Məmurların maşınları - Nazirlər “BMW”ni, deputatlar “Mercedes”i seçir
Cəmiyyət Fotoqalareya 25 may 2017 12:22
![](https://www.nuh.az/uploads/posts/2017-05/thumbs/big_1495697020_mersi.jpg)
2016-cı ildə prezident İlham Əliyev məmurlara xarici avtomobillərdən düşüb, Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan "LİFAN”a minməyi tövsiyə etdi. Həmin ərəfədə bir çox məmurlar açıqlama verərək, yerli istehsal olan avtomobilə keçəcəyini bildirsə də, zavodun fəaliyyəti ilə bağlı məlumatlardan görünür ki, məmurlar sözlərini əmələ çevirməyiblər.
Yeni müsavat qəzetinin bu mövzuda hazırladığı yazıda bildirilir kii, ötən ay Dövlət Statistika Komitəsinin rəsmi məlumatında qeyd olunub ki, Naxçıvan Avtomobil Zavodu (NAZ) istehsalı bir neçə ay öncə dayandırıb. Komitənin hesabatına görə, bu il ərzində ölkədə avtomobil istehsal edilməyib.
Son məlumata görə, sözügedən zavod may ayında məhdud sayda avtomobil istehsalına başlayıb.
Bir çox dünya ölkələrində məmur avtomobillərinin markalarına və ucuzluğuna diqqət çəkilən yazıda qeyd olunur ki, Azərbaycanda məmurların əksəriyyətinin xidməti avtomobili mövcuddur. Ölkədə daha çox Almaniya istehsalı olan avtomobillərə üstünlük verilir. Xüsusilə də bu, bahalı "BMW”lərdir. Lakin statistikaya baxdıqda görmək olur ki, neftin qiymətinin ucuzlaşması, manatın dollara nisbətdə dəyərdən düşməsi bu məsələyə də təsir edib. Belə ki, 2012-ci ildə yayılan statistikaya görə, 2006-cı ildən 2011-ci ilədək Azərbaycanda xidməti avtomobillərin alınmasına dövlət büdcəsindən 400 milyon manat vəsait xərclənib.
2016-cı ildə nəqliyyat vasitələrinin alınması üçün dövlət büdcəsindən cəmi 6.5 milyon manat ayrılıb. Statistik rəqəmlərdən aydın olur ki, ölkədə məmurların istifadə etdikləri avtomobillərin qiyməti 70-100 min manat arasında dəyişir. Yalnız məmurların xidməti avtomobillərinə çəkilən xərclər təkcə onların alınması zamanı xərclənən vəsaitlə bitmir, il ərzində də bu avtomobillərin təmiri üçün büdcədən pul ayrılır...
Milli Məclisin 11 komitə sədrinin xidməti avtomobili "Mercedes E-Class”dır. Onların əvvəlki xidməti avtomobilləri "Nissan Maxima” olub. Bu avtomobillərin qiyməti 80-100 min manatdır. İcra başçılarının əksəriyyəti isə "BMW”lərdə gəzirlər. SOCAR-ın rəhbər şəxslərinin xidməti avtomobilləri "Audi” və "Mercedes”dir.
Nazirlərimiz də əsasən "Mercedes” və "BMW”lərdən istifadə edir.
Nuh.az
Oxşar xəbərlər
- Axundovanın Mehdiyevə yazdığı danos- müəmmalı ölümdən 7 il keçir – SENSASİON ARAŞDIRMA
24 iyun 2024 15:40
- Hövsan Mədəniyyət Mərkəzinin QORDİ DÜYÜNÜ-nə düşən təmiri
24 iyun 2024 15:26
- YAP-ı təmsil edən deputatlar Milli Məclisin buraxılmasını xahiş etdi
21 iyun 2024 12:43
- Haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq - Sumqayıtın İcra Başçısından Prezidentə şikayət edən İŞ ADAMLARI
21 iyun 2024 11:22
- Heydər Əliyev bizi çağırdı və Elçibəyin gecə qaçdığını bildirdi
19 iyun 2024 13:41
- Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
14 iyun 2024 11:10
- Azərbaycan nazirləri hansı universitetləri bitirib? (SİYAHI)
13 iyun 2024 19:27
- 15 il Moskva DTK-sına rəhbərlik edən general – o, yalnız Brejnevlə hesablaşıb
2 iyun 2024 19:32
- Azərbaycan parlamenti Çexiyaya etiraz məktubu göndərdi
24 may 2024 22:58
- Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz
20 may 2024 23:20
Xəbər lenti
- Axundovanın Mehdiyevə yazdığı danos- müəmmalı ölümdən 7 il keçir – SENSASİON ARAŞDIRMA
24 iyun 15:40
- Hövsan Mədəniyyət Mərkəzinin QORDİ DÜYÜNÜ-nə düşən təmiri
24 iyun 15:26
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
24 iyun 15:06
- XAYA, yoxsa HAYA ?
