Nazirlə komitə sədrinin müəmmalı susqunluğu...

Palma yağı insan sağlamlığı üçün təhlükəlidir və xüsusilə xərçəng riskini artırır. Bunu türkiyəli məşhur tibb mütəxəssisi, professor Canan Karatay deyib.
Qaynarinfo.Az-ın məlumatına görə, palma yağının trans yağlardan (marqarinlərdən) olduğunu və bu səbəbdən sağlamlıq üçün təhlükə təşkil etdiyini deyən alim, “marqarinlərin ən təhlükəli yağlar olduğu məlumdur və onlar xərçəng riskini artırırlar, bunu palma yağına da aid etmək olar” deyə əlavə edib.
Xatırladaq ki, bundan bir qədər əvvəl palma yağı ilə bağlı aparılan araşdırma nəticəsində 2016-ci ildə Avropa Ərzaq Standartları Agentliyi (EFA), 200 dərəcədən yüksək tempraturda qızdırılan palma yağının digər bitki mənşəli yağlardan daha təhlükəli olduğunu açıqlayıb.
Dünya Səhiyyə Təşkilatı daxil bir çox səhiyyə təşkilatları riskə diqqət çəkmiş, lakin ərzaqlarda işlədilməsinə bir məhdudiyyət tətbiq edilməyib. Hazırlanan məruzədən sonra İtaliyada ictimai təzyiq artıb və "Coop" supermarketlər şəbəkəsi və unlu məmulatlar istehsalçısı "Barilla" məhsullarından palma yağını çıxarıb.
Məhsulun istehsalçısı “Ferrero” şirkəti isə dadının dəyişəcəyi səbəbi ilə “Nutella” adlı şokolad-fındıq yağı məhsulunda palma yağını istifadə etməyə davam edir, üstəlik, İtaliyadakı satışlarının son 12 ayda 3 faiz aşağı düşməsindən sonra palma yağını müdafiə edən reklam kampaniyaları aparır.
Ən ilginc məqam isə odur ki, Azərbaycana da hər il xeyli miqdarda palma yağı idxal olunur. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizə 2014-cü ildə 28,5 milyon dollar dəyərində 47,6 min ton palma yağı idxal olunub. 2015-ci ilin yanvar-iyun aylarında isə ümumi dəyəri 16,4 milyon ABŞ dolları olan 27,3 min ton xam palma yağı idxal olunub. Palma yağının böyük bir hissəsi İndoneziyadan, cüzü bir hissəsi də Malayziyadan alınır.
Gətirilən palma yağının hansı məhsulun istehsalında istifadə edilməsi açıqlanmır.
Bu qədər palma yağının niyə idxal edildiyi bəlli olmasa da, onun süd, pendir, xama, marqarin, dondurma və şokolad məhsullarının istehsalında geniş istifadə edildiyinə dair ehtimallar var. Bildirilir ki, palma yağı qidaların rəf ömrünü (istifadə müddətini) artırır.
Qeyd edək ki, son iki ildə Azərbaycana böyük həcmdə palma yağının idxal edilməsinin səbəbləri ictimaiyyət arasında müzakirə mövzusu olsa da, əlaqədar qurumlar susurlar. Xüsusilə Ramiz Həsənovun rəhbərlik etdiyi Standartlaşma, Meteorologiya və Patent Komitəsi ilə Şahi Mustafayevin rəhbəri olduğu İqtisadiyyat Nazirliyi məsələ ilə bağlı hər hansı münasibət bildirmək istəmir.
Adıçəkilən hökumət qurumlarının bu mövzuda səssizliyinin səbəbləri maraq doğurmaya bilməz.
Qaynarinfo.Az-a danışan adının çəkilməsini istəməyən mənbə bu barədə konkret fikir səsləndirməyin çətin olduğunu söyləsə də, istisna etmir ki, həmin yağdan istifadə edən istehsal müəssisələri hansısa iri, nüfuzlu məmurların nəzarətindədir, ona görə də adıçəkilən nazirlik və komitə məlum məsələyə müdaxilə etməkdən çəkinirlər.
