Bakıda Osmanlı əsirləri və qardaş yardımı mövzusunda beynəlxalq konfrans keçirildi (FOTO)
Mədəniyyət17 iyun 2025 21:23
Xəzər Universitetində Azərbaycanda Osmanlı əsirləri, Nargin və Azərbaycan cəmiyyətinin əsirlərə qardaş yardımı mövzusunda beynəlxalq elmi konfrans keçirildi.
13 iyun 2025-ci il tarixində Xəzər Universitetinin ev sahibliyində Birinci Dünya Müharibəsində Azərbaycanda Osmanlı Əsirləri (Nargin və Azərbaycan Cəmiyyətinin Əsirlərə Yardımları ) adlı, Gürcüstan, Türkiyə, Azərbaycan və Rusiyanın arxivlərinin mövzuyla bağlı tədqiq edilməsini ehtiva edən layihə çerçivəsində beynəlxalq elmi konfrans və nadir arxiv sənədləri, fotolardan ibarət sərgi keçirildi. Tarix və arxeologiya departamenti ilə yanaşı TİKA və Türkiyə Məzunu İş Adamları və Ziyalılar Platformunun birgə təşkilatçılığında həyata keçirilən tədbirdə bir çox tanınmış mütəxəssis və tədqiqatçı öz məruzələri ilə çıxış etdi.
Mərmər zalda baş tutan tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilmiş, daha sonra konfransın plenar iclasına keçilmişdir. Açılışda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri Prof. Hamlet İsaxanlı, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün, TİKA sədr müavini Dr. Ümit Naci Yorulmaz və layihənin əlaqələndiricisi, Türkiyə Məzunu İş Adamları və Ziyalılar Platformunun rəhbəri Dos. Telman Nüsrətoğlu çıxış edərək, həm layihənin əhəmiyyətini vurğulamış, həm də Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığın tarixi əsaslarını dilə gətirmişlərdir. Bundan əlavə musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqovanın rəhbərliyi altında Məhsəti Cabbarova və Xəzər Universitetinin kamera orkestri tərəfindən Çanaqqala və Yəmən türküləri ifa edilmişdir. Plenar iclasın sonunda isə arxivlərdən əldə edilən tarixi kadrları ehtiva edən videoçarx nümayiş etdirilmişdir. Konfrans müddətincə Azərbaycan, Türkiyə və Gürcüstan arxivlərindən əldə edilmiş çox sayda arxiv sənədi və dövrə aid şəkillərdən ibarət foto-sərgi də qonaqlara təqdim edilmişdir.
Ümumilikdə beş paneldən ibarət olan konfransın elmi iclaslarında mövzunun ən mühüm tədqiqatçılarından olan Atatürk Universitetinin müəllimi Prof.Dr. Betül Arslan, TİKA başkan yardımcısı Dr. Ümit Naci Yorulmaz, Azərbaycan Türk Ocağı Başkanı Dr. Akif Aşırlı , məhşur ürək cərrahı , Sarıqamış Cəmiyyətinin sədri Prof.Dr. Bingür Sönməz. Dumlıpınar Universitetinin rektoru Prof.Dr.Süleyman Kızıltoprak, Mərmərə Universiteti Türkiyyat Araştırmaları İnstitutu müdiri Prof.Dr. Okan Yeşilot, Azərbaycan İdarəçilik Akademiyasının kafedra müdiri dos.Firdovsiyyə Əhmədova, Azərbaycan Pedaqoji Universitetinin müəllimi Prof.Dr. Xəqani Məmmədobv, Mərmərə Universitetinin müəllimi dos. Mehdi Gəncəli, Karabük Universitetinin müəllimi Prof.Dr. Ali Asker, BDU- nun müəllimi dos.Boran Əziz, Xəzər Universitetinin kafedra müdiri dos. Telman Nüsrətoğlu, Qaziantəp Universitetinin dosenti Sadık Çətin, Sağlık Bilimləri Universitetinin dosenti Resul Kösə, Xəzər Universitetinin müəllimləri Dr. Söhrab Mustafayev, Dr.Ramin Fətullayev, Ceyran Məmmədova və diyər tarixçilər tərəfindən Azərbaycan cəmiyyətinin əsirlərə yardımlarının müxtəlif istiqamətləri ,əsirlərin Nargindəki həyatı , milli komitə, cəmiyyətlər və qəzetlərin əsirlər, möhtaçlarla bağlı yardım fəaliyyətləri müxtəlif panellərdə geniş şəkildə işıqlandırılmışdır. Azərbaycan, Türkiyə və Rusiyadan gələn mütəxəsislər məsələnin tarixi, milli, hüquqi və insani tərəflərini geniş şəkildə mütaliə və izah etmişlərdir. Hər panelin sonunda çıxışçılara və tədbirdə könüllü olaraq fəaliyyət göstərən tələbələrə sertifikatlar verilmişdir. Konfransa aid tezislər və proqram öncədən çap edilmiş və gələn qonaqlara təqdim edilmişdir. Bundan başqa bu mühüm tarixi dövrü unutmamaq, Azərbaycan- Türkiyə qardaşlığının dərin tarixi təməllərini yaddaşlarda daima diri tutmaq, onların xatirələrini əbədiləşdirmək üçün irəli sürülən aşağıdakı təkliflər konfrans iştirakçıları tərəfindən dəstəklənmişdir.
7 may "Qardaş köməyi günü”nün Türkiyə və Azərbaycan türklərinin qardaşlıq və həmrəylik günü kimi qəbul edilməsi və hər il 7 mayda tədbirlərin keçirilməsi Tarixi İsmailiyyə binasının Türk dünyası mədəniyyət mərkəzi kimi fəaliyyət göstərməsi üçün müvafiq orqanlara təklif verilsin. Azərbaycan və Türkiyə dövlətçiliyi, müstəqilliyi üçün çalışan Nargin adasında həyatını itirənlər üçün sahildə bir xatirə lövhəsi qoyulsun. Hacı Zeynəlabidin Tağıyev, Ömər Faiq Nemanzadə, Dr. Hüsrev bəy Sultanov, Əhməd Cavad kimi şəxslərin adlarının Türkiyədə müxtəlif yerlərə verilməsi və bu şəxslərin tanıdılmasının təmin edilməsi üçün tədbirlər keçirilməsi. Medyada türk xalqları ilə bağlı çox sayda xəbərin hazırlanması və qardaş dövlət xalqlarının bir-birini daha yaxından tanıması üçün çalışmalar aparılması.
Oxşar xəbərlər
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
5 mart 2026 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
Xəbər lenti
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
Video & Fotoqalereya
Video
Fotoqalereya




