Gəncləri radikallıqdan uzaqlaşdırmaq üçün nə etməli - deputatın təklifi
Millət vəkili: “Onları daha çox təhsilə yönəltməliyik”
Azərbaycanda son zamanlar dini radikalizmlə mübarizəyə xüsusi diqqət ayrılır. Yeniyetmə və gənclərin dini radikalizm və ekstremizm təsirlərindən uzaq, milli ruhda yetişdirilməsi aktual vəzifələrdəndir. Radikalizm və ekstremizmin təsirlərindən qorunmaq üçün ciddi maarifləndirmə işi aparılmalıdır. Bu məsələdə medianın rolu da danılmazdır.
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, dövlət tərəfindən ciddi mübarizə tədbirləri həyata keçirilir: “Bizim əsas hədəfimiz dünyəvi dövlət modelinin qorunması, bəlli hüdudlar səviyyəsində insanların dini, vicdan azadlığını sərbəst həyata keçirməsidir. Bu sərbəst həyata keçirmə dini-dünyəvi dölvətin prinsipləri ilə toqquşduqda dövlət buna müdaxilə etməlidir. Əks halda, dövlətin hər hansı şəkildə dini fəaliyyətə, vicdan azadlığı sahəsinə daxil olan məsələlərə müdaxiləsi müzakirə mövzusu ola bilməz. Dövlət bu niyyəti də güdmür. Əsas odur ki, dini konfessiyalar arasında münasibətlərin yüksək səviyyədə olması dövlətin hədəflərindən biridir. Digər tərəfdən dini zəmində insanların sırf vicdan azadlığı kontekstində məsələlərə baxışı daha çox maarifçilik istiqamətində təlqin olunur. Hər hansı şəkildə dinin siyasətə alət olması, başqa yerdən idarə olunan din anlayışının Azərbaycanda təxribat xarakterli mövcudluğu dövlətin məsələlərə münasibətinin müəyyən dərəcədə olmasını zəruri edir. Bu baxımdan indiki vəziyyət nisbətən qaneedicidir, amma daha çox iş görülməlidir. Bu, ilk növbədə təhsil və maarifçiliklə bağlı məsələdir. Bu məsələ həllini birdən-birə tapa bilməz, davamedici proses kimi baxmaq lazımdır. Gəncləri qorumaq dedikdə söhbət ”çəpər çəkmək" və yaxud hüquq mühafizə orqanlarının addımlarından getmir. Gəncləri daha çox təhsilə yönəltməliyik. İnanc məsələsi hər kəsin öz seçimidir, bu seçim başqalarının həyatına müdaxiləedici yaxud zərərverici mahiyyətdə olduqda dövlət müdaxilə edir. Gənclərin zərərli vərdişlərdən uzaqlaşaraq hər hansı şəkildə dini inancların daşıyıcısı olması müəyyən dərəcədə qəbul olunan istiqamətlərdən biridir. Təriqətlərin, məzhəblərin tutuculuğu, onların başqa dini konfessiyalar üzərində üstünlüyünü təmin etmə niyyəti güdərsə, daha çox radikal baxışların təbliğ olunması, onun gerçəkləşməsi istiqamətində addımlar atılarsa, o zaman bunlar narahatedici amillərə çevrilir. Bu həm də gənclərlə işin nə dərəcədə önəmli olduğunu ortaya qoyur. Buna görə də orta məktəbdən başlayaraq, ali məktəblərə qədər hər yerdə onların doğru yönləndirilməsi, inancın insanın daxili məsələsi kimi vacib olduğunu, bunun siyasətdə alət kimi istifadəyə edilməsinin zərərləri barədə onlara izah aydınlanmasına ehtiyac var. Bu baxımdan gənclərlə iş olduqca önəmlidir. Xüsusilə, dini radikalizmin təsiredici və zərərli nümunələrini tez-tez xatırlatmaq, bunu KİV vasitəsilə diqqətə çatdırmaq məqsədəuyğun olar. Bütün hallarda biz müasir Azərbaycan dövlətinin maraqlarına xidmət edən və inancının nə olmasından asılı olmayaraq, bu maraqlara hörmət edən insan obrazına üstünlük verdiyimizə görə, onların digər radikal təmayüllü qüvvələr tərəfindən diskriminasiyasının müəyyən dərəcədə qarşısını almalıyıq. Dövlətin, cəmiyyətin maraqları üçün öz imkan, bacarıq və enerjilərini ortaya qoymaları üçün onlara dəstək göstərməliyik".
F.Mustafa təhsil sahəsində ciddi işlər görülməsinin əhəmiyyətini vurğuladı: “Təhsil sistemimizdə bu kateqoriyadan olan insanların daha bilikli yetişməsi vacibdir. Sağlam dini biliyin verilməsi çox önəmlidir. Gəncləri təriqət yaxud məzhəb üstünlüyünü təlqin etməyə çalışan zehniyyətdən təhsil vasitəsilə uzaqlaşdıra bilərik. Bu baxımdan sağlam dini ədəbiyyatın dərsdənkənar oxu vasitəsi kimi verilməsini də təmin etməliyik. Dini mövzuda təhsillə bağlı tələblər var, amma bu tələbləri yerinə yetirmədən öncə tərəfli dini yanaşma, yaxud mövzuların seçilməsi ilə bağlı problemləri həll etməliyik. Əks halda, belə bir təhsilin faydalı olacağına gümanım yoxdur. Elə bir yol seçilməlidir ki, alınan bilik həm insanın inanclarına zərər vurmasın, həm də onu müəyyən dərəcədə cəmiyyətdən təcridedici yaxud yanlış istiqamətə yönəltməsin”.
