Əlcəzairin Azərbaycandakı ilk səfiri xanım Salima Abdelhaka
Mədəniyyət25 iyul 2020 10:07
“Azərbaycan mənim üçün çox gözəl bir kəşfdir”
Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı ilk səfiri xanım Salima Abdelhaka Azvision.az-a eksklüziv müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:

- Xanım səfir, Siz Azərbaycanda yeni fəaliyyətə başlamısınız, eyni zamanda ölkənizin Bakıda fəaliyyət göstərən ilk səfirisiniz. Buna görə öncə istərdim özünüz barədə məlumat verəsiniz.
- Bəli, Əlcəzairin Bakıdakı ilk səfiriyəm. Bu, həmçinin, müxtəlif məsul vəzifələrdə çalışdığımdan sonra ilk səfir vəzifəmdir.
Mən karyerası olan diplomatam. Milli müsabiqə yolu ilə Xarici İşlər Nazirliyinə qəbul olundum. Əlcəzairdə və xaricdə çoxşaxəli təlim dövründən sonra yüksək rütbəli vəzifələrdə işlədim və tədricən daha yüksək vəzifələrə yüksəldim.
Dörd il Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatında (BMT) ölkəmə xidmət etdim. Bütün dünyanı bir araya gətirən və müxtəlif beynəlxalq məsələləri həll edən bu qurumda çox şey öyrəndim. Burada keçdiyim yol mənə tam formalaşma və çoxşaxəli profil əldə etmək imkanı verdi.
Humanitar və sosial mövzular üzərində işlədiyim Nyu-Yorkdan qayıdandan sonra, çoxşaxəli iqtisadi məsələlər üzrə məsul vəzifələrdə işlədim. Bakıya gəlməzdən əvvəl son vəzifəm iqtisadi münasibətlər və beynəlxalq əməkdaşlıq direktoru idi.
Daha nə deyə bilərəm. Ölkəm yeni müstəqilliyini iyulun 5-də qeyd etdi. Bildirmək istərdim ki, müstəqillikdən sonrakı nəslin nümayəndəsiyəm. Mən 100% əlcəzairliyəm və bununla fəxr edirəm. Əlcəzairdə bütün vətəndaşların, qız və oğlanların təhsil almaq imkanlarını təmin etməkdə yürüdülən bir siyasət sayəsində təhsil aldım. Məktəb 6 yaşından başlayaraq, hər kəs üçün məcburidir. Kişi və qadın bərabərliyi imkanlarından da yararlandım.
Əlcəzair qadınlarının təkcə milli azadlıq mübarizəsində iştirakını deyil, həmçinin, ölkənin iqtisadi və sosial inkişafına verdiyi töhfələri də bilirsiniz. Bu gün onlar bütün sektorlarda və bütün məsul vəzifələrdə çalışırlar. Onlar hətta, təhsil, ədliyyə və ya səhiyyə sahələrində də çoxluq təşkil edirlər. Həmçinin, ordu sıralarında da xidmət göstərirlər və bəzilərinin general rütbələri var. Bu il Müstəqillik günü münasibətilə cənab Prezident Əbdülməcid Tebbun onlardan bir neçəsini bu rütbəyə yüksəltdi.
Diplomatiya sahəsində, mənim kimi bir çox qadın Əlcəzairi bir sıra ölkələrdə səfir olaraq təmsil edir.
- Azərbaycan barədə təəssüratlarınızı bilmək maraqlı olardı. Sizi ölkəmizdə ən çox nə cəlb edir?
- Azərbaycan mənim üçün çox gözəl bir kəşfdir. Düzdür, hazırda mən yalnız Bakı şəhərini tanıyıram və ölkəniz haqqında ümumi fikrimi hələ ki, Bakıda görürəm. Ümid edirəm ki, pandemiyadan sonra Azərbaycanın digər bölgələrini də ziyarət edə biləcəyəm.
