Heydər Əliyevin qаrdаşı bаrədə....
MaraqlıDünən, 19:03

Əziz oxucular! Ötən gün Ümummilli lider Heydər Əliyevə aid tarixi bir foto paylaşmışdım. Görkəmli dövlət xadiminin atası, anası, bacı və qardaşları olan ailə fotosunda sağda Heydər Əliyevin qardaşı, Xalq rəssamı Hüseyn Əliyevin də olduğunu qeyd etmişdim. Yəqin ki, xatırlayırsınız... Həmin paylaşımdan sonra izləyicilərdən onlarla müxtəlif məzmunlu şərh və mesaj aldım. Gələn mesajların və şərhlərin böyük əksəriyyəti bu qəbildən idi: "Heydər Əliyevin Hüseyn adlı qardaşı olmayıb", "Hüseyn Əliyev ola bilməz, yəqin ki, Həsən Əliyev olar", "Hüseyn Əliyev Heydər Əliyevin qardaşıdır?" Paylaşıma gələn onlarla bu cür reaksiyadan sonra, qərar verdim ki, Hüseyn Əliyev haqqında kiçik bir paylaşım edim, izləyicilərimizi (oxucularımızı) adını qeyd etdiyimiz şəxs haqqında məlumatlandırım.
Xalq rəssamı, görkəmli sənətkar Hüseyn Əlirza oğlu Əliyev Heydər Əliyevin ögey qardaşıdır. Yəni atası Əlirza kişinin Narıngül xanımdan olan oğludur. Yeri gəlmişkən qeyd edim ki, Əlirza kişi İzzət xanımdan öncə (Heydər Əliyevin anası) Narıngül xanımla ailə həyatı qurmuşdur. Bu nikahdan onun iki oğlu - Həsən Əliyev və Hüseyn Əliyev dünyaya gəlmişdir. Haqqında məlumat verdiyimiz şəxsiyyət isə Əliyevlər ailəsinin ikinci oğlu olan Xalq rəssamı Hüseyn Əliyevdir. O, 1911-ci il aprel ayının 22-də Zəngəzur qəzasının Comərdli kəndində anadan olmuşdur. Bakı Rəssamlıq Texnikumunu və Leninqrad Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən üçillik xüsusi kursu bitirmiş və gənc yaşlarından yaradıcılığa qədəm qoymuşdur. Hüseyn Əliyev ilk rəsm əsərini çəkəndə cəmi 12 yaşı vardı. Bu sənətin sirlərini daha da dərindən mənimsəmək üçün o, Bakıda rəssamlıq texnikumuna daxil oldu. Burada oxuduğu illərdə (1927-1932) cəmiyyətdəki mövcud xurafata, cəfəngiyata meydan oxuyan, xalq arasında kök salmış eybəcərlikləri qamçılayan “Molla Nəsrəddin” jurnalında müxtəlif karikaturaları və rəsm əsərləri çap edildi. Azərbaycan mətbuatının inkişafında mühüm mərhələ sayılan, satirik jurnalistikanın əsasını qoyan “Molla Nəsrəddin” məktəbi Hüseyn Əliyevin rəssam kimi formalaşmasında böyük rol oynadı. Təsadüfi deyildir ki, onun jurnalda dərc olunan karikaturaları oxucuları düşünməyə, nəticə çıxarmağa vadar edirdi.
