Bakı neftinin hesabına zənginləşən səfir – O, Hitlerin suallarından yayınıb, Stalini isə...

Milliyyətcə gürcü olan Vladimir Dekanozov 1898-ci ildə Bakıda imkanlı bir ailədə anadan olub. Atası Bakıdakı neft sahələrində nəzarətçi işləyib. Zəngin ailədə böyüdüyündən Dekanozov üçün keyfiyyətli təhsil almaq problem olmayıb. O, əvvəlcə gimnaziyada, daha sonra isə Bakı və Saratov universitetlərində ali tibbi təhsil alıb. Heç bir maddi çətinlik görməyən Dekanozova atasının ölümündən sonra kifayət qədər böyük var-dövlət qalıb.
Həkim ixtisasına yiyələnsə də, Dekanozov gənc yaşlarından siyasi fəaliyyətə qoşulub, 1921-1931-ci illərdə Azərbaycanda və Gürcüstanda fövqəladə komissiyada (ÇK) işləyib. Bu ərəfədə Dekanozovla Beriya arasında yaxın münasibətlər yaranıb. 1931-ci ildə o, Beriyanın təşəbbüsü ilə Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsində nəqliyyat və təchizat üzrə katib vəzifəsinə seçiib. Beriya Moskvada “NKVD”yə təyinat aldıqdan sonra isə Dekanozov da Moskvaya köçüb, “NKVD”nin 5-ci şöbəsinə rəis təyin edilib.
Həmkarlarından və ətrafında olanlardan Bakı nefti hesabına maddi imkanları ilə fərqlənən Dekanozovun Moskva həyatı da fərqlənib. Gecə həyatı, qadın əyləncələri onun üçün adi həyat tərzinə çevrilib. Amma bu həyat tərzi Dekanozovun vəzifə karyerasına mane olmayıb. O, bacarıqlı və işgüzar məmur kimi yuxarılarda tanınıb, şəxsən İosif Stalinin də etimadını qazanıb.
“NKVD”də öz missiyasını artıqlaması ilə yerinə yetirən Dekanozov növbəti dəfə Beriyanın təşəbbüsü ilə SSRİ Xarici İşlər Komissarlığına (nazirliyinə) transfer edilib. Nazir müavini kimi fəaliyyətə başlayan Dekanozov bu qurumda da qısa müddət ərzində özünü tanıtdıra bilib. 1940-cı ildə Dekanozov nazir müavini statusu saxlanılmaqla SSRİ-nin Almaniyadakı səfiri təyin olunub və müharibə başlayana qədər bu vəzifədə çalışıb.
Dekanozovun siyasi fəaliyyətində ən maraqlı məqamlardan biri də məhz Almaniyada səfir işlədiyi dövrlə bağlı olub. Belə ki, 19 dekabr 1940-cı ildə SSRİ-nin Almaniyadakı fövqəladə və səlahiyyətli səfirinin Hitlerə etimadnaməsinin təqdimat mərasimi xüsusi təntənə ilə keçirilib. Dekanozovu fürerin iqamətgahında fəxri karaul və təbil səsləri altında qarşılayıblar. Adətən etimadnamənin təqdim edilməsindən sonra Hitler və yeni təyin edilmiş səfirlər ölkələr arasındakı münasibətlərdən, onların gələcək inkişafından, humanitar, mədəni, iqtisadi əlaqələrin növbəti mərhələlərindən söhbət açıblar. Hətta bəzi hallarda fürer səxavətini əsirgəməyərək səfirlər üçün ziyafət də təşkil edib. Amma sovet səfiri ilə söhbətin məcrası başqa istiqamətə yönəlib. Hitler Dekanozovu ona ünvanladığı suallarla təəccübləndirib. Dekanozov isə mümkün qədər bu suallardan yayınmağa çalışıb.
Hitlerin səfirə ilk sualı ailəsi ilə bağlı olub:
- Siz Almaniyaya ailənizlə gəlmisiniz?
- Xeyr, onlar hələ gəlməyiblər.
- Siz elə düşünürsünüz ki, sovet ailəsi üçün Almaniyadakı həyat tərzi uyğun deyil?
- Əlbəttə ki, yox. Mən yaxın günlərdə onları qarşılayacağam. Hazırda onların sənədləri hazırlanır.
Hitlerin növbəti sualı da Dekanozovu təəccübləndirib:
- Siz Stalinlə eyni bölgədənsiniz?
- Mən Bakıda anadan olmuşam, Stalin isə Gürcüstanda, Qoridə.
- Amma yəqin ki, tanışlığınız çoxdandır və yəqin ki, birgə inqilabi fəaliyyətiniz də olub.
- Ən azı yaş baxımından bizim tanışlığımızın tarixi çox da uzaq ola bilməz, elə həmçinin birgə inqilabi fəaliyyətimizin də. Mənim 42, Stalinin isə hazırda 61 yaşı var.
