"Mingəçevir su anbarının fəaliyyəti dayandırılmalıdır.”

Təcili prezidentə məlumat verilməli, Mingəçevir su anbarının fəaliyyəti dayandırılmalıdır.
Axar.az xəbər verir ki, bunu Ekoloq Telman Zeynalov Mingəçevir Su Elektrik Stansiyasında (SES) baş verən sızma hadisəsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, su anbarı tədricən boşaldılmalı və daxildən təmir olunmalıdır:
“Nazir Hüseyn Bağırov Mingəçevir su anbarında sızmalara rast gəlibsə, təcili cənab prezidentə məlumat verməli və Mingəçevir su anbarının fəaliyyəti dayanmalıdır. Tədricən su anbarı boşaldılmalı və içəridən, yəni daxili tərəfdən yenidən təmir olunmalıdır. Əgər təmir olunmasa, bu, güclü fəlakətlərə səbəb ola bilər. Əks halda Mingəçevirlə Xəzər dənizi arasında olan bütün kəndlər, şəhərlər, rayon mərkəzlərinin hamısını su yuyub aparacaq və gətirib Xəzərə tökəcək. Ona görə də bunun qarşısını almaq üçün mütləq təcili iş görmək lazımdır. 4-5 il bundan əvvəl orada zəlzələ baş vermişdi. O zaman dedilər ki, zəlzələ nəticəsində Mingəçevir su anbarının bəndində çat əmələ gəlib. Bu, yanlış məlumat idi. Çat əmələ gəlməsi o deməkdir ki, milyard kub metr suyun təzyiqi ilə o bənd dağılar və hər yeri su aparardı. Belə bir atalar misalı var ki, su qayanı deşir. Əgər orada sızma varsa, təzyiq yavaş-yavaş çatı genişləndirəcək və bəndi dağıdacaq. Bundan sonra da həm kənd təsərrüfatına zərər verib, bizi 10 il geri atacaq, həm də rayonlar dağılacaq".
Ekoloq Musavat.com-a açıqlamasında onu da qeyd edib ki, su anbarı təmirə bağlansa belə, problemlər yaradacaq:
“Əgər Mingəçevir Su Elektrik Stansiyasının fəaliyyəti dayandırılsa, istəsək də, istəməsək də regionların əksəriyyəti işıqsız qalacaq. Ona görə də əvvəlcə öyrənmək lazımdır ki, çat hansı tərəfdədir. Əgər üstdədirsə, suyun bir hissəsini buraxmaq olar. Yox, aşağıdadırsa, tamamilə fəaliyyəti dayandırılmalıdır. Yaxud da qabağında 2 metr enliyində yeni bir bənd salınmalıdır ki, ona dirək olsun. Bu təmir işləri 5-6 aya başa gələn prosesdir. O boyda nəhəng bir bəndi yenidən qaldırmaq, əlavə bənd tikmək oyuncaq bir iş deyil. Uzun bir zaman alacaq”.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Mingəçevir SES-də anbarın ərazisində torpaq dambalarında su sızmalarının müşahidə olunduğunu bildirib: “Orada suyun xeyli artması müşahidə olunsa, ortaya müəyyən suallar çıxa bilər. Bunu həmin dambaları idarə edən təşkilatlar daha yaxşı bilir və tədbirlər görürlər. Ola bilər ki, tədbirlər bir qədər vaxt aparsın”.
Nazir su sızmasının hansı problemlər yarada biləcəyini açıqlamayıb.
Qeyd edək ki, Mingəçevir su anbarı Kür çayının Bozdağ ətrafından keçən sahəsində 1953-cü ildə yaradılıb. Su anbarının çay boyu uzunluğu 70, eni 3 kilometrdir. Maksimal dərinliyi 75, orta dərinliyi 26 metr olan anbarın sahil xəttinin uzunluğu 247 kilometrdən artıqdır. SES-in müəyyən olunmuş gücü 359 mvt, orta illik elektrik enerjisi istehsalı 1,4 milyard kvt/saat-dır. Qovşağın ən əsas orijinal hissəsi yüksək təzyiqli torpaq bəndi nəinki Avropada yuyulma üsulu ilə tikilmiş ən nəhəngidir (hündürlüyü 80 m), o, həm də işlənən materialların həcminə görə dünyada çınqıl-qumdan tökülmüş yeganə bənddir.
Su qovşağına 3 gözdən ibarət suaşıran beton bənd (bir açıq kanalı ilə eni 30 m), 6 gözdən ibarət təzyiqli su borularına su qəbul edən qurğu (uzunluğu 66 m), 4 qapalı beton boru ilə 4 gözdən ibarət suaşıran qurğu (uzunluğu 47 m), torpaq bənd (uzunluğu 1550 m, hündürlüyü 80 m), Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalına su qəbul edən bir gözlü qurğu daxildir. Mingəçevir su anbarının su tutumu 16 milyard 300 milyon kubmetrdir. Su anbarına saniyədə 1200 kubmetrə qədər su daxil olur. Bu həcmin saniyədə 650 kubmetri su elektrik stansiyası vasitəsi ilə Kür çayına, 125 kubmetri isə Qarabağ və Şirvan kanallarına buraxılır. Anbarda su böhran həddə çatdıqda qapılar açılır və Kür çayına saniyədə 2 min kubmetrə qədər su buraxılır.
"Yaşıl çay"
NUH.az
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 2025 13:43
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 2025 15:47
- Çirkab suları Ceyranbatan Su anbаrınа axıdılır
12 aprel 2025 16:17
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 2025 16:00
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
8 aprel 2025 23:45
- Prezident İlham Əliyev fərman imzaladı
7 aprel 2025 20:14
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
6 aprel 2025 20:16
- Ceyhun Yusifov Adəm Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyir
4 aprel 2025 21:44
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24