...Hüseyn Əliyev 1935-ci il oktyabrın 4-dən "Kommunist" (sonralar "Xalq qəzeti") qəzetində əmək fəaliyyətinə başlamışdı. İkinci Dünya müharibəsi başlayanda könüllü cəbhəyə yollanmış və şərəfli döyüş yolu keçmişdir. O, müharibə illərində Daxili İşlər Nazirliyinin tabeliyindəki 48 saylı bədii təşviqat polkunda rəssam işləmiş, musiqiçilər bölməsinin üzvləri ilə birlikdə dəfələrlə ön cəbhədə olmuşdur. Hüseyn Əliyev bu müddət ərzində neçə-neçə qəhrəman döyüşçünün portretini yaratmış, müharibə mövzusunda plakatlar hazırlamış və qəsbkarlıq məqsədi güdən hitlerçilərin karikaturasını çəkmişdir. Böyük Vətən müharibəsində iştirak edən rəssam “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində fədakar əməyə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” medalları və “Xalqlar dostluğu” ordeni ilə təltif olunmuşdur. Hüseyn müəllim 1944-cü ilin avqust ayında qəzetin redaktoru Əli Vəliyevin (Xalq yazıçısı Əli Vəliyev - M.R) SSRİ Müdafiə Nazirliyinə göndərdiyi tələbnamə əsasında yenidən redaksiyaya qayıtmış və təqaüdə çıxana kimi burada əmək fəaliyyətini davam etdirmişdir.
Səmərəli fəaliyyətinə görə Hüseyn Əliyev 1976-cı ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı, 1982-ci ildə isə Azərbaycan SSR Xalq rəssamı fəxri adına layiq görülmüşdür. Bununla yanaşı, o, üç dəfə Azərbaycan Ali Sovetinin, bir dəfə Ukrayna Ali Sovetinin fəxri fərmanını almışdır.
Nəzərinizə çatdırım ki, Hüseyn Əliyev Azərbaycanda təsviri sənətin görkəmli nümayəndələrindən biri olaraq, həm də jurnalist kimi fəaliyyət göstərmişdir. Yeri gəlmişkən qeyd edək ki, 1922-ci ildən başlayaraq görkəmli sənət ustası Əzim Əzimzadə "Kommunist"in baş rəssamı olmuşdur. 1935-ci il oktyabrın 4-dən isə onu gənc və istedadlı rəssam Hüseyn Əliyev əvəz etmişdir. Hüseyn Əliyev yarım əsrdən çox "Xalq qəzeti"nin bədii tərtibat şöbəsinin müdiri işləmişdir. Bu müddət ərzində o, rəsm əsərləri ilə yanaşı, müxtəlif mövzuda məqalələr də qələmə almışdır.
Sadə ömür yaşayan, tərifdən, diqqətdən uzaqda fəaliyyət göstərməyi sevən Hüseyn Əliyevin sənət əsərləri - təbiət mənzərələri, portretlər, karikaturalar, müxtəlif mövzulara həsr etdiyi süjetlər bu gün də xalq tərəfindən sevilir və seçilir. Xalq rəssamı Tahir Salahov öz xatirələrində yazır: “Qəlbimdə Xalq Rəssamı Hüseyn Əliyevin işıqlı, cazibəli xatirəsi yaşayır. O, Azərbaycan rəssamlıq ənənəsini Bəhruz Kəngərli və Əzim Əzimzadədən alıb davam etdirmişdir. Biz nəsil rəssamlar incəsənətə xeyli sonralar gəlmişik. Həmişə bu qocaman ağsaqqalımıza minnətdarlıqla yanaşır, onun yaradıcılığını və mədəniyyətə gətirdiyi yeni nəfəsi yüksək qiymətləndiririk. O, rənglərlə işləməyin ustası idi. Xüsusilə də məzmunun mənasını açmağa kömək edən atribut və rəmzləri öz əsərlərində məharətlə tətbiq edirdi. Onun rənglərində musiqinin ritmi və ahəngi duyulurdu. Bu canlılıq hər rəssama xas olmur”.
Görkəmli Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev ömrünün sonuna kimi yaradıcılıqla məşğul olmuşdur. O, 1991-ci ildə mayın 25-də, 80 yaşında Bakı şəhərində vəfat etmişdir.
