Ramiz Mehdiyevin arvadının ŞƏRAB ZAVODU

Qalina Yuriyevnanın sahibi olduğu “Fireland Vineyards” şərab zavodunun adı ətrafında bitməyən söz-söhbətlər...
Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuriyevna Mehdiyevanın sahibi olduğu “Fireland Vineyards” şərab zavodunun təmsilçiləri iddiaçı Elmar Səidovla məhkəmədə üz-üzə gəliblər. “Unikal”ın əldə etdiyi məlumata görə, proses Bakı Apelyasiya Məhkəməsində keçirilib.
Məhkəmə çəkişməsindən belə aydın olub ki, iddiaçı Elmar Səidov Qalina Mehdiyevanın şərab zavodunda baş direktor olub. Elmar Səidov işdən çıxmaq haqqında ərizə yazıb, lakin Qalina Mehdiyeva onu işdən çıxarmaqdan imtina edib. Belə olduqda Elmar Səidov məhkəməyə müraciət edərək işdən azad olunması iddiası ilə çıxış edib. Məhkəmə iddiaçının xeyrinə qərar çıxarıb. Elmar Səidovun Qalina Mehdiyevanın zavodundakı baş direktor postundan uzaqlaşmasına israrla çalışmasının səbəbi bilinmir.
2007-ci ilin yanvarında dövlət qeydiyyatına alınan “Fireland Vineyards” MMC Azərbaycanın ən böyük şərab istehsalçılarından biridir. Fəaliyyətə başladıqdan 1 il sonra məlum olmuşdu ki, “Fireland Vineyards” MMC-nin 440 min 963 manat 20 qəpik vergi borcu var. Borca görə 2018-ci ildə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti zavodun baş direktoru Elmar Səidovun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə ərizə təqdim etmişdi.
Bu xəbər zavodun illik gəlirini də təxmin etməyə imkan vermişdi. 1 ilə 440 min 963 manat 20 qəpik vergi borcu yaranan zavodun illik dövriyyəsi təxminən 2,5 milyon manatdan artıq olmalıdır.
Məlumat üçün bildirək ki, “Fireland Vineyards” MMC xammal kimi əsasən Novxanı qəsəbəsində “Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edir. Həmin ərazidə Qalina Mehdiyevaya məxsus 113 hektar torpaq sahəsində üzümlüklər var. Zavodun xammal kimi bu bağın üzümlərindən istifadə etdiyi deyilir. Bu həmin ərazidir ki, Qalina Mehdiyeva dövlətdən hər hektara görə 50 manat subsidiya almışdı. İllər öncə məlum olmuşdu ki, Mehdiyevin oğlu da elə həmin ərazidəki üzümlüklərinə görə dövlətdən 42 hektar üçün 2 min 100 manat subsidiya almaqdan çəkinməyib.
Mehdiyevlər belə bir kəmfürsətcilliyə 2017-ci ildə yol veriblər. O zaman Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva və oğlu Teymur Mehdiyev Novxanıdakı üzüm bağlarına görə dövlətdən üst-üstə 7 min 700 manat subsidiya almışdılar. Aydın olmuşdu ki, Qalina Mehdiyeva 113 hektarlıq üzüm bağı üçün 5 min 600 manat, oğlu isə 42 hektar üçün 2 min 100 manat subsidiyadan vaz keçməyib.
Əlbəttə ki, Mehdiyevlərə subsidiya olaraq ayrılan məbləğlər çox deyil, amma simvolik dəyəri ölçüyəgəlməzdir. Bu ailənin adı illərdir milyonluq varidatla, bahalı villalarla, iri bizneslərlə birgə hallanır. Məktəb, bağça, bank... Onların üzüm bağları da kiçik təsərrüfat deyil, sənaye miqyasında fəaliyyət göstərən “Fireland Vineyards/ Marandi” şərab zavoduna xammal verən geniş təsərrüfatdır. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, Abşeronda üzüm məhsuldarlığı hektara təqribən 4 ton təşkil edir. Bu o deməkdir ki, Qalina Mehdiyevanın 113 hektarlıq bağı ildə təxminən 450 ton üzüm, oğlunun 42 hektarlıq sahəsi isə təxminən 160 ton məhsul verir. Ümumi məhsul təqribən 600 ton üzüm təşkil edir.
600 ton üzümün hər tonu şərabçılıqda təqribən 750-800 şüşə şəraba çevrilir. Bu, təxminən 400-450 min butulka şərab deməkdir. Dünya bazarında Azərbaycan şərablarının qiyməti müxtəlifdir: sadə masa şərabları 8-10 dollar, bir qədər keyfiyyətli butulkalar 50-100 dollar, “Premium” markalar isə hətta bir şüşəsi 8 min dollara qədər satıla bilir. Dövlətin 7 min 700 manatlıq dəstəyi Mehdiyevlərin sənaye miqyaslı şərab imperiyasında heç nəyi dəyişmir. Yəni yüz minlərlə butulka istehsal edən, milyonlarla gəlir əldə edən bir ailə dövlətin hektara 50 manat verdiyi kiçik subsidiyadan da imtina etmir. Ən acısı odur ki, həmin dövrdə Novxanı kəndində başqa torpaq sahiblərinin bu subsidiyanı ala bilmədiyi haqda məlumat dolaşırdı. Əgər sadə fermer bürokratik əngəllərdən dolayı subsidiya ala bilmirsə, amma Mehdiyevin ailəsi bundan faydalanırsa, prosesi ədalətli bölgü adlandırmaq olmaz.
