BSU-da imtahanlar yekunlaşdı
“Əsas şərt obyektivlik və şəffaflıqdır”
BSU-da imtahanlar bu deviz altında keçirilir
Məlumdur ki, tələbələr ən həyacanlı və qayğılı günlərini imtahan sessiyası dövründə yaşayırlar. Həmin günlərdə gənclər semestr ərzində onlara tədris olunan biliklərə necə yiyələnmələri ilə bağlı həm müəllimləri, həm valideynləri, həm də cəmiyyət qarşısında hesabat verirlər. Bu mənada imtahan sessiyasını ictimai hadisə kimi də dəyərləndirmək olar, çünki çox az ailə imtahan həyacanından kənarda qalır; insanlar uzun müddət bu prosesi müzakirə edir, ona öz qiymətini verir. Hər hansı neqativ hal, qaranlıq məqam, qeyri-obyektiv yanaşma, təkcə bir müəllim, yaxud bir kafedra barədə deyil, bütövlükdə həmin ali məktəb haqqında fikir formalaşdırır, onun reytinqini, imicini müəyyən edir…
Imtahanların əsas şərti oyektivlik və şəffaflıqdır. Bunun təmin edilməsi isə ali məktəb rəhbərliyinin təşkilatçılıq bacarığından, dövlətçilik prinsiplərinə sədaqətindən, kollektivin öz işinə vicdanlı münasibətindən, təhsil ocağında ictimai nəzarətə şərait yaradılmasından, valideynlərlə, qeyri-hökumət təşkilatları ilə, media nümayəndələri ilə birgə fəaliyyətdən keçir. Harada ki, şəffaf mühit var, orada dövlətin təhsil siyasətinin uğurlu həllindən, qarşıya qoyulan strateji məqsədlərin reallaşmasından danışmaq olar. Əks halda, yüksək təhsil və uğrlu nəticədən söhbət gedə bilməz.
Ölkənin aparıcı ali təhsil ocaqlarından olan Bakı Slavyan Universiteti spesfikliyinə görə digər ali məktəblərdən ciddi fərqlənir; universitet geniş beynəlxalq əlaqələrə malikir, Şərqi Avropanın əksər ölkələri ilə elm-təhsil sahəsində sıx əməkdaşlıq edir, hər il dünyanın onlarla ölkəsindən bura yüksək səviyyəli qonaqlar gəlir, xarici ölkələrin ali məktəblərinin professor -müəllim heyəti buradakı tədris prosesində iştirak edir. Universitetdə fəaliyyət göstərən ayrı-ayrı ölkələrin mərkəzlərində diplomatlarla, elm xadimləri, mədəniyyət ustaları ilə görüşlər keçirlir…
BSU-nu həm də Azərbaycan dövlətinin uğurlu xarici siyasətinin həyata keçirilməsində fəal iştirak edən intellekt mərkəzlərindən biri hesab etmək olar. Bu təhsil ocağının təşəbbüsü ilə bir çox xarici ölkələrin nüfuzlu ali məktəblərində Azərbaycan mərkəzləri yaradılmışdır. Həmin mərkəzlər bu gün Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərimizin, dilimizin, ədəbiyyatımızın, tariximizin dünyada təbliğuində müstəsna rol oynayırlar. Ümumilli lider Heydər Əliyevin xeyir-duası ilə böyük inkişaf yoluna qədəm qoymuş və möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı sayəsində bir çox uğurlara imza atmış universitet MDB məkanındakı slavyan respublikaları, ilk öncə isə yaxın qonşumuz olan Rusiya ilə münasibətlərin inkişafında, xalqlarımız arasında etimad mühitinin yaranmasında əhəmiyyətli rol oynamaqdadır.
Bu tədris ilində universitet haqqında ABŞ-da, Bolqarıstanda geniş məqalələrin çap edilməsi, universitet müəllimlərinin elmi -tədqiqat işlərinin nüfuzlu jurnallarda özünə yer alması, xarici ölkələrlə tələbə mübadilələri universitetin onun beynəlxalq imicinin göstəricisi sayıla bilər. Onlarla ölkənin səfiri univesitetdə olmuş, tələbələrlə görüşlər keçirmiş, onların səfirliklərdə və təmsil etdikləri ölkələrdə praktika keçmələrinə şərait yaradılmışdır.
