- Zaqatalada donan şəlalənin əsrarəngiz - Görüntüsü
- Keçmiş səfirimiz Londonda həbs olundu - SEKSUАL hərəkətlərə görə
- Ötən il Qazaxıstandan 15 TON at-qatır, Monqolustandan QOYUN -quzu əti, Braziliyadan 3 MİN TON HEYVАN DİLİ GƏTİRİLİB...
- GƏMRİK generalı yüksək vəzifəyə təyin edildi
- Bədbəxt oğlu bədbəxt, sən artıq ölürsən eee.... - İRəsul OD PÜSKÜRDÜ VİDEO
Rus dilli məktəblər ləğv olunmalıdır?- Tənzilə Rüstəmxanlıdan yeni təklif

Son günlər Azərbaycan və Rusiya arasındakı siyasi münasibətlərdə artan gərginlik fonunda ölkəmizdə fəaliyyət göstərən rusdilli məktəblərin bağlanması və ya dövlət tərəfindən maliyyələşdirilməsinin dayandırılması məsələsi yenidən gündəmə gəlib.
Bu mövzu cəmiyyətdə geniş müzakirələrə səbəb olub və müxtəlif yanaşmalar irəli sürülməkdədir. Hazırda Azərbaycanda orta məktəblərdə təhsil alan şagirdlərin təxminən 10%-i, yəni 150 mindən çoxu rus bölməsində oxuyur. Bəzi ekspertlər və ictimai xadimlər bu məktəblərin tamamilə bağlanmasını və ya pullu təhsil müəssisələrinə çevrilməsini təklif edirlər. Onların fikrincə, dövlət tərəfindən maliyyələşdirilən rusdilli təhsil Azərbaycan dilinin mövqeyini zəiflədir və ölkənin milli kimliyinə təsir edir. Digər tərəfdən, rus bölməsinin qorunub saxlanılmasının tərəfdarı olanlar bunun təhsil sistemində seçim azadlığını və beynəlxalq inteqrasiyanı gücləndirdiyini iddia edirlər.
Mövzu ilə bağlı millət vəkili Tənzilə Rüstəmxanlı Musavat.com-a danışıb:
"Azərbaycan təyyarəsinin Qroznı səmasında vurulmasından sonra rəsmi Bakının Moskvaya qarşı haqlı tələbləri Kremlin xoşuna gəlmədi. İlkin dövrdə yanlış münasibət bir yana, ardınca da Azərbaycan mətbuatını Rusiyanın ünvanına əsassız ittihamlar irəli sürməkdə günahlandırmaq da bunun təzahürüdür. Bu məsələdə dövlət başçısı sözünü qəti və net olaraq çatdırıb. Burada əlavə şərhlərə ehtiyac yoxdur. Biz Rusiyanı hadisəni qəsdən törətməkdə ittiham etmirik. Hadisədə Rusiya vətəndaşları da həlak olub. Sadəcə, təyyarəmizi vurublarsa, zərərçəkənlərin təzminatını ödəməlidirlər. Kreml bu reallıqla barışmalıdır.
Zaman-zaman İran və Rusiya ilə fikir ayrılıqlarımız yaranır, bəzən isə qarşıdurma səviyyəsinə qədər gedib çıxır. Ancaq bütün hallarda prinsipial və qətiyyətli mövqe nümayiş etdirməklə yanaşı, qonşu dövlətlərlə münasibətlərimizi qorumağa çalışmalıyıq. Mən indiki məqamda Rusiya ilə münasibətlərin gərginləşdirilməsinin yox, problemlərin aradan qaldırılmasının tərəfdarıyam. Rusdilli məktəblərlə bağlı məsələyə gəldikdə isə, burda milli məsələ əsas tutulmalıdır. Təbii ki, fərqli dillərdə danışmaq bacarığı müəyyən üstünlük hesab oluna bilər. Amma Ana dilini, tarixini aşağılayıb, başqa bir dilin təbliğ edilməsi, vətəndaşların vergiləri hesabına formalaşan büdcədən bu istiqamətə vəsait yönləndirilməsi, məqsədindən asılı olmayaraq, qəbuledilməzdir. Fərdi qaydada istənilən şəxs öz vəsaiti hesabına gedib, istədiyi dili öyrənə bilər və buna heç kim qarşı da çıxmır. Ancaq bu dilin “fövqəltəbii” vacibliyini qabardıb, orta məktəblərimizdə əsas dil kimi tədris olunması, təhsil sistemimizin bir parçasına çevrilməsi normal və anlaşılan bir durum deyil. Rusdilli məktəblərin dövlət büdcəsi hesabına maliyələşdirilməsi olmaya da bilər, özəl məktəblər aça bilərlər. Mən düşünürəm ki, rus dilini ikinci bir dil kimi təqdim etməkdən vaz keçilməlidir".
- Səbail Bələdiyyəsinin namizədləri burada yaşamır. Hətta burada qeydiyyatları belə yoxdur..
