Ölkənin ən sərfəli mobil operatoru olması ilə yanaşı, sosial layihələri də xüsusi diqqət mərkəzində saxlayan “Nar” “Azərbaycan dili və ədəbiyyatı araşdırmaları” adlı I Beynəlxalq Elmi Simpoziumun keçirilməsinə dəstək olub.
Xəzər Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrinin təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycan dili və ədəbiyyatının inkişaf etdirilməsi və türk dünyasında daha geniş tanıdılması məqsədi ilə təşkil edilib.
İki gün davam edən simpozium Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğız Respublikasının və Şimali Kipr Türk Respublikası kimi ölkələrin alimlərini bir araya gətirərək dil və ədəbiyyat üzrə aktuallığını qoruyan mövzuları müzakirəyə çıxarıb. Tədbirdə ümumilikdə 100-ə yaxın elmi tədqiqatçı müxtəlif mövzulu tezislərlə həm əyani, həm də onlayn sessiyalarda çıxış edib. Həmçinin, simpozium çərçivəsində milli dramaturgiyamızın görkəmli nümayəndəsi Cəfər Cabbarlının anadan olmasının 125 illiyinə həsr olunmuş elmi, musiqili bədii proqram təqdim edilib.
“Nar” ana dilimizin təbliği və mədəni irsimizin qorunmasını öz sosial məsuliyyət strategiyasının ayrılmaz hissəsi hesab edir. Simpoziumun dəstəkçisi olaraq, “Nar” bu sahədə gələcək elmi araşdırmalara, milli dəyərlərin təbliğinə və dilimizin beynəlxalq arenada möhkəmlənməsinə töhfə verməkdən qürur duyur. Qeyd edək ki, “Nar” təhsil, mədəniyyət və sosial layihələrdə fəal iştirak edərək Azərbaycan cəmiyyətinin dayanıqlı inkişafına dəstək göstərməyə davam edir.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
NUH.az