Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
Ekspertlər deyir ki, qeyri-leqal şəkildə istehsal olunan və bazara çıxarılan kürü qeydiyyatda deyil
2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 617.1 kq nərə balığı kürüsü istehsal edilib. Məlumata görə, bu 2023-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 203.1 kq və ya 49% çoxdur.
Belə ki, 2023-cü ilin 9 ayı ərzində Azərbaycanda 414 kq nərə balığının kürüsü istehsal edilmişdi.
Xatırladaq ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 553 min 780 ABŞ dolları dəyərində 480 kq nərə balığının kürüsü ixrac edilib.
Hesabat dövründə qara kürünün 1 kq orta ixrac qiyməti 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 494 manat və ya 34% artaraq 1961 manat təşkil edib. Qeyd edək ki, ötən ilin 8 ayına görə 1 kq qara kürünün orta ixrac qiyməti 1 467 manat idi.
Qeyd edək ki, qara kürü əsasən Birləşmiş Ərəb Əmirliklərinə (210 kq), Amerika Birləşmiş Ştatlarına (140 kq), Qazaxıstana (40 kq), Səudiyyə Ərəbistanına (10 kq) və Sinqapura (10 kq) ixrac edilib.Bundan başqa, digər ölkələrə 60 kq qara kürü ixracı həyata keçirilib. Macarıstana ixrac edilən kürünün dəyəri isə 2 min 690 dollar təşkil edib.
Bu məhsul Birləşmiş Ərəb Əmirliklərinə 1 717 manata, Amerika Birləşmiş Ştatlarına 1 378 manata, Qazaxıstana 3 400 manata, Səudiyyə Ərəbistanına 3 855 manata, Sinqapura isə 3 624 manata satılıb.
Bakının supermarketlərində əsasən Rusiya və yerli istehsal olan qara və qırmızı kürü satılır ki, onların da qiyməti 10-40 manat arası dəyişir. Təbii ki, bu, əsl kürü deyil. Azərbaycanda əsl kürü “qara bazarda” satılır, amma onun da qatqısız olmamasına şübhələr var. Bəs niyə əsl kürü Azərbaycan alıcısı üçün əlçatmazdır?
Qeyd etmək yerinə düşər ki, bir vaxtlar Neftçala rayonundakı Bankə qəsəbəsində yerləşən Balıq Kombinatı fəaliyyət göstərdiyi müddətdə Azərbaycan dünya bazarına balıq, kürü ixrac edib. Müstəqillikdən sonra isə sözügedən kombinat ləğv edilib və nəticədə qara kürü istehsalı kəskin azalıb. Ekspertlər də dəfələrlə qeyd edirlər ki, Xəzərin kürü qoyan nərə balıqları tükənmək üzrədir.
Azərbaycanda nərəkimilərin yetişdirilməsi üzrə zavodun bazasında yaradılan “Azerbaijan Fish Farm” şirkətindən mediaya bildirilib ki, ölkədə qara kürü çökə, nərə, uzunburun və bölgə (beluqa) kimi balıqlardan alınır: “Zavodumuzda ildə 200 tona yaxın nərə balığı əti və 10 ton qara kürü istehsalı nəzərdə tutulub. Zavodumuzun qapalı su çevrəsi və açıq nohurlar var. Su çevrələrində balıqlar yetişdirilir və müəyyən çəkiyə çatdıqdan sonra nohurlara köçürülür. Çökədən 7 min ədəd, nərədən 8 min ədəd körpə balığı yetişdiririk və təbii su hövzələrə buraxırıq”.
O da qeyd olunub ki, nərə balıqlarının əti daxili bazarlar, qara kürü isə ixrac üçün nəzərdə tutulub.
