Musavat.com Zirə Gülçülük Mərkəzindən videoreportaj hazırlayıb.
Mərkəzin satış müdiri Rufan Əmiraslanov bildirib ki, gülçülük mərkəzində stabil olaraq 300 gül növü yetişdirilir. Amma ayrı-ayrı vaxtlarda ev və həyət güllərinin, dekorativ bitkilərin sayı mini ötür.
Mərkəz təmsilçisi Avropa ölkələrindən alınan güllərin bir çoxunun artıq burada çoxaldıldığını, satışa çıxarıldığını söyləyib. Təkcə 8 Mart - Beynəlxalq Qadınlar Günündə minlərlə orxideya satdıqlarını bildirən Rufan Əmiraslanov alıcı sarıdan hər hansı problemlərinin olmadığını məmnuniyyətlə söyləyib.
Mərkəzin 22 hektarlıq ərazisində güllər və kol bitkiləri yetişdirilir.
Söhbət əsnasında bildirilib ki, mərkəzə “müalicə”yə ehtiyacı olan güllər də gətirilir və onlarla bağlı zəruri tədbirlər görüldükdən sonra heç bir ödəniş tələb olunmadan geri qaytarılır.
Mərkəzin təmsilçisi gələcəkdə gül ixrac etməyi düşündüklərini də bildirib.
Videoreportajı təqdim edirik:
E.Paşasoy,
Musavat.com