17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
Bu gün, fevralın 11-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının uzun illər komandanı olmuş general-leytenant Rail Rzayevin qətlindən 17 il keçir. 17 ildir ki, bu qətl açılmayıb. 17 ildir ki, cəmiyyətə yalnız versiyalar təqdim olunur. Və 17 ildir ki, əsas sual cavabsız qalır: sifarişi kim verib?
Rail Rzayev sıradan hərbçi deyildi. Müharibə şəraitində olan bir dövlətin ən strateji qoşun növünə 17 il rəhbərlik etmiş, ölkənin hava məkanının təhlükəsizliyinə cavabdeh olmuş şəxs idi. Belə bir generalın Bakının mərkəzində, öz evinin yaxınlığında, peşəkar snayper atəşi ilə öldürülməsi adi cinayət ola bilməzdi. Bu, siyasi terror idi.
![]()
Kabinetə kim girdi? Seyfi kim açdırdı?
Qətldən sonra o vaxtkı baş prokuror Zakir Qaralov etiraf etmişdi ki, general öldürüldükdən dərhal sonra onun Müdafiə Nazirliyindəki iş otağına qanunsuz müdaxilə edilib, seyfi açılıb və oradan maddi əşyalar götürülüb. Bu faktın özü belə istintaqın hansı istiqamətdə aparıldığını göstərməli idi.
Müdafiə nazirinin müavininin kabinetinə onun icazəsi olmadan kim girə bilərdi?
Seyfi generalın yavərinə kim açdırmışdı?
Oradan hansı sənədlər götürülmüşdü və niyə bu sənədlərin taleyi bu günə qədər açıqlanmır?
Bu suallara 17 ildir nə istintaq cavab verir, nə də rəsmi qurumlar. Rəsmi versiyaya görə, Rail Rzayev səhər saatlarında işə gedərkən, maşın zibil qutularının yanında saxlanılan anda, arxa şüşədən səssiz silahla vurulub. Həmin gün Bakıda güclü yağış vardı. Guya sürücü heç nə hiss etməyib. Bu versiya peşəkarlar üçün uşaq nağılıdır.
Snayper marşrutu, dayanma nöqtəsini, vaxtı dəqiq bilir. Snayper tək olmur – o, icraçıdır. Deməli, Rail Rzayevin maşınının harada və nə vaxt dayanacağı əvvəlcədən məlum idi. Deməli, bu məlumat kənardan ötürülmüşdü. Deməli, cinayətdə yalnız tətik çəkən yox, məlumat verənlər də vardı. Ən dəhşətli məqam isə budur: bu günə qədər təkzib olunmayan məlumatlara görə, Rail Rzayev qətldən bir həftə əvvəl izlənildiyini bilirdi. O, bu barədə raportla birbaşa tabe olduğu o zaman müdafiə naziri Səfər Əbiyevə və o dövrdə milli təhlükəsizlik naziri olan Eldar Mahmudova müraciət etmişdi. Raport var idi, təhlükə siqnalı verilmişdi.
Bəs niyə tədbir görülmədi?
Niyə qətldən sonra Eldar Mahmudov Təhlükəsizlik Şurasının iclasına qatılmadı?
Niyə Səfər Əbiyev müavininin dəfnində görünmədi?
Niyə hər ikisi bu qətlin açılması üçün kəsərli bir addım atmadılar?
Sonradan Eldar Mahmudovun qətllə bağlı “iki ailə arasında mülk davası” versiyasını ortaya atması isə artıq sağlam məntiqin təhqiri idi. Generalın qızı Rahilə Rzayeva bu iddianı açıq şəkildə gülünc adlandırmışdı. Haqlı idi. Rail Rzayevi peşəkar snayper qətlə yetirib. Bu, açıq-aşkar dövlət sirrlərinə yaxın şəxsin aradan götürülməsidir və xidmət fəaliyyəti ilə bağlı terror aktıdır. İstintaq nə etdi? Sifarişçini axtarmaq əvəzinə, generalın köməkçisi, yavəri və onların ailə üzvləri həbs olundu. Onlar qətldə deyil, sonradan seyfdən pul və əşyalar götürməkdə ittiham edildilər. 200 min avro ailəyə qaytarılmadı. Cinayətin mahiyyəti isə kənarda qaldı. Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclunun səsləndirdiyi iddialar – o cümlədən Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bu və sonrakı hərbi faciələrdə adının hallanması – heç vaxt araşdırılmadı.