Universitetin salnaməsində bir çox xarici ölkə prezidentlərinin imzası vardır. Dekabr ayında 70 illik yubileyini təntənəli surətdə qeyd edən universitetin nüfuzlu qonaqları sırasında Bolqarıstanın vitse-prezidenti, xanım Marqarita Papova da olmuşdur. Ölkə başçısı yubiley tdbirində iştirak etməyə gəlmiş M.Papovanı şəxsən özü qəbul edərək ölkələrimiz arasında dostluq münasibətlərinin dərinləşməsində və inkişafında bu səfərin mühüm əhəmiyyəti olduğunu vurğulamışdır.
Tədbir ərəfəsində ölkə başçısının universitetin bir çox müəllimlərini yüksək fəxri adlarla təltif etməsi, onların əməyini yüksək qiymətləndirməsi dövlət başçısının bu universitetə xüsusi qayğı ilə yanaşmasına bariz nümunə sayıla bilər.
Universitetin rektoru, professor Nurlana Əliyeva yaxın zamanlarda bu vəzifəyə təyin olunmasına baxmayaraq, tarixən formalaşmış dəyərləri, müsbət ənənələri yeni-yeni nailiyyət və uğurlarla zənginləşdirməkdədir. Universitet rektorunun qapısının hər zaman tələbələrin, valideynlərin, ictimaiyyət nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının üzünə açıq olması ölkə başçısının “təhsil cəmiyyətlə üzvi surətdə əlaqədə olmalıdır” prinsipinin reallıqda ifadəsidir. Rektorun universitetə gəldiyi gündən məqsədinin burada şəffaflıq və obyektivliyin təmin edilməsi olmuşdur desək, yanılmarıq. O, bütün fəaliyyətini bu yöndə qurmuşdur.
Biz başa çatmaqda olan imtahan sessiyası vaxtı bunun bir daha şahidi olduq.
Universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzovun rəhbərliyi altında fəaliyyət göstərən İmtahan Qərargahına tələbələrin, valideynlərin, ayrı-ayrı cəmiyyət və təşkilat nümayəndələrinin üzv seçilməsi elə ilk gündən imtahanlarda əsas meyarın bilik olacağını söyləməyə imkan verirdi. Belə də oldu.
Yuxarıda qeyd etdiyimiz kimi, bu gün artıq imtahanlar yekunlaşmaqdadır; universitetin fəaliyyətini “mikroskopla” izləyənlər, ən xırda detalı belə diqqətdən qaçırmayanlar imtahanların şəffaf və obyektiv keçirildiyini etiraf etmək zorunda qalmışlar. Tələbələr, valideynlər, ictimaiyyət nümayəndələri bizimlə söhbətdə imtahan prosesində baş verə biləsi bütün neqativ halların aradan qaldırılması üçün rəhbərlik tərəfindən vaxtında lazımi addımların atıldığını bildirirlər…
Qərargah imtahanların gedişinə nəzarət edir, imtahanlarda baş verən halları təhlil edir, nəticələrdən narazı qalan tələbələrin ərizələrini qəbul edir, tələbənin, valideynin, mətbuat nümayəndələrinin və ayrı-ayrı ictimai təşkilatlaın əməkdaşlarının iştirakı ilə məsələni dərhal araşdırır və obyektiv dəyərləndirmə aparir.
Bəri başdan qeyd edək ki, BSU-da imtahanların gedişinin mediya nümayəndələri tərəfindən izlənməsinə də şərait yaradılmışdır. Bu ayın 24-də ondan çox mediya nümayəndəsi BSU-da olmuş və onlar imtahanların gedişini izləyərək, öz mövqelərini mətbuatda açıqlamışlar.
İmtahan Qərargahının rəhbəri, professor Rafiq Novruzov qərargahın fəaliyyəti ilə bağlı deyir:
- Qərargah obyektivlik və şəffaflığın təmin edilməsi məqsədilə yaradlıb və bizcə, öz funksiyasını uğurla yerinə yetirir. Bu günə kimi bizə təxminən 500-ə dək ərizə daxil olub. Həmin ərizələr tələbələrin birbaşa iştirakı ilə araşdırılıb, obyektiv qiymətləndirilib, tələbə haqlı olduğu halda, məsələ onun xeyrinə həll olunur. Amma müraciət edənlərin haqsız olduğu məqamlar da olub, bu halda biz onlara buraxdıqları səhvləri izah etmişik.
