İlham Rəhimov - Putinin Bakıya gəlməsi bu qərardan asılıdır
“COP29-un Azərbaycanda keçirilməsi də əslində ölkəmizin ekoloji məsələlərə diqqətini və beynəlxalq müstəvidəki öhdəliklərini nümayiş etdirir. Bu, həm də Azərbaycanın qlobal problemlərin həllində fəal iştirakını göstərir. Belə tədbirlər, ölkəmizin dünyada strateji əhəmiyyətini və etibarını artırır. Bu, Azərbaycan üçün qürurverici bir nailiyyətdir”.
NUH.az xəbər verir ki, bu fikirləri hüquq elmləri doktoru, professor İlham Rəhimov Bakıvaxtı.az-a müsahibəsində deyib.
İ.Rəhimov COP29 öncəsi ABŞ-dan artan təzyiqlər haqda danışıb:
“Bəzi Qərb dövlətləri, o cümlədən ABŞ müstəqil ölkələrə qarşı bəzən qərəzli siyasət yürüdür, ədalətsiz mövqelər sərgiləyirlər. Bu, indiki dövrdə də Azərbaycana yönəlmiş qərəzli yanaşma ilə özünü biruzə verir. Qeyd etmək lazımdır ki, bu cür siyasət yalnız Azərbaycana qarşı deyil, digər dövlətlərə qarşı da tətbiq olunur. Artıq bir çox dövlətlər başa düşür ki, ABŞ və Qərb demokratiya adı altında öz maraqları uğrunda mübarizə aparırlar. Əslində bu, Qərbin, əsasən də Amerika siyasətinin mahiyyətidir.”
Ukraynanın Putinin Bakıda COP29-a qatılacağı təqdirdə tədbirin dünya birliyi tərəfindən boykot edilməsi çağırışına fikir bildirən İ.Rəhimov bunları söyləyib:
“Ukraynanın bu çağırışı da təbii ki, heç bir sağlam məntiqlə uzlaşmır. Xatırladaq ki, Ukraynanın ən çətin zamanında Azərbaycan mənəvi, humanitar dəstək göstərib. Eyni zamanda, Ukraynanın ərazi bütövlüyünü tanıyıb. Bunun müqabilində Ukraynanın belə bir bəyanat verməsi təəssüf doğurur.
Putinin tədbirdə iştirakı məsələsi isə hər hansı bir dövlətin çağırışına görə deyil, onun özü tərəfindən verilən qərardan asılıdr. Putini tanıyan biri kimi deyə bilərəm ki, onun qərarlarına bu kimi çağırışlar təsir edə bilməz. Əsas qonaqlayan dövlət kimi Azərbaycan dövləti onu dəvət etmişdi”.
“Bugünkü Rusiya-Azərbaycan və Rusiya-Türkiyə münasibətləri tarixi hadisələrin nəticəsi olaraq formalaşıb. Ancaq bu münasibətlərin inkişafı yalnız tarixin deyil, eyni zamanda, beynəlxalq münasibətlər, regional güc balansı və iqtisadi əməkdaşlıq kimi bir çox amillərin təsiri ilə baş verir. Eyni zamanda burda xüsusi olaraq liderlər arasındakı münasibətlər mühüm rol oynayıb. Azərbaycan Rusiya münasibətlərinin inkişafı Vladimir Putinin prezident seçilməsindən sonra rəhmətlik Heydər Əliyevlə olan şəxsi əlaqələri mühüm rol oynayıb. Bu münasibətlər sonradan da Azərbaycanın dövlət başçısı İlham Əliyev və Putin tərəfindən qorunub saxlanıldı və inkişaf etdirildi.
Xatırlayırsınızsa, Qarabağ problemi mövcud olarkən mən həmişə bildirirdim ki, problemin həlli Azərbaycan-Rusiya və Rusiya-Türkiyə münasibətlərindən asılı olacaq. Fikrimcə, proseslərin sonrakı inkişafı bunu sübut etdi” – İ.Rəhimov bildirib.
Putinlə son iki ayda iki dəfə görüşdüyünü deyən İ.Rəhimov Rusiya prezidentinin sağlıq durumu barədə yayılan şayiələrə də aydınlıq gətirib. Bildirib ki, Putinlə axırıncı dəfə oktyabrın 6-da bir araya gəliblər:
“Putinlə bu günlərdə – onun ad günündən əvvəl görüşdük. Putin sağlam və gümrahdır. Onun idmanla məşğul olduğunun, xokkey oynadığının da şahidiyəm. O, professional idmançı olduğu üçün sağlamlığını diqqətlə qoruyur, səhhətində heç bir problem yoxdur,”
Rusiya ilə Ukrayna arasındakı müharibəyə toxunan İlham Rəhimov belə bir proqnoz verib:
“Bütün müharibələrin sonu sülhlə yekunlaşır. Tarixdə belə nümunələr çoxdur, hətta uzun sürən müharibələr belə zamanında sülhlə bitib. Bu müharibənin də sonda sülhlə başa çatacağına ümid edirəm. Lakin Ukrayna-Rusiya münaqişəsində aydın görünür ki, ruslar məqsədlərinə çatmaq üçün axıra kimi gedəcəklər.”
