Mikoyan: Müsəlman hara, general olmaq hara - Həzi Aslanovun QƏTLİ
Cəmiyyət21 noyabr 2025 21:22
Mikoyanın “Müsəlman hara, general olmaq hara” sözündən sonra qətl edilən General
1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olan Azərbaycan xalqının görkəmli oğlu, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş azərbaycanlı general-mayor Aslanov Həzi Əhəd oğlu barədə Rusiyanın tanınan hərb tarixçisi akademik Samsonov yazır:
O dövrdə Sovetlərin təbliğat maşını sayılan “Pravda” qəzetində Həzi Aslanovla müsahibə dərc edilir. Müsahibədə general deyir:
“Şah İsmayıl Xətai – dahi strateq idi. Öz qoşunlarını 12 yerə bölərək, aypara şəklində düzərdi. Bu düzülüş zəif mərkəzə və güclü cinahlara malik idi. Düşmən zəif mərkəzi əzməklə məşğul olduğu zaman, güclü cinahlar düşməni əhatə edir, qoşunu mühasirəyə alıb darmadağın edirdi.”
Qəzet ardınca Həzi Aslanovun igidliyindən bəhs edən məqalələr dərc edir, ölkə oxucularına məlumat verirdi. Qəzet qəhrəman Azərbaycan övladının hərbi şücaəti, döyüş təcrübəsi, cinahdan endirdiyi zərbələr barədə xəbərlər verirdi.
Gələcəkdə bu strategiyanı Həzi Aslanov öz tankları ilə həyata keçirəcək və ona ruslar “Aslanovskaya podkova”, yəni “Aslanov nalı” adını verəcəklər. Rusiyalı hərb tarixçisi, tarix elmləri namizədi Aleksey İsayev onun haqqında yazır:
“Başqaları tankda lyuku örtüb hücuma keçəndə, Həzi Aslanov maşında oturub gedirmiş. O, özünü Allahın saxladığı insan kimi hiss edirmiş, ölümdən qorxmurmuş. Aslanov inanırdı ki, o, ölə bilməz.”
Generalın ölümü barədə çoxsaylı faktlar və yazılar sübut edir ki, onun ölümündə Rusiya imperiyasının süqutundan sonra daşnak ordusunda xidmət göstərən İvan Baqramyanın əli olub. Özünün 1971-ci ildə nəşr edilən “Mənim Xatirələrim” kitabında daşnaklar ilə birgə hansı işlər gördüyünü etiraf edir. Stalinin ikinci dərəcəli adam hesab etdiyi Baqramyan qatı millətçi idi. Onun həytatında yüksəliş Stalinin ölümündən sonra olub.
Onun ikinci dünya müharəbəsi dövründə törədiyi cinayətləri sonradan Mikoyan tərəfindən ört basdır edilib. Baqramyanın törətdiyi ağır cinayətlərdən biri də iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qətlinə sifariş verməsidir ki, onu da Mikoyanla birgə icra ediblər.
SƏBƏB:
Mikoyanın “Müsəlman hara, general olmaq hara” xəbis düşüncəsi və Azərbaycan düşmənçiliyi. Mikoyanın bu sözləri Baltik cəbhəsinin əsas hərbi lideri və söz sahibinə çevrilən Həzi Aslanovun şəxsiyyətinə olan qorxu idi. O dövrdə, Baltik sahilində ilk olaraq Baqramyanın başçılıq etdiyi hərbi birləşmə mövqe tutub. Lakin söz sahibi Aslanov idi. Baxmayaraq ki, general rəsmən Baqramyanın tabeçiliyində idi.
Hazırlanan terror planı 24 yanvar 1945-ci ildə Latviyanın Priyekule yaşayış məntəqəsinin yaxınlığında (Liepay rayonu) həyata keçirilir. Qeyd edim ki, Mikoyanın planı 1944-cü ildə hazırlanmış idi və buna görə də 1944-cü il iyunun axırında Həzi Aslanovun 35-ci tank briqadası 3-cü Belorusiya cəbhəsinin tərkibindən çıxarılaraq 1-ci Pribaltika cəbhəsinə, özü də İ.X.Baqramyanın sərəncamına verilmişdi?
Döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin ətrafında, 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanıb. Döyüşdən sonra yük maşınının kabinəsində dincələn vatxı Bagramyanın göstərişi ilə almanlardan ələ keçirilən 6 lüləli mina atanla oluğu maşını bombalayırlar.Həzi özünü maşından atır qabırğası qırılır və yara alır. Onun əslən Osetiyalı olan şəxsi həkimini təcili əmirlə başqa yerə göndərirlər.
