Ukraynanın təhlükəsizliyinə zəmanət verən 5 nüvə ölkəsi və Ukraynanın 1.900 nüvə başlığı necə oldu?

Pakistanın 9-cu baş naziri (1973–1977) və 4-cü prezidenti (1971–1973) Zülfüqar Əli Bhutto hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb və edam olunub. Buna baxmayaraq o, pakistanın ən məşhur dövlət xadimləri sırasında yer alır.
1969-cu ildə onun “The Myth of Independence” (Müstəqilliklə bağlı mif) adlı kitabında belə bir hissə var: "Pakistan vuruşacaq, min il vuruşacaq. Hindistan (atom) bombası düzəltsə, Pakistan ot və ya yarpaq yeyəcək, hətta ac qalacaq, amma biz (Pakistan) öz (atom bombasına) sahib olacaq... Bizim (Pakistan) başqa seçimimiz yoxdur!" Başqa bir çıxışında isə o bu məsələyə belə bir yanaşma sərgiləmişdi: “Atom bombası xristianlarda, yəhudilərdə var idi, indi isə induistlərdə var. Niyə müsəlmanlarda olmasın?” Bunu niyə xatırlatdım? 1991-ci ildə SSRİ dağılanda Ukraynada 1.900 nüvə başlığı vardı. 1994-cüü ildə Qərbin təkidi ilə Ukrayna, Belarus və Qazaxıstanda olan nüvə silahı Rusiyaya daşındı. Proses 1996-cı ildə yekunlaşdı. O vaxt ABŞ prezidenti olan respublikaçı George H. W. Bush (ata) təkid edirdi ki, nüvə silahı Rusiyaya daşınsın. Niyə? Amerika hesab edirdi ki, 4 ölkədə nüvə silahının olması gələcəkdə problem yarada bilər. Demokrat prezident Bill Klinton da bu xətti davam etdirdi... Rəhmətlik Zülfüqar Əli Bhutto “Pakistan ot və ya yarpaq yeyəcək, hətta ac qalacaq,amma atom bombasına sahib olacaq” deyəndə nə qədər haqlı idi. İndi mən soruşuram: Ukraynada 1.900 nüvə başlığı olsaydı Rusiya ora hücum edərdimi? Əlbəttə ki, yox. Rusiya Ukraynanı işğal etməyi xəyal belə etməzdi... Eləcə də Qazaxıstan. Bəllidir ki, Rusiya Qazaxıstanın da böyük bir hissəsini işğal etmək arzusundadır. Nüvə silahı olmayan Qazaxıstan Rusiyanın qarşısında duruş gətirə bilərmi? Çətin məsələdir... Faktiki olaraq Amerikanın yeritdiyi sərsəm siyasət Ukraynanı tərk-silah edib. Bu isə Rusiyanın iştahanı artırdı. Ona görə də Amerika Ukrayna probleminə görə daha çox məsuliyyət daşıyır. Eləcə də digər Qərb ölkələri. Çünki bu məsələdə onlar da ABŞ ilə həmfikir idi... Ukraynanın o vaxtı rəhbərliyi Leonid Kravchuk (1991-1994) bu proses zamanı uzaqgörənlik nümayiş etdirə bilmədi. 1.900 nüvə balığının müqabilində Rusiyadan müəyyən qədər pul qopartmağa çalışdılar. Rusiya da elə bilin ki, 100 manatlıq şeyi 5 qəpiyə aldı. Ancaq Leonid Kravchuk sonda səhv etdiyini anladı. Və Rusiyaya verilən nüvə başlıqları müqabilində beynəlxalq qarantiya almaq üçün hərəkətə keçdi. Nəticədə Budapeşt memorandumu - 5 dekabr 1994-cü ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən ATƏT-in konfransında Belarus, Qazaxıstan və Ukraynanın Nüvə silahının yayılmaması müqaviləsinə qoşulması ilə bağlı təhlükəsizlik təminatlarını təmin etmək üçün sənədlər imzalandı. Üç nüvə dövləti-Rusiya, ABŞ və Böyük Britaniya bu sənədə imza atdı. Digər nüvə gücləri sayılan Çin və Fransa isə bu sənədin nisbətən yumuşaq variantına qol qoydu. Memorandumda həmçinin Ukrayna, Belarus və Qazaxıstanın ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı ola biləcək təhdidlərə və ya güc tətbiqinə qarşı da təhlükəsizlik təminatları öz əksini tapıb. Bu memorandum nəticəsində Belarus, Qazaxıstan və Ukrayna nüvə silahlarından imtina etməli oldu. Ancaq bəzi analitiklər deyir ki, Budapeşt memorandumu rəsmi sənəd deyil. Ona görə də elə bir gücü yoxdur. Ukraynada daha sonra iqtidara gələn Leonid Kuchma (1994-2005) da bu prosesi durdura bilmədi. Siyasət elə bir şeydir ki, dövlətin başında duran adam ayıq-sayıq olmalıdır. Leonid Kravchukun o vaxt buraxdığı ölümcül səhv indi Ukraynanı yaman günə qoyub. Ölkənin 20 faizi işğal altındadır. 10 milyondan çox insan Ukraynanı tərk edib. Ölkə xarabalığa çevrilib...