Hitler yaş məsələsinə də münasibət bildirib:
- Siz digərləri ilə müqayisədə çox cavansınız. Əvvəlki səfirlərin yaşı adətən 65-dən aşağı olmurdu. Yəqin sovet rəhbərliyinin qarşısında xüsusi xidmətləriniz olub.
- Mən bu haqda heç nə deyə bilmərəm. Təyinat zamanı hansı xüsusiyyət və xidmətlərimizə görə vəzifəyə göndərilməyimiz haqqında bizə məlumat vermirlər.
Bununla da görüş sona çatıb.
1941-ci ilin mart ayında Dekanozov Moskvaya, şəxsən İosif Stalinə müharibə ilə bağlı Almaniyanın gələcək planları haqqında məlumat verib. Həmin ilin may ayında Dekanozov Almaniyanın xarici işlər naziri Ulrix Ribbentropla görüşüb, 19 apreldən başlayaraq Almaniyanın aviasiya qüvvələrinin 180 dəfə SSRİ-nin sərhədini pozmaq faktını rəsmi şəkildə bəyan edib.
Sonralar Dekanozov bu görüş haqqında fikirlərini belə bölüşüb:
“Ulrix Ribbentrop mənim rəsmi bəyanatımı təəssüf hissi ilə qəbul etdi. O, çox ikiüzlü və riyakar bir siyasətçi idi. Məni inandırmağa çalışdı ki, SSRİ ilə Almaniya arasında münasibətlər tənzimlənəcək. Bu görüşdən bir neçə həftə sonra, 22 iyun 1941-ci ildə, gecə saat 4-də mən Almaniyanın Xarici İşlər Nazirliyinə dəvət olundum.
“Münasibətləri tənzimləyən” Ribbentrop mənə SSRİ-yə qarşı müharibə elan olunması ilə bağlı rəsmi notanı oxudu. Müharibə başlanandan sonra qarşılıqlı razılaşmaya əsasən, mən və səfirliyin digər işçiləri SSRİ ilə Türkiyə sərhədində Almaniyanın SSRİ-dəki səfirliyinin əməkdaşlarıyla heç bir insident baş vermədən yerdəyişmə etdik, biz SSRİ-yə, onlar isə Almaniyaya. Qarşıda isə hələ 4 il davam edəcək müharibə var idi...”
Almaniyadan qayıtdıqdan sonra Dekanozov fəaliyyətini xarici işlər nazirinin müavini kimi davam etdirib, eyni zamanda Beriyanın məxfi tapşırıqlarını da yerinə yetirib. Dekanozov əyləncəli gecələrini də təxirə salmayıb. Bu haqda Stalinə məlumat veriləndə sovet lideri onu kabinetinə dəvət edib, sorğu-suala tutub. Dekanozov isə özünü əsl kommunist əxlaqına malik olan bir məmur kimi təqdim edərək Stalini aldatmağa çalışıb. Amma onun bu aldanışları uzun çəkməyib. 1947-ci ildə Dekanozov Xarici İşlər Nazirliyinin strukturundan kənarlaşdırılıb və Xarici ölkələrdə Sovet əmlakı Baş İdarəsinə rəis müavini təyin edilib. İki il bu vəzifədə çalışdıqdan sonra Dekanozov Stalinin göstərişi ilə işdən çıxarılıb.
Təbii ki, onun sürətli vəzifə enişi də səbəbsiz olmayıb. Dekanozovun qadın əyləncələri o dərəcəyə çatıb ki, bu, Kremldə müzakirə mövzusuna çevrilib. Sonuncu əyləncə isə Stalinin yaxın silahdaşlarından sayılan Vyaçeslav Molotovla yaxın qohumluq əlaqəsi olan gənc bir qızla bağlı olub.
Kreml Dekanozova mərhəmət göstərərək onu işsiz də qoymayıb və ona dövlət əhəmiyyəti olmayan Radio Verilişləri Komitəsində kiçik bir vəzifə həvalə olunub.
Stalinin vəfatından sonra Beriya iki qurumu birləşdirib daxili işlər nazirliyi yaradanda və yeni qurumda nazir postunu tutanda Dekanozovu Gürcüstana daxili işlər naziri təyin edib. Ancaq yeni vəzifələr köhnə dostlar üçün düşərli olmayıb və hər ikisi, biri Moskvada, digəri Tiflisdə nazir kürsüsündə çox da duruş gətirə bilməyiblər.
26 iyun 1953-cü ildə Beriyanın həbsindən dərhal sonra Dekanozov Tiflisdəki nazir kabinetində həbs olunub. O, “Beriyanın dəstəsinin ən fəal üzvü” kimi ittiham edilib.
23 dekabr 1953-cü ildə SSRİ Ali Məhkəməsinin hökmü ilə Dekanozov əmlakı müsadirə olunmaqla, dövlət təltifləri və mükafatları geri alınmaqla, ən ağır cəzaya, ölüm hökmünə, güllələnməyə məhkum edilib. Məhkəmənin hökmü həmin gün icra olunub.