- Putin: Rusiya Xəzərin dayazlaşmasına yol verməməlidir
3 dekabr 2024 00:34
- Prezident qəbul keçirdi
2 dekabr 2024 11:04
- Nəcməddin Sadıkovun yaxın adamı NƏ istəyir ?
2 dekabr 2024 10:19
- Növbəti köç karvanı Cəbrayıl şəhərinə yol salındı
2 dekabr 2024 09:54
- Heydər Əliyev atama dedi ki, əlbəttə, sizə ev verərdim... - RƏSULZADƏ
2 dekabr 2024 09:39
- Sabirabadda Nuru paşanın qaldığı tarixi evin sirləri
2 dekabr 2024 01:01
- Deputat: - Gündə 5 milyon barel neft çıxaran Kanadanın Azərbaycana nəsə deməsi ikiüzlülükdür
1 dekabr 2024 14:40
- TƏCİLİ! Vəziyyət gərginləşir - Putin yaxın 72 saat ərzində… - ŞOK
1 dekabr 2024 11:08
- Məşhur alimlər 34 il əvvəl Heydər Əliyevlə görüşdə –1990-cı il /"FOTOXRONİKA"
1 dekabr 2024 10:39
- PUTİN: Qazaxıstan ərazisində heç vaxt dövlət olmayıb...Qazaxıstan rusdilli dövlətdir...
1 dekabr 2024 10:12
- Putin: Rusiya Xəzərin dayazlaşmasına yol verməməlidir
03 dekabr 00:34
- Uşaq Bağçası sahibinin dələduzluq əməlindən 133 ZƏRƏRÇƏKMİŞ VAR
03 dekabr 00:06
- 8 mindən çox bələdiyyə üzvü seçiləcək
02 dekabr 23:51
- Bakıda hərbçi qəfil vəfat etdi - Foto
02 dekabr 23:07
- Xalq artisti məhkəmədə uduzdu
02 dekabr 22:33
- CASUSU xəyanətinə görə DIRI-DIRI YANDIRDILAR
02 dekabr 14:17
- Hər gün LİMON...DİŞLƏRİ ZƏDƏLƏYİR
02 dekabr 12:58
- Gürcüstanda etirazlar davam edir
02 dekabr 12:33
- Türkiyə və İran ordusu Suriyaya GİRDİ, üsyançılar Əsədin evinə BASQIN etdi– Əsəd Ərdoğana YALVARIR
02 dekabr 11:48
- Gürcüstanın iri biznes dairələri etiraz aksiyasını dəstəkləyib
02 dekabr 11:14
- Prezident qəbul keçirdi
02 dekabr 11:04
- DƏM qazından ölən 23 yaşlı AŞBAZ Mehribanın - Fotoları
02 dekabr 10:51
- Kərə yağı KƏSKİN bahalaşdı - Yeni qiymətlər
02 dekabr 10:29
- Nəcməddin Sadıkovun yaxın adamı NƏ istəyir ?
02 dekabr 10:16
- Ebru 5-ci ərindən də boşanır FOTO
02 dekabr 10:05
- Növbəti köç karvanı Cəbrayıl şəhərinə yol salındı
02 dekabr 09:54
- Heydər Əliyev atama dedi ki, əlbəttə, sizə ev verərdim... - RƏSULZADƏ
02 dekabr 09:39
- Məşhur aktrisa da azərbaycanlı imiş... - VİDEO
02 dekabr 09:27
- Üsyançılar Hələbdə Prezidentin -başı- ilə FUTBOL OYNAYIR
02 dekabr 02:34
- Zurabişvili kreslosu ilə birgə küçəyə gedəcək... - Kobaxidze prezidentə vaxt qoydu
02 dekabr 02:25
- Rusiyada çinli tələbələr hərbi xidmətə çağırıldı
02 dekabr 02:11
- İmpotent kişilər yerişindən bilinir – Alimlər
02 dekabr 01:52
- Hələb qalasına Türkiyə bayrağı asıldı
02 dekabr 01:38
- Yeni ildə 7 gün ardıcıl İŞ OLMAYACAQ - Tarixlər
02 dekabr 01:29
- MDB-də ən yüksək dağlıq ərazidə tikilən Laçın hava limanı –VİDEO
02 dekabr 01:12
- Tbilisidə etiraz aksiyası yenidən başladı - Yenilənib
02 dekabr 00:40
- Kənd yumurtası adı altında broyler yumurtaları satılır? - VİDEO
02 dekabr 00:22
- Sabirabadda Nuru paşanın qaldığı tarixi evin sirləri
01 dekabr 23:57
- Tbilisidə Azərbaycan xalçalarının sərgisi açıldı
01 dekabr 23:13
- Vüqar Qurbanov xanım həkimi direktor TƏYİN ETDİ
01 dekabr 22:51