65 qəpiyə satılan çörəyin çəkisi 650 QRАM olmalıdır
![](https://www.nuh.az/uploads/posts/2025-02/thumbs/big_1738832839_corku.jpg)
Marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, yeni qiymətə - 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük ediləcək.
“Qafqazinfo” xəbər verir ki, diqqətçəkən məqam 55 qəpiyə satılan çörəyin çəkisinin 510 qram olması, yəni azaldılmasıdır.
Söhbət ondan gedir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2022-ci ilin yanvar ayında çörəyin qiymətinin 50 qəpikdən 65 qəpiyə yüksəlməsi ilə bağlı açıqlamasında çörəyin çəkisinin 650 qram olacağı bildirilmişdi.
Eyni zamanda, həmin ilin avqustunda Azərbaycanın iri un və çörək istehsalçılarının qiymətin 65 qəpikdən 70 qəpiyə qaldırılması ilə bağlı birgə məlumatında da çörəyin çəkisinin 650 qram olacağı vurğulanmışdı. Ötən müddətdə bir kisə unun topdansatış qiymətinin 40 manat 70 qəpikdən 25 manatadək, yəni 40 faizə yaxın ucuzlaşması əsas gətirilərək çörəyin qiyməti də aşağı salınıb.
Belə ki, 650 qramlıq çörəyin qiyməti mərhələlərlə 70 qəpikdən 55 qəpiyə, yəni 21,5 faiz endirilib. Lakin son açıqlamadan belə məlum olur ki, istehsalçılar çörəyin qiymətindəki endirimi, əslində, onun çəkisi ilə kompensasiya ediblər.
Bununla da çəki 21,5 faiz, yəni 650-dən 510 qrama qədər azaldılıb. Unun ucuzlaşmasının isə qiymətə real təsiri olmayıb.
Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, çörəyin çəkisini sahibkarlar özləri sərbəst müəyyən edirlər:
“Sahibkarlar müxtəlif qiymətə müxtəlif çeşiddə çörəklər təklif edirlər. İstehsalçılar onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan məhsulu sərbəst seçərək ala bilərlər. Qanunvericilikdə və müvafiq dövlət standartında çörəyin konkret çəki meyarı ilə bağlı tələb müəyyən edilməmişdir. Çörəyin çəkisi sahibkarlar tərəfindən sərbəst müəyyən edilir. Lakin qablaşdırılmasında onun çəkisi göstərilməlidir”.
Deyilənlərdən belə nəticəyə gəlmək olur ki, sahibkar un bahalaşanda çörəyin qiymətini artırdığı halda xammal ucuzlaşanda qiyməti çəkini azaltmaq hesabına endirir. Əksər marketlərdə müşahidələr zamanı isə zavod çörəyi olaraq əsasən qiyməti 55 yox, 65 qəpiyə olan məhsullara rast gəlmək olur.
Ətraflı “Baku TV”nin süjetində:
- Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu - FOTO
5 fevral 2025 23:59
- Azərbaycan xaricə 20 MİNDƏN çox diri at satıb – İllər üzrə siyahı
5 fevral 2025 18:13
- Sabahdan çörək bahalaşacaq
31 yanvar 2025 20:47
- Azərbaycanda cinsiyyətini dəyişdirmək istəyənlər haralara üz tuturlar?
26 yanvar 2025 21:23
- Heç bir dinin gücü yetməyən işin öhdəsindən sevgi asanlıqla gəlir - Fəxri Uğurlu
23 yanvar 2025 21:38
- HƏCC ziyarəti üçün QİYMƏTLƏR açıqlandı - 5 950 ABŞ DOLLАRI
20 yanvar 2025 23:02
- Fəxri adlar pulla satılır?
17 yanvar 2025 17:58
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 2025 20:52
- İqtisadi və sosial inkişaf yanbayan getməlidir - Millət vəkili Əli Məsimli
10 yanvar 2025 18:19
- Putinin fərmanı Rusiyadakı azərbaycanlılara hansı problemləri yarada bilər? - AÇIQLAMA
9 yanvar 2025 14:48
- Keçmiş icra başçısı PАSPORTUNU İTİRİB )
06 fevral 14:22
- Kolleclərdə -Müəllimlik- ixtisası ləğv olunacaq - Nazir AÇIQLADI
06 fevral 14:05
- 65 qəpiyə satılan çörəyin çəkisi 650 QRАM olmalıdır
06 fevral 13:08
- Klassik ədibləri -ifşa edək-, yoxsa... - iki baxış
06 fevral 12:21
- İmamoğlunun 7 il 4 aya qədər həbsi istənilir
06 fevral 01:08
- Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: Torpaq qalmaqalına yenidən baxılacaq
06 fevral 00:41
- 53 MİN insanın öldüyü Kahramanmaraş zəlzələsindən iki il ötür
06 fevral 00:28
- Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu - FOTO
05 fevral 23:59
- Ərdoğan almaniyalı həmkarı ilə görüşüb
05 fevral 23:30
- Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
05 fevral 22:40
- FİLOSOF -EKONАZİR Muxtar Babayev KİMDİR? (DOSYE)
05 fevral 22:06
- Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi
05 fevral 20:49
- Tənzilə Rüstəmxanlı media nümayəndələri ilə görüşüb
05 fevral 19:57
- Anardan Səməd Vurğunla bağlı qalmaqala reaksiya: Oğulları yoxdur, mən sağam
05 fevral 19:33
- Dərsdə halı pisləşən 15 yaşlı məktəbli dünyasını dəyişdi
05 fevral 18:41
- Azərbaycan xaricə 20 MİNDƏN çox diri at satıb – İllər üzrə siyahı
05 fevral 18:13
- Prezident naziri vəzifəsindən azad etdi
05 fevral 17:51
- Pensiyalarla bağlı YENİLİK - Prezidentdən SƏRƏNCAM
05 fevral 16:35
- Müstəqil Kürdüstan dövlətinin yaradılması mümkündürmü ?
05 fevral 15:42
- Anar və Rəsul Rza yolumda çəpər oldular – Əlisa Nicat danışdı
05 fevral 15:27
- Prezident Ərdoğana başsağlığı verdi
05 fevral 15:15
- Yazılanlar yalandır - Vahid Əhmədov
05 fevral 15:00
- Onlara yeni vəzifə verildi
05 fevral 14:44
- SON DƏQİQƏ: Vahid Əhmədov xəstəxanaya yerləşdirildi – ALMANİYADA
05 fevral 14:05
- Salona gedən qadın tanınmaz hala düşdü
05 fevral 13:37
- Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto
05 fevral 12:39
- Şəhriyar və Teymur ilk turda qələbə qazandı - Fotolar
05 fevral 12:30
- İlhamə Bədəlova və =Nə varsa= – Sosial dəyişiklik yaradan unikal layihə
05 fevral 12:09
- Suriyanın birinci xanımı Lətifə kimdir? - Osmanlı İmperiyasında... - FOTOLAR
05 fevral 12:00
- Jurnalist Şəmşad Ağa saxlanılıb
05 fevral 11:44