Hərbçidən icra başçısına müraciət: "Sizi and verirəm Dərviş Məstəli şahın tilsiminə..."

Vasif Eyvazov: "Raqub Məmmədov rayonu dua, cadu, tilsimlə idarə edir"
Ağdam rayon sakini, Azərbaycan Ordusunun ehtiyatda olan zabiti Vasif Eyvazov rayonun icra başçısı Raqub Məmmədovla bağlı yeni bir iddia ilə çıxış edib.
Arqument.Az-a müraciət edən rayon sakini bu dəfə icra başçısı ilə bağlı sesnsasion iddia səsləndirib: "04 dekabr 2015-ci il tarixində mənim öz hüquqlarımın müdafiəsi üçün Ağdam Rayon İcra Hakimiyyəti (RİH) ilə apardığım mübarizədən yazmışdım. Bu gün həmin yazıda söhbət açılan bəzi hadisələri yeniləmək və Ağdam RİH-nin daha bir gülünc, qanuna və məntiqə zid hərəkətlərini bir daha nəzərinizə yetirmək istəyirəm. Ağdam rayon Məhkəməsində Ağdam RİH-dən 90 manat 30 qəpik tutularaq mənə məhkəmə xərclərinin ödənişi kimi verilməsi barədə qərar çıxarılıb. Rayon icra məmurunun vasitəsi ilə həmin pul məcburi tutulub mənə ödənildi. Bu mənim üçün əlamətdar hadisədir. Əlbəttə, yəqin hamı başa düşür ki, söhbət o pulun mahiyyətindən yox, mənim prinsipial mövqeimdən gedir. Kiçik də olsa, qələbədir. Yəqin ki, nə vaxtsa bu kiçik qələbə Ağdam RİH-indəki özbaşınalıq, qanuna, dövlətə hörmətsizlik, vətəndaşa etinasızlıq barədə başçı Raqub Məmmədova veriləcək minlərlə sualdan biri olacaq. Bu yaxınlarda KİV-də yazmışdılar ki, Raqub Məmmədov Ağdamda və ətraf rayonlarda olan məhşur falçılarla tez-tez görüşür. Onlara dövlət məmurlarının, rəqiblərinin dil-ağzını bağlatdırır. Çox ağılabatandır. Məntiq sadədir. İdarəçilikdə ya Konisitutsiya, qanun, qayda ilə, ya da dua, cadu, tilsim ilə hərəkət etməlisən. Ağdam RİH ilə təmasda olduğum axırıncı iki il ərzində orada qanundan, qaydadan əsər-əlamət görmədiyimdən inanıram ki, Raqub Məmmədov rayonu dua, cadu, tilsimlə idarə edir". V. Eyvazov bildirib ki, hakimiyyətini məhkəmə verdikdən sonra ona müxtəlif vasitələrlə təzyiqlər göstərilib: "Əvvəlki müraciətimdə bildirmişdim ki, icra hakimiyyəti, ehtiyatda olan zabiti mənzillə təmin edənədək, ona və ailə üzvlərinə kirayə pul kompensasiyası verməlidir. Dövlətin və qanunun movqeyi açıq və şəffaf iki nöqtə ilə bağlıdır: Birinci, müəyyən xidmətlərinə görə, ehtiyyata çıxmış hərbiçilərə mənzil verilməlidir. İkinci, mənzil verilənədək hərbiçilərə və onların ailə üzvlərinə kirayə pul kompensasiyası ödənilməlidir. Yəni ki, qanun bu məsələlərdə heç bir qeyri-şərt qoymur: mənzilin var, ya yoxdu, kirayədə qalırsan, ya qalmırsan - qanun üçün fərqi yoxdur. Verilməlidir, vəssalam. Bu dövlətin hərbi qulluğun nüfuzunu qaldırmaq üçün gördüyü tədbirdir. Sadə vətəndaş da, məmur da, ona məsləhət verən cadugər də, falçı da başa düşməlidir. Amma kimə deyirsən?! 2012-ci ildən hər il bir qucaq sənəd toplayıb təqdim edərək kirayə pulunu birtəhər alırdım. Amma 2015-ci ildə Ağdam RİH-ni məhkəməyə verdikdən sonra kirayə pulu kəsildi. Tərslikdən həmin vaxt rayon maliyyə idarəsinə yeni müdir təyin edildi. Deyilənə görə, mudir Rəşad Məhərrəmov Ədliyyə Nazirliyinin Bələdiyələrlə iş mərkəzinin sədri Mehti Səlimzadənin yaxın qohumudur. Yeni müdir özündən yeni qaydalar icad etdi, tələb etdi ki, mən nəinki kirayədə qaldığım haqqında müqavilə gətirməliyəm, hətta kirayə haqqı verdiyim barədə qəbzləri və ev sahibinin həmin puldan vergi ödədiyi haqda qəbzləri təqdim etməliyəm. Söhbət uzandı, mən Ədliyyə Nazirliyindən haqlı olduğum barədə rəsmi məktub gətirdim - xeyiri olmadı, Rəşad Məhərrəmov dedi ki, Ədliyyə Nazirliyi mənim üçün heç nədir. Kompensasiya dayandırıldıqdan 6 ay sonra Maliyyə Nazirinin qəbuluna yazıldım. 