“677 minlik mənzili mənə sahibkar hədiyyə edib”... - Alimpaşa Məmmədov
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon İcra Hakimiyyəti Aparatının sabiq rəhbəri Alimpaşa Məmmədovun məhkəmə prosesi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi saat 15:30-da başlayıb.
Sabiq icra başçısı məhkəmə prossesində hakimə əvvəlcədən hazırladığı təxminən 25 dəqiqəlik yazılı ifadəsini oxuyub. Alimpaşa Məmmədov ifadəsində icra başçısı olduğu müddət ərzində gördüyü işlər barədə danışıb. Bildirib ki, ona qarşı irəli sürülən ittihamları qəbul edir, amma bəzi istisnalar olmaq şərti ilə.
Diqqət çəkən məqamlardan biri də dəyəri 4 mln manat olan “Azfarel” MMC-nin tikintisi ilə bağlı olub. Alimpaşa Məmmədov ifadəsində bildirib ki, sözügedən müəssisəni vaxtı ilə Vergilər Nazirliyində işlədiyi zamanlar əməkhaqqısı ilə əldə etdiyi maliyə və ailəsinə aid bağ evlərini girov qoyaraq götürüb.
Məhkəmə prossesində sabiq icra başçısından Şəmkir rayonunda ümumi dəyəri 677 min manat olan iki evin necə əldə edildiyi soruşulub. Alimpaşa Məmmədov sözügedən mənzillərin dəyərinin 142 min manat olduğu sonrakı qiymətləndirmədə 677 min manata hesablandığını, mənzillərin tikintisinin yekunlaşmadığını və sahibkar tərəfindən ona hədiyyə edildiyini deyib.
Prosesdə o da məlum olub ki, Alimpaşa Məmmədova müxtəlif şəxslər tərəfindən 1 mln 729 min 332 manat dəyərində pul rüşvət qismində verilib. Sabiq icra başçısı isə həmin vəsaitləri rayonda aztəminatlı ailələrə xərcləndiyini deyib.
Alimpaşa Məmmədovu vəkil Yolçu Abbasov müdaifə edib.
Proses də “Şəmkir səbəti” bazarının oğlunun adına necə keçirildiyi də soruşulub. Alimpaşa Məmmədov bildirib ki, sözügedən bazarı Vaqif Məmmədov adlı şəxs tikdirib. Hörmət əlaməti olaraq sahibkar öz övladları ilə yanaşı sabiq icra başçısının oğlu Adil Məmmədovu da bazara şərik edib. Bazarın tikintisi və dizaynı isə Almipaşa Məmmədov tərəfindən verilib.
Məlumat üçün bildirək ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları tərəfindən həbs olunub. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Növbəti məhkəmə prossesi dekabrın 8-saat 16-00 təyin olunub.
- Minnixanov Əliyevə orden təqdim etdi - Foto
23 oktyabr 2024 15:34
- Bu gün də Ramiz Mehdiyev və onun ətrafı Rolls-Royce-da, Maybach-da gəzirlər, nə üçün? — Aslan İsmayılov
23 oktyabr 2024 13:52
- Prezident Rusiyadadır
23 oktyabr 2024 12:40
- Səlim Müslümovun oğlu yenidən məhkəmə qarşısında
23 oktyabr 2024 12:10
- MSK yenidən formalaşacaq - Məzahir Pənahov isə ...
23 oktyabr 2024 12:01
- Prezident Viktor Orbanı təbrik etdi
23 oktyabr 2024 11:55
- Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdü
23 oktyabr 2024 01:45
- Elm və Təhsil Nazirliyi 3.7 milyonluq tender verdi
23 oktyabr 2024 01:24
- Bayden Paşinyana tarix verdi - Azərbaycanla sülh sazişini başa çatdırın
23 oktyabr 2024 01:08
- Su basan TUNELİ KİM TİKMİŞDİR ? - Fotolar
22 oktyabr 2024 23:38
- Təcili yardımın sürücüsü qətlə yetirildi - FOTO
23 oktyabr 19:14
- Ehtiram Hüseynov istefa verib, Bakıdan köçdü
23 oktyabr 18:26
- Belarusda prezident seçkilərinin tarixi açıqlandı
23 oktyabr 17:44
- SON DƏQİQƏ! Türkiyədə DƏHŞƏTLİ TERROR - Ölən və yaralananlar var
23 oktyabr 17:34
- Minnixanov Əliyevə orden təqdim etdi - Foto
23 oktyabr 15:34
- Tuneldə seldə boğulub ölən Elnurla Köçəri DƏFN EDİLDİ
23 oktyabr 15:03
- 1 həftə ərzində İranda 35 məhbus EDAM EDİLİB - Siyasi məhbuslar aksiya keçirir
23 oktyabr 14:14
- Bu gün də Ramiz Mehdiyev və onun ətrafı Rolls-Royce-da, Maybach-da gəzirlər, nə üçün? — Aslan İsmayılov
23 oktyabr 13:52
- Hərbçimiz qəzada öldü
23 oktyabr 13:38
- İşsiz qadın vəfat edən həyat yoldaşının pensiyasını ala bilərmi?
23 oktyabr 13:32
- Azərbaycanda vəzifəli şəxslər həbs olundu - RƏSMİ
23 oktyabr 13:10
- Prezident Rusiyadadır
23 oktyabr 12:40
- Dönərxanalar cəmiyyətin bəlasına çevrilib - ŞOK AÇIQLAMA
23 oktyabr 12:23
- Səlim Müslümovun oğlu yenidən məhkəmə qarşısında
23 oktyabr 12:10
- MSK yenidən formalaşacaq - Məzahir Pənahov isə ...
23 oktyabr 12:01
- Prezident Viktor Orbanı təbrik etdi
23 oktyabr 11:55
- BRAVO qatığa görə 4 min manat cərimələndi
23 oktyabr 11:45
- Gəncənin və iki rayonun prokuroru dəyişdi
23 oktyabr 11:24
- DÖNƏR-lə bağlı YENİ QƏRAR
23 oktyabr 11:11
- Deputatdan krediti olan pensiyaçılarla bağlı banklara ÇAĞIRIŞ
23 oktyabr 10:59
- Bakıda DƏHŞƏT: Aktyor və arvadı qətlə yetirildi - FOTO
23 oktyabr 10:50
- Dövlət Baxçalı Öcalanla bağlı bu sözləri dedi
23 oktyabr 02:19
- Dünya liderləri Kazanda - FOTOLAR
23 oktyabr 01:59
- Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdü
23 oktyabr 01:45
- Elm və Təhsil Nazirliyi 3.7 milyonluq tender verdi
23 oktyabr 01:24
- Bayden Paşinyana tarix verdi - Azərbaycanla sülh sazişini başa çatdırın
23 oktyabr 01:08
- Sabunçu tunelində seldə həlak olan Köçərinin FOTOSU
23 oktyabr 00:20
- Su basan TUNELİ KİM TİKMİŞDİR ? - Fotolar
22 oktyabr 23:38
- Pezeşkian Rusiyaya səfərdədir
22 oktyabr 22:56
- İlham Rəhimov - Putinin Bakıya gəlməsi bu qərardan asılıdır
22 oktyabr 22:39