Rəsmi açıqlamaya görə, 2023-cü ilin doqquz ayında Azərbaycanda nərə balıqlarının kürüsünün sənaye istehsalı 414 kq olub. Dövlət Gömrük Komitəsi (DGK) bildirir ki, bu ilin səkkiz ayında Azərbaycan xaricə təxminən 400 kq nərə balığı kürüsü ixrac edərək 345 min 270 ABŞ dolları gəlir götürüb. (863 dollar/kq) Məhsul Rusiya (170 kq), ABŞ (120 kq), BƏƏ (50 kq) və Sinqapur (20 kq) şirkətlərinə satılıb. 2022-ci ildə isə Azərbaycanda 915 kq qara kürü istehsal edilib ki, bunun da 430 kq-ı xaricə göndərilib. Azərbaycan ixracla yanaşı, qara kürü də idxal edib. Xaricdən Azərbaycana 2022-ci ildə 1 milyon 759 min 100 dollarlıq 5 min 740 kq qara kürü gətirilib (306 dollar/kq). Azərbaycana qara kürünün 99 faizi (5.7 ton) Çindən idxal olunur. 30 kiloqram qara kürü isə ABŞ-dan gətirilib.
Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Azərbaycanda qara kürü istehsalı kifayət qədər azalıb: “Bu rəsmi rəqəmlərdən də görünür. Xaricdə buna ciddi tələbat var və qiyməti çox bahadır. Qeyri-leqal şəkildə istehsal olunan və "qara bazar"a çıxarılan kürü isə qeydiyyatda deyil. Onların kimlərsə tərəfindən həmin şəxslərə köməklik olunur, iş şəraiti yaradılır, müəyyən ödəniş müqabilində onların fəaliyyətinə göz yumulur. Onlar da yerli bazarda qaçaqmalçılıq yolu ilə bazara kürü çıxara bilirlər. Onlar qeyri-leqal yolla aldıqları kürünü xaricə sata bilmədiklərinə görə daxili bazarda satırlar. Çünki xaricə satmaq üçün sertifikatlaşmadan keçmək lazımdır. Onların bəlli sənədləri olmalıdır və sairə. Onların belə imkanları olmadığına görə qeyri-qanuni yolla əldə etdikləri kürünü əlaqədar qurumların göz yumması nəticəsində yerli bazara çıxardıb xaricə satılandan daha ucuz satırlar. Azərbaycanda kürü istehsalı aşağı səviyyədə olduğundan qiymətlər də kifayət qədər bahadır".
Eyyub Hüseynov
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, ölkəmizdə istehsal olunan kürü sadə insanlar üçün əlçatan deyil: “Azad İstehlakçılar İctimai Birliyi olaraq süni kürü qablarının üzərindən yalnız nərə balığının şəklinin götürülməsinə nail olmuşuq. Qabların arxa hissəsində qidanın süni kürü olduğu yazılır. Bu kürülər Azərbaycana Rusiyadan da idxal olunur. Xarici ölkələrdən gətirilən kürünün bəzilərinin üzərində nərə balığının şəkli vurulub. Süni kürü balığın tullantılarından, dərisindən və s.-dən hazırlanır, kürü dadı verir. Çox ucuz qiymətə olan bu qidalar əsl kürü ilə müqayisə edilə bilməz. Əsl kürünün kiloqramı 1500-1700 manatdan yüksəkdir. Kürü istehsalı və qablaşdırılması konservantsız mümkün deyil. Belə ki, başqa qida məhsullarının konservləşdirmə prosesindən fərqli olaraq kürü sterilizasiyadan keçmir. Kürü dənəcikləri çox zərif olduğundan temperaturun təsirindən dağılaraq sıyıq halını alır. Kürünü saxlamağın yeganə üsulu onun duz və konservanlar əlavə etməklə vakuum üsulu ilə qablaşdırılmasıdır. Bu məqsədlə sorbin turşusu (E 200) və urotropin (E 239) adlı iki konservantın qarışığından istifadə olunur.
Kürü tez xarab olan məhsuldur. Halbuki bu dəniz məhsulunun necə gəldi, harada gəldi satılması “Təzə bazar”da müşahidə olunur. Burada süni kürü ilə qarışdırılmış qara kürü, vaxtı keçmiş təhlükəli kürülər də satılır. Azərbaycanda cəmi 3-4 məhsul xarici bazara çıxmaq üçün keyfiyyətlə hazırlanıb. Balıq və kürü də daxil olmaqla, balıq məhsullarına, qoz-fındıq kimi qidalara haps sistemi (tarladan, dənizdən istehlakçının masasına qədər izləmə) tətbiq olunub. Ölkənin ən böyük balıq məhsulları istehsal edən şirkəti “Caspian Fish”in mağazalarında istehsal etdiyi kürü satılır. Amma bunlar da o qədər bahadır ki, sıravi vətəndaşlar ala bilmir".