- Bu gün də Ramiz Mehdiyev və onun ətrafı Rolls-Royce-da, Maybach-da gəzirlər, nə üçün? — Aslan İsmayılov
23 oktyabr 2024 13:52
- Deputatdan krediti olan pensiyaçılarla bağlı banklara ÇAĞIRIŞ
23 oktyabr 2024 10:59
- Bu gün axşam oturub götür-qoy etməliyik - Eldar Əzizov, NƏYİ ? ))
22 oktyabr 2024 15:12
- Deputatın SƏFİR KÜRƏKƏNİ VİZA ALVERİ ilə məşğuldur
21 oktyabr 2024 01:14
- Deputatın yaxın qohumu ABŞ-da sığınacaq aldı
20 oktyabr 2024 17:44
- Qanun və din kimləri ŞƏHİD sayır...MİNAtəmizləyənlərə bu adı vermək...
19 oktyabr 2024 11:20
- Aşıq Ələsgərin abidəsi üçün 307 MİN xərclənməsi qiymətin dəfələrlə şişirdilməsi deməkdir – İqtisadçı
19 oktyabr 2024 10:15
- Azərbaycanda REFENDUM-la bağlı YENİ XƏBƏR
18 oktyabr 2024 11:24
- MİNAtəmizləyənlərə də ŞƏHİD statusu verilə bilər VİDEO
17 oktyabr 2024 10:48
- Mərkəzi Bank 4 400 ədəd qızılgülü, 700 ədəd qərənfili NƏ ÜÇÜN ALIR ? ))
15 oktyabr 2024 13:49
- Ermənistandan GÖZLƏNİLMƏZ reaksiya: Türkiyədəki TERAKTI ...
23 oktyabr 23:16
- Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı
23 oktyabr 23:08
- 105 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı - Pivə və evlənməmək
23 oktyabr 22:25
- Ağadadaş Ağayev 450 MİN TƏLƏB EDİR - Məhkəməyə gəlmədi
23 oktyabr 21:42
- ƏMƏKDAR MÜƏLLİM və XANIMI NİYƏ ÖLDÜRÜLDÜ ?
23 oktyabr 21:28
- Putin Ərdoğanla görüşdü: Ərdoğana başsağlığı verdi
23 oktyabr 20:49
- Türkiyədə terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb
23 oktyabr 20:10
- Təcili yardımın sürücüsü qətlə yetirildi - FOTO
23 oktyabr 19:14
- Ehtiram Hüseynov istefa verib, Bakıdan köçdü
23 oktyabr 18:26
- Belarusda prezident seçkilərinin tarixi açıqlandı
23 oktyabr 17:44
- SON DƏQİQƏ! Türkiyədə DƏHŞƏTLİ TERROR - Ölən və yaralananlar var
23 oktyabr 17:34
- Minnixanov Əliyevə orden təqdim etdi - Foto
23 oktyabr 15:34
- Tuneldə seldə boğulub ölən Elnurla Köçəri DƏFN EDİLDİ
23 oktyabr 15:03
- 1 həftə ərzində İranda 35 məhbus EDAM EDİLİB - Siyasi məhbuslar aksiya keçirir
23 oktyabr 14:14
- Bu gün də Ramiz Mehdiyev və onun ətrafı Rolls-Royce-da, Maybach-da gəzirlər, nə üçün? — Aslan İsmayılov
23 oktyabr 13:52
- Hərbçimiz qəzada öldü
23 oktyabr 13:38
- İşsiz qadın vəfat edən həyat yoldaşının pensiyasını ala bilərmi?
23 oktyabr 13:32
- Azərbaycanda vəzifəli şəxslər həbs olundu - RƏSMİ
23 oktyabr 13:10
- Prezident Rusiyadadır
23 oktyabr 12:40
- Dönərxanalar cəmiyyətin bəlasına çevrilib - ŞOK AÇIQLAMA
23 oktyabr 12:23
- Səlim Müslümovun oğlu yenidən məhkəmə qarşısında
23 oktyabr 12:10
- MSK yenidən formalaşacaq - Məzahir Pənahov isə ...
23 oktyabr 12:01
- Prezident Viktor Orbanı təbrik etdi
23 oktyabr 11:55
- BRAVO qatığa görə 4 min manat cərimələndi
23 oktyabr 11:45
- Gəncənin və iki rayonun prokuroru dəyişdi
23 oktyabr 11:24
- DÖNƏR-lə bağlı YENİ QƏRAR
23 oktyabr 11:11
- Deputatdan krediti olan pensiyaçılarla bağlı banklara ÇAĞIRIŞ
23 oktyabr 10:59
- Bakıda DƏHŞƏT: Aktyor və arvadı qətlə yetirildi - FOTO
23 oktyabr 10:50
- Dövlət Baxçalı Öcalanla bağlı bu sözləri dedi
23 oktyabr 02:19
- Dünya liderləri Kazanda - FOTOLAR
23 oktyabr 01:59