Ən ilginci isə ondan ibarətdir ki, ötən il Ramiz Həsənovun komitəsi Azərbaycanda satılan kərə yağlarının bəzilərinin tərkibində palma yağı olması barədə söyləntiləri inadla inkar etmişdi. Halbuki bu da kifayət qədər mümkün məsələdir. Çünki palma yağının qiyməti idxalçılar üçün çox cəzbedicidir, 1 kiloqramının idxal dəyəri 60 qəpik civarındadır. Belədə ondanm sonra da əhaliyə “kərə yağı” kimi sırınan və yüksək qiymətə satılan yağlarda istifadə edilməsi niyə mümkün olmasın?!
Unutmayaq ki, palma yağı zahirən kərə yağına oxşayır, bu isə onun dəyərindən 8-10 dəfə baha qiymətə istehlakçılara kərə yağı adı ilə satılmasını mümkün edir.
Hər halda bir ildə ölkəyə 47,6 min ton palma yağı idxal olunur və bunun hansı məqsədlə istifadə edildiyi gizli saxlanılırsa, bunun arxasında xoş olmayan niyyətlər axtarmaq təbiidir. Təbii olmayan isə, yuxarıda da vurğuladığımız kimi, başda Ramiz Həsənovun komitəsi ilə Şahin Mustafayevin nazirliyi olmaqla, əlaqədar dövlət orqanlarının susqunluğudur.
Bu səssizlikdən çıxan ilk nəticə odur ki, deyəsən, doğrudan da “torbada pişik var...”
NUH.az
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
7 aprel 2025 21:58
- Prezident İlham Əliyev fərman imzaladı
7 aprel 2025 20:14
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
4 aprel 2025 19:41
- Əhməd əl-Şaraanın təyin etdiyi qadın nazirlə bağlı ŞOK FAKTLAR - FOTO
30 mart 2025 15:53
- Allahşükür Paşazadənin səhhətində problem yaranıb
30 mart 2025 12:03
- 106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ
28 mart 2025 12:58
- Azərbaycanda alimlər nə qədər maaş alırlar? - RƏQƏMLƏR
27 mart 2025 22:38
- Stomatoloq qadının səhvən çıxardığı dişini zorla yerinə saldı - müəmmalı ölüm
25 mart 2025 22:00
- Ailədə adambaşına 10-15 manat fitrə zəkatı çıxarılsa, daha yaxşı olar
25 mart 2025 03:29
- Kənd təsərrüfatı nazirinin çıxışı qeyri-peşəkarlıqdır - Ekspert
22 mart 2025 20:37
- Köçəryan bizim kombinatda dəzgahları yağlayırdı, sonradan komsomol katibi oldu
11 aprel 15:41
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 13:47
- Milyonlarla insanın qətlə yetirildiyi ölüm düşərgəsi - Məxfilikdən çıxarılan yeni sənədlərdəki etiraflar
11 aprel 13:41
- İlham Əliyevin Ərdoğanla görüşü keçirilir (YENİLƏNİB)
11 aprel 13:26
- İşdən çıxarılan universitet əməkdaşı damarını kəsdi - Yenilənib
11 aprel 12:39
- Xanlar Vəliyev hakim təyin edildi
11 aprel 11:57
- Kredit borcu olan pensiyaçılara ŞAD XƏBƏR
11 aprel 11:39
- İlham Əliyev Ersin Tatarla görüşdü
11 aprel 11:20
- Repetitor yanına getmədən maksimum nəticə göstərdi
11 aprel 10:49
- Dünyanın ən xoşbəxt şəhəri seçildi
11 aprel 10:37
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 01:55
- -Park- nəşriyyatının təqdimatı olacaq
11 aprel 00:54
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 00:37
- Partiyalar işçilərinə nə qədər əməkhaqqı verib? – YAP 1498, AMİP 219 manat…
11 aprel 00:30
- ABŞ-nin Ukraynadakı səfiri istefa verib
10 aprel 23:53
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 21:37
- Tramp İlham Əliyevə məktub göndərdi
10 aprel 20:28
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 19:50
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 16:00
- Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 aprel 15:09
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 14:21
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 14:06
- Danışıqlar 30 dəqiqə sonra başlayır...
10 aprel 10:45
- Mövqelərimiz Tovuzqala istiqamətində atəşə tutuldu
10 aprel 10:36
- Prezidentdən Rafael Qvaladze ilə bağlı SƏRƏNCAM
10 aprel 10:31
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 00:06
- Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
09 aprel 23:31
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
09 aprel 23:17
- Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
09 aprel 22:58
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
09 aprel 21:48