Hərbi müstəntiq ərim başıma silah dirəmişdi - deyən qadın cəzalandırıldı

Hərbi Prokurorluğun böyük müstəntiqi, ədliyyə müşaviri Ceyhun Hüseynovun həyat yoldaşına şiddət göstərməsi və başına silah dirəyərək videoya çəkməsi ilə bağlı iddialar ötən ilin mart ayında səs-küyə səbəb olmuşdu.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ceyhun Hüseynovun keçmiş həyat yoldaşı Nərgiz Hüseynova barəsində Qaradağ Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında etdiyi şikayətə baxılıb. O, Nərgizin Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsi üzrə cəzalandırılmasını tələb edib.
C.Hüseynov iddiasında bildirib ki, Nərgiz Hüseynova sosial media səhifələrinə müsahibə verərək barəsində həqiqətə uyğun olmayan şeylər danışıb: “Nərgiz verdiyi müsahibədə “Ceyhun Hüseynov 21 fevral 2023-cü il tarixində axşam saat 10-11 radələrində arası evə gəlib dövlətin ona verdiyi silahı başıma dayayaraq dostu Mübariz videoya çəkərək zorla mənə dedirtdi ki, de ki mən sənə xəyanət eləmişəm”, “sonra ayaqlarımı bağladı, əlimi bağladı mən xahiş elədikdən sonra əlimi ayağımı açdı və bu arada üstümə bıçaq çəkdi” məzmununda ifadələr işlədib. Nərgiz Hüseynova həmin müsahibəsində mənim ona fiziki işgəncələr verdiyimi, azadlığını məhdudlaşdırdığımı, dövlətin mənə verdiyi odlu silahı onun başına tuşlayıb öldürməklə hədələdiyimi söyləyib. Qeyd olunan müsahibədə odlu silahdan istifadə edərək onu qəsdən öldürməyə cəhd etməyi barədə yalan və böhtan xarakterli məlumatlar yayıb. Barəmdə yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə böhtan xarakterli məlumatları kütləvi informasiya vasitələrində yaymaqla şərəf və ləyaqətimi alçaldaraq barəmdə böhtan xarakterli məlumatlar verib”.
Təqsirləndirilən şəxs isə Ceyhun Hüseynovun dediklərini inkar edib və müsahibəsindəki fikirlərin hamısının reallıqda baş verdiyini deyib: “Mən irəli sürülmüş ittihamla razı deyiləm. Belə ki, 21 fevral 2023-cü il tarixdə keçmiş həyat yoldaşım Ceyhun evə gələrək məni xəyanətdə ittiham etdi və uşaqlardan imtina etməyimlə bağlı məktub yazmağımı bildirdi. Lakin Ceyhuna ona xəyanət etmədiyimi bildirdim. Bundan sonra Ceyhun müxtəlif zorakı hərəkətlər edib, əlimi-qolumu bağlayıb və əlində olan silahı başıma dayayaraq dediklərini etməm məni öldürəcəyini bildirib. Mən də bu hallara bağlı patrul.az saytına müsahibə vermişəm. Düşünürəm ki, hərəkətlərimdə cinayət tərkibi yoxdur. Belə ki, patrul.az saytına verdiyi müsahibədə qeyd etdiyim halların hamısı baş verib”.
Məhkəmədə sənəd və sübutların araşdırılması zamanı məlum olub ki, qadının verdiyi müsahibəinin böyük hissəsi həqiqətə uyğun olmayıb. Belə ki, onun patrul.az saytına verilmiş müsahibədə qeyd etdiyi hallar, yəni, başına silah dayılması və qanunsuz azadlıqdan məhrum edilməsi ilə bağlı faktlar Baş Prokurorluq tərəfindən aparılmış araşdırmada öz təsdiqini tapmayıb.
Qaradağ Rayon Məhkəməsi N.Hüseynovanı Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilib. Ona 1000 manat cərimə cəzası təyin edilib.
Qeyd edək ki, N.Hüseynovanın müraciəti ictimailəşəndən sonra geniş müzakirələrə səbəb olmuşdu. Daha sonra C.Hüseynov vəzifədən azad edilərək prokurorluq sıralarından xaric edilmişdi.