Rafiq müəllim imtahanların “bilik əsas meyardır” devizi altında keçirildiyini bir daha təkrarlayır. O, imtahan prosesində valideynlərin, QHT və mətbuat nümayəndələrinin iştirakına lazımi şəralit yaradıldığını, münaqişə komissiyasının yığıncağında onların sərbəst şəkildə iştirakına imkan verildiyini bildirir. R.Novruzov imtahanların kameralar olan auditoruyalarda aparıldığını, lent yazılarının saxlanıldığını və cavabların anonim üsulla yoxlanıldığını vurğulayır:
- Münaqişəli məsələlər birbaşa rektor Nurlana xanım Əliyevanın iştirakı ilə həllini tapır. Şəffaflıq və obyektivliyin qorunması universitet rəhbərliyinin əsas məqsədidir. Rektor bəzən gecə saat 22-yə qədər qalıb komissiyada çalışır.
İmtahan qərargahının üzvü olan tələbələr nəticələrdən asılı olmayaraq sessiyanın gedişindən razı qaldıqlarını bildirirlər. Onlar qiymətləndirmənin tam şəffaf olduğunu, məsələyə tələbənin özünün iştirakı ilə baxıldığını müsbət hal kimi qiymətləndirirlər:
- Doğrudur, bəzən elə olur ki, tələbə əsəbi şəkildə komissiyaya gəlir, ancaq cavab onun öz iştirakı ilə yoxlandıqdan və buraxdığı səhvlər ona izah edildikdən sonra səhvini başa düşüb üzr istəyir, - deyə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin ikinci kurs tələbəsi Şirin Hüseynzadə bildirir.
O, adını çəkmək istəmədiyi rəfiqəsinin komissiyaya çox narazı halda gəldiyini, lakin bütün suallarına dəqiq cavab aldıqdan sonra üzr istədiyini deyir:
- Düzünü deyim, komissiya işini elə qurub və şəffaflıq elə bir səviyyədə təmin edilib ki, burada narazı qalmaq mümkün deyil.
Magistratura şöbəsinin II kurs tələbəsi Rüfət Həşimov da Şirin Hüseynzadə ilə həmfikirdir. R.Həşimov İmtahan Qərargahına daxil olan müraciətlərin təxminən təxminən 40 faizinin müsbət həll olunduğunu bildirir:
- Narazı tələbələrimiz komissiyanın heç kəsə qarşı qərəzkarlıq etmədiyini, məsələyə obyektiv şəkildə yanaşdığını öz gözləri ilə görürlər. Açığını deyim, onlardan yalnız bilik tələb olunur.
Yeri gəlmişkən, qeyd edək ki, Magistratura şöbəsində yanvarın 5-dən 27-dək olan müddət ərzində 22 ixtisas üzrə 217 imtahan keçirilmişdir. İmtahanda iştirak edən magistrantlardan 179 nəfəri müvəffəq qiymət almışdır. Onlardan 43 nəfəri bütün imtahanlardan əla, 107 nəfəri yaxşı, 29 nəfəri isə qarışıq nəticə göstərmişdir. Payız imtahan sessiyasından narazı qalan 9 magistrant Appelyasiya Komissiyasına yazı işlərinin yenidən yoxlanılması üçün müraciət etmişdir. R.Həşimov qeyd edir ki, rektorun, sədrin, komissiya üzvlərinin və magistrantların özlərinin iştirakı ilə aparılan yoxlamadan sonra 6 nəfərin balı qaldırılmış, 3 nəfərin nəticəsi isə olduğu kimi saxlanılmışdır.
Tələbə Elmi Cəmiyyətinin sədri Mahmudova Aygün Qərargaha Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi üzrə 150 tələbənin ərizəsinin daxil olduğunu və onlardan 50 nəfərinin balının artırıldığını bildirir. A.Mahmudova özü doktorantdır, Elmi tədqiqatların təhlili və innovasiyalar şöbəsinin mütəxəssisidir. O,tələbələrin əksəriyyətinin imtahanların gedişindən razı qaldığını deyir.
- Kiminsə narazılıq etməyə heç bir əsası yoxdur; imtahanlar tam şəffaf keçir, ballardan narazı olanların ərizələrinə dərhal baxılır, obyektiv şəkildə qiymətləndirmə aparılır.
Bu fikri adıçəkilən fakültənin I kurs tələbəsi, fəal ictimaiyyətçi Şahin Sərdarlı da vurğulayır. O, artıq 5 imtahan verib, tələbənin heç kəsdən yox, məhz öz biliyindən asılı olduğunu qeyd edir. Şahin Sərdarlı universitetdə obyektiv keçirilən imtahanların üzərinə kölgə salmaq istəyən istənilən şəxslə debata girməyə hazır olduğunu da bildirir.
