Onlar barəsində yalan ifadə verməsən, səni DTN-də öldürəcəklər, ailəni isə...

Onlar barəsində yalan ifadə verməsən, səni DTN-də öldürəcəklər, ailəni isə...” “...Qarşıda iki yol var: ya göstərilən adamlar barədə tələb olunan ifadəni verməlisən, ya da ölməlisən. Mən bildirdim ki, heç kimə böhtan atmayacağam...”
"Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da... İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...” Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır... Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb. Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir. Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik: "İstintaq materiallarından... “Şahid Hüseynov Mirzə Hüseyn oğlu: (Əvvəli ) “...Mənim döyüldüyümü Atakişiyev də bilirdi. O, məni yanına çağırıb deyirdi: “əgər onlar: Mirzə İbrahimov, Axundov və Əlizadə Qəmər barədə yalan ifadə verməsən, səni burada – DTN-də öldürəçəklər, ailəni də sürgün edəcəklər”. Yemelyanov kimi Atakişiyev də məni Bağırovun göstərişi ilə həbs etdiklərini söyləyirdi. Odur ki, qarşıda iki yol var: ya göstərilən adamlar barədə tələb olunan ifadəni verməlisən, ya da ölməlisən. Mən bildirdim ki, heç kimə böhtan atmayacağam... Daxili həbsxanada mən təkadamlıq kamerada, bəzən də adları xatırımda olmayan dustaqlarla qalırdım. İstintaq zamanı Kalinin və Padarov casus olmağım, casuslara – İran təbəələri, İran konsulluğunun rəsmi əməkdaşı Mansur Şirvani, Şaban Rəcəbi və onun oğlu Hüseynağa ilə əlaqələrim barədə ifadə verməyi tələb edirdilər. Mən bildirdim ki, heç bir casus- İran təbəəsini tanımıram, Şirvaninin də İran konsulluğunun rəsmi əməkdaşı olduğundan da xəbərim yoxdur. Onu bilirəm ki, M.Şirvaninin şəxsi maşını var idi, o da pulla istənilən adamı ürəyi istəyən yerə aparırdı. Mən onun maşınını almaq fikrinə düşdüm və ondan ev telefonu nömrəsini aldım. Telefon nömrəsi indi məni xatirimdə deyil. Maşını ondan ala bilmədim, çünki həbs olunmuşam. Şirvani isə bu günədək həbs olunmayıb, sirkdə işləyir. Şirvaninin harada yaşadığını mən bilmirəm. Şaban Rəcəbi və onun oğlu anamın uzaq qohumlarıdır. 1948-ci ildə onlar mənim mənzilimə gəlib İran demokratları ilə birlikdə sərhədi keçdiklərini bildirdilər və SSRİ-də yaşamaq üçün rəsmi icazə almaq məqsədilə hara müraciət etmək barədə məsləhət istədilər. Onlar ikisi də- ata da, bala da savadsız idilər. onlar mənim mənzilimə gələn vaxt qonşum Vera Polivanova və qulluqçu Aleksandra Davidova da bizdə idi. Polivanova hal-hazırda 9 yanvar küçəsindəki 23 №-li evdə yaşayır, Davidova da haradasa, Bakıda yaşayır. Həmin qadınlar Azərbaycan dilini çox yaxşı bilirlər və Rəcəbi ilə söhbətim zamanı əvvəldən axıradək mənim yanımda olublar. Onların yanında Rəcəbi mənə söylədi ki, onun İran demokratı olmağı barədə sənədi var. O mənə bir kağız göstərdi, orada onların həqiqətən də İran demokratları olması göstərilirdi. Mən həmin dəqiqə Padarova zəng vurub, nə eləmək lazım gəldiyini soruşdum. O mənə dedi ki, Rəcəbiləri DTN-nə göndər. Mən də ata-oğul Rəcəbiləri DTN-ə yola saldım. Mən Padarova ona görə zəng çaldım ki, onunla çoxdan tanış idim. Rəcəbilərin sonrakı aqibətindən xəbərim yoxdur. Mənim Padarovla və Rəcəbilərlə nə danışdığımı Polivanova və Davidova, eləcə də Bakıda haradasa yaşayan ata Rəcəbi də təsdiq edə bilər. 