“Sənin kim olduğunu xalqa bildirək?” - İlyas İsmayılovun oğlu Aslan İsmayılovu hədələdi
Siyasət4 yanvar 2017 13:59

Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov vəkil Aslan İsmayılovun "BakiPost.az” saytına müsahibəsində bu partiyanın sədri və atası İlyas İsmayılovla bağlı fikirlərinə cavab verib. E.İsmayılov "AzPolitika”ya göndərdiyi yazılı cavabında A.İsmayılovun Ədalət sədrinə hansı səbəbdən qəzəbli olmasını da açıqlayıb.
(Sözügedən müsahibəni bu linkdən oxuyun: "Məni öldürəcəklər” - Aslan İsmayılovdan ilginc iddialar/MÜSAHİBƏ)
Etimad İsmayılov vəkilə cavabında yazır: "Təəssüf… Çox təəssüf. Səmimiyyətlə bildirirəm ki, bu açıqlamanı yazmaqla özümü narahat hiss edirəm. Çünki bu açıqlamam şəxsiyyətlərinə dəyər verdiyim, xətirlərini uca tutduğum, çörək kəsdiyim insanların qəlbinə dəyəcək. Uca və Əzəmətli Allahım məni bağışlasın. Amma kimlərəsə yarınmaq, içindəki natamamlıq kompleksini çözmək məqsədiylə 79 yaşlı atamı – İlyas İsmayılovu uzun müddət hədəfə alan birisinin cavabını verməyi özümə oğul borcu bildim.
Mən Aslan İsmayılovu 25 ilə yaxındır tanıyıram. Həyatının böyük bir hissəsi gözümün önündə keçib. Çox şərəfli, əxlaqlı, işıqlı bir ailəsi var. Özü ilkin vaxtlarda məndə ədalətli, qabiliyyətli, təvazökar, aza qane olan insan təsəvvürü yaratmışdı. Vaxt keçdikcə onu bir çox vəziyyətlərdə gördüm, necə mənfiyə doğru transformasiya olunduğunun şahidi oldum.Buna baxmayaraq, hər zaman onun hörmətini saxladım, sıxıntılı vaxtlarında, Allahın rizasıyla, hər cür dəstək oldum. O da mənə qarşılığını verirdi.
Bildiyiniz kimi, mən 2008-ci ildə Rusiyada şərlənib həbs olundum. Allaha həmd-səna olsun, uzun mübarizədən sonra 2012-ci ildə kassasiya şikayətim təmin olundu və mən azadlığa çıxdım. Tam bəraət almağımın qarşısını Rusiya FTX aldı. Bildirdilər ki, FTX səni tutub deyə bəraətlə buraxa bilmərik. Bakıya dönəndə zəng etdiyim insanlardan biri də Aslan İsmayılov oldu. Dəfələrlə zəng etməyimə baxmayaraq, mənə cavab vermədi. Başqa bir nömrədən zəng edəndə səsimi eşidib tutuldu, "zəng edirəm niyə cavab vermirsiniz” sualıma cavabında bildirdi: "…Etimad, İlyas müəllim mənim xətrimə dəyib. Mən ona zəng etdim, danşıdıq. Sonra İlyas müəllim telefonu söndürmədi və mən eşitdim ki, yanındakı adama deyir ki, bunun məzhəbi bəlli deyil, özü də bilmir nə istəyir. Ona görə də, mən İlyas müəllimə aidiyyatı olan adamlarla təmas saxlamaq istəmirəm”.

Mən Aslan İsmayılova dedim ki, zatən İlyas müəllim bu sözləri sizin özünüzə də hər zaman deyib, dəngəsiz, fürsətcil olmağınızı qınayıb. Qaldı ki, təmas məsələsinə, sizin seçiminizə hörmətlə yanaşıram.
