Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib, yaxın günlərdə...- SENSASİYA
Xəbər verdiyimiz kimi, İkinci ordu korpusunun komandiri general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülüb, general-mayor Quliyev Vilayət Bərxuda oğlu isə 2-ci ordu korpusuna komandir təyin olunub.
Bir neçə gündür ki, Mayis Bərxudarovun vəzifədən getməsi barədə ictimaiyyət arasında müxtəlif fikirlər səsləndirilir. Bəziləri bu hadisəni “Tərtər işi” ilə bağlı onun adının hallandırılması, bəziləri də mediada şərti olaraq "Beyləqan İşi" adlandırılan faciəvi olayda adının hallandırılması ilə əlaqələndirirlər.
Yeri gəlmişkən, bu gün Mayis Bərxudarov mediaya açıqlamasında (gununsesi.info) vəzifədən azad olunması barədə suallara cavab verib: “Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam".
"Orduda yeni yüksək təyinat gözləyirsinizmi" sualına isə, general-leytenant belə deyib: "Əşi, bu söhbətin başını buraxın. Bu barədə məlumatsızam”.
Qeyd edək ki, Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Füzuli rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Mayis Bərxudarov "Cəbrayılın azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Zəngilanın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" medallarına layiq görülüb.
Bundan əvvəl isə 2016-cı il, aprelin 1–5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mayis Bərxudarov döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa savaşa qatılıb, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştirak edib, erməni silahlı qüvvələrinin çox sayda qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib, sıradan çıxarıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, Mayis Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Mayis Bərxudarova Lələtəpənin alınmasında göstərdiyi şücaətə və hərbi bacarığa görə general-mayor rütbəsi verilib.
Müdafiə Nazirliyi sistemində baş verən bu dəyişikliklər yeni ordu modelinin formalaşması ilə bağlıdırmı? Deyilənlər nə dərəcədə həqiqəti əks etdirir?
Hərbi jurnalist, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Musavat.com-a mövzu ilə bağlı deyib ki, bu məsələ ilə bağlı rəsmi açıqlama gözlənilir:
“Çünki mətbuatda, xüsusilə sosial şəbəkələrdə bəzi lazımsız müzakirələr gedir. Bu gün generallardan biri Mayis Bərxudarov özü də açıqlama verib ki, sərəncamdadır, “yeni təyinatın başını buraxın”. Əslində, tək Mayis Bərxudarovla bağlı deyil, 4-5 generalla bağlı qərar verilib, mənim şəxsən məlumatım var. Bir neçəsi sərəncama götürülüb, bir neçəsi yeni vəzifəyə təyin olunub. Bu, məndə olan çox ciddi məlumatdır. Gözləyirəm ki, Müdafiə Nazirliyi bununla bağlı öz mövqeyini bildirsin, sonra fikir bildirək. Misal üçün, quru qoşunlarında müəyyən təyinatlar həyata keçirilib. Amma Mayis Bərxudarov yaşına, rütbəsinə görə ordudan tərxis olunmaq üçün uyğun deyil. Yaşı o yaş deyil, rütbəsi də general-leytenant kimi hələ bir neçə il xidmət edə bilər. Sərəncama götürüblər, ola bilsin ya quru qoşunlarında, ya da Müdafiə Nazirliyində vəzifəyə təyin olunacaq. Amma bu günə qədər mətbuatda adı çəkilən generallarla bağlı qərarlar verilib, yəqin ki, Müdafiə Nazirliyi açıqlayacaq. Hər halda gələn ilə qədər orduda xeyli yeni ştatlar, strukturlar yaradılır. O istiqamətdə Müdafiə Nazirliyi sistemində yeni adlar, yeni simalar görəcəyik. Bəli, Mayis Bərxudarov və digər generallar bir neçə gündür ki, yerdəyişmə və sərəncama götürülmə ilə bağlı qərarlara məruz qalıblar. Bərxudarovu uzun illərdir izləyirəm, o, Tovuz istiqamətində briqada komandiri olub, sonra isə döyüşlərin iştirakçısı olub, 44 günlük Vətən müharibəsində iştirak edib. Məlum “Tərtər işi” ilə əlaqədar həm Bakı Apelyasiya Məhkəməsində, həm də Sumqayıt Məhkəməsində zərərçəkənlər, təqsirləndirilən şəxslər bir neçə dəfə onun adını hallandırıblar. Onun fəaliyyəti ilə bağlı səsləndirilən fikirlərə Baş Prokurorluq, yaxud da İstintaq Komissiyası qiymət verib-verməyib, bilmirəm. Təkcə Bərxudarovun adı hallanmayıb, başqa generallar da var. Onu da deyim ki, “Tərtər işi”ndə adı hallanan generallardan bir neçəsi artıq yerdəyişməyə məruz qalıb. Onlar arasında generallar, polkovniklər var. Düşünürəm ki, yaxın saatlarda Müdafiə Nazirliyi bununla bağlı öz mövqeyini açıqlayacaq. Ümumiyyətlə, Müdafiə Nazirliyi sistemində çox ciddi işlər görüləcək, yaxın aylarda biz bunu görəcəyik. Çünki hər şey ona doğru gedir”.
Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov da mövzu ilə bağlı Musavat.com-la fikirlərini bölüşüb:
“Son günlər ictimaiyyətdə bu xəbərlər rezonansla qəbul olunur. Amma bunu normal qəbul etmək lazımdır. Quru qoşunlara yeni komandan təyin olundu, Hikmət Mirzəyev. Orduda müəyyən islahatlar aparılır. NATO standartına uyğun türk modelinə keçid prosesi başlayıb. Bərxudarovun yeri dəyişdirildi o, leytenant olan vaxtdan general rütbəsinə qədər, ömrünün bütün hissəsini döyüş bölgəsində keçirib. Türkiyədə təhsil almış zabitdir.
Aprel döyüşləri, 44 günlük müharibədə və antiterror əməliyyatında döyüşüb. Uzun illərdir mərkəzdən uzaqda xidmət aparır. Prezident tərəfindən ona general-leytenant hərbi rütbəsi verildi. “Qarabağ” ordeninə və sair adlara layiq görülüb. Onu hələlik sərəncama götürüblər, gələcəkdə hansı vəzifəyə təyin olunacaq, bunu Ali Baş Komandan bilər. Rotasiya ilə vəzifədən uzaqlaşan, general rütbəsi olan bir vəzifəli şəxslə bağlı qərarı Prezident verir. Mən Bərxudarov haqqında yalnız müsbət fikirlər bildirirəm. Çünki o, öz gücü ilə səngərlərdə yata-yata, əzab-əziyyət çəkə-çəkə general-leytenant rütbəsinə qalxıb. Bu, ali bir rütbədir. Hər zabitə də bu qismət olmur.
Üç korpus komandirini də rotasiya ediblər. Rotasiya prosesi olmalıdır. Bu ,ajiotajla qəbul olunmamalıdır. Çünki biz türk modelinə keçirik. Türkiyədə təhsil almış komandirlərimiz var. Yeni komandanın islahatları gedir. Bunu islahat kimi qəbul etmək lazımdır. Kiminsə vəzifədən çıxarılması kimi qəbul etmək lazım deyil. Güman edirəm ki, bu dəyişikliklər ordu islahatları ilə bağlı həyata keçirilir”.
- Prezidentin sərəncamı: Yerüstü suların istismarı...
11 oktyabr 2024 21:58
- AİLƏ üzvlərini öldürən Əhməd Əhmədov sağalan kimi azadlığa çıxacaq? - Vəkildən OLAY kimi müsahibə
11 oktyabr 2024 21:05
- Məhkəmə Arutyunyan, Babayan və digərləri ilə bağlı qərar verdi
11 oktyabr 2024 18:08
- Elm və Təhsil Nazirliyi təmir olunacaq məktəbləri gizlədir: 42 milyon hara xəcrclənəcək?
11 oktyabr 2024 18:00
- İcra başçısının xanım müavini 51 MİN MANAT PUL ATIB
11 oktyabr 2024 15:37
- Azərbaycan da su qıtlığı ilə üzləşib – Prezident
11 oktyabr 2024 15:06
- TOYDAN sonra NAĞARA - Dövlət idarəsi 3 il ƏVVƏL görülən iş üçün İNDİ TENDER KEÇİRİR
11 oktyabr 2024 14:56
- Vergi Xidməti 3 MİN, Statistika Komitəsi isə 73 MİN deyir…
11 oktyabr 2024 14:47
- Bu il Türkiyədə kişilər 300-dək QADIN ÖLDÜRÜB - Ərdoğan söz verib ki..
