İlhamənin balonlarla qızılları kimə qaldı...?
Balonlarla qızılları kimə qaldı, zəhərləndiyi sübuta yetirildimi? - İlhamənin müəmması
Dünən Azərbaycan incəsənətində özünə xas yeri olan Xalq artisti İlhamə Quliyevanın doğum günüdür. O yəqin ki, ən təzadlı xarakteri olan sənət adamlarındandır. Haqqında səslənən fikirlər birmənalı deyil. Hətta ölümündən sonra belə, İlhamə qalmaqallara səbəb ola, maraq oyandıra bilir. Özünə "Primadonna” təxəllüsünü seçmişdi. Sənətkarlığına güvənərək Dədə Qorqudun missiyasına sahiblənmiş, sənətini sevdiyi müğənnilərə də müxtəlif təxəllüslər bağışlamışdı. Ümumiyyətlə, 2000-ci illərin əvvəli Azərbaycan estradasında bir ad almaq, özünə təxəllüs seçmək bumu yaşanırdı, hamısı da qəribə səslənirdi. Kimsə "Qızıl şlyager” olurdu, kimsə "Nömrə bir”, kimsə "Qızılsəs”, kimsə "MM”, Kimsə "F.A”, kimsə "Toylar kralı”, kimsə "Əjdaha”, kimsə "Barbi”, kimsə "Şahzadə”, kimsə "Faytonçu”. Saymaqla bitməz. İlhamə bu dəstənin önündə liderlik etmək üçün "Primadonna” oldu. Onun yaradıcılığını iki səhifəyə bölmək olar. Doxsanıncı illərə qədər və sonra. 90-cı illərə qədər tanıdığımız İlhamə daha çox gözəlliyi, ana-atasının şöhrəti sayəsində ortada olsa da, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Rəşid Behbudov və başqa böyük (baxmayaraq ki, fərqli janrlarda idilər və müqayisə edilməzdilər) sənətkarların kölgəsində qalmışdı. Dövr dəyişincə çox daşlar yerindən oynadı. Həmin illərdə İlhamə Quliyeva "Neylərsən?” mahnısı ilə populyarlıq qazanıb zirvəyə qalxdı və bir daha o zirvədən enmədi. Endirmək üçün çalışanlara savaş açdı, qalmaqallar yaşadı. İlhamə Quliyeva 1943-cü il avqustun 17-də Lənkəranda prokuror Məzahir Quliyev, xanəndə Tükəzban İsmayılovanın ailəsində dünyaya gəlib. Atasının işi ilə əlaqədar olaraq beş yaşına qədər Şəkidə yaşayıblar. Altı yaşı olanda valideynləri ayrılıb. Tükəzban İsmayılova tarzən Həbib Bayramov ilə ailə həyatı qurur. İlhamə Quliyeva Həbib Bayramovu öz doğma atası kimi təqdim edirdi. Söz düşəndə "Quliyeva İlhamə Məzahir qızıyam. Şöhrət ordenini mənə yazanda, vəsiqəmdə atamın adı Həbib yazılıb. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov tərbiyə verib” deyirdi. Hər iki atadan ona var-dövlət miras qalmışdı. Gəncliyindən bu sayədə hamıdan fərqlənir, liderlik etməyi sevirdi. O çox şey bilirdi. Bildiyi çox məlumatlardan da gah qarşı tərəfi şantaj edib susudurmaq, gah özünə boyun əydirmək üçün istifadə edirdi. Bu mənada çoxları onu sevirmiş kimi görünür, üzünə gülür, dostları sırasında olmağa çalışır, ya da sadəcə yaltaqlanırdılar. İlhamənin nüfuz dairəsi böyük idi, istədiyi adamı özü demiş qaldırıb-endirə bilirdi. Çoxları üçün qəddar, eqoist görünən bu qadının bir də hamıdan gizli, tamamilə fərqli bir üzü var idi. İçi özünü yandırırdı, çölü özgələrini. Çox gözəl qadın idi. Amma qadın kimi səadəti yox idi. Nə ömürlük yoldaşı var idi, nə doğma övladı. Deyilənə görə, gözəl qadınları möhkəm qısqanırmış, bu xasiyyətindən özünün də zəhləsi gedirmiş. Xalq artisti Nazpəri Dostəliyeva ilə də bu səbəblə yola gedə bilmirdi. Nazpəri xanıma