Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
Deputat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş partiyasının lideri Fazil Mustafa aktual mövzularla bağlı Musavat.com-a geniş müsahibə verib.
Xeyli maraqlı məqamların əksini tapdığı müsahibəni oxucularımıza təqdim edirik:
- Fazil bəy, indiki indiki situasiyada sizcə, Azərbaycan daxil, dünyanın ən ciddi problemi nədir? Bəşəriyyət ən çox nədən əziyyət çəkir və ya nəyin əziyyətini çəkir?
- İndi ən böyük problemlərdən biri beynəlxalq hüquqla bağlıdır. Beynəlxalq hüququn heç bir qaydaları işləmir və burada da dövlətlərin başçılarının çevik ağlı, qarşıya çıxa biləcək istənilən situasiyanı idarəetmə qabiliyyəti çox böyük rol oynayır. Şükürlər olsun ki, Azərbaycanda bu istiqamətdə hadisələrə, proseslərə çevik yanaşma var. Siz təsəvvür edin, şimalımızda müharibə gedir, cənubumuzda müharibə gedir, ortada qalmışıq. Və belə bir vəziyyətdə həm şimalla, həm cənubla tarazlığı qoruyub saxlamaqdan böyük bir qabiliyyət, böyük bir iş yoxdur. Təsəvvür edin ki, biz həm Ukraynaya humanitar yardım edirik, həm Rusiya ilə normal münasibətləri qoruyuruq, həm İrana humanitar yardım edirik, həm də İrana hücum edənlərlə də yüksək səviyyədə münasibətlərimizi qoruyub saxlayırıq.
- Yəni odla tezalışan maddənin arasında qalmış kimiyik...
- Bəli, onların arasında. Amma biz yenə də nə yanırıq, nə üşüyürük.
- Azərbaycan Simurq quşu obrazında...
- Simurq quşunun yalnız özünü qorumaq hədəfi olmur, həm də işiqlı dünyayaya çıxış üçün hazırlıqlı olmağa çalışır. Ona görə də bu məsələlərdə daha çox həssaslıq və səbr tələb olunur. Bu, həm də əslində bir az da faydamıza olan dövrdür. Biz adətən, standartlara alışmış cəmiyyətlər olaraq bir çox hallarda hər şeyin düzənli qaydada gedəcəyi təsəvvürünü daşıyırıq. Amma zaman göstərir ki, bəzən bu kimi xaotik vəziyyətlərdə insanların, dövlətlərin potensialı daha çox üzə çıxır. Bir dövlətin, millətin nəyə qadir olduğu daha çox bu cür şəraitdə aşkara çıxır. Kənardan izləyirlər ki, bu cür silkələnmə, zəlzələ, təlatümlərin, qasırğaların içindən içindən özünü necə sağ çıxaracaqsan? Dənizçilər arasında belə bir deyim var: dənizdə təhlükəli döngə yoxdur, yaxud liman yoxdur. Yəni hər limanda bir qayalığa dəyə bilərsən, hər naməlum limanda hansısa faciə yaşaya bilərsən.

- Təkcə “Bermud üçbucağı” təhlükəli ünvan deyil...
- Əlbəttə. Təkcə “Bermud üçbucağı” məsələsi deyil. Bütün sahillərdə problem ola bilər. Ona görə də biz əslində özümüz də hiss etmədən xaotik vəziyyətə hazır olan bir dövlətə çevrilmişik. Çətinliklər, qaydasızlıqlar içində özümüzü qorumağın yollarını tapa biliriksə, bu olduqca önəmlidir. Həm də müəyyən dərəcədə özümüzə aid olan problemləri də çözməyə davam edirik.
- Konkretləşdirsək, söhbət hansılardan gedir?