Əslində dövlətin 5 min 600 manatlıq dəstəyi sənaye miqyaslı şərabçılıqda heç nəyi dəyişmir. Bu məbləğ yüz minlərlə şüşə şərabın fonunda bir damla su kimidir. Amma bu damla su(bsidiya) böyük və sərhədsiz iştahanı ortaya qoyur...
- Putinin keçmiş arvadının ƏRİ ARTURA qarşı sanksiya TƏTBİQ EDİLDİ
24 avqust 2025 12:38
- Dağıstanda 36 yaşlı azərbaycanlı saxlanılıb – guya Ukraynaya məxfi sənəd aparırmış
21 avqust 2025 16:43
- Tərifli Ayvazovski arvadına və qızlarına işgəncə verməklə....
2 avqust 2025 02:28
- Azərbaycanlı ilə evlənən, muğamımızı dünyaya tanıdan amerikalı - VİDEOMÜSAHİBƏ
30 iyul 2025 23:08
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri
29 iyul 2025 10:56
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri – SENSASİON ADLAR
5 avqust 2025 22:16
- Ramiz Mehdiyevin qızı UDUZDU
24 iyul 2025 10:46
- Prezident media nümayəndələrini təltif etdi (SƏRƏNCAM)
22 iyul 2025 01:24
- Prezident Ağdamda açılışda iştirak etdi - FOTOLAR
19 iyul 2025 00:24
- Həbsdə olan vəkil Adəm Məmmədovun əmisi hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
2 iyul 2025 13:46
- Prezident İlham Əliyev Əl-Ərəbiyə kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar (CANLI)
27 avqust 16:53
- Azərbaycanda REKTORSUZ universitetlər....
27 avqust 14:06
- İlham Əliyev Maya Sandunu təbrik etdi
27 avqust 12:06
- Ramiz Mehdiyevin arvadının ŞƏRAB ZAVODU
27 avqust 11:12
- İlham Əliyev: Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur
27 avqust 10:31
- Lotu Quli belə ÖLDÜRÜLÜB: Rusiya kanalı görüntüləri YAYDI
27 avqust 10:01
- Bu, Rusiya üçün pis olacaq - Tramp
27 avqust 09:53
- Daha 104 ailə Xıdırlıya köçür
27 avqust 09:44
- Ruslar Səfərov qardaşlarını öldürüb, cinsiyyət orqanlarını kəsiblər – vəhşi və əxlaqsız mesaj
27 avqust 03:13
- ABŞ bu şəxslərə ölüm hökmü tələb edəcək - Trampdan açıqlama
27 avqust 01:31
- 35 hərbçi TƏZMİNAT üçün bir-birini YALANDAN güllələyib - Rusiya ordusunda qalmaqal
27 avqust 01:02
- Bu sərnişinlər təyyarəyə iki yerə bilet alacaqlar - Aviaşirkətdən yeni qərar
27 avqust 00:45
- Veysəloğlu Distribusiya şirkəti -Dəyərlərimizin izi ilə- devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
26 avqust 21:33
- 8 aydır boksçuların MAAŞI VERİLMİR - Məşqçi şikayət etdi
26 avqust 20:37
- Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər
26 avqust 12:29
- Bu gün tanınmış rəssam Yusif Mirzənin Laçında -31 İL SONRA- fərdi sərgisi açılır
26 avqust 10:34
- Məhərrəmlik bitdi, toylar başladı - qiymətlərdəki fərq...
26 avqust 10:20
- Daha bir ölkə dördgünlük iş rejiminə keçir - bəs bizdə?
26 avqust 10:07
- Bu gün Laçın Şəhəri Günüdür
26 avqust 09:37
- Arzu Əliyevadan anasına təbrik - Foto
26 avqust 09:26
- Cahangir Novruzov ölkədən kimə görə getdi? - VİDEO
26 avqust 02:10
- Bu gün Mehriban Əliyevanın doğum günüdür
26 avqust 00:34
- DƏHŞƏT: 5 ildə Azərbaycanda ABORT-un SAYI - 300000, Gürcüstanda, Ermənistanda ?
25 avqust 23:54
- İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq?
25 avqust 22:05
- Prezident Stiven Doutini qəbul etdi (FOTO)
25 avqust 14:43
- Putin DALA VERİR – Trampın xəbərdarlığı Moskvanı silkələdi
25 avqust 09:05
- Tanınmış idmançı güllələndi
25 avqust 00:12
- Paşinyanın 27 il əvvəlki yazısı üzə çıxdı: Azərbaycan və Türkiyənin günahsız qurbanlarını niyə görməzlikdən gəlirik?
24 avqust 23:50
- Ər-arvad lotereyada 1 MILYARD uddular - Pulu görün hara xərclədilər
24 avqust 23:36
- 15 ildən sonra dünyaya gələn evin tək oğlu idi... - Doğum günü olan ŞƏHİDİMİZ
24 avqust 22:43