Bakının memarlığı, təmizliyi, quruluşu, müxtəlif yaşıl sahələri məni heyrətləndirdi. Avropa şəhərlərindən, xüsusən də Vyanadan heç fərqlənmir. İqlimi və Xəzərin mavisi mənə Aralıq dənizini xatırladır. Şəhərdəki təhlükəsizlik heyranedicidir və mənə Bakı küçələrində rahat gəzməyə imkan verir.
Digər tərəfdən, məni heyrətləndirən Azərbaycan xalqı oldu. Qərbin və Şərqin ikili mədəniyyətinə yiyələnmiş, qonaqpərvər, tolerant və açıq fikirli xalqdır. Fərqliliyi, xüsusən də dini fərqliliyi müsbət qarşılayır. Təkcə universitetdə deyil, hər yerdə musiqi, şeir və ya sənət haqqında söhbət edən azərbaycanlılara rast gəlmək çox asandır, onlar çox biliklidirlər.
Mən artıq işim çərçivəsində azərbaycanlılarla, əsasən diplomatlarla görüşmüşəm və yüksək insani keyfiyyətlərinə görə mənə hər zaman dost kimi yanaşıblar, bu keyfiyyətlərin yalnız diplomatlarda məhdudlaşmadığını gördüyümə heyrətlənirəm.
- Azərbaycanla Əlcəzair arasında münasibətlərin səviyyəsini necə xarakterizə edərdiniz? Sizcə, əməkdaşlığın inkişafı üçün hansı addımların atılmasına ehtiyac var?
- Əlcəzair və Azərbaycan arasındakı münasibətlər əladır və bu, hər iki ölkəyə müxtəlif sahələrdə dinamik əməkdaşlıq, Əlcəzair-Azərbaycan şirkətləri arasında tərəfdaşlıq yolu ilə böyük iqtisadi potensialdan faydalanmağa imkan verir.
Bildiyiniz kimi, hələ SSRİ dövründən Azərbaycanla Əlcəzair arasında əlaqələr mövcud olmuşdur. Həmin dövrdə, müstəqilliyimizdən sonra bir çox əlcəzairli Azərbaycanda təhsil alıb, azərbaycanlılar da texniki əməkdaşlıq çərçivəsində Əlcəzairdə işləyib.
Hər iki ölkə arasında diplomatik əlaqələr Azərbaycan müstəqillik əldə etdikdən sonra həyata keçirilib. 2015-ci ildə Əlcəzair səfirlik açmaq və səfir təyin etmək lazım olduğu qənaətinə gələrək, Bakıda missiya açdı. Ortaq və ikitərəfli əlaqələri gücləndirən, siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməklə, iki xalqın bir araya gəlməsi üçün böyük bir missiyaya sahib ilk səfir olmaq şərəfinə sahibəm.
Bu məqsədlər üçün artıq qanuni bir baza var və bu baza bir çox müqavilədən ibarətdir. Onlardan bəziləri, məsələn, ədliyyə sahəsində əməkdaşlıqla bağlı olan müqavilələr artıq imzalanmışdır. Digərlərinin isə iki ölkə tərəfindən imzalanması gözlənilir. Bu, Xarici İşlər nazirimizin may ayında yerinə yetirməli olduğu səfər zamanı edilməli idi. Lakin, mövcud pandemiya səbəbiylə təxirə salındı və mümkün olduğu halda, ən qısa zamanda həyata keçiriləcək.
- Həm Azərbaycanın, həm Əlcəzairin iqtisadiyyatının əsasını neft və qaz təşkil edir. Həmçinin, iki ölkə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq üçün potensiala malikdirlər. Bu gün bu potensialdan nə dərəcədə istifadə olunur?
- Doğrudur, ölkələrimizin iqtisadiyyatı əsasən enerji, neft və qaza söykənir və buna görə də iqtisadi şaxələndirmədə böyük problemlərlə üzləşirlər. Bu promlemləri həll etmək üçün onların əməkdaşlıqları faydalıdır. Bu əməkdaşlıq kənd təsərrüfatı, sənaye və turizm kimi digər sahələrdə də hər iki ölkənin sübut olunmuş potensialına güvənə bilər.