Elbəyi Həsənli. Sürix
- Uzunömürlü SABİQLƏR
21 mart 2025 19:47
- Bu gün Beynəlxalq Novruz günüdür
21 mart 2025 12:27
- Qorxu və qisas
20 mart 2025 23:45
- Türk düşmənləri durduruldu
20 mart 2025 16:51
- Bakıda ana, qızı və nəvəsi yanaraq öldü
20 mart 2025 13:58
- Zakir Qaralovun biznesi haqda İLGİNC İDDİA
19 mart 2025 11:27
- Çar Romanovun xələfi ola bilməyən kommunist Romanov – o, -mülayim Qorbaçov-a uduzmasaydı...
18 mart 2025 18:11
- Qaralov və Usubovun gizli həyatı... – Ölkədən çıxış qadağası qoyulub?
18 mart 2025 08:50
- Matviyenko: AZAL təyyarəsinin qəza səbəbləri araşdırılır və obyektiv qiymət veriləcək
17 mart 2025 16:37
- Yoldaş Stalin, bu möcüzənin səbəbi sizsiniz... - O, Rəsulzadəni ölümdən niyə xilas etmişdi?
17 mart 2025 00:01
- 51 yaşlı hindistanlı dünyanın ən bahalı itini aldı – 5,7 MİLYON dollara
21 mart 21:12
- CHP qurultaya gedir
21 mart 20:16
- Uzunömürlü SABİQLƏR
21 mart 19:47
- SON DƏQİQƏ! Qar uçqununa düşən hərbi qulluqçularımızın nəşi tapıldı
21 mart 18:17
- Fazil Mustafaya qarşı sui-qəsdə cəhd edənlərdən biri də SAXLANILDI - DTX-dən ƏMƏLİYYAT
21 mart 16:18
- Novruz bayramı münasibətilə 897 məhbus Ə F V edilib
21 mart 15:49
- Putin Azərbaycan Prezidentini təbrik edib
21 mart 12:53
- Bu gün Beynəlxalq Novruz günüdür
21 mart 12:27
- Qar uçqununa düşən əsgərlərimiz... – Fotolar
21 mart 00:53
- Ermənistan rəsmisinin sensasion etirafı: Azərbaycanın iddiaları təsdiqləndi, gizlinlər üzə çıxdı
20 mart 23:58
- Qorxu və qisas
20 mart 23:45
- Prezident Mirziyoyevlə danışdı
20 mart 22:42
- Türk düşmənləri durduruldu
20 mart 16:51
- Deyirdilər ki, bu oğlan o qızı alacaq ” – Sabiq deputat bayram xatirəsini danışdı
20 mart 15:05
- İmamoğlu kimdir: Ərdoğanın əsas rəqibini zirvəyə və həbsə götürən ÖMÜR YOLU
20 mart 14:47
- Bakıda Kollecin direktorunu rüşvətə görə EŞŞƏK kimi döydülər
20 mart 14:20
- Hər gün REYHАN yeyin
20 mart 14:14
- Bakıda ana, qızı və nəvəsi yanaraq öldü
20 mart 13:58
- Mehdiyev 671 manat borca görə vətəndaşı məhkəməyə verdi
20 mart 13:29
- Azərbaycanda Novruz bayramıdır
20 mart 12:49
- Prezidentdən Novruz bayramı ilə bağlı paylaşım - Foto
20 mart 12:33
- Bakcell DaimOnline ilə tələbələrə 5GB hədiyyə edir!
20 mart 12:18
- 20 Yanvar stansiyasında törədilən terror aktından 31 il keçir
19 mart 22:28
- NАR-ın dəstəyi ilə -Breyn Rinq-in yeni mövsümü başlayır
19 mart 22:27
- CHP İmamoğluna görə təcili toplanır - Türkiyədən AÇIQLAMA
19 mart 11:33
- Zakir Qaralovun biznesi haqda İLGİNC İDDİA
19 mart 11:27
- Əfqanıstanda qadınların səsinə də qadağa gəldi
19 mart 04:01
- Fransızlar bu gün Alman dilində danışmırlarsa, ABŞ-yə minnətdar olmalıdırlar
19 mart 01:47
- Əkrəm İmamoğlunun diplomu ləğv edildi
19 mart 01:16
- Putin və Trаmp ÜÇ SААT nə danışıblar?
19 mart 00:24