- Məsələn, bizim ən böyük problem Ermənistanla olan problemdir. Ermənistandan gələn mesajlar bizim irəli sürdüyümüz ideyaların irəliləməsinə kömək edir. Yəni, birinci növbədə, məsələn, Qarabağla bağlı separatçılığın ümumiyyətlə, Ermənistanın indiki hakimiyyəti tərəfindən rədd edilməsi bizim arzuladığımız yanaşmadır. İkinci, sülh danışıqlarının, sülh prosesinin dönməz xarakter alması, müharibə riskinə qarşı indiki Ermənistan rejiminin açıq mövqe qoyması və seçkini də bu platformaya daşıması - müharibə istəyənlər və istəməyənlər üzərində qurması - bizim işimizə tam uyğun gələn bir prosesdir. Demək istədiyim odur ki, belə bir vəziyyətdə bizə aid olan, bizim üçün həyati əhəmiyyət daşıyan digər problemlərin də həllini gerçəkləşdirə bilirik, həllini irəlilədə bilirik. Bu baxımdan, məncə, bu dövr bizim bir az çevik zəka və çevik əməl problemini necə həll etməyimizin bir imtahanı dövrüdür. Məncə, biz bu imtahanı normal keçiririk və fikrimcə, yəqin ki, nəticə də uğurlu alınacaq.
- Maraqlı məqamlara toxundunuz. Artıq Ermənistanda deyirlər ki, Ermənistanın təhlükəsizliyinin qarantı Azərbaycandır…
- Ardınca da deyirlər ki, Azərbaycanın da təhlükəsizliyinin qarantı Ermənistandır. Əslində, bu ritorikanın Ermənistan cəmiyyətində mövcudluğu bizim üçün önəmlidir. Yəni ki, artıq bizim aramızda olan anlaşmazlıqdan kiminsə istifadə edib, məkanlarımızı yenidən hərbi münaqişə zonasına çevirməsinə ikimiz də imkan verməməliyik, bunun məsuliyyətini ikimiz də daşıyırıq.
- Son nəticədə, ötən əsrdən başlayan bir ideya var idi ki, ölkə prezidenti də Tiflis səfərində bu barədə danışmışdı, “Qafqaz evi” ideyası. Məntiqlə, bu evin təhlükəsizliyinin təmin olunması, qapıların möhkəm bağlanması son nəticədə Qafqazı xilas edə bilər. Amma şimaldan yenə də soyuq küləklər əsir, Rusiyada yenidən Qarabağ məsələsini körükləməyə çalışırlar. Ermənistana, Azərbaycana paralel şəkildə hansısa formada dil uzadanlar var. Təhlükə realdırmı?
- Bilirsiniz, şimalda bütün hallarda imperiya ambisiyası hər zaman qalmaqdadır. Onlarda xarici siyasət strategiyası konkret dövlətin sərhədləri hüdudunda müəyyən olunan strategiya kimi anlaşılmır. Əsasən imperiya xəyalları üzərində qurulan strategiyadır. Eyni şey cənub qonşumuza da aiddir. Eyni şey Amerikanın özünə də aiddir. Yəni, hələ öz hüduduna sığışma ilə qane olacaq anlayışını daşımırlar. Onlar öz hüdudlarından kənarda bu prosesləri xəyallarında və ya nəzəriyyələrində qurduqları istiqamətdə davam etdirməyə çalışırlar. Zaman-zaman bunun əks zərbəsini də alırlar. Məsələn, məlum gərginlik iki slavyan xalqının böyük, amansız, dörd ildən artıq davam edən faciəli müharibəsinə gətirib çıxardı. Yəni bu cür strateji yanlışlıq o ölkələrin özü üçün də xeyirli deyil. Özləri üçün daha böyük fəlakətlərə səbəb olur. Necə ki, 1914-1918-ci illərdə Rusiya müharibəyə girməsəydi, bir az bundan yayına bilsəydi və Çarqradı, (Konstantinopolu), yəni İstanbulu işğal etmək xəyallarına düşməsəydi, dünyanın ən inkişaf etmiş ölkəsinə çevrilə bilərdi. Yəni Amerikadan da güclü bir dövlət ola bilərdi. O resurslar heç ABŞ-da da yox idi. Amma nəticəsi nə oldu? Bolşevik inqilabı, vəhşi bir sistem və o sistem Çar Rusiyasının əldə etdiyi bütün nailiyyətləri, intellektual və maddi uğurları məhv