin süfrəsiPələng ilində süfrəmizi nə ilə bəzəyək? Bu da maraqlı sualdır. Pələng vəhşi heyvandır axı. Deməli, süfrəmizdə nə olmalıdır? Əlbəttə ki, ətli yeməklər. Mal, qoç, toyuq, hind toyuğu əti – fərq etməz. Amma bu o demək deyil ki, süfrəmizdə meyvə-tərəvəz olmasın. Olsun! Xurma, naringi və yeni il süfrəsinin ən əsas meyvəsi olan portağal olsun! Pələng yaşıllığı sevir. Süfrədə yeməklərə göy-göyərtidən bəzək vurmağı da unutmayın.
Sevgi dolu pələng
Pələng həddindən artıq sevgi dolu, məhəbbət doludur. Ona görə də bu il bir çoxları üçün sevgi, eşq, məhəbbət ili olacaq. Yeni münasibətlər, yeni duyğulara qapı açılacaq, insanlar daha çox xoşbəxt olacaqlar. Pələng həm də inkişafı sevəndir. Ona görə də maksimum dərəcədə üzərinizdə işləyin, məsələn, bilmədiyiniz xarici dil öyrənin, yeni peşəyə yiyələnin, ətrafınızda gözəl, xoş auralı insanlar olsun. Pələng sağlam və möhkəm heyvandır. Deyilənə görə, bu il hamı sağlam olacaq, xəstəliklər azalacaq. Mən də öz növbəmdə ümid edirəm ki, dünyanı ötən iki il ərzində lərzəyə salan, gözüyaşlı qoyan COVID-19 pandemiyası da bu gözəl pələng ilinin caynaqları altında əzilib məhv olacaq. Bütün bəşəriyyət xoşbəxt təbəssümlə gülümsəyəcək. Pələng ilində sağlam ol, planetim!
Oxşar xəbərlər
- Naxçıvanda Ali Məclisə və Nazirlər Kabinetinə ehtiyac yoxdur...
5 mart 2025 16:01
- Suriyadakı rus bazaları necə olacaq? – Lavrovdan ŞOK ...Fələstin dövləti..
8 dekabr 2024 11:13
- Əfqanıstanın yeraltı ehtiyatları Rusiyanı heyrətləndirib - 3 TRİLYON DOLLAR
6 dekabr 2024 11:34
- Zirəddindən Azərbaycanla bağlı şok proqnoz... - 2025-də bizi nələr gözləyir?
1 dekabr 2024 12:34
- Azərbaycanda bu universitetlərə 27 milyon ayrılır
18 noyabr 2024 12:15
- Vanqa və Nostradamusdan qorxunc proqnoz: 2025-ci ildə...
27 oktyabr 2024 14:02
- SSRİ-nin parçalanması prosesi hələ başa çatmayıb... - məşhur əfqan riyaziyyatçısından proqnoz
24 oktyabr 2024 11:59
- İlham Rəhimov - Putinin Bakıya gəlməsi bu qərardan asılıdır
22 oktyabr 2024 22:39
- Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür
12 oktyabr 2024 12:03
- Azərbaycanda paytaxtın köçürülməsinə ehtiyac varmı?
11 sentyabr 2024 11:38
Xəbər lenti
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45
Video & Fotoqalereya
Video
Fotoqalereya