2013-cü ilin Prezident seçkiləri ərəfəsiydi. Aslan İsmayılov "Azadlıq” qəzetinin səhifələrində Milli Şuraçılarla birlikdə seçkiləri "oyun” adlandıraraq, İlyas İsmayılovu bu seçkilərdə "aktyorluqda” ittiham etdi. Ədalət Partiyasının üzvləri keçmiş silahdaşlarının (Aslan İsmayılov həm Ədalət Partiyasının, həm də ADP-nin üzvü olub – E.İ.) bu qədər əndazəsiz davranışına qarşı sərt mövqe bildirmək istəyəndə İlyas müəllim buna qarşı çıxıb dedi ki, ehtiyac yoxdur, hər kəsin öz fikri ola bilər, hər kəs öz əxlaqına görə davranır. Buna baxmayaraq, mən o zamanlar "Azpolitika.info” saytına müsahibə verərək, Aslan İsmayılova üz tutub bildirdim ki, arada olan duz-çörəyi, xətir-hörməti qaldırmaq istəyirsə, kimin kim olduğunu sübutlarla xalqa bildirək. Bir muddət susdu. Onun və bizi sifarişli siyasi oyunbazlıqda ittiham edənlərin ən gözəl cavabı Ədalət Partiyasının seçki nəticələrini tanımaması oldu. İnsaf naminə deyim ki, hörmətli yazar Elnur Astanbəyli "İlyas müəllim, haqqınızı halal edin” sərlövhəli bir yazıyla çıxış edərək, səhvlərini etiraf etdi. Çünki cılız insan deyil.
Bu gün Aslan İsmayılov yenə də İlyas İsmayılovu hədəfə alıb. Özü də hörmətsiz şəkildə. Atası yaşında adama "İlyas” deyir. Nəyə görə edir bu "qoçuluğu”, hansı namussuz biqeyrətə xoş gəlmək istəyir, mənə bəllidir…
Amma bu gün də Allahıma sığınaraq, Aslan İsmayılova üz tutub deyirəm ki, qərar sizin, kimin kim olduğunu xalqa bildirək? Cavabını jurnalistlər öyrənsinlər”.
NUH.az
Oxşar xəbərlər
- Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
5 aprel 2025 12:46
- Ceyhun Yusifov Adəm Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyir
4 aprel 2025 21:44
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
2 aprel 2025 15:29
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 2025 14:44
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 2025 00:58
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 2025 23:35
Xəbər lenti
- Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
05 aprel 20:30
- Ukrayna Rusiyanın başına OD ƏLƏYİR - strateji ZAVODLAR VURULDU, qırğın gedir
05 aprel 15:23
- Şirvan Appelyasiya Məhkəməsi bizimxeber.az saytının fəaliyyətini dayandırıb
05 aprel 14:47
- Ağdərənin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 aprel 13:06
- Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
05 aprel 12:46
- NАR müəllimlər üçün mobil rabitə təlimi keçib
05 aprel 12:31
- Eldar Əzizova müavin TƏYİN EDİLDİ
04 aprel 23:01
- Ata balasına kömək üçün yalvarır - FOTOLAR
04 aprel 22:11
- Ceyhun Yusifov Adəm Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyir
04 aprel 21:44
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
04 aprel 21:25
- 10 gün sonra bu ərazilər Azərbaycana təhvil veriləcək - Erməni qoşunlar çıxarılır
04 aprel 21:06
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
04 aprel 19:29
- Fermasında dağ keçiləri saxlayan ovçu tutuldu - Foto
04 aprel 19:04
- Bakcell-in dəstəyi ilə azərbaycanlı pilot nüfuzlu yarışda
04 aprel 18:47
- TDT Baş katibi prezident İlham Əliyevi təbrik etdi
03 aprel 16:42
- Bakı Metropoliteni- ndə yeni rəis
03 aprel 16:26
- Veysəloğlu Şirkətlər Qrupu, MŞ və TŞİİB-lə birgə jurnalistlər üçün araşdırma müsabiqəsinə start verdi
03 aprel 16:02
- Qonaqpərvərliyə görə təşəkkür etdi - Fotolar
03 aprel 13:24
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
Video & Fotoqalereya
Video
Fotoqalereya