Beləliklə də general rütbəli, 55 yaşlı Vladimir Dekanozovun həyatına və siyasi karyerasına birdəfəlik son qoyulub.
İlham Cəmiloğlu,
- Türkiyədən SON DƏQİQƏ sərhəd AÇIQLAMASI
23 mart 2025 00:35
- Ukraynada seçki - hakimiyyətə Timoşenko gətirilir?
22 mart 2025 23:26
- Kənd təsərrüfatı nazirinin çıxışı qeyri-peşəkarlıqdır - Ekspert
22 mart 2025 20:37
- Heydər Əliyevin qаrdаşı bаrədə....
22 mart 2025 19:04
- Heç İrаn Şаhı Rzа Pəhləvinin bu boydа sərvəti olmаyıb
22 mart 2025 16:51
- Prezident tapşırdı - Qırğızıstana 10 KamAZ göndərildi
22 mart 2025 11:21
- Uzunömürlü SABİQLƏR
21 mart 2025 19:47
- Bakıda ana, qızı və nəvəsi yanaraq öldü
20 mart 2025 13:58
- Azərbaycanda Novruz bayramıdır
20 mart 2025 12:49
- 20 Yanvar stansiyasında törədilən terror aktından 31 il keçir
19 mart 2025 22:28
- Türkiyədən SON DƏQİQƏ sərhəd AÇIQLAMASI
23 mart 00:35
- Ukraynada seçki - hakimiyyətə Timoşenko gətirilir?
22 mart 23:26
- Ərdoğanı həbsə aparan o səbəb - 1999-cu il, mart...
22 mart 22:39
- əməd Seyidovu İrəvana çağırdı : GƏL GÖRÜŞƏK
22 mart 22:17
- Naxçıvanda Novruz Bаyrаmındа 6 nəfər DÖNƏR YEYİB zəhərləndi
22 mart 21:51
- Mehriban Rəhimli cinayət məsuliyyətinə cəlb olundu
22 mart 21:20
- Əli Kərimlinin cangüdəni saxlanıldı - FOTO
22 mart 20:49
- Kənd təsərrüfatı nazirinin çıxışı qeyri-peşəkarlıqdır - Ekspert
22 mart 20:37
- İmamoğlunun polisə verdiyi ifadəsi - Suallar və cavablar
22 mart 19:55
- Məscidə hücum oldu - 44 ölü, 13 yaralı
22 mart 19:31
- Heydər Əliyevin qаrdаşı bаrədə....
22 mart 19:03
- İran polisi Urmiya əhalisinə qarşı zor tətbiqinə başladı - VİDEO
22 mart 18:53
- Azərbaycanda eşşəklərin sayı daha 2 min azaldı – Rayonlar üzrə tam siyahı
22 mart 17:39
- Heç İrаn Şаhı Rzа Pəhləvinin bu boydа sərvəti olmаyıb
22 mart 16:27
- Donald Tramp Kanadanı xəritədən sildi - Yeni Birləşmiş Ştatlar-ın xəritəsini yaydı
22 mart 14:41
- SSRİ-nin edam kvotası - tutulan 20 milyon şəxsin bir hissəsi hesabat naminə öldürülüb
22 mart 14:33
- Əkrəm İmamoğlunun ən yaxın adamlarının gizli bank kassalarına əl qoyuldu - Türkiyədə bir ilk
22 mart 11:36
- Prezident tapşırdı - Qırğızıstana 10 KamAZ göndərildi
22 mart 11:21
- Abdullah Güldən İmamoğluna dəstək: Ədalət itərsə, Türkiyə uduzar
22 mart 10:59
- Bakıda gələn aydan böyük söküntü başlayır -VIDEO
22 mart 10:46
- İrəvan ATƏT-in Minsk qrupunun buraxılması üçün müzakirələr başladır
22 mart 01:33
- 34 yaşlı qadın 9-cu övladını mobil telefon işığında DOĞDU
22 mart 00:41
- MƏRCАN klinikasının həkimi Elman Əzimovun görüntüləri gündəm oldu- VİDEO
22 mart 00:23
- Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
22 mart 00:05
- SON DƏQİQƏ! İstanbulda çoxminli etiraz mitinqi keçirilir – Əkrəm İmamoğluna azadlıq tələb edilir
21 mart 23:04
- Çinlə müharibəyə hazırıq - Trampdan ŞOK AÇIQLAMA
21 mart 22:32
- Ərdoğan: Qarabağın azad edilməsi regionda yeni səhifə açıb
21 mart 21:36
- 51 yaşlı hindistanlı dünyanın ən bahalı itini aldı – 5,7 MİLYON dollara
21 mart 21:12
- CHP qurultaya gedir
21 mart 20:16
- Uzunömürlü SABİQLƏR
21 mart 19:47