Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə

Bu gün Xalq artisti Gülşən Qurbanovanın doğum günüdür.
Kulis.az Ülvi Bahadırın onun bacısı Firəngiz Qurbanova ilə müsahibəsini təqdim edir.
- Gülşən xanımı biz daim şən, deyib-gülən görmüşük. Siz ondan fərqli olaraq daha sakit təbiətlisiniz.
Onda ta uşaqlıqdan aktrisalıq var idi. Ancaq atam bilmirdi. O elə bilirdi ki, mən aktrisa olacam. Aktrisa olmağımızı istəmirdi. Gülşən bağçada nə eşidirdisə, evə gəlib, başına ləçək taxıb yamsılayırdı. Mən artıq bilirdim ki, bağçada nələr olub. Atam bilmirdi, ancaq mən görürdüm.
- Necə bir ailədə böyümüsünüz?
- Atam aktyor, anam həkim idi. Anam Kubra xanım Əməkdar həkim adını almışdı. Çox gözəl qadın idi. Atası Həbibulla Abdullaxan İranın konsulu idi. İranda doğulub, orada yaşayıb, sonradan Bakıya köçmüşdü. 1932-ci ildə onu aradan götürdülər. Qardaşları da var idi anamın. Hamısı vəfat edib.
Birgə tamaşalara gedirdilər.
O vaxt insanlar teatra gedəndə xüsusi geyim geyinirdilər. Teatra hörmət, ehtiram var idi. İndi heç nə qalmayıb.
Gülşən həmişə şən, ünsiyyətcil idi. Mən danışmırdım. Anam əsəbiləşirdi. Deyirdi ki, sən də nəsə de də. Din, danış.
- Siz atanızın ikinci evliliyindən olmusunuz. Birinci evliliyindən də görkəmli aktyorumuz Hamlet Qurbanov. Onunla görüşürdünüz?
- Hamleti ilk dəfə atamın dəfnində görmüşəm. Balaca olanda bir-iki dəfə bizə gəlmişdi. Onun səkkiz-doqquz yaşı olardı. Ancaq Gülşənlə o vaxta qədər qarşılaşmamışdılar. Dəfndən sonra az qala hər gün görüşürdük. Onu görəndə elə bildim atamdır. Onun saqqalı var idi, ancaq başının yuxarı hissəsi eynilə atamdakı kimi idi. Çox pis oldum.
- Onun reaksiyası necə oldu?
- Çox yaxşı. Onun qəribə xasiyyəti var idi. Nələrsə danışırdı, onu tanıyanlar bilirdilər ki, nə demək istəyir. Çox yaxşı insan idi. Vaxtaşırı zəng eləyirdi, bizimlə maraqlanırdı. O da tez-tez bizə gəlirdi, biz də onlara gedirdik.
- Atanız Gülşən xanımla birgə qəza keçirib.
- Bəli. Atam Salyana qastrola getmişdi. Bir otaqda oturublar. Gülşən eyvana çıxıb. Görüb ki, bir motosiklet keçir. Üstündə də Stalinin portreti var. Hamını çağırıb ki, gəlin baxın. Leyla Bədirbəyli də orada olub. Ancaq o, bir qıraqda oturub. Ondan başqa hamı qaçıb eyvana. Eyvan çökmüşdü. Atamın onsuz da ciyərləri xəstə idi. Ona heç nə eləyə bilmədilər. Gülşənin də əli sınmışdı. Onu da çox pis düzəltmişdilər. Ondan sonra əlində problem oldu həmişə.
- Özündən gizlədiblər atasının vəfatını.
- O, xəstəxanada olanda atamın öldüyünü heç kim demədi. Yəqin, anam demişdi. Mən deyə bilməzdim. Sonra öyrəndi. Çox pis oldu. Ancaq onun xasiyyəti, xarakteri onu saxladı. Heç vaxt tək olmurdu ki, oturub evdə ağlasın. Həmişə insanların arasında olurdu.