etdi, sıradan çıxartdı. Düzdür, sonradan toparlanıb, özü də bir imperiyaya çevrildi, amma bir neçə nəslin məhv olması ilə yekunlaşdı. Halbuki, XX yüzilin əvvələrində yetişən o intellectual nəsil bir daha təkrarlanmadı. O cür filosoflar, yazarlar, düşüncə adamları nəslinin böyük əksəriyyəti ideologiyanın içində məhv oldu. Məsələn, nə qədər tanınmış Pasternak, Nabokov, yaxud Bunin kimi şəxsiyyətləri - ədəbiyyatda Fadeyevlər, Konstantin Simonovlar əvəz etdi. Yəni o miqyasda düşüncə adamı, o miqyasda ədəbiyyat adamı, Tolstoy səviyyəsində yazar yetişmədi. Bu, Çar Rusiyasının mühitinin uğuru idi və Sovet sistemi bu uğuru təkrarlaya bilmədi. Almanlarla müharibədən sonra əsir alman zəkasının yardımı ilə müəyyən mənada texnologiyada, elmdə irəliləyişlər olsa da, düşüncə həyatı xeyli gerilədi. Bu baxımdan eyni proses başqalarına, həmçinin bizə - Azərbaycana da aid edilə bilər. Məsələn, Çar Rusiyasından müstəqillik qazanan bizim ziyalı nəslini sonrakı dövrlərdə əvəz edə biləcək, o miqyasda yeni bir nəslin yetişməsi mümkün olmadı. Bu da çox önəmlidir. Bizim ötən yüzilin 90-cı illərindəki xalq hərəkatı, məsələn, 1917-ci il xalq hərəkatı ilə müqayisədə liderlərin itellektual keyfiyyəti baxımından daha geridə idi. Bu da bolşevik ideoloji sisteminin zədələdiyi insan amilinin real durumu olaraq anlaşılmalıdır.
- Bu dərinliklərə getdikcə getmək, tarixi xronologiyalara baş vurmaq mümkündür. Üstəlik də müasir dövrdə qarşıdurmalara tezliklə son qoyulacağı barədə də nikbin qənaətə gəlmək üçün əsaslar mövcud deyil. Belə bir durumda Azərbaycan öz yolu ilə getsə də, əl-ayağına dolaşanların maneələri tükənmir, hətta Zəngəzur dəhlizinin qarşısını kəsmək istəyənlər yenidən aktivləşib. İranda bağlı gərginliklər fonunda Rusiya yenidən bölgədə münaqişə fitilini alışdırmağa çalışır, bölgəmizə iştahla baxmağa başlayıb. Cərəyan edənlər Zəngəzur dəhlizinin qarşısını ala, prosesləri geri ata bilərlərmi?
- Yox, proseslərin geri gedəcəyini düşünmürəm. Çox şey Ermənistanda seçkilərin nəticəsindən asılı olacaq. İndiki hakimiyyət özünü qoruya biləcəksə, seçkidə yenidən əhalidən dəstək, etimad alacaqsa, birmənalı şəkildə Zəngəzur dəhlizi ilə bağlı daha konkret və sərt addımlara gedəcək. Burada da əsas iki iradədən söhbət gedir - Azərbaycan və Ermənistan iradəsindən. Kənardan kimsə nəyisə arzulaya, nəyəsə təsir etmək istəyə bilər, amma iki dövlətin ümumi iradəsi başqasının bura müdaxilə etməsinə imkan verməyəcək. Yəni İranın və Rusiyanın bu proseslərə birbaşa müdaxiləsi mümkün deyil. Çünki Ermənistanın baş naziri Putinlə görüşdə birmənalı şəkildə ölkəsinin daxili işlərinə qarışmağın mümkün olmayacağını bəyan etdi. Göstərdi ki, Ermənistan Konstitusiyasında yazılanlara sizin arzularınız uyğun gəlmir. Azərbaycan prezidenti də, diqqət etdinizsə, məlum təyyarə hadisəsindən sonra atdığı addımlarla, davranışlarla göstərdi ki, hər hansı bir şəkildə Azərbaycanın hədəflərinə yönəlik bu cür neqativ yanaşmalara sərt dirəniş göstəriləcək və onun qarşısı dərhal alınacaq. Ona görə də sahadə yalnılz iki dövlətin razılaşdığı model həyata keçəcək. 3-5 ay tez və ya gec ola bilər, amma mütləq həyata keçəcək. Xalqın etimadını qazanacağı halda, Ermənistan tərəfi də daha sürətli şəkildə addımlar atmağa çalışacaq.