Yuxarıda qeyd etdiyim kimi, təşviqat üçün əməkdaşlıq sahələrini genişləndirməyi araşdırırıq. Gəlişimdən sonra nazirlərlə görüşlərim bu hədəfə yönəlmişdi. Təəssüf ki, pandemiya səbəbi ilə bütün nazirlərlə görüşə bilmədim, amma mümkün halda, ən qısa zamanda görüşlərimi davam etdirəcəyəm.
Qeyd etdiyim hüquqi baza həm də mövcud potensialdan yararlanmağın və onu həyata keçirməyin yol və vasitələrini araşdırmaq üçün müvafiq komissiyalar yaratmağa qadirdir. Sanitar-epidemoloji vəziyyətin uzanmayacağına və tezliklə layihələrimizi davam etdirəcəyimizə ümid edirəm.
- Azərbaycan bildiyiniz kimi, son illərdə həm də öz turizmi ilə xüsusilə ərəb ölkələri arasında populyarlıq qazanıb. Düzdür, koronavirusla bağlı bu sahədə durğunluq var. Amma təbii ki, bu, müvəqqəti haldır. İki ölkə arasında qarşılıqlı olaraq turist səfərləri səhv etmirəmsə, yox dərəcəsindədir. Məsələn, mən bir azərbaycanlının turist kimi Əlcəzairə səfər etdiyini eşitməmişəm. Bu istiqamətdə inkişafa nail olmaq üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz?
- Turizm, iqtisadiyyatımızı şaxələndirmək və karbohidrogenlərdən asılılığı azaltmaq üçün ölkələrimizin daha da inkişaf etdirməli olduğu vacib bir sahədir. Bu sahədə ölkələrimizin böyük potensialı var. Gözəl ölkələrimiz, yaxşı iqlimimiz, gözəl insanlarımız və ləzzətli mətbəximiz var. Həm də ölkələrimizin güclü tərəflərini vurğulayan cəlbedici mədəniyyətə və tarixə sahibik.
Artıq Azərbaycan bu sektorun inkişafına sərmayə qoyub. Hər yerdən, həmçinin, Əlcəzairdən turist axınının getdikcə artdığı görünür. Doğrusu, həmyerlilərim Bakını, onu daha çox təklif edən turizm agentlikləri vasitəsi ilə kəşf etdilər. Bakıya gələn hər kəs heyrətlə geri qayıdır və burada qaldıqlarından çox məmnun olduqlarını bildirirlər. Əminəm ki, bu yay pandemiya olmasaydı, daha çox turist olacaqdı. 2020-ci ilin fevral ayında 30-dan çox agentlik şəhərlə tanış olmaq və müştərilərinə təqdim etmək, otellər və digər obyektlərlə müqavilə bağlamaq üçün Əlcəzairdən Bakıya gəldi.
Əlcəzairlilər böyük səyahətçilər kimi tanınır. Bundan əlavə, hava limanının fəaliyyətinin dayandırılması səbəbindən, dediyim müddətdən bu günə qədər 13 əlcəzairli turist Bakıda qalıb.
Əlcəzairə gəldikdə isə, bundan günlərlə danışa bilərəm. Əlcəzair, gördükdən sonra, yenidən görmək istəyəcəyiniz möhtəşəm bir ölkədir və mən Əlcəzairi çox da yaxşı tanımayan azərbaycanlılara, xüsusən də, gənc nəslə tanıtdırmalıyam. Əminəm ki, onlar Əlcəzairi, onun tarixini, mədəniyyətini və insanlarını çox sevəcəklər.
Nə xoş ki, yaşlı nəsil arasında çoxlu azərbaycanlı, SSRİ dövründə əməkdaşlıq çərçivəsində 60-70-ci illərin sonlarında Əlcəzairdə yaşayıb və öyrəndim ki, Əlcəzair müstəqillik əldə etdikdən sonra onları Əlcəzairə yardım etmək üçün mərhum Prezident Heydər Əliyev göndərib. Onların çoxunun Əlcəzairlə bağlı xoş xatirələri var. Hər kəs, xüsusən də uşaqlığını orada keçirənlər onu qonaqpərvərlik, firavanlıq və xoşbəxtlik diyarı kimi xatırlayırlar. Əlcəzairi cənnət kimi təsvir edirlər və mən onlara Əlcəzairin yenə də hər zamanki kimi cənnət olduğunu və bunu özlərinin görməsini tövsiyə edirəm. Əslində, Əlcəzairin böyük turizm potensialı var.