- Sizin onunla görüşməyinizə ananız necə baxırdı?
- Anamın çox mülayim xasiyyəti var idi. Heç vaxt onunla görüşməyimizə, bizə gəlməyinə qarşı olmayıb. Biz də onlara gedirdik. Orada da bizi çox yaxşı qarşılayırdılar.
Sonradan Hamletdə onkoloji xəstəlik yarandı. Onu axırıncı dəfə xəstəxanada gördüm. Siması, baxışları hələ də gözümün qabağındadı. Çox ağır keçirtdi xəstəliyi.
- Gülşən xanımın iki dəfə ailə həyat qurduğu deyilir.
- Yalandı. Bir dəfə ailə qurub. Həyat yoldaşının adı Rüstəm idi. Evliliyindən qızı Kəmalə yadigar qalıb. Sonra ayrıldılar. Gülşənin həyatı teatrla və televiziya ilə bağlı idi. Hər an hər şeyə hazır idi. Az qala hər gün canlı efirə çıxırdı. Özü də canlı efiri sevirdi. Elə onu da belə şeylər əldən saldı. İki dəfə infarkt keçirtdi. Xəstəxanadan durub işə gedirdi. Yalvarıb-yaxarırdıq, xeyri olmurdu. Tək olmağı sevmirdi. Bizə gəlirdi, bir saat oturandan sonra deyirdi ki, mənim görüşüm var. Mən adamla belə, standart danışıram. Gülşənlə danışan adam elə bilirdi ki, onu uşaqlıqdan tanıyır.
- Ayrılmalarına səbəb nə oldu?
- Gülşən işinə çox bağlı idi. Ailəsinə vaxt ayıra bilmirdi. Bütün günü orada-burada idi. Evdə tapılmırdı. Rüstəm də çox sakit adam idi. Heç bilinmirdi evdədi ya yox. Gülşən anamla bir evdə yaşayırdı son vaxtlar. Sonra belə bir qərar verdilər, ayrıldılar.
Ancaq ikinci evlilik söhbətləri uydurmadır. Kiminlə olub ikinci evliliyi?
- Deyildiyinə görə, Mübariz Əlixanoğlu ilə.
- Dəhşət! Başları çatmır, vallah. Heç mən tanımıram, bilmirəm o kimdi.
- Yazırlar ki, Mübariz bəyin içki problemləri olub, ona görə ayrılıblar.
- Bilirsiniz, bir sənətçi çox məşhur olanda haqqında belə yalan xəbərlər çox yayılır. Belə bir şey olmayıb. Gülşənin bir evliliyi olub, ondan da bir qızı olub.
- Əsas məşhurluğunu “Qaynar qazan” verilişi ilə qazandı.
- Hə, çox məşhur idi o veriliş. Hamı onu tanıdı, sevdi. Çox canlı, təbii idi ekran qarşısında. Elə həyatda da... Ona görə heç əziyyət çəkmirdi canlı efirlərdə.
- Dediniz ki, iki dəfə infarkt keçirib. Özünə necə baxırdı?
- Baxmırdı. Baxsaydı, hər şey tamamilə başqa cür olardı. İnfarkt keçirəndən sonra elə bil heç nə olmamışdı. Öz işində idi. Yenə bütün günü çəkilişlərdə, orda-burda. Bir dəqiqə dayanmırdı.
İkinci infarktından nə qədər keçmişdi ki?
Nə istəyirdi, eləyirdi. Dalınca qaçmaq mümkün deyildi. Daim hərəkətdə idi.
Axırda da...
- Yaxın dostları kimlər idi?
- Ən yaxın dostu Azər Mirzəyev idi. Bölgələrə səfərlərə gedirdilər. Yasin Qarayev də yaxın dostlarından idi.
Hamıya qarşı eyni idi. Uşaqla uşaq, böyüklə böyükərini necə aldınız?
