Sosial evləri bu şəxslər ala bilərlər - SİYAHI
İqtisadiyyat28 dekabr 2016 13:18

Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində çıxış edib.
Dövlət başçısı ikinci layihənin icrası üçün hazırlıq işləri getdiyini açıqlayıb. Bəs sosial evlər hansı müddətə veriləcək, şərtləri nədən ibarət olacaq, kimlər bu fürsətdən yararlana biləcək?
Modern.az-ın bu qəbildən olan suallarını iqtisadçı Vüqar Bayramov cavablandırıb.
Ayda cəmi 180 manat ödəniş
Onun sözlərinə görə, sosial evlərin qənaət edilən evlər kimi istifadəsi nəzərdə tutulub:
"Sosial evlər 1, 2, 3 otaqlı olmaq şərti ilə inşa ediləcək. 3 otaqlı mənzillərin sahəsi 75 kvadratmetr, 2 otaqlı mənzillərin sahəsi 45 kvadratmetr, 1 otaqlı mənzillərin sahəsi isə 35 kvadratmetr olacaq. Praktiki olaraq 1, 2, 3otaqlı mənzillər qənaət olunan mənzillərdir. Burada əsas məsələ mənzil sahələrinin çox da böyük olmamasıdır. Mövcud sahə ilə daha çox insanın sosial mənzillərdən yararlanması nəzərdə tutulub".
İqtisadçı bildirib ki, sosial mənzillərin istifadəyə verilməsi uzunmüddətli dövr üçün nəzərdə tutulub:
"Müvafiq olaraq 3 otaqlı mənzillər üçün 350 manat, 2 otaqlı mənzillər üçün 250 manat, 1otaqlı mənzillər üçün 180 manat ətrafında aylıq ödənişin həyata keçirilməsi nəzərdə tutulub.
Bütövlükdə müqavilə şərtlərində ödənişlərin manatla olacağı göstərilib və sosial mənzillərin haqlarının hansısa başqa valyuta ilə ödəniləcəyi nəzərdə tutulmur".
Kimlər sosial mənzillərdən faydalana biləcək?
V.Bayramov deyib ki, MİDA-nın açıqlamalarına əsasən, sosial mənzillərdən faydalanacaq kateqoriya sosial ipoteka almaq imkanı olanlardır:
"Biz təklif edirik ki, yalnız sosial ipoteka ala bilənlər deyil, əhalinin digər aztəminatlı təbəqəsi, o cümlədən mənzilə ehtiyacı olub birdəfəlik ödəniş etməklə mənzil ala bilməyənlər, yeni ailə quran gənclər də bu fürsətdən faydalana bilsinlər.
Hələlik MİDA-nın açıqlamalarına əsasən, sosial mənzillər sosial ipotekadan faydalanmaq hüququ olan vətəndaşlarımıza təklif ediləcək. Bu da onunla bağlıdır ki, sosial mənzillərin inşasında sosial ipoteka üçün ayrılmış vəsaitlərdən də istifadə olunacaq".
25-30 illik ödənişlə ev sahibinə çevriləcəksiniz
Ekspert qeyd edib ki, sosial mənzillərin müddətinin sosial ipotekanın müddətinə uyğun olacağı gözlənilir:
"Mənzillərin təxminən 25-30 il müddətinə təklif ediləcəyi gözlənilir. Amma vətəndaş ödəmə qabiliyyətinin yüksəkliyinə əsasən daha az müddətə də ev götürə bilər. Güman edilir ki, gələcəkdə sosial evlərə sahib olmaq yalnız güzəştli təbəqəyə şamil olunmayacaq. Qonşu Türkiyənin təcrübəsinə nəzər yetirsək, ölkənin gənc ailələrinin də sosial evlərdən yararlandığını görürük. Yəni aztəminatlı ailələrin də sosial mənzillərə çıxışı təmin edilməlidir".
Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:
Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
Üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs;
Elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs;
İdman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər);
Üç ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara ipoteka krediti üzrə güzəştlər şamil olunmur.
Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər
NUH.az
Oxşar xəbərlər
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 2025 22:11
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 2025 21:37
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
14 mart 2025 11:28
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 2025 13:37
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 2025 22:10
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 2025 23:46
- Qarabağda yaşayan ermənilər Bakıda şahid qismində danışdı - Vardanyanın məhkəməsi
11 mart 2025 21:14
- Tarixin ən hazırcavab saray təlxəyi – Krala şillə vurdu, edamdan xilas oldu
11 mart 2025 16:08
- Vəzifəli şəxsləri, vəkilləri, hakimləri təhdid edən müğənni Dəniz Əsədova kimdir? - 4 nəfər şikayətçi
11 mart 2025 15:06
- Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
10 mart 2025 22:53
Xəbər lenti
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
- Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı
11 mart 21:50
Video & Fotoqalereya
Video
Fotoqalereya