Afrikanın ən böyük ölkəsi olan Əlcəzairin ilin dörd fəslində turizm xidmətlərinə cavab verən müxtəlif şəhərləri var. Şimaldan, yayda çox gözəl çimərlikləri ilə 1200 km-dən çox uzunluqda sahəni əhatə edən füsünkar Aralıq dənizi sahilləri. Qış fəslində cənubda qum və daş okeanını nümayiş etdirən böyük Sahara səhrasına, gün batan tərəfdə Assekrem yaylasına, qərbdə və şərqdə əzəmətli və qarlı dağlara tamaşa etmək olur. Bundan başqa, Əlcəzairdə əlcəzairlillərin mənşəyini, tarixini və mədəniyyətini izah edən çoxsaylı qalıqlar var. Belə ki, Əlcəzair zəngin fərqliliyə malik, çoxsaylı sivilizasiyaların birləşdiyi torpaqdır.
Ölkələrimizin bu sahədə əməkdaşlığını reallaşdırmaq üçün işləmək lazımdır. Bu, mənim və eyni zamanda Azərbaycanın Əlcəzairdəki səfirinin vəzifəsidir. Əlcəzair-Bakı birbaşa xəttinin yaradılması bu əməkdaşlığı sürətləndirə biləcək təşəbbüsdür. Fikrimcə, bu mümkündür.
- Xanım səfir, bu gün koronavirus bütün dünya üçün əsas problemə çevrilib. Əlcəzairdə bununla bağlı vəziyyət necədir? Ölkənizin post-pandemiya ilə bağlı planları nədən ibarətdir?
- Bilirsiniz ki, Əlcəzair də digər ölkələr kimi pandemiya ilə üzləşib. Pandemiyanı tez bir zamanda qəbul etdiyi karantin tədbirləri sayəsində sabitləşdirdirdi, lakin yüngülləşdirmə tədbirlərindən sonra yoluxma sayı sürətlə artdı. Hüquq-mühafizə orqanları karantin tədbirlərini sərtləşdirərək və ticarət yerlərinin fəaliyyətini qadağan etməklə, bir çox bölgələrdə bir sıra tədbirləri həyata keçirməli oldu. Yoluxma sayını azaltmaq üçün maskaların geyilmə qaydalarının pozulmasına qarşı vacib tədbirlər görüldü. Bu, vətəndaşları yoluxma ilə mübarizə səylərində iştirak etməyə inandırmağa yardım edəcəkdir.
"Tək əldən səs çıxmaz", hökumətin səyləri ümumi şəkildə sağlamlıq təhlükəsizliyinə cavabdeh olan vətəndaşların məsuliyyəti ilə mütləq dəstəklənməlidir. Post-pandemiya dövrünə gəlincə, həlli tapılmalı olan iqtisadi məhdudiyyətlərlə üzləşməli olduğumuz aydındır, lakin bu anda virusun yayılmasına qarşı nəzarət etmək və mübarizə aparmaq vacibdir.
- Pandemiya dövründə iki ölkə arasında təmaslar davam edirmi?
- Aydındır ki, nəinki protokol əlaqələri davam etdirilməli, həmçinin, çoxtərəfli görüşlərdə iştirak etmək üçün texnologiyadan istifadə edilməlidi idi. İlk olaraq apreldə "OPEC+ "iclası keçirildi. Bu il Əlcəzair burada OPEC-in sədri, Azərbaycan isə "OPEC+"in qeyri-daimi üzvü kimi iştirak etdi.