- Gecə idi. Evdəydim. Kimsə zəng elədi. Elə bil içimdə nəsə qırıldı. Bilmirəm, zəng vuran kim idi. Xəstəxanada olmayıb o.
- Deyirlər ki, polis onu izləyirmiş. Buna görə narahat olubmuş. Evə gedə bilməyib, qaçqınların yataqxanasında qalırmış.
- Yox, elə bir şey olmayıb. Bakıda idi. Artıq anam yox idi. O, ayrı evdə yaşayırdı. Dedilər ki, eyvanda it var imiş. Onun iti deyildi. İtə yem verdiyini görüblər. İçəri keçib və bir anda vəziyyəti pisləşib. Heç özü də hiss eləməyib ki, belə olacaq.
Hərə bir şey danışır.
Biz gec-gec görüşürdük. İldə bir-iki dəfə. Əhmədlidə qalırdıq. Bayramlarda, ad günlərində gəlirdi. Ancaq çox qalmırdı. Bir-iki saat qalıb gedirdi. Vaxtımız olmurdu tez-tez görüşməyə. Bilsəydim, belə olacaq, hər gün yanına gedib-gələrdim.
- Ölüm anında yanında kimsə var idi?
- Yox. Daha doğrusu, mənə heç nə deməmişdilər. Çünki mənim vəziyyətim çox pis idi. Heç kimlə danışmaq istəmirdim. Atam da dünyasını dəyişəndə elə olmuşdum. Anam məni tez-bazar Moskvaya göndərdi. Getmək istəmirdim. Zorla yollamışdı. Nə yaxşı ki, getmişdim. Halım xeyli dəyişmişdi, yaxşılaşmışdım.
- Ölümündən sonra da haqqında çox söz deyildi. Guya ölməyibmiş, kliniki ölüm keçiribmiş.
- Hə, çox söz dedilər, danışdılar. Çox məşhur idi. Ona görə də haqqında bu qədər danışılması normaldır, əslində.
Onun İkinci Fəxri Xiyabanda basdırılmağını istəyirdim, ancaq heç kimi tapmadım ki, qol çəkdirim. Vida mərasimi Rəşid Behbudov adına Mahnı Teatrında olub. Dostları ən yaxında dayanmışdı. İmkan vermədilər. Fatma Abdullazadə icazə vermədi, dedi ki, İkinci Fəxri Xiyabanda basdırılmağına icazə vermirik. İndi onun məzarı Yasamal qəbiristanlığında - yolun üstündədir. Düşündüm ki, Gülşən öz həyatını insanlara həsr eləyib. Bəlkə, xiyabanda olsa idi, heç kim getməyəcəkdi. Belədə hamı görür onu.
- Yaxınlarının arasında şübhələnənlər oldu?
- Yox. Mənə deyiləndə inanmadım ki, Gülşən ölüb. Axı indicə televizorda ona baxırdım?! Necə ölə bilərdi? Camaat da mənim kimi...
Əlini tutanda canı üstündə idi. Canlı, isti... Soyumamışdı. Əlləri çox yumşaq idi onun... Bilmirəm, bəlkə də, mənə elə gəlirdi.
- Gülşən xanım indi burada olsaydı, qarşınızda əyləşsəydi, ona nə demək istəyərdiniz?
- Özünə yaxşı bax. İnsanlar çoxdur, hamıya yetə, çata bilməzsən.
- Sərdar Cəlaloğlu məhkəməyə verildi
30 iyul 2025 09:57
- Son sözündə dedi ki, Natiqlə GÖRÜŞƏ GEDİRƏM ... - VİDEO
28 iyul 2025 12:53
- Oliqarx oğlu razılığı pozdu, Ali Məhkəməyə üz tutdu – TƏFƏRRÜAT
27 iyul 2025 21:51
- Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi ?
