Azərbaycandan başqa harada dərman 3 qat bahadır? - Heç harada
Azərbaycanda dərmanların keyfiyyəti və qiyməti ilə bağlı problem davam edir. Uzun illərdir bu sahədə inhisarlaşmanın yaratdığı ağır problemlərə cəmiyyətin müxtəlif təbəqələrindən kəskin reaksiyalar gəlməsinə, insanların kütləvi narazılığının baş alıb getməsinə rəğmən həll istiqamətində hər hansı addımların atılması müşahidə olunmur.
Sonuncu dəfə Milli Məclisin iclasında ölkədə dərmanların hədsiz, iqtisadi əsası olmadan baha satılması məsələsini deputat Fazil Mustafa qaldırıb. O, iyunun 6-da Milli Məclisin plenar iclasında deyib ki, insanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olurlar. Deputat bildirib ki, dərmanların qiymətləri çox bahadır, amma bunun qarşısını almaq üçün tədbirlər görülmür: "Avropa dərmanları bizim bazardan çıxıb. Banqladeşin, Hindistanın dərmanlarını ölkəyə gətiririk".
Qeyd edək ki, ötən il Özbəkistanda qısamüddətli səfərdə olan əməkdaşımız da deyir ki, ölkəyə qayıdanda orada yaşayan tanışları ona bir bağlama dərman preparatları verərək, Bakıda öz qohumlarına çatdırmağı xahiş ediblər. Dərmanların adını öyrənən əməkdaşımız deyib ki, bu dərmanlardan ölkəmizdə də var. Ancaq dərman göndərən şəxs əlavə edib ki, düzdür, var, amma bu dərmanlar Bakıda üçqat baha qiymətə satılır, ona görə də o, vaxtaşırı qohumlarına dərmanları Daşkənddən göndərir.
Nəinki Özbəkistanda, Türkiyədə, hətta Gürcüstanda, Rusiyada olan insanlardan belə xahişlər mütəmadi xarakter alıb. Hətta tanınmış şəxslər belə dərmanlarını xaricdən gətirtməyə üstünlük verirlər. Məsələn, millət vəkili Vahid Əhmədov öz dərmanlarını Türkiyədən aldırdığını Milli Məclisdə açıq bəyan edib: “Ramiz Rövşənin oğlu Konyadan mənə dərman alıb göndərib. Bir qutusunu 4 manata. 5 qutusuna 20 manat pul verib. Amma burada, Azərbaycanda dərmanın bir qutusu 27-28 manata satılır. Fərq böyükdür. Mən başa düşürəm, yol xərci, logistika xərcləri var. Amma qiymət fərqi olsun qoy iki dəfə. Amma 7-8 dəfə dərman baha ola bilməz”.
Bu mövzuda sosial şəbəkələrdə də vaxtaşırı statuslar yazılır. Hər kəs ölkədə vacib dərmanların bahalığından gileylidir. Jurnalist Vamiq Nəsirov “Facebook” səhifəsində yazıb ki, Türkiyədə qutusu Azərbaycan valyutası ilə 4,65 manata satılan “Tripliksam” təzyiq xəstələrinin gündəlik istifadə etdiyi dərman Bakıda 29 manat 40 qəpiyə satılır. Yaxud sosial şəbəkələrdə verilən məlumatların birində qeyd edilir ki, Bakıdakı apteklərdə 75 manat 66 qəpiyə satılan “Galvus Met” adlı dərman Türkiyədə qat-qat ucuzdur. İsveçrənin Novartis firmasının məhsulu olan bu dərmanla bağlı kiçik araşdırma apardıq. Onlayn satış sistemlərində qeydə aldığımız qiymətləri təqdim edirik:
“Galvus Met” həblərinin 1 qutusu
-Rusiyada 1600 rubl və ya 33 manat (Bu, ötən ildən bəri Qərbin tətbiq etdiyi sanksiyaların yaratdığı logistik problemlərdən sonra qeydə alınan bahalaşmadan sonrakı qiymətdir. Ondan əvvəl 1000 rubla yaxın olub – red.)
-Özbəkistanda 210 000 sum və ya 31,11 manat
-Qazaxıstanda 11 735 təngə və ya 44,5 manat
-Türkiyədə 208 lirə - 20 manat civarında
-Gürcüstanda 102.74 lari – 66,8 manat
-Ermənistanda 11 000 dram – 48 manat.
-Almaniyada 5 avro – 10 manata yaxın.