İkincisi, may ayında Prezident İlham Əliyevin başçılığı ilə keçirilən Qoşulmama Hərəkatının pandemiya ilə bağlı zirvə toplantısı oldu. Cənab Əbdulməcid Tebbun bu görüşdə iştirak etdi və öz töhfələrini verdi.
Və nəhayət üçüncü görüş, iyun ayında Neft və Qaz ixrac edən ölkələrin forumu oldu.
- Xanım səfir, bildiyiniz kimi, Azərbaycan illərdir işğal problemindən əziyyət çəkir. Son günlər isə Ermənistan-Azərbaycan sərhəddində Ermənistanın təxribatı nəticəsində ciddi qarşıdurmalar yaşandı. Nəticədə Azərbaycanın mülki sakini və hərbçilər həlak oldular. Ölkəmizin bu münaqişə ilə bağlı mövqeyi nədən ibarətdir?
- Əlcəzair iki ölkə ilə münasibətləri davam etdirir və istərdi ki, münaqişə hər iki xalqın mənafeyi naminə tez bir zamanda həll olunsun. Ölkəmiz Azərbaycanın suverenliyini təsdiqləyən BMT qətnamələri əsasında Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həllini dəstəkləyir. Beynəlxalq qanunlara hörmətlə yanaşan Əlcəzair, bu məsələdə BMT, İƏT və YAP-da Azərbaycanı həmişə dəstəkləyib.
Əlcəzair həmişə sülhün tərəfdarıdır və Prezidentimizin 1963-cü ildə BMT-dəki ilk çıxışından bəri ona sadiqdir. Azərbaycan və Ermənistan qonşu ölkələrdir və bu münaqişəyə son qoymaq üçün danışıqlara üstünlük verməlidirlər. Status-kvo heç kimə yaramır. Birlikdə yaşayan və ortaq əlaqələri olan iki icma arasında sülhü bərqərar edəcək bir həll yolunu sadəcə gecikdirir.
Təəssüf ki, vəziyyət silahlı zorakılığa çevrildikdə və insan həyatı itkisinə səbəb olduqda, hər bir peşəkar diplomat uğursuzluğu etiraf etməyə borcludur. Bu yaxınlarda baş verən hadisələr, mənim fikrimcə, sülh yolu ilə həll ediləcək bütün səyləri sarsıda bilər.
Günahsız insanların həyatını qorumaq üçün təmkin və hikmət bərpa olunmalıdır.
Fürsətdən istifadə edərək, Azərbaycan xalqına, xüsusən də doğmalarını itirən ailələrə dərin hüznlə başsağlığı verirəm.
Gəlin onlara rəhmət diləyək!
- Hazırda Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Ötən il diplomatik əlaqələrimiz ərzində ilk dəfə olaraq Əlcəzair Prezidenti Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün Azərbaycana səfər etdi. Bu il digər yüksək səviyyəli səfərlər planlaşdırılırmı?
- Həqiqətən də, Prezidentin keçən il Azərbaycana səfəri tarixi əhəmiyyət kəsb edir, çünki o, Əlcəzairin Azərbaycana səfər edən ilk prezidentidir və sizə deyə bilərəm ki, Bakı onu heyran etdi. Prezident və onu müşayiət edən nümayəndə heyəti Bakını çox təriflədi.
Yuxarıda qeyd etdiyim qanuni bazanı imzalamalı olan Xarici İşlər nazirinin və texniki, enerji, kənd təsərrüfatı və digər sahələrdəki nazirlərin yüksək səviyyəli səfərləri bu il üçün nəzərdə tutulmuşdu. Lakin, COVID-19 pandemiyası səbəbiylə təxirə salındı və ən qısa müddətdə yenidən planlanacaq.
Bildiyiniz kimi, Əlcəzair müstəqilliyinin 58-ci ildönümünü qeyd edir. Əlcəzair xalqının 132 illik müstəmləkəçilikdən azad edilməsi ən vacib milli bayramlardan biridir. Bu ilin anım mərasimi 170 il əvvəl müharibə meydanında döyüşən 24 Əlcəzair Müqavimət hərəkatı döyüşçüsünün qalıqlarının Fransadan geri qaytarılması ilə üst-üstə düşür. İyulun 5-də onlar sevdikləri və özlərini qurban verdikləri torpaqda dəfn olundular.