- O ünsürlər buna layiq deyillər - Prezident
28 mart 2025 14:33
- 106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ
28 mart 2025 12:58
- Goranboyda həkimin başına oyun açdılar: Dələduzların qurduqları hiyləgər plan
27 mart 2025 23:40
- Biləsuvarda film kimi cinayət - İki qadın, iki quzu...
27 mart 2025 22:50
- Danimarkada qadınlar məcburi hərbi xidmət edəcək
27 mart 2025 22:09
- 42 yaşlı qadın dəm qazından öldü
26 mart 2025 16:22
- Onunla evlənməyən oğlanı öldürdü - Bakıda qadının ŞOK CİNAYƏTİ
26 mart 2025 02:08
- Stomatoloq qadının səhvən çıxardığı dişini zorla yerinə saldı - müəmmalı ölüm
25 mart 2025 22:00
- Nizami Gəncəvinin məzarını açan şəxs
25 mart 2025 21:12
- Azərbaycandа ƏN VАRLI QАDINLАR - Görün KİMLƏRDİR ?!
25 mart 2025 19:08
- Boykot tarixi: 19-cu əsrdən bu günə qədər gələn müqavimət hekayəsi
28 mart 14:57
- O ünsürlər buna layiq deyillər - Prezident
28 mart 14:33
- Bakı şəhərində cəmi 7 EŞŞƏK VАR
28 mart 14:07
- Tələbə qız vəfat etdi- Atasının məzarı yanında məhlul içib
28 mart 13:30
- 106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ
28 mart 12:56
- Evi vətəndaşın başına uçuran -Melissa- görün kimin imiş - DETALLAR
28 mart 00:27
- Heç vaxt qorxmamışam - Zelenski
28 mart 00:16
- Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı
27 mart 23:47
- Goranboyda həkimin başına oyun açdılar: Dələduzların qurduqları hiyləgər plan
27 mart 23:40
- Prezident Ağdam səfərindən paylaşım etdi
27 mart 23:25
- Qrenlandiya bizə lazımdır
27 mart 23:12
- Biləsuvarda film kimi cinayət - İki qadın, iki quzu...
27 mart 22:50
- Azərbaycanda alimlər nə qədər maaş alırlar? - RƏQƏMLƏR
27 mart 22:38
- Elçibəyin əkiz nəvələri oldu
27 mart 22:18
- Danimarkada qadınlar məcburi hərbi xidmət edəcək
27 mart 22:09
- Mirvari Qəhrəmanlı prokurorluğa çağırıldı
27 mart 21:44
- Moldovada saxlanılan qaqauz başkan Qutsul Putinə dəstək üçün müraciət etdi
27 mart 21:25
- Bu ailələr hər ay 315 azn VERİLƏCƏK
27 mart 21:12
- Prezident və Birinci xanımın Sarıcalıdan YENİ GÖRÜNTÜLƏRİ
27 mart 20:55
- Millimiz 10 : 2 hesabı ilə uduzdu
26 mart 22:53
- Futbolçularımız bozbaş yeməyə öyrəşiblər deyə .... – Aqil Abbas
26 mart 22:24
- Eks- deputаt Hacı Qalib 55-ci dəfə Həccə getdi
26 mart 21:42
- Paşinyan üç eks-prezidentə dedi: - Əsəblərimlə oynamağı dayandırın... Sizi tapdalayacağam
26 mart 21:08
- Paşinyan: Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasını müzakirə etməyə hazırdır
26 mart 17:33
- Pezeşkian Urmiya gölünə getdi
26 mart 17:24
- Tramp Ərdoğanı tərifləyib....
26 mart 16:53
- Azərbaycanlı məşhur müğənni Rusiyada saxlanıldı
26 mart 16:31
- 42 yaşlı qadın dəm qazından öldü
26 mart 16:22
- -Sumqayıt Nəqliyyat-a yeni direktor təyin edilib
26 mart 15:57
- -Əl uzadıb görüşmək- adətinin kökü, yəni Silahsız olduğunu göstərmək...
26 mart 15:39