Lerikin qalmaqallı məmuru Yardımlıya icra başçı getmək istəyir? - ÖZƏL
Siyasət6 may 2016 12:52

Lerik rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov və müavini Cəlil Baxşıyev rayonda dözülməz vəziyyət yaradıb.
Qaynarinfo.az xəbər verir ki, bir neçə gün öncə bununla bağlı rayonun Orand kənd sakinləri də ölkə başçısı İlham Əliyevə sensasion müraciət ünvanlamışdılar.
Onlar bildiriblər ki, icra başçısı birinci müavini Cəlil Baxşıyevdən çəkindiyi üçün rayonda ayrı-seçkilik etmək məcburiyyətində qalıb. Onun birinci müavini Baxşıyev isə deputat İqbal Məmmədovun yaxın qohumudur. Hətta Baxşıyevi icra başçısının birinci müavini postuna da İqbal Məmmədov təyin etdirib. Məhz deputatın himayəsinə sığınan Baxşıyev rayonda özbaşınalıqla məşğuldur.
Qaynarinfo.az-a məlumat verən Lerik sakinləri isə bildiriblər ki, Cəlil Baxşıyev rayonun ən varlı biznesmeninə çevrilib. O, sahibkarları talamaqla yanaşı, özünə rayonun Zuvand ərzisində "9 qardaş" adlı istirahət mərkəzi açıb. Cəlil Baxşıyevin bu obyektə "9 qardaş" adını verməsi isə təsadüfi deyil, çünki onlar ailədə 9 qardaşdırlar. Məhz rayon bu 9 qardaşın əlində girova çevrilib.
Qaynarinfo.az-a danışan sakinlər bildiriblər ki, Cəlil Baxşıyevin mediada da ciddi adamları var. Həmin adamları isə İcra Hakimiyyətində şöbə müdiri (əslində, o da Cəlil Baxşıyevin adamıdır) olan Zamin Əhədov vasitəsilə maliyyələşdirir. O hətta media şəbəkəsi vasitəsilə icra başçısını da vaxtaşırı şantaj edərək özündən asılı saxlayır.
Sakinlər iddia edirlər ki, Cəlil Baxşıyev faktiki rayonda bölgəçiliklə məşğuldur. Belə ki, o, Zuvanddan olduğu və obyetlərini bu ərazidə tikdiyi üçün rayonun bütün maliyyə sektorunu və layihələrini bu əraziyə yönəldib. Bütün yollar təmir edilib, kəndlər qazlaşdırılıb. Digər ərazilər, xüsusən də Orand və Deriğ əraziləri sahibsiz qalıb.
Rayondan aldığımız ilginc məlumata görə, Cəlil Baxşıyev hazırda Yardımlı rayonuna icra başçısı getmək üçün cəhdlər edir. Qeyd edək ki, Yardımlının icra başçısı Sevindik Hətəmov prezidentin məlum sərəncamı ilə Salyan rayonuna təyinat alandan sonra sözügedən rayona hələ də icra başçısı təyin olunmayıb. Bu da Cəlil Baxşıyevə Yardımlıya icra başçısı getmək üçün fürsət qazandırıb.
Mənbə bildirir ki, əslən lerikli olan və Lerikdə bölücülüklə məşğul olan bir məmurun başqa bir rayonda necə icra başçısı işləyəcəyi və vəziyyəti hansı həddə gətirib çıxaracağı indidən bəllidir.
Rayon sakinləri isə hesab edirlər ki, ölkə rəhbərliyi haqqında kifayət qədər şikayət edilən və mənfi imiclə tanınan bu məmura məsuliyyətli bir vəzifəni etibar etməz.
Məsələ ilə bağlı Cəlil Baxşıyevdən münasibət öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı.
NUH.az
Oxşar xəbərlər
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
7 aprel 2025 23:17
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
7 aprel 2025 10:50
- Eldar Əzizova müavin TƏYİN EDİLDİ
4 aprel 2025 23:01
- Ceyhun Yusifov Adəm Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyir
4 aprel 2025 21:44
- Bakı Metropoliteni- ndə yeni rəis
3 aprel 2025 16:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 2025 00:58
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
Xəbər lenti
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
- Sabah 31 dərəcə isti olacaq
07 aprel 15:17
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
07 aprel 14:45
- Türkiyə LİMON ixracını dayandırır
07 aprel 13:46
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
07 aprel 10:50
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
06 aprel 23:01
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
06 aprel 22:05
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
06 aprel 21:46
- Azərbaycanda atların sayı niyə AZALIR?
06 aprel 21:31
- Uşaqlıq hobbisini təsərrüfata çevirən Xudat sakini: 60 dovşanı var
06 aprel 21:12
- V kurs tələbəsi dəm qazından boğulub
06 aprel 20:47
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
06 aprel 20:16
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
06 aprel 18:28
- Yenidən CHP sədri seçildi
06 aprel 17:45
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
06 aprel 17:25
Video & Fotoqalereya
Video
Fotoqalereya