Türkiyə - Azərbaycan qardaşlığına yeni töhfə - Deputаt Əli Məsimli
Müsahibə6 mart 2025 17:25

Dünya düzəninin hazırkı təlatümləri, qeyri-müəyyənlikləri, çağırışları və proqnozlaşdırılması mümkünsüz hala düşmüş meyllərinin təsiri ilə regional münasibtlərin genişləndirilməsi və dərinləşdirilməsi əsas prioritetlərdən birinə çevrilib. Belə bir şəraitdə bizə dost olan ölkələrlə münüsibətlərimizin dərinləşdirilməsi həm ölkə, həm də regional kontekstdə xüsusis aktuallıq kəsb edir. Bu baxımdan qardaş Türliyə və bizə dost olan ölkələrlə münasibətlərimizi daha da gücləndirmək,genişləndirmək və dərinləşdirmək öbyektiv zərurətə çevrilib.
Azərbaycan Prezidenti İlham Əliyevin martın 5-də Ankaraya işgüzar səfəri həmin ideyalara xidmət edən səfərlərdəndir.İki qardaş dövlətin başçıları arasında keçirilən görüşdə regional və qlobal hadisələrin müzakirəsi ilə yanaşı, Azərbaycanla Türkiyə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri,qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.Səfər çərçivəsində 25 sentyabr 2023-cü il tarixində Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan İğdır-Naxçıvan təbii qaz kəmərinin bu il martın 5-də Ankarada videobağlantı formatında açılış mərasimi keçirilib. Azərbaycan və Türkiyə dövlət başçıları mərasimdəki çıxışlarında bir sıra mühüm məsələlərə toxunub və vacib mesazlar veriblər.
Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında bildirib ki, Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir.Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır.Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi.Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu həm ölkələrimiz, həm daha geniş coğrafiya üçün çox gözəl üstünlüklər təmin edir. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir.Türk dünyasının birləşməsi yolunda Türkiyə Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi.Bugünkü mərasim bir daha Türkiyə-Azərbaycan birliyini, dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür.
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan öz çıxışında xüsusi vurğulayıb ki, “Bir millət, iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik. Ölkələrimiz arasındakı münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf edir. Şübhəsiz ki, bu əməkdaşlıqlarımız arasında bir çox layihə ilə taclandırdığımız enerji sektoru başda yer alır.İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq. Naxçıvanın enerji təhlükəsizliyini uzun illər təmin edəcək bir layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq. Türkiyə Prezidenti İğdır-Naxçıvan təbii qaz kəmərinin açılış mərasiminin Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirəcəyinə inamını ifadə edib.
Doğrudan da İğdır-Naxçıvan təbii qaz kəməri layihəsinin reallaşdırılması çox mühüm hadisədir. Kəmər gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək gücünə malikdir ki, bu da Naxçıvanın qaz tələbatını tam şəkildə ödəməyə imkan verir. Bu layihənin reallaşdırılması Azərbaycanın öz resursları vasitəsilə Naxçıvanın birbaşa təbii qazla təmin etməsinə şərait yaradacaq və bu əsasda muxtar respublikanı enerji təhlükəsizliyinin təmin edilməsi sahəsindəki riskləri aradan qaldıracaq. Naxçıvanın qaz təchizatıda enerji tədarükü şaxələnəcək,yalnız bir mənbədən asılılığı aradan qalxacaq və enerji təhlükəsizliyi möhkəmlənəcək.Ən əsası isə İğdır-Naxçıvan təbii qaz kəməri layihəsinin qısa zaman kəsinində reallaşdırılması Türkiyə-Azərbaycan qardaşlığına çox sanballı yeni töhfədir.
