Qaqauzlar niyə Rusiyanı seçdilər? (ŞƏRH)
"Etnik azlıq kimi tanınan qaqauzların provaslav xristian olmaları Moldovanın Avropaya inteqrasiyası əleyhinə çıxmalarında mühüm rol oynayır".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rauf Mirqədirov Moldovada keçirilən prezident seçkiləri və referendumda türkdilli qaqauzların ölkənin avrointeqrasiyası əleyhinə olmaları səbəbindən danışarkən deyib.
"Çox əcaib prosesləri müşahidə edirik. Qaqauzlar provaslav xristianlarıdır. Bu da sözsüz ki, onların Moldovanın Avrointeqrasiya məsələsinə qarşı çıxmalarında mövqelərinə müəyyən təsir edən amillərdəndir. Onun nəticəsidir ki, qaqauzlar türkdilli olmalarına baxmayaraq, Rusiyaya daha yaxındırlar", deyə Rauf Mirqədirov bildirib.
Həmsöhbətimizə görə, ikinci amil isə qaqauzların etnik azlıq olması ilə əlaqədardır:
"Ənənəvi olaraq da, bütün postsovet məkanında entik azlıqlar ölkənin əsas etnosuna müxalifətdə olurlar. Həmin etnik azlıqların əksəriyyətinin ənənəvi olaraq Avropa İttifaqı tərkibində milli çoxluq təşkil edən ölkəsi yoxdursa, bu azlıqlar adətən Rusiyanın yanında olmağı seçirlər. Bunu Dnestryanı bölgəsındə də görürük. Buradakı əhalinin əksəriyyəti heç də ruslardan ibarət deyil. Orada moldovanlar və ukraynalılar da var. Moldovanlarla ukraynalılar koalisiyada birləşə bilsələr, çoxluq təşkil edə bilərlər. Amma məsələ ondadır ki, Ukraynada müharibəyə baxmayaraq, Moldovanın Ukrayna icması daha çox Rusiya tərəfini seçir. Bu faktor ciddi şəkildə rol oynayır".
Rauf Mirqədirov düşünür ki, yaranmış vəziyyətə qaqauzlara türkdilli dövlətlərin kifayət qədər ciddi təsirlərinin olması da öz sözünü deyib:
"Rusiya kimi ölkələr keçmiş postsovet məkanında yaşayan etnik azlıqları ələ almağın müxtəlif yollarından istifadə edir ki, onları öz tərəfinə çəkə bilsin".
Qeyd edək ki, Moldovada keçirilən seçkilər, xüsusən də referendumda qərbpərəstlər çətinliklə, cüzi fərqlə qələbə qazana biliblər. Amma burada maraqlısı odur ki, ötən bazar günü baş tutan bu prosesdə Moldovanın əsas əhalisi olan moldovanlar o qədər də aktivlik nümayiş etdirməyib. Lakin ölkədə yaşayan etnik azlıqlar, xüsusən də qaqauzlar mütləq əksəriyyətlə referendumda aktiv olaraq Moldovanın avrointeqrasiyası əleyhinə səs veriblər.
Yəni avrointeqrasiya əleyhdarlarının Moldovada böyük səs qazanmalarında ölkədə yaşayan etnik azlıqlar, əlalxüsus da türkdilli qaqauzlar daha çeviklik nümayiş etdiriblər.
Oxşar xəbərlər
- ƏMƏKDAR MÜƏLLİM və XANIMI NİYƏ ÖLDÜRÜLDÜ ?
23 oktyabr 2024 21:28
- Deputatdan krediti olan pensiyaçılarla bağlı banklara ÇAĞIRIŞ
23 oktyabr 2024 10:59
- Eldar Əzizov - Kanalizasiya sisteminin problemi gündəlikdədir
22 oktyabr 2024 19:07
- Bu gün axşam oturub götür-qoy etməliyik - Eldar Əzizov, NƏYİ ? ))
22 oktyabr 2024 15:12
- Hamlet İsaxanlının özəl məktəbində nələr baş verir?