24 iyun 13:47
- Akademik oğru! – Məhərrəmov Nabranda yeni istirahət mərkəzi tikir
24 iyun 13:32
- Sabiq icra başçısının 10 milyonluq əmlakı üzərindən həbs götürüldü..)))
24 iyun 12:05
- Bakıda keçmiş məhkum üç polisi ÖLDÜRDÜ
24 iyun 10:45
- Zakir Fərəcov, deyirsən ki, Prezidentin əli kürəyimdədir…O, əl bir gün dəmir yumruq olub, sənin başına enəcək…
23 iyun 23:10
- Dövlət qurtaran möhtəşəm QADIN! - Altuncan xatun
23 iyun 22:57
- Ermənistan əhalisi əzab-əziyyətdən yorulub - Paşinyan
23 iyun 22:32
- Müdafiə Nazirliyi MÜHÜM MƏLUMAT yaydı - VİDEO
23 iyun 19:26
- Türkiyə azərbaycanlı qadının cəsarətindən danışır - Video
23 iyun 15:33
- Namiq Hümmətov və Ramin Abdullayev Azərbaycanın milyonlarını Dubay və İstanbula daşıyır
23 iyun 14:04
- Özünü yandıran qazi dünyasını dəyişdi - FOTOLAR
23 iyun 11:57
- Dünyanın ən kiçik 10 ölkəsi - SİYAHI
23 iyun 11:50
- Azərbaycanda iyun ayı QAR yağıb, dolu düşüb...
23 iyun 11:38
- Sənədsiz evlərə KUPÇA veriləcək - YENİ QƏRAR
23 iyun 11:29
- Ölümcül istilər: Həyəcan təbili çalınır
22 iyun 21:22
- Bir azca yağış yağan kimi Bakını SEL BASIR...MƏMUR FƏLAKƏTİ
22 iyun 19:22
- İşdən çıxarılan şöbə müdirindən şok İTTİHAMLAR - "Mən bu ölkənin təhsilinin necə əxlaqsızcasına talandığını gördüm
22 iyun 17:47
- Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...
22 iyun 17:36
- Prezident İlham Əliyev Euronews-a müsahibə verdi- Dünyaya ÖNƏMLİ MESAJLAR
22 iyun 16:16
- Lukaşenkodan maraqlı ETİRAF: "İnəklər yuxuma girirlər" - VİDEO
22 iyun 13:43
- Polşada azyaşlı hun türkünün məzarı tapıldı (FOTO)
22 iyun 12:49
- Xəstəxanadan çıxandan sonra Əkrəm Əylisliyə zəng elədim…” –Yazıçı Elçin /MÜSAHİBƏ
22 iyun 11:07
- Hacıbala Abutalıbov Bakıya dəhşətli ziyan vurub
21 iyun 20:15
- Ermənistan Fələstini müstəqil dövlət kimi tanıdı
21 iyun 18:06
- Arif Əliyev - Heydər Əliyev Elçibəylə görüşdən sonra onun psixoloji portretini yüz faiz cızmışdı
21 iyun 17:37
- Prezidentlə xanımı Nəbatat Bağında görülən işlərlə tanış oldu - Fotolar
21 iyun 14:14
- YAP-ı təmsil edən deputatlar Milli Məclisin buraxılmasını xahiş etdi
21 iyun 12:43
Video & Fotoqalereya
Video
Fotoqalereya