- Fazil bəy, bu günlərdə Türkiyədə futbol yarışında iştirak etdiniz. Yəqin ki, iki qardaş ölkənin münasibətlərinə xələl gətirmək istəyənlərin mövcudluğu da müzakirə mövzusu oldu. Hazırda Azərbaycana yanaşma, münasibət necədir?
- Əslində Türkiyədə Azərbaycana fərqli təbəqələrin fərqli yanaşması gözləniləndir. Əsas rəsmi yanaşma budur ki, Azərbaycanla Türkiyə arasında heç bir problem yoxdur. Onsuz da bizim əvvəldən İsraillə də dostluğumuz var idi, İranla da normal münasibətimiz var. Biz Türkiyə ilə də qardaşlıq münasibətlərindəyik, Pakistanla da. Biz strateji konturları dəyişməmişik, olduğumuz yerdəyik və münasibətləri davam etdiririk. Türkiyənin dövlət olaraq hədəfləri ilə Azərbaycanın hədəfləri eyini olmaya bilər. Çünki bizim miqyasımız da, çəkimiz də eyni deyil. Biz Qafqazda lider ölkə olmaq iddiasındayıq, Türkiyə isə bölgədə lider olmaq iddiasındadır, bunlar tamam fərqli məsələlərdir. Tutaq ki, bölgədə əlli dövlət var, Qafqazda isə cəmi üç dövlət. Üç dövlətin çempionatında oynamaqla əlli dövlətin çempionatında oynamaq fərqli bir şeydir. Üstəlik, Türkiyə Afrika və digər region ölkələri arasında nüfuzunu gücləndirməyə çalışır. Ona görə də Türkiyənin dostları və düşmənləri bəzən bizdən fərqli ola bilər. Amma bizim başqası ilə münasibətimizin Türkiyə ilə münasibətlərimizi zədələyəcək heç bir məqamı yoxdur. Bu, bilirsiniz nəyə oxşayır: mən sizinlə dostam, amma sizin düşməniniz olan başqası ilə də normal münasibətim var. Mənim onunla münasibətm sizə qarşı düşmənçiliyə çevrilmədikcə, sizinlə dostluğum davam edəcək, lakin korporativ maraqlar onunla münasibət saxlamağımı tələb edir. Amma bu, sizinlə dostluğumuza xələl gətirmir axı. Bu baxımdan bizlər doğru mühakiməyə alışmalıyıq. Bəzən bizdə də eyni mühakimə ilə yanaşma olur. Məsələn, Türkiyədən, CNN Türkdən Qarabağ savaşından tanıdığımız və cəsarətini alqışladığımız Fulya getmişdi, İrandan Türkiyə siyasətinə uyğun olan reportajlar verirdi. Bizdə onu tənqid edirdilər. Bunun özü də anormallıqdır. Türkiyə dövlətinin siyasəti budur, jurnalist də o siyasəti təmsil edir. Azərbaycanlı müxbir də gedib, bizim baxış bucağımızdan orada eyni davranışı sərgiləyə bilər. Sənin hansısa xəyalların, İran üzərindən hansısa qeyri-real yanaşman varsa, kimsə bunu real siyasət kimi ifadə etməyəcək ki…Ona görə də biz bu cür detallar üzərində məntiqsiz fikir yürütməməliyik. Əsas prinsip budur: münasibətlər maraqlar üzərində qurulur. Dövlətlər emosiyalarla deyil, maraqlarla hərəkət edir. Prezident də qeyd etdi ki, vaxtilə biz Türkiyə ilə İsraili barışdırdıq. Azərbaycan Suriyanın yeni yönətiminə dəstək məsələsində də aktiv rol aldı. Demək istədiyim odur ki, biz belə məsələlərdə bir-birimizi dərindən anlayırıq.