Tərcümə fakültəsindən 4 kurs üzrə 430 nəfər imtahanlarda iştirak edib. Onlardan 101 nəfəri Münaqişə Komissiyasına müraciət edib, 58 nəfərin balı artırılıb. Operativ qərargaha müraciət edən 20 nəfərdən isə 7-sinin qiyməti qaldırılıb. Bir sözlə, imtahanların obyektivliyi, şəffaflığı tələbəni sadəcə öz vəzifəsini vicdanla yerinə yetirməyə vadar edir.
Universitetdə bütün gün ərzində Qaynar xətt fəaliyyət göstərir. İmtahanda baş verən istənilən hadisə ilə bağlı tələbənin, valideynin, ümumiyyətlə, ictimaiyyət nümayəndəsinin qərargahla əlaqə saxlamaq imkanı var. Qərargah üzvü olan valideyn Ramiz Qənbərov da imtahanların gedişindən razılığını bildirir.
- Mən bir aya yaxındır ki, buradayam, bütün proseslərdə iştirak edirəm. Hələ bir tələbəyə qarşı haqsızlıq, ədalətsizlik edildiyini görməmişəm. Bütün mübahisəli məsələlər rektor Nurlana xanım Əliyevanın iştirakı ilə həll edilir, tələbə haqlı olduğu halda, onun balı artırılır, müəllimə xəbərdarlıq edilir. Haqlı deyilsə, ona heç kim kömək edə bilməz. Qızım Lanita Qənbərova da burada təhsil alır, valideyn üçün bundan gözəl nə ola bilər ki, sənin övladından yalnız oxumaq tələb olunur...
Ramiz Qənbərov imtahanların gedişi ilə bağlı istənilən sualı cavablandırmağa, obyektivliyə şübhə edən istənilən şəxsə real vəziyyəti sübut etməyə hazır olduğunu bildirir.
Qeyd edək ki, imtahan gedən bütün zallarda kameralar işləyir... Mübahisəli məqamlarda çəkilişlərdən də istifadə olunur. Rektor günün istənilən vaxtı tələbə və valideynlərin suallarını cavablandırmağa hazır olduğunu bir daha diqqətə çatdırır:
- Qapım həmişə açıqdır, Qərargahda da, kabinetimdə də vətəndaşların qəbuluna maneə yaradılmamasına göstəriş vermişəm. Əsas məqsədimiz şəffalığı təmin etməkdir, şikayət olduğu halda, dərhal yoxlanılır və tədbir görülür. Ölkə başçısı bizə etimad göstərib, qarşımıza beynəlxalq standartlara uyğun təhsil vermək və bilikli, savadlı kadr hazırılığına nail olmaq vəzifəsini qoyub. Biz də dövlətimizin təhsil strategiyasını uyğun çalışmağa borcluyuq.
Azərbaycan getdikcə inkişaf etmiş dünyaya daha çox inteqrasiya olunmaqdadır; ölkələr, xalqlar arasında məsafələr azalır, iqtisadi, siyasi münasibətlər getdikcə dərinləşir, təcrid olunmuş şəkildə yaşamaq artıq heç kəsə müyəssər olmur. Təbii ki, hazırki münasibətlər sistemində müstəqil Azərbaycan dövlətinin öz yeri və öz mövqeyi var, həmin münasibətləri sabah bugünkü tələbə gənclər qoruyub saxlamalı və yaşatmalı olacaq. Deməli, bu gün biz öz gələcəyimizi imtahana çəkirik... /azadinform/
NUH.az
- Qulu Məhərrəmli: Çox böyük qayğı göstərdiyimiz şəxslər kişilik, ləyaqət sınağından çıxa bilmədi - MÜSAHİBƏ
5 dekabr 2024 13:49
- NAR-ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı
18 noyabr 2024 22:33
- NAR kubokunun sahibi Breyn Rinqin çempionu oldu
31 yanvar 2024 16:33
- Xocalı faciəsində ittiham edilən general SİRLƏRİ AÇDI – VİDEO
1 mart 2023 13:10
- Müdafiə Nazirliyinin “Şlyapa Zahid”i barəsində istintaq yekunlaşdı...
13 yanvar 2023 14:06
- Türkiyədən qayıdanda...Səfər Mehdiyevə zəng elədim...
13 dekabr 2022 11:58
- Məhkəmə-Hüquq Şurası Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Quliyevi cəzalandırd
5 dekabr 2022 11:06
- SEKS videoları yayılan FHN polkovnikinin istintaqı yekunlaşdı: İki qadın..
2 dekabr 2022 22:21
- “Nar” yay kampaniyasına möhtəşəm festivalla yekun vurdu - Fotolar+Video
31 avqust 2022 18:06
- ADPU-nun Ağcabədi filialında Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş...
20 aprel 2022 13:19
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41