Oxşar xəbərlər
- Uzunömürlü SABİQLƏR
21 mart 2025 19:47
- SON DƏQİQƏ! Qar uçqununa düşən hərbi qulluqçularımızın nəşi tapıldı
21 mart 2025 18:17
- Putin Azərbaycan Prezidentini təbrik edib
21 mart 2025 12:53
- Bu gün Beynəlxalq Novruz günüdür
21 mart 2025 12:27
- Qar uçqununa düşən əsgərlərimiz... – Fotolar
21 mart 2025 00:53
- Ermənistan rəsmisinin sensasion etirafı: Azərbaycanın iddiaları təsdiqləndi, gizlinlər üzə çıxdı
20 mart 2025 23:58
- Prezident Mirziyoyevlə danışdı
20 mart 2025 22:42
- Türk düşmənləri durduruldu
20 mart 2025 16:51
- Bakıda Kollecin direktorunu rüşvətə görə EŞŞƏK kimi döydülər
20 mart 2025 14:20
- Mehdiyev 671 manat borca görə vətəndaşı məhkəməyə verdi
20 mart 2025 13:29
Xəbər lenti
- Uzunömürlü SABİQLƏR
21 mart 19:47
- SON DƏQİQƏ! Qar uçqununa düşən hərbi qulluqçularımızın nəşi tapıldı
21 mart 18:17
- Fazil Mustafaya qarşı sui-qəsdə cəhd edənlərdən biri də SAXLANILDI - DTX-dən ƏMƏLİYYAT
21 mart 16:18
- Novruz bayramı münasibətilə 897 məhbus Ə F V edilib
21 mart 15:49
- Putin Azərbaycan Prezidentini təbrik edib
21 mart 12:53
- Bu gün Beynəlxalq Novruz günüdür
21 mart 12:27
- Qar uçqununa düşən əsgərlərimiz... – Fotolar
21 mart 00:53
- Ermənistan rəsmisinin sensasion etirafı: Azərbaycanın iddiaları təsdiqləndi, gizlinlər üzə çıxdı
20 mart 23:58
- Qorxu və qisas
20 mart 23:45
- Prezident Mirziyoyevlə danışdı
20 mart 22:42
- Türk düşmənləri durduruldu
20 mart 16:51
- Deyirdilər ki, bu oğlan o qızı alacaq ” – Sabiq deputat bayram xatirəsini danışdı
20 mart 15:05
- İmamoğlu kimdir: Ərdoğanın əsas rəqibini zirvəyə və həbsə götürən ÖMÜR YOLU
20 mart 14:47
- Bakıda Kollecin direktorunu rüşvətə görə EŞŞƏK kimi döydülər
20 mart 14:20
- Hər gün REYHАN yeyin
20 mart 14:14
- Bakıda ana, qızı və nəvəsi yanaraq öldü
20 mart 13:58
- Mehdiyev 671 manat borca görə vətəndaşı məhkəməyə verdi
20 mart 13:29
- Azərbaycanda Novruz bayramıdır
20 mart 12:49
- Prezidentdən Novruz bayramı ilə bağlı paylaşım - Foto
20 mart 12:33
- Bakcell DaimOnline ilə tələbələrə 5GB hədiyyə edir!
20 mart 12:18
- 20 Yanvar stansiyasında törədilən terror aktından 31 il keçir
19 mart 22:28
- NАR-ın dəstəyi ilə -Breyn Rinq-in yeni mövsümü başlayır
19 mart 22:27
- CHP İmamoğluna görə təcili toplanır - Türkiyədən AÇIQLAMA
19 mart 11:33
- Zakir Qaralovun biznesi haqda İLGİNC İDDİA
19 mart 11:27
- Əfqanıstanda qadınların səsinə də qadağa gəldi
19 mart 04:01
- Fransızlar bu gün Alman dilində danışmırlarsa, ABŞ-yə minnətdar olmalıdırlar
19 mart 01:47
- Əkrəm İmamoğlunun diplomu ləğv edildi
19 mart 01:16
- Putin və Trаmp ÜÇ SААT nə danışıblar?
19 mart 00:24
- Çar Romanovun xələfi ola bilməyən kommunist Romanov – o, -mülayim Qorbaçov-a uduzmasaydı...
18 mart 18:11
- Millət vəkili Əli Məsimli : - Azərbaycan xalqı Novruzu hər zaman xüsusi təmtəraqla qeyd edib...
18 mart 17:00
Video & Fotoqalereya
Video
Fotoqalereya