1948-ci ildən sonra mən Rəcəbini görmədiyim üçün onun harada yaşadığını deyə bilmərəm. Eşitmişəm ki, oğlu ölüb. 1948-ci ildə onun 16 yaşı var idi... Mən həbsxanada cəmisi 11 aydan bir qədər çox qaldım. Sonra mənə elan elədilər ki, SSRİ DTN yanında xüsusi yığıncağın qərarı ilə 5 il müddətinə həbs düşərgəsinə göndərilirəm. DTN daxili həbsxanasında olduğum zaman istintaqda döyüləndən sonra türmənin tibb işçiləri mənə kompres-təpitmə qoyub, yaralarıma yod vururdular. Mənə tibbi yardım göstərənin adını, təəssüf ki, bilmirəm... Bir dəfə bərk əzişdiriləndən sonra kamerada uzanmışdım, ayağa qalxa bilmirdim. Nəzarətçi bunu həbsxana rəisinə- podpolkovnikə bildirdi. Rəis kameraya gələndə mən istintaq zamanı döyüldüyümü ona bildirdim. O, əmr etdi ki, mənə su versinlər. Mənə istintaqın başa çatması barədə protokol təqdim edəndə, işi məhkəməyə göndərəcəklərini bildirdilər. İstintaq işi qovluğa tikilmiş və nömrələnmişdi. Mən istintaqın başa çatması barədə protokolu imzaladım, məhkəmə zamanı günahsızlığımı sübut edəcəyimə ümid etdim. Azərbaycan SSR cinayət prosessual məcəlləsinin 204-cü maddəsinin tələblərini yerinə yetirərkən hərbi prokuror Konstanyan iştirak edirdi. Ona Yemelyanovun, Padarovun və Kalininin məni amansızcasına döydüklərindən danışdım. Konstanyan mənə inanmadı və qulaq asmaq belə, istəmədi. Ondan başqa mən türmədə və DTN binasında prokuror görmədim... Mən Maqadan şəhərindəki düşərgənin 18-ci bölməsində saxlanılırdım. Cəza müddətində heç bir qanun pozuntusuna yol vermədiyim üçün 1952-ci ilin 17 sentyabrında düşərgədən azad edildim. Lakin mənə Maqadandan kənara çıxmaq qadağan edildi və mən ayda iki dəfə xüsusi komendaturaya gedib qeyd olunmalı idim... 1954-cü ilin 28 martında Maqadan şəhəri DTN İdarəsinin xüsusi komendaturası məni sürgündən azad etdi və mən Bakı şəhərinə gəldim. Hələ istintaq altında olduğum vaxt Kalinin mənə bildirdi ki, Şahmərdanovu döymək və xuliqanlıq etmək üstündə mənə açılan işə xitam verilib, çünki orada cinayət tərkibi yox imiş. Beləliklə, mən xuliqanlığa görə həbs olunmamışam, rəsmi sənədlərdə isə tutulmağımın səbəbi kimi yalnız xuliqanlıq göstərilib. İstintaq zamanı məni casusluqda təqsirlındidilər və 5 il müddətinə xüsusi təhlükəli ünsür kimi düşərgəyə göndərdilər. Mən indi bir daha bildirirəm ki, mənim heç bir təqsirim yox idi. Xahiş edirəm, Bağırovun göstərişi ilə mənə verdikləri vəhşicəsinə işgəncələrə görə Yemelyanov, Padarov və Kalinin kimi cəlladlar ən ciddi cəzaya layiq görülsünlər...” Təqdim etdi: Sultan Laçın
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 2025 23:01
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 2025 20:31
- Prezidentin nəvələri ilə idman zalından maraqlı FOTOLARI
12 aprel 2025 19:40
- Mən sənin əllərinə toxunduğum günü xatıralyıram - Rаsət Pirisoyu
13 aprel 2025 11:45
- Adam öldürdükdən sonra Polşaya qaçan şəxs Azərbaycana gətirildi
11 aprel 2025 20:44
- Köçəryan bizim kombinatda dəzgahları yağlayırdı, sonradan komsomol katibi oldu
11 aprel 2025 15:41
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- Milyonlarla insanın qətlə yetirildiyi ölüm düşərgəsi - Məxfilikdən çıxarılan yeni sənədlərdəki etiraflar
11 aprel 2025 13:41
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35