Fətullayev, qələminə hörmət qoy…
Baş redaktor niyə tələsir..?
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov 15 noyabr 2015- ci ildə həbs olunan gündən başlayaraq haqqin.az saytının rəhbəri Eynulla Fətullayev onun barəsində heç bir ölçüyə sığmayan fikirlər paylaşır.
Öncə onu qeyd edək ki, bizim kiməsə vəkillik etmək fikrimiz yoxdur və hər kəs törətdiyi cinayətə görə cəzasını almalıdır. Eyni zamanda nə Eynulla Fətullayevin, nə də Akif Çovdarovun personası ilə şəxsi problemimiz yoxdur.
Ancaq hələ barəsində məhkəmə qərarı olmayan şəxs haqqında cinayətkar demək, onu ölümə çağırmaq heç bir məntiqə və insanlığa sığan məsələ deyil.
Eynulla Fətullayev həbsxanada olan Akif Çovdarova çağırış edərək deyir: “ Kişi ol…başına bir güllə vur..özünü öldür…canın qurtarsın”.
Axı, Eynulla Fətullayev sıradan biri deyil ki, ağzından çıxanın mənasını bilməsin.
O, kifayət qədər tanınmış şəxsdir, bir neçə media qurumunun rəhbəridir və ən əsası hüquq anlayışından az-çox xəbəri var.
Axı, başqasını ölümə, intihara, sui-qəsdə səsləmək, özü də təkidli şəkildə özünə qəsdə çağırmaq cinayət sayıla bilər.
Amma ən əsası hələ bu şəxsin barəsində məhkəmə qərarı yoxdursa, onu necə cinayətkar elan etmək olar. Axı, bunları cənab Fətullayev bilməmiş deyil.
Əlbəttə kim cinayət törədibsə, titullarından, rütbəsindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir. Amma bunu Fətullayevin elan etməsi mətbuatda çap etdirməsi, sosial şəbəkədə dönə-dönə paylaşması yol verilməzdir.
Digər tərəfədən kimisə, hətta cinayətkar olsa belə, ölümə təhrik etmək ən azı insanlıqdan uzaq haldır.
Fətulalyev gözəl bilir ki, sivil dünya ölüm hökmünü çoxdan ləğv edib.
Amma maraqlıdır ki, Eynulla Fətullayev görəsən Akif Çovdarovun ölümündə niyə bu qədər maraqlıdır..? Məqsəd nədir..? Bəlkə bizim bilmədiyimiz hallar var..?
Bu qısasçılıqdırmı, yoxsa başqa məsələ..?
Bizcə, Eynulla Fətullayev Çovdarovun ölümü ilə böyük bir səhifənin tələm-tələsik qapadılmasında maraqlıdır.
Stalin həmişə deyirmiş ki: “Ölüm – bütün problemlərin həllidir, insan yoxdursa, problem də yoxdur”
Hiss olunur ki, Eynulla Fətullayev keçmiş MTN genaralının sağ qalmasından çox təlaş keçirir.
Fətullayevin Çovdarovun oğluna müraciətlə dedikləri isə, ümumiyyətlə, ürəkbulandırıcıdır.
Cənab baş redaktor sonuncu müsahibəsində Çovdarova məsləhət bilir ki, mundirinə hörmət qoysun.
Eyni məntiqlə Fətullayevə də məsləhət görmək olar ki, sən də öz qələminə hörmət qoy.
NUH.az
- FAİZƏ götürdüyü 800 MANAT borcu qaytara bilmədiyi üçün özünü ÖLDÜRDÜ
18 oktyabr 2025 14:48
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 2025 09:53
- Bakıda Osmanlı əsirləri və qardaş yardımı mövzusunda beynəlxalq konfrans keçirildi (FOTO)
17 iyun 2025 21:23
- Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
24 mart 2025 14:45
- Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsini xahiş edirik
18 yanvar 2025 11:54
- İlham Əliyev əfv Sərəncamı imzaladı
25 may 2024 19:20
- Əvəz Zeynallıya hökm oxundu - 9 il
26 fevral 2024 21:20
- Özünə hörmət qoyan MADO-ya getməsin: Biabırçı fotofakt
5 yanvar 2024 22:20
- Əbülfəs Qarayevin iranlı kürəkəni direktorluqdan getdi
7 iyun 2023 13:59
- İlham Əliyev əfv sərəncamı imzaladı - Siyahı
8 may 2023 11:33
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