14 fevral 2025 17:50
- GƏMRİK generalı yüksək vəzifəyə təyin edildi
14 fevral 2025 12:32
- Sənədsiz evlərin və mənzillərin taleyi NECƏ olacaq?
13 fevral 2025 22:00
- Prezident Türkiyənin yeni səfirini qəbul etdi - Video - Fotolar - Yenilənib
13 fevral 2025 16:07
- Bu quruma agentlik statusu verildi
13 fevral 2025 13:08
- Əli Məsimlidən Rusiyanın təzyiq və təhdidlərinə qarşı Milli Həmrəylik çağırışı - MƏQALƏ
13 fevral 2025 12:22
- Ramiz Mehdiyevin Ramanıdakı bağında nə baş verir?
13 fevral 2025 12:30
- Elçin Şıxlı: Vaxtilə SPUTNİK-i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu
12 fevral 2025 15:26
- Yunanıstanın yeni prezidenti o oldu
12 fevral 2025 14:37
- PRAYK-mağaza açın və ya xidmətlərinizi təklif edin - Ödənişsiz və vasitəçilərsiz!
12 fevral 2025 14:09
- Zaqatalada donan şəlalənin əsrarəngiz - Görüntüsü
14 fevral 18:35
- Səbail Bələdiyyəsinin namizədləri burada yaşamır. Hətta burada qeydiyyatları belə yoxdur..
14 fevral 17:50
- Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək - Sərəncam
14 fevral 16:42
- Keçmiş səfirimiz Londonda həbs olundu - SEKSUАL hərəkətlərə görə
14 fevral 14:58
- Ötən il Qazaxıstandan 15 TON at-qatır, Monqolustandan QOYUN -quzu əti, Braziliyadan 3 MİN TON HEYVАN DİLİ GƏTİRİLİB...
14 fevral 14:00
- KOBİA nümayəndə heyəti Veysəloğlu-na məxsus Məhəmmədi Logistika Mərkəzini ziyarət edib-FOTO
14 fevral 13:12
- GƏMRİK generalı yüksək vəzifəyə təyin edildi
14 fevral 12:32
- Bədbəxt oğlu bədbəxt, sən artıq ölürsən eee.... - İRəsul OD PÜSKÜRDÜ VİDEO
14 fevral 00:35
- Bakıda məşhur model BАLАKİŞİYEVА həbs edildi
13 fevral 22:19
- Sənədsiz evlərin və mənzillərin taleyi NECƏ olacaq?
13 fevral 22:00
- Azərbaycanda qalan sonuncu KOLXOZ da adını dəyişdi
13 fevral 21:49
- Texniki Universitetdə qalmaqal- Rektor Vilayət Vəliyev niyə 100-dən çox tələbəni xaric edib?
13 fevral 21:27
- Eks sikiper Rəsul Quliyev: Türk ordusu Azərbaycana gələcək və Rusu ən azı Rostova qədər qovacаq...
13 fevral 20:44
- AQTA benzin satır? - Qurum özü ilə satınalma müqaviləsi bağlayıb
13 fevral 20:08
- 27 dəfə hamilə qalıb, 69 uşaq DOĞUB
13 fevral 18:26
- Bəşər Əsədin oğlu Hafez Əsəd DАNIŞDI
13 fevral 18:07
- Yüksək vəzifəyə təyin edilən Rüfət Mahmud kimdir?
13 fevral 16:40
- Prezident Türkiyənin yeni səfirini qəbul etdi - Video - Fotolar - Yenilənib
13 fevral 16:07
- Bu meyvə qocalmanı gecikdirir
13 fevral 14:43
- İcra başçısı fermerlərin torpaqlarını niyə əlindən alır?- CANLI YAYIM
13 fevral 13:38
- İş adamları Rusiyada sıxışdırılır? - Rəhimovdan açıqlama
13 fevral 13:30
- Bu quruma agentlik statusu verildi
13 fevral 13:08
- Əli Məsimlidən Rusiyanın təzyiq və təhdidlərinə qarşı Milli Həmrəylik çağırışı - MƏQALƏ
13 fevral 12:20
- Ramiz Mehdiyevin Ramanıdakı bağında nə baş verir?
13 fevral 11:56
- 10-dan çox ölkənin parlament sədri Bakıya gəlir – SƏBƏB
12 fevral 18:14
- Qoşqar Təhməzlinin təsisçisi olduğu şirkət nazirliyin tenderini uddu
12 fevral 17:58
- Bu şəraitdə meyvə şirəsi istehsal edirmişlər - Video
12 fevral 17:25
- İlham Əliyev həmkarını qarşıladı - Video - Fotolar
12 fevral 16:40
- Elçin Şıxlı: Vaxtilə SPUTNİK-i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu
12 fevral 15:26
- Аna tərəfdən Hacı Zeynalabdin Tağıyevin və ata tərəfdən Şəmsi Əsədullayevin NƏTİCƏSİ ...
12 fevral 15:06