Göründüyü ki, Avropadan Özbəkistana məsafə və ona uyğun olaraq daşıma xərci Azərbaycandan ikiqat çox olsa da, eyni dərmanın qiyməti bizdən iki dəfədən çox ucuzdur.
Qonşularımızı bildik, bəs inkişaf etmiş ölkələrdə necə, Azərbaycanın dərman bazarındakı anarxiyaya rast gəlmək olarmı? Almaniyada yaşayan soydaşımız Fərahim İlqaroğlu bildirir ki, orada dərman qiymətinə hər hansı irad yoxdur: “Burada dərmanların çoxunu aptek piştaxtalarında görməzsən, çünki sığorta qarşıladığına görə resepti onlayn yükləyir, 1-2 saat ərzində də çatdırırlar xəstəyə. Ümumiyyətlə, Avropa İttifaqına üzv olan ölkələrdə dərman qiymətləri aşağı-yuxarı eynidir. Çox cüzi fərq ola bilər – o da istehsalçı ölkənin özündə. Qalan hər yerdə qiymət eynidir və sərt rəqabət mühiti, dövlət nəzarəti qiymətlərin əsassız artımının qarşısını tamamilə alır”.
Jurnalist həmkarımız onu da bildirir ki, Almaniya ən böyük dərman istehsalçılarından biridir. Orada pərakəndə satışda 10 avro olan dərmanı topdansatışdan 5-6 avroya almaq olar: “Yəni Azərbaycandan gəlib topdan sifariş verirsənsə, pərakəndə qiymətin yarısına qədər endirim alırsan. Bu, bütün Avropada belədir. Lakin Azərbaycanda yaşayan qohumlardan öyrənirəm ki, burada 10 dollar olan dərmanlar orada 110-120 manata satılır. Buradan ora nəqliyyat xərci bu qədər çox etməz axı. Bundan əlavə, buradan Azərbaycana dərman çatdırılmasında iştirak edən bir soydaşımızla danışmışam. Onun dediklərindən belə məlum oldu ki, buradan dərman sifariş edəndə istehsalçı şirkətə bahalı komponenti çıxardırlar tərkibindən, amma aparıb Azərbaycanda onu həmin komponentlə olan qiymətə satırlar. Bu, çox amansız davranışdır, çünki adətən dərmanın təsir gücü tərkibindəki bahalı komponentə bağlı olur. Yəqin ona görə Azərbaycanda dərmanların keyfiyyətindən də ciddi narazılıqlar var”.
Hollandiyada yaşayan həmvətənimiz Kamal Qasımov deyir ki, orada dərman qiymətindən xəbər tutmaq olmur, çünki hamısını sığorta qarşılayır, pulsuz verilir.
İsveçrədə yaşayan həmkarımız Elbəyi Həsənlinin dediyinə əsasən dünyada əczaçılıq məhsullarının qiyməti sürətlə artır: “Bunun bir çox səbəbləri var. Əsas səbəb odur ki, həm insanların, həm də insanlar arasında ağır xəstəliklərin sayı sürətlə artır. Bu da daha çox ətraf mühitin çirklənməsindən qaynaqlanır. Başqa bir məqam. Məsələn, Hepatit C qaraciyəri zədələyir və qaraciyər sirrozunun inkişafına səbəb olur. Cəmi bir neçə il əvvəl bu xəstəliyə yoluxan adamların müalicəsi mümkünsüz idi. İndi isə bu xəstəliyi uğurla müalicə etmək mümkündür. Bu kimi insan həyatını təhdid edən ağır xəstəliklər çoxdur. Belə xəstəliklərin müalicəsi üçün istər dövlət, istərsə də nəhəng dərman şirkətləri səviyyəsində ciddi paralar xərclənir. Müvafiq olaraq dərmanların keyfiyyəti və təsir gücü artır...
Qərb ölkələrində adambaşına illik dərman istifadəsi son dərəcə fərqlidir. Məsələn, statistikaya əsasən İsveçdə hər adam ildə dava-dərmana 351 dollar xərcləyir. Mənim yaşadığım İsveçrədə isə bu rəqəm 783, Almaniyada isə bir qədər az - 686 dollara bərabərdir. Ən yüksək göstərici isə ABŞ-da müşahidə olunur-1.011 dollar.
Qərb ölkələrində dərmanların qiyməti çox fərqlidir. Dərmanı ən baha satan ölkələr arasında ABŞ öndə gəlir. Avropada isə ən bahalı dərmanları İsveçrədən almaq olar. Bəs dünya dava-dərmana nə qədər pul xərcləyir? 2022-ci ildə bu göstərici 1.48 trilyon dollar olub. 2027-ci ildə isə 1.9 trilyon dollara qalxacaq. Yəni dərman bazarı bundan sonra da inkişafda olacaq...