İcazənizlə şəhidlərimizin ruhları qarşısında baş əyirəm və onlara rəhmət diləyirəm. Yaşasın azad və müstəqil Əlcəzair və yaşasın Əlcəzair-Azərbaycan dostluğu!
- Maraqlı müsahibə üçün təşəkkür edirik
Pərvanə Sultanova

Oxşar xəbərlər
- Hökümə xanımla axıra kimi danışdıq...Göümü açdım AKTAU - Video
27 dekabr 2024 18:27
- Prezidentin ad günündə ailə FOTOSU
24 dekabr 2024 21:51
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 2024 14:02
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 2024 12:47
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 2024 21:09
- Tatarıstan Rəisi Rüstəm Minnixanov Bakıya işgüzar səfərə gəldi
17 dekabr 2024 11:11
- Şeyxülislam Vatikanın katibi ilə görüşüb
15 dekabr 2024 19:53
- KOROĞLU səfir oldu
14 dekabr 2024 23:20
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 2024 12:05
- Rusiyaya sığınan LİDERLƏR - Onların taleyi NECƏ OLDU?
10 dekabr 2024 16:26
Xəbər lenti
- Milli Məclisin deputatları tətilə çıxır
27 dekabr 21:42
- Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru - Səkinə Sadıxova
27 dekabr 19:31
- Hökümə xanımla axıra kimi danışdıq...Göümü açdım AKTAU - Video
27 dekabr 18:27
- Məhərrəm Ömrümovun şirkətində bədbəxt hadisə: Usta yıxıldı, vəzifəli şəxs ittiham edildi
27 dekabr 15:28
- Kadırovun təklifindən Bakı imtina etdi - TƏCİLİ
27 dekabr 14:00
- Hərbi xidmətə çağırış yaşı 30-a endirildi
27 dekabr 12:05
- Hökümənin SON MESAJI üzə çıxdı: Yazdığını TEZ SİLİB, bir bundan başqa - VİDEO
27 dekabr 11:43
- Üzünü tam örtən qadınlar 20 MİN cərimələnəcək
26 dekabr 18:06
- 13 yaşlı məktəbli də qəzada həlak olub - Foto
26 dekabr 16:00
- DGK Xəlil Göyüşovun qalmaqallı şirkətini nədə ittiham edir?
26 dekabr 15:11
- Ter-Petrosyandan Köçəryana güllə kimi cavab
26 dekabr 14:21
- Qəzada həlak olan Hökümənin anası DANIŞDI: Həmişə deyirdi ki, mənimlə fəxr edin
26 dekabr 13:36
- MİLLİ MATƏM - Sumqayıtda 105 000 abonent qazsız qalıb
26 dekabr 12:59
- Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
25 dekabr 21:54
- Özünü təqsirli bilməsə də, 400 min manat ödəyib
25 dekabr 20:46
- Təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb
25 dekabr 18:38
- Eks-Deputat öldü
25 dekabr 18:17
- SON DƏQİQƏ: Azərbaycanda matəm ELAN OLUNDU
25 dekabr 16:01
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 15:32
- İlham Əliyevin təyyarəsi Bakıya eniş etdi
25 dekabr 14:40
- Mehriban Əliyeva başsağlığı verdi
25 dekabr 14:05
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 13:56
- Qazaxıstan: Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub (YENİLƏNİB/VİDEO)
25 dekabr 12:12
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 11:26
- Pişiyə görə ərini məhkəməyə verdi
24 dekabr 23:55
- Prezidentin ad günündə ailə FOTOSU
24 dekabr 21:51
- Əmək haqqı, pensiya, müavinət artımı haqqında - Millət vəkili Əli Məsimli
24 dekabr 20:42
- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
24 dekabr 20:13
- Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 18:37
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 18:04
Video & Fotoqalereya
Video
Fotoqalereya