Qara kürü qiymətli zülallar, əvəzolunmaz aminturşuları və asan həzm olunan yağlarla zəngindir. Lesitin, yağda həll olan A, D, E, həmçinin B qrupu vitaminləri, minerallardan isə çox miqdarda kalsium, kalium, natrium, maqnezium, fosfor, eyni zamanda manqan, yod, silisium və ən əsası dəmir və sink onun faydalı xüsusiyyətlərini təmin edir. Öncədən vurğulayaq ki, qara kürü müalicə vasitəsi deyil, lakin profilaktik və ümumi möhkəmləndirici ərzaq məhsulu kimi olduqca faydalıdır.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 2024 21:50
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 2024 14:15
- İsrail Prezidenti Bakıya gəlir
30 oktyabr 2024 15:24
- Azərbaycana mal-qara gətirən DANA MONOPOLİYASININ başında duran Ramazanov, Laçınlı Dadaş kimdir?
30 oktyabr 2024 10:19
- AQTA BİT BAZARI-nda yoxlama apardı - 5 min manatlıq cərimə
29 oktyabr 2024 22:23
- Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova ilə bağlı Prezidentə və Baş Prokurora ŞİKAYƏT
29 oktyabr 2024 21:01
- Yumurta yenidən bahalaşdı
29 oktyabr 2024 11:52
- Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova ilə bağlı Prezidentə və Baş Prokurora ŞİKAYƏT
29 oktyabr 2024 10:14
- 1978-ci ildə İspaniya qəzetləri Azərbaycandakı səs-küylü qətldən nə yazıb?
28 oktyabr 2024 23:51
- Rusiya və Türkiyədən 9 manata gətirilən bal marketlərdə 37 manata satılır
27 oktyabr 2024 21:14
- Radiatorun üstünə bir neçə DƏFNƏ YARPAĞI qoyun və ... - MÖCÜZƏ
01 noyabr 12:10
- NAR AzTU-da mobil rabitə təlimlərini davam etdirir
01 noyabr 12:03
- Azərsun Holdinq-dən daha bir layihəyə dəstək - Fotolar
01 noyabr 11:23
- Nazirlikdə iki yüksək vəzifəyə təyinat
01 noyabr 10:35
- Prezident 28 May-da aparılan abadlıq işləri ilə tanış oldu
01 noyabr 10:29
- Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
01 noyabr 10:16
- Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
01 noyabr 10:00
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 23:11
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 21:50
- Hikmət Həsənovun köməkçisinə hökm oxundu - FOTO
31 oktyabr 19:57
- Urmiyada beş məhbusun barmaqları kəsiləcək
31 oktyabr 19:47
- Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 oktyabr 14:50
- Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 oktyabr 14:28
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 14:22
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 14:15
- Ərdoğandan Öcalana edilən çağırışa reaksiya
31 oktyabr 13:38
- Planetar düşüncəli lider…
31 oktyabr 13:29
- Beynəlxalq axtarışa verilən 5 şəxs Azərbaycana gətirildi
31 oktyabr 13:15
- Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
31 oktyabr 12:09
- SAYT rəhbəri həbs edildi
31 oktyabr 11:59
- Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - FOTOLAR
31 oktyabr 11:42
- Rusiya qalib gəldi - Zelenski
30 oktyabr 23:19
- Dörd nəfər onu axtarmağa gedəndə həlak olmuşdu...
30 oktyabr 23:05
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 20:50
- Ərdoğandan müsəlman ölkələrinə ÇAĞIRIŞ
30 oktyabr 18:20
- Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var
30 oktyabr 17:47
- İsrail Prezidenti Bakıya gəlir
30 oktyabr 15:24
- Nə istəyirsiz məndən? Əl çəkin! Mənə kim cinayət işi açır? - Ramiz Mehdiyev
30 oktyabr 15:19
- Nyuton qanununun tərtibində səhv AŞKARLANDI
30 oktyabr 14:00
- Azərbaycanda ATATÜRK adına qoyulan QADAĞA götürüldü
30 oktyabr 13:22