- Hətta İsrail və İran da?
- İsrail də, İran da bizi anlayır. İrana nə lazımdır: bizim ərazimizdən ona qarşı istifadə olunmadı. Ərəb ölkələri ilə sən ona görə savaşırsan ki, ABŞ bazaları ordan istifadə etdi. Biz kiçik dövlət də olsaq, imkan vermədik ki, ərazimizdən İrana qarşı kimsə istifadə etsin. Bu, İranı qane edir. Bizi də qane edir ki, İran bizə hansısa şəkildə təhlükə yaratmasın, dron atmasın. Atanda, Prezident çox sərt şəkildə etirazını dilə gətirdi. İran tərəfi bunun yanlışlığını müəyyən dərəcədə anladığına görə, artıq biz ora humanitar yardım göndərdik, jestlər etdik. Dövlətlərarası münasibətlər kiminsə istəyi, xəyalları üzərində qurulmur, maraqlar, qonşuluq prinsipləri üzərində qurulur, buna uyğun davranmağa məhkumuq. Mənə nə var səndə hansı rejimdir?! Mənə toxunma, mənə problem yaratma, öz rejimini, öz həyatını istədiyin kimi öz ərazində yaşa. Mənim ərazimdə öz ideologiyana uyğun hansısa din-məzhəb xəstəsi yetişdirməyə çalışacaqsansa, öz dəyərlərinə bağlı bir dünyəvi dövlət olaraq bütün vasitələrlə bunun qarşısını alacağıq! Yəni bu bizim dəyişməz prinsiplərdir. Bizdə dövlətin mövqeyi budur. Cəmiyyət daxilində fərqli fikirlər ola bilər. Kimsə xəritəni götürür, İranı bölür, ordan bir Azərbaycan çıxarırır, kofeyə süd əlavə edirmiş kimi, bir az ərazi də əlavə edir. Bu da insanların təxəyyülü, ədəbi-siyasi zövqüdür, bunu dövlətə aid siyasət kimi anlamaq qətiyyən doğru deyil. Ona görə də biz münasibətləri bir az sadələşdirməliyik. Ayrı-ayrı adamların mövqeyini, fikirlərini dövlətin mövqeyi kimi diqqətə gətirməməliyik və rəsmi mövqeyimizi də olduğu kimi davam etdirməliyik. Bundan Türkiyədə yüz-yüz əlli adamın xoşu gəlməyəcək, nə olsun!? Amma rəsmi Ankara bizimlə münasibətdə anlayır ki, bizim bu addımı atmağımız zəruridir və bizim özümüzü qoruma istəyimiz, marağımız var. Onda artıq bu məsələdə kimisə qınamaq olmur. Körfəz ölkələrinin vəziyyətinə baxın, milyardlarla vəsait xərclədilər ki, ABŞ onları qoruyacaq. İran onların bütün infrastrukturuna zərbə endirdi. Bu, nə deməkdir? Deməli, kimsə gəlib bizə vəd edə bilər, amma real işə gələndə, qorumayacaq. Qorumayacaqsa, biz onda nə edək? Özümüz-özümüzü qorumağa haqqımız varmı? Ağlımız varmı? Biz bunu etməliyik, başqa yolumuz yoxdur.
