“Eldar Mahmudovdan çəkindim...” - Əli Abbasovdan etiraf

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ikinci dəstə generalları – Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və əməkdaşlarının cinayət işləri üzrə məhkəmə prosesi başlamaq ərəfəsindədir.
“Qafqazinfo”nun cinayət işinin materiallarından əldə etdiyi məlumata görə, generalların ittiham olunduğu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxslərindən hər ay külli miqdarda rüşvət alınması epizodu üzrə keçmiş nazir Əli Abbasov ifadə verib. Ə.Abbasov şahid qismində dindirilərək MTN generalları S.Qurbanov və T.Quliyevə hər ay “paket” verdiklərini etiraf edib, bunun səbəbi kimi isə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovdan qorxduğunu deyib. Əli Abbasov E.Mahmudovla 2002-ci ildən tanış olduğunu bildirib: “Mən İqtisad Universitetinin rektoru vəzifəsində işlədiyim vaxt Eldar Mahmudov bacısı qızının bizim universitetdəki təhsil problemi ilə bağlı mənə müraciət etmişdi. Ondan sonra şəxsən tanış olduq. 2004-cü ildə Eldar Mahmudov Milli Təhlükəsizlik naziri təyin olunduqdan sonra bir dəfə onun təşəbbüsü ilə xidməti otağında görüşüb daxili və xarici rabitənin təhlükəsizliyinin təmin edilməsi, rabitə kanallarının yenidən qurulması məsələlərini müzakirə edib razılığa gəldik. Təxminən 2006-2007-ci illərdə yenə onun xahişi ilə xidməti otağında görüşüb beynəlxalq rabitə kanallarının təhlükəsizliyi ilə bağlı müzakirələr apardıq. Müzakirənin əsas predmeti ölkəyə daxil olan və çıxan danışıqların təhlükəsizliyinin qorunması, eyni zamanda zərurət yaranacağı təqdirdə danışıqlara MTN tərəfindən qulaq asılmasının mümkün olması təşkil etdi. Eldar Mahmudovla bir neçə dəfə görüşüb birlikdə müəyyən məsələləri müzakirə etsək də, onun mənim işlərimə müdaxilə etmək cəhdlərini görüb yaxın münasibət saxlamamağa çalışdım”. Ə.Abbasov özünün təyin etdiyi adamı E.Mahmudovun “müxalifətçi” elan etdiyini və məcburən geri addəm atdığını deyib: “Mən 2004-cü ildə Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsinə təyin olunduqdan sonra Bakı telefon rabitəsi istehsalat birliyinin baş direktoru vəzifəsinə Nəriman Salmanovu təyin etdim. Bundan sonra Eldar Mahmudovla görüşlərim zamanı bir neçə dəfə bu təyinatdan narazılığını bildirdi. Mənə dedi ki, Nəriman Salmanov onların əməliyyat təminatı üçün müəyyən çətinliklər yaradır. Sonradan Eldar Mahmudovun ölkə rəhbərliyinə Nəriman Salmanovun guya hansısa müxalifət liderləri ilə yaxın əlaqələrinin olması ilə bağlı məlumat çatdırdığını bildim. Mən də məcburiyyət qarşısında qalıb 2005-ci ildə Nəriman Salmanovun vəzifədən azad etdim”. Bundan sonra isə rabitə naziri baş çekistin əmrlərini icra etməyə başlayıb: “Ardıyca da Eldar Mahmudovun təkidi ilə Beytulla Hüseynovu Bakı telefon rabitəsi istehsalat birliyinin baş direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı əmr verdim. Təxminən 6 ay sonra Beytulla Hüseynovun təşkilatçılığı ilə Eldar Mahmudovla ona məxsus “Kristal Plazada” yerləşən restoranda görüşüb birlikdə yemək yedik. Daha sonra Eldar Mahmudovun xahişi ilə əmisi oğlu Mahmud Mahmudovu 2008-ci ildə “Azərpoçt MMC”-nin tərkibində olan “Mərkəzi xüsusi rabitə idarəsinin” direktoru vəzifəsinə təyin etdim. Eyni zamanda beynəlxalq rabitə kanalları ilə əlaqənin bilavasitə Eldar Mahmudovun xahişi ilə onun təklif etdiyi “Qotburq” şirkəti vasitəsi ilə həyata keçirildi”. Sabiq MTN nazirinin növbəti tələbi isə aylıq xərac ödənilməsi olub: “2012-ci ildə Eldar Mahmdovun xahişi ilə beynəlxalq rabitənin təhlükəsizliyinin təminatı ilə əlaqədar xərclərinin bir qisminin ödənilməsi üçün həmin vaxtdan 2015-ci ilin oktyabr ayınadək MTN-nin baş idarə rəisi Sübahir Qurbanova hər ay 100.000 ABŞ dolları məbləğində pul verilməsi barədə nazirliyin aparat rəhbəri Vidadi Zeynalova göstəriş verdim. Vidadi Zeynalov da hər ay Sübahir Qurbanovun sürücüsünə 100 min dollar verirdi. 