30.06.2015-ci il tarixdə cənab Samir Şərifov məni şəxsən qəbul etdi, dinlədi, ali intelektual səviyəyə malik olduğundan, qanunları, qəraqları və onların icra qaydalarını dəqiq və dürüst bildiyindən mənim haqlı olduğumu dedi və kompensasiyanin 2 gün ərzində dərhal ödənilməsinə göstəriş verdi. Qəbuldan 2 gün sonra Maliyyə Nazirliyinin Aparat rəhbəri Namiq Süleymanov məni qəbuluna çağıraraq: "Rayon maliyyə idarəsinin müdiri səninlə görüşmək istəyir, nədən onun qəbuluna getmirsən", - soruşdu. Mən də onun məni qəbuluna çağırmasının lazımsız və əsasız olduğunu əsas gətirərək getmədiyimi bildirdim. Namiq müəllim rayon maliyyə idarəsinin müdirilə telefon əlaqəsi yaratdıqdan sonra nazirin, "2 gün ərzində tam şəkildə dərhal ödəniş olsun" əmrinə zidd olaraq ayın sonunda ödəniləcəyini bildirdi. Ayın sonunda tam şəkildə ödənildi"."Bütün bu keşməkeşlərdən sonra məndə bir neçə daxili sual yaranır: qanunun qoyduğu 6 ay müddəti 36 aya qədər uzadıb, bu gün qanundan əlavə məhkəmənin qərarını da yerinə yetirməyən RİH-nin başçısı Raqub Məmmədovun, nazir Samir Şərifovun verdiyi 2 gün müddəti 30 günə çevirən Ağdam maliyyə idarəsinin müdiri Rəşad Məhərrəmovun qorxduğu bir yeri yoxdurmu? Milli Təhlükəsizlik Nazirliyinin polkovniki olmuş, sabiq MTN şefi Eldar Mahmudovun dəstəyi və yüksək qayğısı ilə RİH-nin başçısı təyin edilmiş Raqub Məmmədovun Konstitsiyamıza, qanunlarımıza, Nazirlər kabinetinin qərarlarına - bir sözlə, Dovlətimizə bu qədər saymazyana yanaşması təbii bir haldır - necə deyərlər "dostunu mənə göstər, deyim sən kimsən”. Nəinki qanuna, hətta yaxın qohumu, himayədarı Mehti Səlimzadənin işlədiyi dövlət orqanına da etinasız yanaşan Rəşad Məhərrəmovun Ağdamda vəzifəyə gəlməsi də başa düşüləndir - qanuna hörmət edən Raqub Məmmədovla necə işləyə bilər? Mən qanunun mənə verdiyi imtiyazları məhkəmə yolu ilə də bir daha təsdiq etdirmişəm, lakin Ağdam RİH-nin başçısı məhkəmə qərarını da icra etmək istəmir, mənim Dövlət, Konstitusiya, qanun deyib fəryad etməyimə məhəl qoymur. Odur ki, sizin vasitənizlə ona başa düşdüyü dildə müraciət etmək istəyirəm:- Raqub müəllim, sizi and verirəm Şeyx Nəsrullahın üz qoyduğu torpağa, Dərviş Məstəli şahın tilsiminə, mənim imtiyazlarımı yerinə yetirin, məni dağa-daşa salmayın. Yoxsa düşərəm Azərbaycanın çöllərinə, elə bir cadügər taparam ki, siz bağlatdırdığınız dilləri açar, sual sual dalınca gələr, qalarsınız məəttəl", - V. Eyvazov bildirir.Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.Arqument.azMəsud TURAN
NUH.az
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Məmməd Musayev yola salındı
15 aprel 2025 23:05
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 2025 15:58
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Prezidentin Türkiyəyə işgüzar səfəri BAŞA ÇATDI
12 aprel 2025 21:02
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- Milyonlarla insanın qətlə yetirildiyi ölüm düşərgəsi - Məxfilikdən çıxarılan yeni sənədlərdəki etiraflar
11 aprel 2025 13:41
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 2025 01:55
- Tramp İlham Əliyevə məktub göndərdi
10 aprel 2025 20:28
- Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 aprel 2025 15:09
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35