Hadisənin canlı şahidi, 35-ci Tank Briqadasının tibb bölməsinin komandiri mayor Georgi Rafailoviç Beqişvili belə danışırdı:
"24 yanvar 1945-ci il, saat 10:00 radələrində idi. Mənə general Aslanovun ağır yaralandığını və yanıma gətirildiyini bildirdi. Təcili onun yanına getdim. O, ağır yara almışdı. Yaraları qanayırdı və sağ böyrünə bir qəlpə parçası ilişib qalmışdı. Mən onun böyründən ayrılmadım. Zamanla vəziyyəti tədricən yaxşılaşdı. Nəbzi, qan təzyiqi və nəfəsi normallaşdı. İkinci günün səhəri özünü olduqca yaxşı hiss etdi. Hətta bizimlə zarafat da edirdi. (Bax: Musa Bağırov "Sərkərdənin taleyi" kitabı)
Araşdırmalar göstərir ki, Həzi Aslanova Moskvaya aparılan təyyarədə zəhərli iynə vurdular. Moskvada isə onu müalicə edən gürcü əslilli həkimin əvəzinə erməni həkim təyin edirlər. Generala vurulan iynələr onun vəziyyətini pisləşdirir. Cəmi 23 saat həyata qalan general xəstəxanada ona vurulan iynələr dən sonra rəhmətə gedir. Onu müalicə edən həkim isə bir müddətdən sonra başqa bir xəstəxanaya təyinat alır. Xəstəxanada Generalın tibb vərəqində isə yazılan qeydlər yoxa çıxır. Beləliklə erməni marşalın və onun əlaltılarının planı əsasında qəhrəman general qətl edilir. İz isə silinir. Aslanovu qospitalda sünü ürək tutması barədə sənəd yazırlar və beləcə onun öldürülməsini ört basdır edirlər.
Sovet müdafiə nazirliyinin məlumatı isə belə olur:
"1944-cü ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənib. 1945-ci il yanvarın 24-də Həzi Aslanov Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olub".
Ruhu şad olsun Generalımızın
Prof.Dr. Zaur Aliyev
Oxşar xəbərlər
- Macarıstanla münasibətlərə zərər gəlməyəcək- Deputat Cavanşir Feyziyev
14 aprel 2026 23:54
- Kəmaləddin Heydərova iki müavin təyin edildi
14 aprel 2026 19:10
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 2026 11:41
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 2026 19:19
- Gürcüstan Azərbaycanın Tbilisi layihələrindən asılılığının bitdiyini anlayır – Zahid Oruc
7 aprel 2026 21:19
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
5 aprel 2026 15:12
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Onun general pensiyası da kəsildi
31 mart 2026 20:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
Xəbər lenti
- Macarıstanla münasibətlərə zərər gəlməyəcək- Deputat Cavanşir Feyziyev
14 aprel 23:54
- Bakının bəzi ərazilərinə şiddətli dolu yağır
14 aprel 23:37
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
14 aprel 22:45
- Uşaq qidasından həşərat çıxıb? - Nəzarətə götürüldü
14 aprel 21:02
- Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi
14 aprel 20:34
- Kəmaləddin Heydərova iki müavin təyin edildi
14 aprel 19:10
- Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün...
14 aprel 17:30
- Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı
14 aprel 17:09
- İlham Əliyev yeni səfirləri qəbul etdi (YENİLƏNİB)
14 aprel 13:12
- Ermənistana getmərəm, çünki YARAM SAĞALMAYIB... – Aqil Abbas
14 aprel 11:57
- Rus dilində olan kənd adlarını dəyişdirəcəklər
14 aprel 11:44
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 11:35
- ABŞ və İran yenidən masaya oturur: tarix və məkan açıqlandı
13 aprel 23:35
- Lalə Şövkət daha siyasətlə maraqlanmır (AÇIQLAMA)
13 aprel 21:11
- Dövlət xərclərinə nəzarət gücləndirilməlidir - DEPUTAT
13 aprel 20:03
- Azərbaycan gimnastları dünya kubokunda QIZIL MEDAL qazandılar
13 aprel 18:25
- Xalq artisti vəfat etdi
13 aprel 18:14
- Kuba prezidenti: ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram
13 aprel 17:11
- Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13 aprel 14:27
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 14:18
- Pensiyalar SABAH ödəniləcək
13 aprel 13:11
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 12:46
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 11:58
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 11:41
- Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
13 aprel 00:18
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 23:56
- Tramp: İranı bir gündə silərəm
12 aprel 23:05
- Xərçəng riskini azaldır
12 aprel 20:08
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 19:53
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 16:27
Video & Fotoqalereya
Video
Fotoqalereya
