Əli Həsənovun 8 dildə nəşr olunan kitablarının təqdimatı keçirilib - Fotolar
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun 8 dildə (Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və Çin) çap olunmuş “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimat mərasimi keçirilib.
APA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində dövlət nümayəndələri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri və başqa şəxslər iştirak ediblər.
Hər iki kitabın elmi redaktoru Elçin Əhmədov bildirib ki, “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” kitabında son iki əsrdə azərbaycanlılara qarşı ermənilərin məqsədli şəkildə həyata keçirdiyi etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil edilib: “Bu kitabda Ermənistanın 1988-1993-cü illərdə azərbaycanlılara qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələr əsasında araşdırılır. Kitabda Xocalı soyqırımının tanınması ilə bağlı qəbul edilən sənədlər də yer alıb”.
E. Əhmədov qeyd edib ki, “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabında ermənilərin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrinə məruz qalması tarixi mənbələr əsasında təhlil edilib.
Milli Məclisin deputatı, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı deyib ki, 25 il əvvəl Xocalıda Ermənistanın dövlət siyasəti nəticəsində soyqırımı törədilib: “Hər iki kitabı Azərbaycan siyasət tarixində ciddi hadisə hesab edirəm. Kitablar mahiyyəti, konsepsiyasına görə bir-biri ilə sıx bağlıdır. Ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi, ermənilərin xalqımıza qarşı törədilən cinayətlər sistemli şəkildə tədqiq olunub. Bu kitablarının hər bir abzası ayrıca dissertasiya mövzusu ola bilər. Bu kitablara təxminən 3 milyard insan çata biləcək. Hesab edirəm ki, bu kitablar Azərbaycan prezidenti İlham Əliyevin hücum taktikasını həyata keçirmək üçün ciddi vasitədir”.
Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral qeyd edib ki, Əli Həsənovun müəllifi olduğu kitablarda ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər xəritələr, fotolar və digər sübutlarla dünya ictimaiyyətinə çatdırılıb. Səfir əlavə edib ki, kitablar dünya əhalisinin yarısına xitab edir: “Mən Əli Həsənovun xarici siyasət sahəsindəki qiymətli fikirləri ilə çoxdan tanışam. Düşünürəm ki, hər iki kitab Azərbaycanın yaxın tarixini, ermənilərin Azərbaycana qarşı apardığı soyqırımı, etnik təmizləmə və təcavüzkarlıq siyasətini öyrənmək üçün qiymətli tədqiqat işidir”.
Millət vəkili Çingiz Qənizadə kitablarda aparılan təhlillərin oxucunu yormadığını vurğulayıb: “Xocalıda törədilmiş soyqırımı faktlar və mənbələr əsasında öyrənilib. Kitablarda soyqırımı ilə bağlı beynəlxalq konvensiyalara istinad edilməsi beynəlxalq aləm üçün ciddi siqnaldır”.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, hər iki kitab pafos və patetikadan uzaq, soyuqqanlı şəkildə, proseslərin mahiyyəti barədə olan qiymətli mənbədir.
Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, kitablar Azərbaycan xalqına qarşı törədilmiş etnik təmizləmə, o cümlədən Xocalı soyqırımının mahiyyətini, məzmununu dərk etmək üçün əyani vəsaitdir: “Hər iki kitab mövzu və ideya baxımından bir-birini tamamlayır. Kitablar beynəlxalq sənədlər toplusu kimi qarşımıza çıxır. Kitablar hazır ssenaridir, erməniçiliyi anlamaq üçün çox yaxşı bələdçidir. Kitablar əsasında çox yaxşı film də çəkmək olar. Akademik üslubda, həm də aydın şəkildə yazılan hər iki kitabın geoloji, beynəlxalq və ideoloji aspektlərini ayrı-ayrılıqda təhlil etmək olar. Kitablar milli yaddaşımız üçün çox əhəmiyyətlidir. İstifadə edilən mənbələr, qaynaqlar qeyri-azərbaycanlı mənbələrdir, erməni və rus müəlliflərinə istinad olunub. Bu da informasiyanın doğruluğu baxımından vacibdir”.
Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov deyib ki, kitabın BMT dillərində dünyaya çatdırılması unikal bir işdir: “Biz informasiya müharibəsinə cəlb edilmişik. Bugünkü informasiya müharibəsində ermənilər qarşısında bu iki kitab bizim ağır artilleriyamız kimi dəyərlidir”.
Sonda Əli Həsənov çıxış edərək hamıya öz təşəkkürünü bildirib: “Bu kitablar Azərbaycan prezidentinin Xocalı soyqırımının 25 illiyi ilə bağlı imzaladığı fərmana müvafiq olaraq çap olunub. Hər iki kitabın mətni yığcam şəkildə 31 səhifədən ibarətdir, bu, bir məqalədir. Bunların kitab halına salınması, 8 dildə tərcümə olunması isə xüsusi bir işdir. Bu kitablarda bizim dünya ictimaiyyətinə son 200 ildə ermənilərin başımıza gətirdikləri bəlalar haqda çatdırdığımız hədəflər 31 səhifədə verilib. Kitablarda xəritələr, digər sənədlər yer alıb. Kitabların ərsəyə gəlməsində buraxılışa məsul, AzərTAC-ın baş direktoru Aslan Aslanova və AzərTAC-ın kollektivinə, kitabların elmi redaktoru Elçin Əhmədova, vətəndaşlıq missiyası ilə tərcümə işini həyata keçirən Azad Akifoğluna təşəkkürümü bildirirəm. Biz Sasanilər, Əhəmənilər, Rusiya, Osmanlı, Monqol-tatarların əsarəti altında olmuşuq. Həmin dövrlərin xəritələri toplanaraq tərcümə olunub. Kitablar 8 dildə çap olunub. Dünyadakı 7 milyard əhalinin əksəriyyəti bu 8 dildən birini bilir. Kitablar elektron şəkildə buraxılacaq. Biz dünya ictimaiyyətinə demək istədiklərimizi yığcam, sistemli şəkildə kitablarda təqdim etmişik.
