Tarixin ən hazırcavab saray təlxəyi – Krala şillə vurdu, edamdan xilas oldu
Orta əsirlərdə bütün kral saraylarında bir neçə formada təlxək var idi. Onların bəziləri musiqi ifa edir, bəziləri janqlyorluq edir, bəziləri isə aktyor səhnəcikləri qurmaqla hökmdarı və əyanlarını əyləndirirdi. Orta əsr Avropasında təlxəklər imtiyazlı sinif üçün mühüm sosial rol ifa edirdilər. Söz azadlığının olmadığına görə lordlar kralı tənqid edə bilmirdilər, kral isə lordları tənqid etməyi özünə sığışdırmırdı. Onların əvəzinə bu işi təlxəklər öz üslublarında görürdülər. Bu zaman təlxək sərhədi aşardısa, onu öldürməzdilər, başqa cür cəzalandırardılar.
Tarixin ən hazırcavab, iti ağıla malik təlxəyi, Fransa kral sarayında xidmət etmiş Tribule haqda yazını təqdim edirik.
Tribule (1479-1536) Fransa kralları XII Lüdovik və I Fransikin saray təlxəyi olub. Onun haqqında, xüsusən də həyatının ilk illəri ilə bağlı dövrümüzə məlumat çatmayıb. Onun əsil adının Le Ferrial olduğu məlumdur.

Tribule zarafatcıl, müasirlərinin xatirələrinə görə, çirkin olduğu qədər də müdrik və hazırcavab biri idi. Epitafiyada o, istedadlı rəssam, akrobat, mim, rəqqas, “söz adamı”, həm də orta səviyyəli musiqiçi kimi təsvir edilmişdir. Çox güman ki, o, 1515-ci ildə İtaliya yürüşü zamanı Kral I Fransiski müşayiət edib.

İllər keçdikcə Tribule lətifələrin, zarafatların və bir çox nağılların qəhrəmanına çevrildi, hətta Rabye və Viktor Hüqonun əsərlərinə personaj kimi girməyi bacardı və buna görə də saray təlxəyinin reallıq dərəcəsini müəyyən etmək o qədər də asan deyil. Tribule haqda ən maraqlı əhvalat təlxəyin görünməmiş cəsarətindən sonra yaranan qalmaqal idi: o, açıq şəkildə Fransa kral I Fransiskin ənsəsinə bir şillə vurmuşdu.
Adətən təlxəklərə hər şey bağışlanırdı, lakin bu dəfə kralın səbri tükəndi və o, Tribuleni edam etməklə hədələdi. Nəhayət, bir az sakitləşən Fransisk təlxəyə indiyə qədər etdiyindən daha təhqiramiz şəkildə üzr istəyə bilsə, onu bağışlayacağını deyir. Tribule isə buna belə cavab verdi: “Çox üzr istəyirəm, əlahəzrət, sizi tanımadım! Həmin an sizi kraliça kimi qəbul etdim!”.

Bir tərəfdən, monarxın arzusu tam yerinə yetirildi, lakin bundan bir gün əvvəl kral ölüm cəzası altında bütün təbəələrinə kraliçanı təhqir etməyi qadağan edən fərman vermişdi və buna görə də Tribule həmin fərmanla edam oluna bilərdi. Tribule cəlladın yanına gətirildir və Tribuleni edam etmək istəməyən Fransisk I ona nədən öləcəyini seçməyi təklif etdi.

Tribule yenə iti ağlını işə salır və cavab verir ki, qocalıqdan ölmək istəyir. Təlxəyin hazırcavablığına heyran olan kral onu əfv edir. Ancaq belə bir fikir var ki, əfvdən sonra Tribule Fransadan qovulub. İstənilən halda, edamdan xilas olan Tribule 1536-cı ildə 57 yaşında vəfat etdi./Lent.az
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 2026 21:40
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 2026 16:17
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 2026 11:10
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
