Bəzi nazir və onların əlaltıları dövlət büdcəsindən ayrılan vəsaitləri aidiyyatı üzrə deyil, öz biznes imkanlarının genişlənməsi üçün yönəldir ki, bu da səxslərin həddən artıq varlanmasına, oliqarxlaşmasına gətirib çıxarır.
Ümumiyyətlə, keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudov və onun əsas adamı olan Akif Çovdarovun misli görünməmiş özbaşnalığı, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun, onun həbsdə olan adamlarının əməlləri bir daha göstərdi ki, dövlət büdcəsindən milyonlar oğurlanıb. Həbs olunanların məhkəmədə verdiyi ifadələrdən açıq şəkildə görünür ki, söhbət milyonlardan, hətta milyardlardan gedir.
Elə isə, sözügedən nazirliklərdən başqa daha hansı qurumlarda dövlət əmlakının mənimsənilməsi faktları var? Onlar dövlət büdcəsini neçə ogurlayırlar?
Bu günlərdə Mediafax.Az-a olduqca maraqlı məlumat daxil olub. Faktlardan açıq şəkildə görünür ki, ölkə prezidentinin regionların iqtisadi-inkişaf proqramı çərçivəsində təmir-tikinti adı altında büdcədən ayrılan vəsaitlər ağına-bozuna baxmadan yeyilib.
Məsələn, Mədəniyyət və Turizm Nazirliyinin sifarişləri əsasında təmir-tikinti işləri ilə məşğul olan, əsas tenderlərin qalibi sayılan «Elmi-Bərpa İstehsalat» Məhdud Məsuliyyətli Cəmiyyəti kim idarə edirb? Bu MMC-nin qalibi olduğu tenderlərə ayrılan pullar hara xərclənib?
Məlumatda bildirilir ki, Mədəniyyət və Turizm Nazirliyində yüksək çinli məmurlardan birinin nəzarətində olan MMC əsasən Masallı, Salyan, Neftçala, Astara, Yardımlı rayonlarında mədəniyyət evlərinin təmiri, tarixi abidələrin restavrasiyası işi ilə məşgul olub. Məmmədov Mətləb oğlunun adına rəsmiləşdirilıimiş sözügedən «Elmi-Bərpa İstehsalat» Məhdud Məsuliyyətli Cəmiyyəti qiyməti milyon manatlarla ölçülən tenderlərin qalibi olub. Mənbə bildirir ki, bu tenderlərdən milyon manatlar mənimsənilib.
Bu yaxınlarda ciddi maliyyə fırıldaqlarının üstünü ört-basdır etmək üçün «Elmi-Bərpa İstehsalat» Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti dondurulub. Mənbə bildirir ki, bu hal Eldar Mahmudov komandasının həbsindən sonra qorxuya düşən diğər nazirlikdəki qara əməl sahiblərinin qorxuya düşməsi kimi qiymətlənidirilə bilər.
Bütün bunların fonunda vergi borcu olduğu üçün «Elmi-Bərpa İstehsalat» Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN-6400154921) direktoru Mətləb Məmmədovun ölkədən çıxışına Vergi Nazirliyi tərəfindən qadağa qoyulub. Elə işin ən maraqlı tərəfi də budur.
Dövlət əmlakını mənimsəyib oliqarxa çevirilən Mətləb Məmmədov niyə vergi borcunu ödəmir? Məlumatda qeyd olunur ki, MMC- yə ayrılan vəsaiti doğru-dürüst xərcləməyən, təmir-tikinti işlərini olduqca keyfiyyətsiz aparan M.Məmmədov dövlət büdcəısindən ayrılan pullara özü üçün əməlli bağlı şərait qurub. Bura, bahalı avtomobillərdən tutumuş, sayı bilinməyən mənzillər aiddir.
Mətləb Məmmədovun tender pullarından əldə etdiyi əmlakların siyahısını təqdim edirik:
Ukrayna dairəsi yaxınlığında super təmirli 5 otaqlı mənzil;
Ukrayna dairəsi yaxınlığında, 36-ci polis bölməsinin arxasında, super təmirli villa;
Pirşağıda dəyəri 100 min manatdan çox olan bağ evi;
Xətai metrosu yaxınlığında qızına hədiyyə etdiyi 110 min manat dəyəri olan 2 otaqlı tam təmirli mənzil;
M. Hadi küçəsində dəyəri 95 min manat olan 2 otaqlı daha bir mənzil;
Yasamal rayonu, Şamil Əzizbəyov kücəsində tam təmirli həyət evi;
Həzi Aslanov metrosu yaxınlığında 2 otaqlı daha bir mənzil;
10 SO 111 dövlət nömrə nişanlı Cadillac avtomobili;
Daha bir ağ rəngli “Cadillac”. Bu avtomobilin isə nömrəsi 90 ZO 946-dır…
Göründüyü kimi, bu qədər əmlakı, bahalı avtomobilləri olan M.Məmmədov hansı səbəbdən vergidəın yayınıb?. Yaxud, onun vergidən yayınmasına niyə göz yumulur?
Mənbə bildirir ki, M.Məmmədovun hazırda müflis olmuş banklardan birinə külli miqdarda pul borcu var. Son aylar etdiyi ciddi səhvlər üzündən Mədəniyyət və Turizm Nazirliyindəki adamının ona dəstək durmaması vəziyyəti bir qədər də çətinləşdirib.
Məlumatda qeyd olunur ki, sözügedən nazirlikdə tender oyunu başqa bir şəbəkənin əlinə keçib və bu şəbəkə indi köhnə adamlarla işləmək istəmir. Bütün bunların fonunda nazir Əbülfəs Qarayev də baş verənlərdən xəbərsiz deyil. Məlumata görə, elə M.Məmmədov nazirin göstərişi ilə tenderlərdən uzaqlaşdırılıb. /Bizimxeber.az/