21 oktyabr 2024 19:54
- Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...
17 oktyabr 2024 18:56
- Misir Mərdanov görün niyə AĞLADI - VİDEO
17 oktyabr 2024 17:41
- Aytən Səfərova şikayətləndi
13 oktyabr 2024 22:37
- Qərb Rusiya ilə bağlı bizə göstəriş verməsin - Japarov
13 oktyabr 2024 12:07
- Bunu edin, müharibəni dayandıraq! – Lavrov ölkəsinin adından söz verdi
13 oktyabr 2024 03:21
Xəbər lenti
- Ağadadaş Ağayev 450 MİN TƏLƏB EDİR - Məhkəməyə gəlmədi
23 oktyabr 21:42
- ƏMƏKDAR MÜƏLLİM və XANIMI NİYƏ ÖLDÜRÜLDÜ ?
23 oktyabr 21:28
- Putin Ərdoğanla görüşdü: Ərdoğana başsağlığı verdi
23 oktyabr 20:49
- Türkiyədə terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb
23 oktyabr 20:10
- Təcili yardımın sürücüsü qətlə yetirildi - FOTO
23 oktyabr 19:14
- Ehtiram Hüseynov istefa verib, Bakıdan köçdü
23 oktyabr 18:26
- Belarusda prezident seçkilərinin tarixi açıqlandı
23 oktyabr 17:44
- SON DƏQİQƏ! Türkiyədə DƏHŞƏTLİ TERROR - Ölən və yaralananlar var
23 oktyabr 17:34
- Minnixanov Əliyevə orden təqdim etdi - Foto
23 oktyabr 15:34
- Tuneldə seldə boğulub ölən Elnurla Köçəri DƏFN EDİLDİ
23 oktyabr 15:03
- 1 həftə ərzində İranda 35 məhbus EDAM EDİLİB - Siyasi məhbuslar aksiya keçirir
23 oktyabr 14:14
- Bu gün də Ramiz Mehdiyev və onun ətrafı Rolls-Royce-da, Maybach-da gəzirlər, nə üçün? — Aslan İsmayılov
23 oktyabr 13:52
- Hərbçimiz qəzada öldü
23 oktyabr 13:38
- İşsiz qadın vəfat edən həyat yoldaşının pensiyasını ala bilərmi?
23 oktyabr 13:32
- Azərbaycanda vəzifəli şəxslər həbs olundu - RƏSMİ
23 oktyabr 13:10
- Prezident Rusiyadadır
23 oktyabr 12:40
- Dönərxanalar cəmiyyətin bəlasına çevrilib - ŞOK AÇIQLAMA
23 oktyabr 12:23
- Səlim Müslümovun oğlu yenidən məhkəmə qarşısında
23 oktyabr 12:10
- MSK yenidən formalaşacaq - Məzahir Pənahov isə ...
23 oktyabr 12:01
- Prezident Viktor Orbanı təbrik etdi
23 oktyabr 11:55
- BRAVO qatığa görə 4 min manat cərimələndi
23 oktyabr 11:45
- Gəncənin və iki rayonun prokuroru dəyişdi
23 oktyabr 11:24
- DÖNƏR-lə bağlı YENİ QƏRAR
23 oktyabr 11:11
- Deputatdan krediti olan pensiyaçılarla bağlı banklara ÇAĞIRIŞ
23 oktyabr 10:59
- Bakıda DƏHŞƏT: Aktyor və arvadı qətlə yetirildi - FOTO
23 oktyabr 10:50
- Dövlət Baxçalı Öcalanla bağlı bu sözləri dedi
23 oktyabr 02:19
- Dünya liderləri Kazanda - FOTOLAR
23 oktyabr 01:59
- Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdü
23 oktyabr 01:45
- Elm və Təhsil Nazirliyi 3.7 milyonluq tender verdi
23 oktyabr 01:24
- Bayden Paşinyana tarix verdi - Azərbaycanla sülh sazişini başa çatdırın
23 oktyabr 01:08
Video & Fotoqalereya
Video
Fotoqalereya