da "Nazlı Pəri” təxəllüsünü taxsa da, o qəbul etməmiş, hətta efirdə, canlı yayımda aralarında çox sərt mübahisə olmuşdu. İlhamə xanım, "Mən söz yemirəm, yedizdiririəm” deməklə özünə qarşı çox sərt reaksiyalar toplamışdı. İş o həddə çatmışdı ki, ölkənin qaziləri yığışıb ona qarşı bəyanat vermişdilər. "Qarabağ Qaziləri” İctimai Birliyi Mədəniyyət və Turizm Nazirliyinə, Milli Teleradio Şurasına, telekanalların rəhbərlərinə, KİV-lərə və rəsmi dövlət qurumlarına İlhamə Quliyeva haqqında şikayət vermişdi. Haqqında çox şayiələr gəzirdi. Buna çox zaman özü səbəb olur, amma keçib gedərkən arxasında yaratdığı fırtınalara, toz buluduna yuxarıdan aşağı bir baxış atıb acı-acı gülümsəyirdi. Gənclikdən onunla dostluq etmiş müğənni Firuzə İbadovanın dediyinə görə, İlhamə göründüyü qədər sərt deyilmiş, qalxanını əlinə yalnız özünü müdafiə etmək lazım olanda götürürmüş. Ömrünün son 30 ilində İlhamənin qalxanı əlindən heç düşmədi. İlhamə vətəndaş nikahında yaşadığı, adı hamıya naməlum olan bir kişidən hamilə qalsa da, övladını dünyaya gətirmədən itirir. Əslində sonralar bir şayiə də çıxdı ortaya, Flora adlı bir xanım İlhamənin doğma qızı olduğunu desə də, məlumat təsdiq olunmadı. İlhamə rəfiqəsi Firuzə İbadovanın ailə problemləri üzündən uşağını abort etdirmək istədiyini biləndə xəstəxanaya gəlib, onu bu işdən yayındırıb. Doğulandan sonra uzun müddət Firuzə xanımın qızı Hülyanın yeməyini o alıb verib. Üzdə deməyi sevməsə də, uşaq evlərinə, qocalar evlərinə ərzaq alıb göndərir, qazan-qazan isti yeməklər aparırmış. Münsif kimi qatıldığı musiqi müsabiqəsində cavanlara pul verirmiş ki, efirə abırlı geyimdə çıxsınlar. Bir oğulluğu var. Orxan adında. Ölümündən sonra mirasını ona bağışlamadı. Onunla da problem yaşayırdı. Uzun illər köməkçisi işləmiş prodüserinin onu zəhərləyərək asta-asta öldürdüyünü də deyirdi. Sağlığında balonlar dolusu qızıllarım, brilliantlarım var deyib öyünürdü. Ölümündən öncə dostlarına deyirmiş ki, mən öləndə bacımın uşaqlarını içəriyə buraxmayın. Ölümündən sonra üzə çıxan qohum-əqrəbalar bu miras üzündən qalmaqal yaratdılar. Hərçənd kim nə pay qopardı hələ də bəlli deyil. Ona sağlığında "musiqi mafiyasının babası” da deyirdilər. Ölümündən sonra çoxları onun yerinə göz diksə də, heç kim İlhamə ola bilmədi. Sağlığında İlhamənin onları əzməsindən gileylənənlər ölümündən sonra azad olduqları zəncirlər üçün darıxdılar, İlhamənin yeri görünür dedilər. Sultan Süleymana qalmayan dünya İlhaməyə də qalmadı. Ondan qalan yalnız dillər əzbəri olan deyimləri, söhbətləri və bir də qalmaqallarının, çətin xarakterinin belə kölgə sala bilmədiyi mahnıları oldu.//lent.az
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
5 mart 2026 12:35
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- İlham Əliyev Ərdoğana məktub göndərdi
5 fevral 2026 16:58
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- İlhamənin oğulluğu Elmira Axundovanın oğlu ilə birləşib deputatlara pul atırdı - Əli Mirəliyevdən ŞOK AÇIQLAMALAR
19 yanvar 2026 17:24
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