2013-cü ilin ortalarında Vidadi Zeynalov mənə dedi ki, MTN-nin baş idarə rəisi Teymur Quliyevə də xərclərinin qarşılanması üçün aylıq pul verməliyik. Teymur Quliyevə hər ay 50.000 dollar verilməsinə razılıq verdim. Hər ay nazirliyin tabeliyində olan müxtəlif təşkilatlardan aylıq 800-900 min manat pul yığılırdı, həmin pullar hamısı Vidadi Zeynalovda toplanırdı, Sübahir Qurbanov və Teymur Quliyevə də həmin vəsaitlərdən pul verilirdi. Sübahir Qurbanovu 2012-ci ildə sabiq nazir Eldar Mahmudovun xahişi ilə xidməti otağımda qəbul etdikdən sonra tanımışam, onunla cəmi bir dəfə görüşmüşəm. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində əməliyyat təminatı onun rəhbərlik etdiyi baş idarənin kuratorluğunda idi. Teymur Quliyevin idarəsi ilə bizim nazirlik arasında ümumi fəaliyyət olmasa da, gələcəkdə bizim işimizə ciddi problemlər yaratmamaları üçün ona da pul verilməsinə razılıq verdik”. Əli Abbasov Eldar Mahmudovdan qorxduğu üçün xərac verməyə razıl olduğunu etiraf edib: “Eldar Mahmudovun tələb etdiyi pul vəsaitini verməməklə özümüzə əlavə, lüzumsuz intriqa yaradacağımızı düşündük. Eldar Mahmudov mənim və rəhbərlik etdiyim nazirliyin fəaliyyəti ilə əlaqədar süni şəkildə nöqsanlar yaradıb ölkə rəhbərliyinə məruzə edə bilməsindən və ya mövcud olan hər hansı xırda nöqsanı ictimailəşdirməklə nüfuzuma xələl gətirə bilməsindən ehtiyat etdiyim üçün onunla prinsip, qarşıdurma yaratmaq istəmədim və hər ay MTN-ə pul verməyə məcbur oldum. MTN əməkdaşları bizə müraciət etmədən də avtomatlaşdırılmış telefon şəbəkələrində danışıqlara qulaq asa bilirdilər. Amma paytaxtın təmxinən 60 faizi avtomatlaşdırıldığı üçün digər şəbəkələrdəki telefon danışıqlarına qulaq asılması üçün mütləq ATS əməkdaşları fiziki müdaxilə etməli idi. Amma bununla bağlı iki nazirlik arasında rəsmi müqavilə imzalanmamışdı. Qovşaqların “Kross” sexində MTN əməkdaşları tərəfindən danışıqlara qulaq asılması haqda məlumatım yoxdur. Beytulla Hüseynovun xidməti otağında 34 ədəd telefon yuvasının olmasından xəbərsizəm. Onun otağındakı yuvalar ATS-lərin “Kross”una birləşdirilibsə, istənilən şəxsi dinləyə bilib”. Qeyd edək ki, E.Mahmudov 2015-ci il oktyabrın 17-də, Ə.Abbasov isə həmin ilin noyabrın 12-də tutduqları vəzifədən azad olunublar. Ə.Abbasovun barəsində danışdığı “Qotburq” (Cartburg) şirkəti E.Mahmudovun oğlu Anar Mahmudova məxsus olub.
NUH.az
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 2025 20:31
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- Milyonlarla insanın qətlə yetirildiyi ölüm düşərgəsi - Məxfilikdən çıxarılan yeni sənədlərdəki etiraflar
11 aprel 2025 13:41
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Eldar Əzizova müavin TƏYİN EDİLDİ
4 aprel 2025 23:01
- Almaniya Azərbaycandan üzr istədi
1 aprel 2025 09:22
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 2025 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
- Prezidentin Türkiyəyə işgüzar səfəri BAŞA ÇATDI
12 aprel 21:02