11 oktyabr 2024 14:31
- Azərbaycanda dönərxanalar Əzrayılla yarışa girib
11 oktyabr 2024 13:58
- 1991-ci ildə Çaykənddə keçirilmiş məşhur HALQA əməliyyatı –Ermənilər şokda - NADİR VİDEO
11 oktyabr 23:16
- Prezidentin sərəncamı: Yerüstü suların istismarı...
11 oktyabr 21:58
- AİLƏ üzvlərini öldürən Əhməd Əhmədov sağalan kimi azadlığa çıxacaq? - Vəkildən OLAY kimi müsahibə
11 oktyabr 21:05
- Roma Papası Zelenskini qəbul etdi
11 oktyabr 19:24
- NAR və NETTY ilin ən yaxşı internet təşəbbüslərini mükafatlandıracaq
11 oktyabr 18:21
- Məhkəmə Arutyunyan, Babayan və digərləri ilə bağlı qərar verdi
11 oktyabr 18:08
- Elm və Təhsil Nazirliyi təmir olunacaq məktəbləri gizlədir: 42 milyon hara xəcrclənəcək?
11 oktyabr 18:00
- Deputat seçilən gənc vəzifəsindən azad edildi - Yeni təyinat
11 oktyabr 17:51
- Azərbaycan bu sınaqdan da qələbə ilə çıxacaq - AÇIQLAMA
11 oktyabr 16:20
- İcra başçısının xanım müavini 51 MİN MANAT PUL ATIB
11 oktyabr 15:37
- Azərbaycan da su qıtlığı ilə üzləşib – Prezident
11 oktyabr 15:06
- TOYDAN sonra NAĞARA - Dövlət idarəsi 3 il ƏVVƏL görülən iş üçün İNDİ TENDER KEÇİRİR
11 oktyabr 14:56
- Vergi Xidməti 3 MİN, Statistika Komitəsi isə 73 MİN deyir…
11 oktyabr 14:47
- Bu il Türkiyədə kişilər 300-dək QADIN ÖLDÜRÜB - Ərdoğan söz verib ki..
11 oktyabr 14:31
- Azərbaycanda dönərxanalar Əzrayılla yarışa girib
11 oktyabr 13:58
- Azərbaycanda bələdiyyələrin sayı yarıbayarı azaldılır - Yenilənib
11 oktyabr 13:28
- Bakcell-in baş icraçı direktoru INMerge İnnovasiya Sammitində çıxış edib - Fotolar
11 oktyabr 13:21
- Putin Aşqabadda - VİDEO, FOTOLAR
11 oktyabr 12:23
- BDU-nun Qazax filialında 18 tələbə dönərdən ZƏHƏRLƏNDİ
11 oktyabr 12:09
- Bir kəndin NİSYƏ DƏFTƏRİ-ndə olan 11 MİN MANAT BORCU BAĞLADI
11 oktyabr 11:37
- Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan 4 il ötür
11 oktyabr 11:02
- Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
11 oktyabr 10:40
- Kərim Vəliyev: Vəziyyət gərginləşir
10 oktyabr 20:16
- Azərbaycandan silah daşınması xəbəri ilə bağlı AÇIQLAMA
10 oktyabr 01:04
- Azərbaycanda HALAL HOTELLƏR olacaq - AFTAFA-zad VİDEO
10 oktyabr 00:47
- Nərimanovun rəis müavini qəzada həlak oldu - Yenilənib
10 oktyabr 00:33
- Sayt rəhbəri HƏBS EDİLDİ
09 oktyabr 23:48
- Təzə deputatlarla necə əlaqə saxlamaq olar? – Mobil nömrələrin siyahısı
09 oktyabr 22:00
- Nə istəsə deyir, çünki heç bir məsuliyyət daşımır
09 oktyabr 20:12
- Cərimələr buna görə ARTIRILIB... - Deputatdan İZAHAT
09 oktyabr 19:56