27 iyul 2025 21:24
- Könül AYDIN. Kabusdumu, qonşudumu – bilmədim
27 iyul 2025 12:06
- Ölüb-dirilən qadın danışdı: -O dünya-da NƏ GÖRÜB - ŞOK
25 iyul 2025 23:19
- Tanınmış aktyor Allahverdi Yolçuyev müalicəsi üçün küçədə corab satır - VİDEO
25 iyul 2025 10:11
- Könül AYDIN. Mətnşünaslığın sonuncu mogikanı
25 iyul 2025 01:00
- Bu qarışımı 1 həftə için, görün orqanizmdə hansı MÖCÜZƏ baş verir
24 iyul 2025 12:19
- Ustaların pulunu verməyən deputatın biznes SİYAHISI və köməkçisindən -dəyərli- məsləhət
24 iyul 2025 09:41
- Prezident Mərakeş Kralını təbrik etdi
30 iyul 12:42
- Xuliqanlıq edən Azərbaycan idmançısına CƏZA- ELEKTRON QOLBAQ
30 iyul 12:26
- Van Dammın azərbaycanlı gəlini Bakıda - FOTOLAR
30 iyul 10:55
- Doğma yurdlarına qayıdırlar - Fotolar
30 iyul 10:24
- Sərdar Cəlaloğlu məhkəməyə verildi
30 iyul 09:57
- Yeni səfir Bakıya gəldi
30 iyul 09:39
- Ərdoğan Tokayevə Türkiyənin ən yüksək medalını verdi
30 iyul 01:39
- Rusiya Dövlət Dumasının deputatı BURYATLARI təhqir etdi
29 iyul 23:39
- Ermənistan PREZİDENTİ Zəngəzur dəhlizindən DANIŞDI
29 iyul 23:31
- Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı - Vəziyyəti ağırdır
29 iyul 13:10
- ÇİN və TÜRK dillərində ortaq sözlər - Firuz Mustafa
29 iyul 11:48
- Tokayev Türkiyədədir
29 iyul 11:40
- Bu xəstəxanaya yeni direktor təyin edildi
29 iyul 11:16
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri
29 iyul 10:56
- Süni intellekt sənətkarla bağlı səhv etdi, universitet üzr istədi - Foto
29 iyul 02:28
- 5 AYDA doğuldu, ÇƏKİSİ 285 QRAM, BOYU 24 santimetr - Zərrəcə yaşamaq şansı yox idi- YAŞADI
29 iyul 00:20
- Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
28 iyul 16:22
- Son sözündə dedi ki, Natiqlə GÖRÜŞƏ GEDİRƏM ... - VİDEO
28 iyul 12:53
- MAXE dənizdə boğulan yeniyetməni XİLAS ETDİ və ÖZÜ BOĞULUB ÖLDÜ
28 iyul 12:42
- Rusiyada azərbaycanlı bloqer axtarışa verildi
28 iyul 11:32
- Putinin gizli keçmişi - ALTDAKI PUTİNDİR
28 iyul 10:43
- Qazaxıstanda NİQAB TAXMAQ QADAĞAN EDİLDİ
28 iyul 10:23
- Milli Qəhrəman Natiq Qasımovun anası dünyasını dəyişdi
28 iyul 09:53
- Mikayıl İsmayılovun polis rəisi olan qardaşı -uzaq Pirallahıdan Bakının mərkəzinə- vəzifəyə gətirilir...
27 iyul 23:59
- Oliqarx oğlu razılığı pozdu, Ali Məhkəməyə üz tutdu – TƏFƏRRÜAT
27 iyul 21:51
- Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi ?
27 iyul 21:10
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri – SENSASİON ADLAR
27 iyul 12:35
- Könül AYDIN. Kabusdumu, qonşudumu – bilmədim
27 iyul 12:06
- Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
27 iyul 11:57
- Dünyada İLK KABAB İNSTİTUTU fəaliyyətə başlayır
27 iyul 10:42