Elşad Paşasoy
- İlham baba mənə KAMAZ göndərdi
11 aprel 2026 20:47
- Səhiyyə Nazirliyinin nevroloqu cavablandırır: Parkinson xəstəliyini necə tanımaq olar?
11 aprel 2026 10:59
- Sabiq agentlik sədri açıqladı - Pullar Vasif Talıbovun oğlu Seymura çatırdı
10 aprel 2026 21:12
- Azərbaycanda boşanma xəritəsi: Hansı rayonlarda ailələr daha çox dağılır? - RƏSMİ STATİSTİKA
9 aprel 2026 11:00
- Tramp: İran nüvə silahlarından imtina etməyə və Hörmüz boğazını açmağa razılaşıb
9 aprel 2026 09:56
- Türkiyədən Paşinyana SEÇKİ sürprizi – Ankara BUNA getsə...
9 aprel 2026 09:47
- Bundan sonra da savaş davam etdirilsə, ABŞ və İsrail istədikləri heç bir nəticəni əldə edə bilməyəcək…
8 aprel 2026 22:36
- Tərk etməyi öyrən, xoşbəxtliyin açarı budur... - Buddadan hikmətli kəlamlar
8 aprel 2026 19:00
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
8 aprel 2026 14:09
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
6 aprel 2026 23:04
- Hər gün ispanaq yeməyin faydasını bilirsiniz?
12 aprel 00:07
- İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? /DOSYE
12 aprel 00:02
- Azərbaycanda 80 manat pensiya alan Qarabağ veteranlarının sayı açıqlandı
11 aprel 23:34
- ABŞ İranın dondurulmuş aktivlərini azad etməyə razılaşıb - KİV
11 aprel 21:48
- İlham baba mənə KAMAZ göndərdi
11 aprel 20:47
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 19:19
- Bu gün paytaxtda 550 küçə yuyuldu - Fotolar
11 aprel 18:40
- Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar
11 aprel 13:44
- Hərbçilərimz Türkiyədə birgə təlimdə - Fotolar
11 aprel 12:36
- Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
11 aprel 11:43
- Səhiyyə Nazirliyinin nevroloqu cavablandırır: Parkinson xəstəliyini necə tanımaq olar?
11 aprel 10:59
- Prezident balaca Ayazın ailəsinə KAMAZ hədiyyə etdi (VİDEO)
11 aprel 10:40
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı
11 aprel 00:29
- Bakıda Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirilib
10 aprel 23:32
- Nəticəni 24 saata biləcəyik - Tramp
10 aprel 23:06
- Litvanın Baş naziri Heydər Əliyev Mərkəzində - Fotolar
10 aprel 21:25
- Sabiq agentlik sədri açıqladı - Pullar Vasif Talıbovun oğlu Seymura çatırdı
10 aprel 21:12
- Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirildi
10 aprel 20:51
- Şənbə günü 20° isti olacaq
10 aprel 17:23
- Prezident MİDA-nın bir qrup əməkdaşını təltif etdi
10 aprel 17:14
- İşığa çevrilən ömür: Elmin, mərhəmətin və mənəvi ucalığın simvolu
10 aprel 13:46
- İşə qəbul zamanı mütləq NARKOLOJİ RƏY təqdim etməli olacağıq
10 aprel 13:24
- Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəldi (FOTO)
10 aprel 13:02
- Putin Pasxa atəşkəsi elan etdi
10 aprel 10:40
- QALİB KİMDİR: ABŞ, İRAN, YOXSA…
09 aprel 22:43
- Litvanın Baş naziri Bakıda xalça toxudu - Fotolar
09 aprel 21:53
- TƏCİLİ! Prezident hərbi xidmətlə bağılı SƏRƏNCAM İMZALADI
09 aprel 17:51
- İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
09 aprel 17:01
- İlham Əliyev Litvanın Baş nazirini qəbul etdi (FOTO)
09 aprel 12:07
- Azərbaycanda boşanma xəritəsi: Hansı rayonlarda ailələr daha çox dağılır? - RƏSMİ STATİSTİKA
09 aprel 11:00