Bu gün, 17 il sonra da eyni sual aktualdır: Rail Rzayev kimlər üçün təhlükəli idi?
Hansı sirrləri bilirdi? Bu qətl bir şəxsin deyil, dövlətin, xalqın yaddaşında qara ləkədir.
E.MƏMMƏDƏLİYEV
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 2026 19:56
- Lalə Şövkət daha siyasətlə maraqlanmır (AÇIQLAMA)
13 aprel 2026 21:11
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 2026 11:58
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 2026 23:56
- Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirildi
10 aprel 2026 20:51
- Litvanın Baş naziri Azərbaycandadır - Fotolar
8 aprel 2026 21:11
- Prezident və birinci xanım Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak etdi (FOTO)
8 aprel 2026 19:35
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
8 aprel 2026 14:09
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
7 aprel 2026 13:53
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
6 aprel 2026 23:04
- Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
19 aprel 00:22
- Almaniyada minlərlə QABAN məhv edildi
19 aprel 00:17
- Meloni Azərbaycana gələcək
18 aprel 23:38
- İspaniyanın baş naziri: BMT-yə QADIN RƏHBƏRLİK etməlidir
18 aprel 20:43
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 19:56
- Şahmat dünyasının yeni lideri türksoylu ola bilər
18 aprel 19:11
- Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak etdi (FOTO)
18 aprel 16:23
- Paşinyandan müxalifətə: Onlar Qarabağı ələ keçirmək istəyirlər, bu, Ermənistanın sonu olar
18 aprel 15:59
- Abdin Fərzəliyev JURNAL satan şirkətdən 96 000 manatlıq ƏT ALIR
18 aprel 14:55
- Bazar günü 25 dərəcə isti olacaq
18 aprel 13:47
- Sevinc Çılğınla -Poeziya saatı- keçiriləcək
18 aprel 13:33
- Banklardan SOYĞUNÇULUQ - Faizlər görün NEÇƏ DƏFƏ ARTIB
18 aprel 12:36
- Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər
18 aprel 12:21
- Dostlarından İsa Arasla bağlı İNANILMAZ SÖZLƏR– Mənim və Viktorun sevgilisi idi
18 aprel 12:09
- Bakının bu ərazilərində torpağın 1 SOTU 2 MİLYONDUR
18 aprel 11:49
- Prezident Diplomatiya Forumu ilə bağlı paylaşım etdi
18 aprel 00:46
- Başlıbel qətliamından 33 il keçir
18 aprel 00:21
- Birinci xanımlar Antalya Forumununda - Foto
17 aprel 21:39
- Bir qrup şair və yazıçıya Prezident təqaüdü verildi - EKSKLÜZİV
17 aprel 20:40
- Tramp Hörmüz boğazını açdığına görə İrana təşəkkür etdi
17 aprel 20:18
- Prezidentlə xanımı Antalyada tədbirdə iştirak edir
17 aprel 16:49
- 4200 manata DOVŞAN və QURBAĞA ALIR
17 aprel 15:55
- QOÇ ƏT- lə bağlı böyük qalmaqal: Menyuda 5.5, qəbzdə 8.2 manat...
17 aprel 15:38
- Atalıq testindən qaçış, NARKOTİK damğası - Mikayıl İsmayılovun gəlininin işi qaranlıq məcraya sürüklənir
17 aprel 14:00
- Kişinyovdan Moskvaya zərbə: Rusiyalı komandanlar...
17 aprel 13:50
- Əliyevlə Şaraa görüşdü - Fotolar - Yenilənib
17 aprel 12:36
- Kərkükdə 100 il sonra bir İLK
17 aprel 11:34
- BOZ kardinal-ın boz günü...
17 aprel 11:21
- Rusiyada deportasiya dalğası gözlənilir
17 aprel 00:12
- General adından sui-istifadə, aldadılan insanlar və… — Alibek Kurbanovun qorxu ssenarili oyunları: General kimdir?
16 aprel 23:03