Fürsətdən istifadə edib Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi xidmətlərə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürümü bildirirəm. Leyla Əliyevanın rəhbərliyi altında “Xocalıya ədalət” kampaniyası çərçivəsində xarici ölkələrin Xocalı soyqırımını tanıyan bəyanatları, qətnamələri kitablarda əksini tapıb. Kitablar əsasında hazır mənbəşünaslıq bazası yaradılıb. Bu kitablar düşmənçilik, qisasçılıq aşılamır. Erməni xalqı özü də cinayətkar Ermənistan hakimiyyətinin girovuna çevrilib. Bu kitablarda sülh çağırışı, Cənubi Qafqaz xalqları arasında mehriban qonşuluq şəraitində yaşamağa çağırış var. Bununla belə, biz Xocalıda xalqımızın başına gətirilən soyqırımını heç vaxt unutmayacağıq. Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ probleminin həlli istiqamətində yorulmaz fəaliyyətini davam etdirir və bu məsələ tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq”.
NUH.az
- Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi
10 yanvar 2025 21:31
- İqtisadi və sosial inkişaf yanbayan getməlidir - Millət vəkili Əli Məsimli
10 yanvar 2025 18:19
- İcra başçısı Lütvəli Babayevin oğlunun MƏHKƏMƏSİ
10 yanvar 2025 14:36
- Nazir postundan çıxarılan, Baş nazirə müavin təyin olunan Samir Şərifovun DOSYESİ
10 yanvar 2025 13:11
- Yollardakı tıxac probleminin həlli məsələləri
9 yanvar 2025 23:06
- Erməni bloger 31 illik sirri açdı: heç yerdə getməyən mühüm VİDEO
9 yanvar 2025 22:15
- Naxçıvanda gömrükdə 273 MİLYON manat mənimsənilib
9 yanvar 2025 17:08
- Bizi meşədə ağaca bağlayıb zorlayırdılar - Bakıdan Moskva gedən qadınların işinin TƏFƏRRÜATI
9 yanvar 2025 15:04
- İlk xarici səfərini Türkiyəyə edəcək
9 yanvar 2025 12:09
- Dünyanın məşhur jurnalı FORBES Veysəloğlu Şirkətlər Qrupundan yazdı
8 yanvar 2025 16:07
- İsа Qəmbərdən incimişəm
11 yanvar 00:11
- DİM-dən Eldаr Mahmudova bağlı olduğu deyilən şirkətə 17 minlik sifariş
11 yanvar 00:01
- Tez-tez kartof yeyənlərə BƏD XƏBƏR
10 yanvar 23:42
- Professor İlham Rəhimov Putinlə necə tanış oldu? - AÇIQLADI
10 yanvar 22:55
- Azərbaycan etibarlı tərəfdaşdır - Millət vəkili Azər Allahverənov
10 yanvar 22:26
- Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi
10 yanvar 21:31
- Azərbaycanlı şagird dünya birincisi oldu
10 yanvar 21:15
- Sahil Babayev Samir Şərifovu əvəzləyəcək
10 yanvar 20:16
- Azərbaycanda general-mayor işdən çıxarıldı - FOTO
10 yanvar 19:41
- İqtisadi və sosial inkişaf yanbayan getməlidir - Millət vəkili Əli Məsimli
10 yanvar 18:19
- Samir Şərifovdan ilk açıqlama
10 yanvar 17:52
- Məktəblini döyən sabiq məmur namizədlikdən GERİ ÇƏKİLDİ
10 yanvar 15:11
- İcra başçısı Lütvəli Babayevin oğlunun MƏHKƏMƏSİ
10 yanvar 14:36
- Prezidentdən Samir Şərifovla bağlı SƏRƏNCAM
10 yanvar 14:00
- Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər
10 yanvar 13:23
- Nazir postundan çıxarılan, Baş nazirə müavin təyin olunan Samir Şərifovun DOSYESİ
10 yanvar 13:11
- Yollardakı tıxac probleminin həlli məsələləri
09 yanvar 23:05
- Erməni bloger 31 illik sirri açdı: heç yerdə getməyən mühüm VİDEO
09 yanvar 22:13
- Putin bizi də, Əsədi də aldatdı...
09 yanvar 21:25
- Çində yayılan virusun çarəsi TAPILDI – Bu vitamini qəbul edənlər yoluxmur
09 yanvar 21:18
- Məhkəmə prezidentin qızı Gülnarə Kərimova ilə bağlı qərar verdi
09 yanvar 20:50
- Bаkıdа narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb
09 yanvar 20:27
- Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus klinikadа nələr .....
09 yanvar 17:46
- Naxçıvanda gömrükdə 273 MİLYON manat mənimsənilib
09 yanvar 17:08
- Paşinyanın Azərbaycanla sülhə dair - Təklifləri
09 yanvar 16:27
- İlyas İsmayılov reanimasiyaya yerləşdirildi - vəziyyəti ağırdı
09 yanvar 15:53
- Bizi meşədə ağaca bağlayıb zorlayırdılar - Bakıdan Moskva gedən qadınların işinin TƏFƏRRÜATI
09 yanvar 15:04
- Putinin fərmanı Rusiyadakı azərbaycanlılara hansı problemləri yarada bilər? - AÇIQLAMA
09 yanvar 14:48
- BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi YAYDI
09 yanvar 13:15
- Təbrizdə Əliyevlə Ərdoğanın şəkilləri divarlara vuruldu
09 yanvar 12:19