Məcid Rəşаdətoğlu
Oxşar xəbərlər
- Prezident tapşırdı - Qırğızıstana 10 KamAZ göndərildi
22 mart 2025 11:21
- Uzunömürlü SABİQLƏR
21 mart 2025 19:47
- Prezidentlə xanımı Ağdərədə yol açılışı etdi - Yenilənib
18 mart 2025 14:07
- İlqar Hacıyev 17 milyonluq dələduzluqda ittiham olunur - Bu tarixdə prokurorluğa çağırılır
16 mart 2025 22:14
- Heydər Əliyevin 1996-cı ildə verdiyi müsahibə yayımlandı - Sirli və sensasion açıqlamalar - VİDEO
16 mart 2025 12:20
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 2025 12:26
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 2025 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 2025 22:10
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 2025 20:00
- İlham Əliyevin Şimali Makedoniya prezidenti ilə təkbətək görüşü oldu
11 mart 2025 13:12
Xəbər lenti
- Bu gün Ümumdünya Meteorologiya Günüdür
23 mart 21:49
- Azərbaycanda bu qadağa qüvvəyə MİNİR
23 mart 20:48
- Qorbаçovun hаkimiyyətə GƏLMƏSİNDƏ və SSRİ-nin DAĞILMASINDA Rokfeller KLANININ ROLU
23 mart 20:25
- Türkiyədəki son hadisələrin əsl səbəbi: -Dəvəni- toya odun daşımağa çağırırlar? - FAKTLAR
23 mart 20:02
- Azərbaycanda milyonlar qazanan Almaniya şirkətinin 330 minlik borcu var
23 mart 19:05
- Gürcüstan və Ermənistan baş nazirləri arasında görüş olub
23 mart 18:12
- Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? - Qiymətlər
23 mart 17:05
- 15 yaşlı oğlandan uşaq doğan nazir İSTEFA VERDİ
23 mart 16:55
- Bu kənddəki ermənilər Azərbaycan türkcəsini ana dili hesab edir...- AĞLASIĞMAZ- FOTOLAR+VİDEO
23 mart 15:55
- Azercell-də müştəriyə işlənmiş nömrə satdılar – Foto
23 mart 14:50
- İmamoğlunun həbsindən sonra CHP-dən ilk açıqlama
23 mart 14:20
- İmamoğlunun mətbuat katibi də həbs edildi
23 mart 13:24
- SON DƏQİQƏ! Əkrəm İmamoğlu HƏBS OLUNDU
23 mart 13:01
- İlham Əliyev Şahbaz Şərifi təbrik etdi
23 mart 12:56
- Adəm Məmmədovun həbsinin və vəkilliyinin dayandırılmasının TƏFƏRRÜATI
23 mart 12:47
- Keçmiş müdafiə naziri məxfi sənədləri açıqladığına görə həbs oluna bilər
23 mart 01:27
- Atatürkün partiyasını oğruların ixtiyarına veriblər - Ərdoğan
23 mart 01:14
- Məktəblərdə yenilik - Bunlar daha olmayacaq
23 mart 00:57
- Türkiyədən SON DƏQİQƏ sərhəd AÇIQLAMASI
23 mart 00:35
- Ukraynada seçki - hakimiyyətə Timoşenko gətirilir?
22 mart 23:26
- Ərdoğanı həbsə aparan o səbəb - 1999-cu il, mart...
22 mart 22:39
- əməd Seyidovu İrəvana çağırdı : GƏL GÖRÜŞƏK
22 mart 22:17
- Naxçıvanda Novruz Bаyrаmındа 6 nəfər DÖNƏR YEYİB zəhərləndi
22 mart 21:51
- Mehriban Rəhimli cinayət məsuliyyətinə cəlb olundu
22 mart 21:20
- Əli Kərimlinin cangüdəni saxlanıldı - FOTO
22 mart 20:49
- Kənd təsərrüfatı nazirinin çıxışı qeyri-peşəkarlıqdır - Ekspert
22 mart 20:37
- İmamoğlunun polisə verdiyi ifadəsi - Suallar və cavablar
22 mart 19:55
- Məscidə hücum oldu - 44 ölü, 13 yaralı
22 mart 19:31
- Heydər Əliyevin qаrdаşı bаrədə....
22 mart 19:03
- İran polisi Urmiya əhalisinə qarşı zor tətbiqinə başladı - VİDEO
22 mart 18:53
Video & Fotoqalereya
Video
Fotoqalereya