Şeyxülislam Vatikanın katibi ilə görüşüb

Dekabrın 15-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Müqəddəs Taxt-Tacın Dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager ilə görüşüb.
Görüşdə şeyxülislam Azərbaycan-Vatikan əlaqələrindən söz açaraq, əsası Heydər Əliyev tərəfindən qoyulan bu münasibətlərin getdikcə daha da dərinləşdiyini bildirib.
“Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri ilə inkişaf etdirilən Azərbaycan-Vatikan əlaqələrinin yüksək səviyyəsi bizi hədsiz məmnun edir. 2016-cı ildə Papa Fransisk həzrətlərinin Azərbaycana həvari səfəri, dini konfessiyalarla Heydər Məscidində səmimi görüşü, 2022-ci ildə bizim Vatikana səfərimiz, Papa həzrətləri tərəfindən qəbul Azərbaycandakı dini konfessiya rəhbərləri üçün də böyük dəyər kəsb edir”,- deyə QMİ sədri vurğulayıb.
Ölkəmizin postmüharibə dövründə dini fəaliyyətini diqqətə çatdıran QMİ sədri düşmən işğalı zamanı dağıdılmış məscidlərin və kilsələrin bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bərpasının davam etdirildiyini bildirib: “Azad Qarabağa səfər imkanınız olsa, kultursidə məruz qalmış ərazilərimizdə dini-mənəvi irsin bərpa və qorunması yönündə dövlətimiz tərəfindən görülən işlərlə yerində tanış ola bilərsiniz. Misal olaraq, bütün başqa məbədlərlə bərabər, paytaxt Bakının mərkəzi hissəsində, eləcə də Qarabağda, Şuşa şəhərində məscid və başqa məbədlərlə yanaşı, erməni kilsəsinin, həmçinin qədim Alban Apostol kilsələrinin təmir və mühafizəsi dövlətimiz tərəfindən həyata keçirilir”.
Sonra Paul Riçard Qallager Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yüksələn xətlə inkişaf edən Azərbaycan-Vatikan əlaqələrindən danışıb, Azərbaycan xalqının müxtəlif dinlərə qarşı tolerantlığından bəhs edərək, bu münasibətlərdən məmnunluğunu ifadə edib.
Görüş rəsmi ziyafətlə davam edib.
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
8 aprel 2025 13:39
- TDT Baş katibi prezident İlham Əliyevi təbrik etdi
3 aprel 2025 16:42
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
2 aprel 2025 15:29
- Almaniya Azərbaycandan üzr istədi
1 aprel 2025 09:22
- Azərbaycanda alimlər nə qədər maaş alırlar? - RƏQƏMLƏR
27 mart 2025 22:38
- Moldovada saxlanılan qaqauz başkan Qutsul Putinə dəstək üçün müraciət etdi
27 mart 2025 21:25
- 10 ildən sonra Bakıda - FOTOLAR
24 mart 2025 23:03
- Çingiz İsmayılov vəfat etdi
23 mart 2025 23:40
- Qorbаçovun hаkimiyyətə GƏLMƏSİNDƏ və SSRİ-nin DAĞILMASINDA Rokfeller KLANININ ROLU
23 mart 2025 20:25
- İmamoğlunun mətbuat katibi də həbs edildi
23 mart 2025 13:24
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 01:55
- -Park- nəşriyyatının təqdimatı olacaq
11 aprel 00:54
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 00:37
- Partiyalar işçilərinə nə qədər əməkhaqqı verib? – YAP 1498, AMİP 219 manat…
11 aprel 00:30
- ABŞ-nin Ukraynadakı səfiri istefa verib
10 aprel 23:53
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 21:37
- Tramp İlham Əliyevə məktub göndərdi
10 aprel 20:28
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 19:50
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 16:00
- Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 aprel 15:09
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 14:21
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 14:06
- Danışıqlar 30 dəqiqə sonra başlayır...
10 aprel 10:45
- Mövqelərimiz Tovuzqala istiqamətində atəşə tutuldu
10 aprel 10:36
- Prezidentdən Rafael Qvaladze ilə bağlı SƏRƏNCAM
10 aprel 10:31
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 00:06
- Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
09 aprel 23:31
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
09 aprel 23:17
- Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
09 aprel 22:58
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
09 aprel 21:48
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
09 aprel 20:27
- Qutsul ev dustaqlığına buraxıldı
09 aprel 20:16
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
09 aprel 19:57
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
09 aprel 17:47
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
09 aprel 17:39
- Prezident onu rektor təyin etdi - Sərəncam
09 aprel 16:24
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
09 aprel 15:28
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
09 aprel 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
09 aprel 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46