Amerikada dərmanlar son dərəcə baha olsa da 2020-ci ildə keyfiyyətsiz dərmandan 800 nəfərdən çox adam ölüb. Mütəxəssislər bunu qara dərman bazarının yanı təsiri ilə izah edir. Qara bazarda eyni adlı dərmanların keyfiyyəti bəzən ciddi şəkildə aşağı olur, hətta sağlamlığa mənfi təsir göstər bilir”...
E.Həsənli deyir ki, Amerikada satılan dərmanların qiyməti ilə Türkiyədəki qiymətlər arasında kəskin fərq var: “Rəsmi statistikaya görə, fərq 8 dəfəyə yaxındır. Yəni Türkiyədə 1 dollara olan dərman Amerikada 8 dollardır. Özü də Türkiyədə dərman bazarına dövlətin aşırı diqqəti var. Yəni aptekdə saxta və ya qara bazardan gələn keyfiyyətsiz mal satıla bilməz. Düşünün ki, belə cinayətlərə görə Türkiyədə 25 il həbs cəzası verilir. Həm ucuz, həm də keyfiyyətli olduğuna görə Rusiya, Ukrayna, Belarusiya, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Gürcüstan kimi ölkələrin vətəndaşları Türkiyədən dərman almağa üstünlük verir...
Sizə maraqlı bir məlumatı da deyim ki, dünyada ən çox satılan dərman Aspirindir. Elə insanlar var ki, hər gün Aspirin atır. Qərb ölkələrində bu dərmanın qiyməti 10 dollar civarındadır. Azərbaycanda isə bu dərmanı xeyli ucuz almaq olar. Azərbaycanda satılan aspirinlə, tutaq ki, İsveçrədə satılan aspirinin keyfiyyəti eynidirmi? Təbii ki, bu suala müsbət cavab vermək çətindir.
Dərmanla bağlı bir şeyi də deyim. 2022-ci ildə “The Wall Street Journal” yazmışdı ki, genlərdən istifadə etməklə hazırlanan preparatların dərman bazarında sayı və sanbalı artır. Bu kimi dərmanlar isə 1 milyon dollardan bahadır. 2-3 milyon dollara olan dərmanlar da var”...
Azərbaycanın gömrük statistikasından aydın olur ki, bu ilin yanvar-aprel aylarında ölkəyə 237 milyon 908.03 min dollar dəyərində 10 994.20 ton əczaçılıq məhsulları idxal olunub. Bu, ölkənin ümumi idxalının 4,49 faizinə bərabər olub. Ötən ilin eyni dövründə isə dərman idxalı 213 milyon 736.2 min dollar dəyərlə 10 505.54 ton təşkil etmişdi. Bu ilin dörd ayında 1 ton əczaçılıq məhsuluna 21639,4 dollar, ötən il isə 20345,1 dollar sərf olunub. Bu, qiymətdə 6,3 faizlik bahalaşma deməkdir. Yəni orta hesabla dərmanlarda bahalaşma 6 faiz civarında olmalıdır. Lakin son bir ildə dərman qiymətlərində real bahalaşma bunun ikiqatından da çoxdur.
Dərmanların bahalığı insanların onlardan istifadə imkanlarını sürətlə azaldır. Rəsmi statistikaya əsasən bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkələrindən əhali 399,5 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar alıb. Bu, ötən ilin eyni dövründəkindən 3,6 faiz az olmaqla, dörd ayda əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitlərin 2,4 faizinə bərabərdir.
Dünya SAKİT, Musavat
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 2024 16:48
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 2024 13:16
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 2024 23:31
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 2024 11:24
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 2024 16:30
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 2024 13:34
- Erməni deputat dilə gəldi: Qarabağ Azərbaycan torpağıdır
21 noyabr 2024 14:57
- Azərbaycanda bu həkimlər qadınların lüt görüntülərini paylaşır
20 noyabr 2024 21:35
- Heydər Əliyevin MÜHAFİZƏÇİSİ NƏLƏR DANIŞDI ...
20 noyabr 2024 19:37
- Pezeşkiandan ŞOK QƏRAR - İranın paytaxtı...
20 noyabr 2024 18:46
- Məktəblərdə payız tətilindən sonra dərslər başladı
25 noyabr 11:26
- İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım etdi
25 noyabr 11:04
- Günün mübarək, KƏLBƏCƏR
25 noyabr 10:40
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 21:40
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 21:29
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24