Nərminin nənəsi əsl qatilin tapılmasını tələb edir
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı 2 ilə yaxındır Gəncə Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəmə prosesi yekunlaşır.
Musavat.com xəbər verir ki, aprelin 26-da hakimlər bu iş üzrə məhkəmə istintaqının başa çatdığını elan edib. Hərçənd, azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanov da, onun vəkilləri də bu qərara etiraz edib. Onlar bildirib ki, məhkəmədə araşdırılası məsələlər qalıb, hakimlərin özünün təmin etdikləri vəsatətlər icra olunmayıb. Keçirilən məhkəmə iclasında hələ əvvəldən vəkillər məhkəmə prosesinə sədrlik edən hakim Dadaş İmanova yazılı şəkildə etiraz verib. Vəkillər etirazlarında göstərib ki, adıçəkilən hakim prosesi qərəzli idarə edir, müdafiə tərəfinin vəsatətləri iş üçün əhəmiyyətli olan vəsatətləri heç bir əsas göstərilmədən təmin olunmur və s. Lakin bu etiraz baxılmamış saxlanılıb. Bundan sonra vəkillər Dadaş İmanovla yanaşı, məhkəmə tərkibinə daxil olan digər 2 hakimə - Faiq Mahmudov və Nural Əliyevə də etiraz verib. Etirazlarını belə əsaslandırıblar ki, qanunun tələbinə görə, adları çəkilən hakimlər Dadaş İmanova verilmiş etiraza ikisi baxıb qərar verməliydilər. “Bizim gözümüzün qarşısında qanunvericiliyin tələbləri pozuldu. Etiraza üç nəfər birlikdə gedib baxıb qərar verdi. Bizə də qərarı Dadaş İmanov özü elan etdi. Halbuki, biz ona etiraz edirdik”, - vəkil Əlibaba Rzayev bildirib.
Hər 3 hakimə verilmiş etiraz da baxılmamış saxlanılıb.
Məhkəmədə Ədliyyə və Səhiyyə Nazirliyinin 3 eksperti əlavə şahid qismində dindirilib. Ədliyyə Nazirliyinin eksperti Zemfira Məmmədovanın çağırılmasının səbəbi bu işdəki müəmmalı cins şalvar məsələsilə bağlıdır. Məsələ burasındadır ki, hadisə yerindən tapılmayan, oradakı geyim və əşyalarla bağlı protokolda olmayan cins şalvarın ekspertizaya necə gedib çıxdığı məlum deyil. Məhkəmədə bundan öncə dindirilmiş Aysel Cavadova adlı ekspert rəy verib ki, uşağa aid cins şalvar parçasının üzərindən İlkin Süleymanovun gödəkçəsinin lifi tapılıb. Ekspert iddia edib ki, meyit yananda o şalvar da üstündə olub.
Aysel Cavadovanın rəyinə əsasən, o, təqdim edilən 5 nömrəli bağlamanı açanda onun içindən sözügedən cins şalvar parçasını tapıb.
Lakin həmin bağlama ilə bağlı Zemfira Məmmədova da rəy verib. O isə rəyində cins şalvar tapılmasını göstərməyib. Məhkəmədə də ona bu haqda sual veriləndə deyib ki, 5 nömrəli bağlamada cins şalvar, qırmızı əski parçası və s. görməyib. Nə görübsə, onu da rəyində yazıb.
Səhiyyə Nazirliyinin eksperti Elşən Məmmədovdan isə vəkillər Nərmin Quliyeva ilə bağlı qanın nəticələrinin nə vaxt hazır olduğunu soruşublar. O bildirib ki, 2020-ci il yanvarın 27-də. Ondan həm də soruşulub ki, bundan öncə həmin rəyi başqalarının, o cümlədən prokurorluqdakı səlahiyyətli şəxslərin əldə etməsi mümkün idimi? O, “xeyr” cavabını verib.
Məsələ burasındadır ki, o vaxtkı Baş Prokuror Zakir Qaralov ekspert rəyi 2020-ci il yanvarın 27-də hazır olduğu və fevralın 21-də prokurorluğa göndərildiyi halda, Zakir Qaralov yanvarın 22-də Ombudsmana bu məsələ haqda yazdığı məktubunda artıq həmin rəyə istinad edib.
Məhkəmədə Nərmin Quliyevanın ana nənəsi Minayə İsmayılova da dindirilib. Vəkillərin ona veriləcək çoxsaylı sualları olsa da, hakim Dadaş İmanov sualların çərçivəsini məhdudlaşdırıb. Hətta buna görə vəkillərlə hakim arasında mübahisə də yaranıb.
“Niyə imkan vermirsiz dindirək? Onun danışmasının qarşısını alırsız...”, - vəkil Əlibaba Rzayev etiraz edib.
Hakim isə bildirib ki, hansı məsələ ilə əlaqədar əlavə şahid qismində çağırılıbsa, o mövzuda da suallar verilməlidir. Vəkillər isə etiraz edib ki, belə bir tələb qoyula bilməz.
Minayə İsmayılovanın prezidentə, Baş prokurora bir neçə məktubu var ki, orada İlkin Süleymanovun qatil olmadığını göstərir, əsl qatilin tapılmasını istəyir. O, bu haqda suala belə cavab verib: “Mən demişəm ki, İlkin deyilsə də, kimdirsə, tapın...”
Lakin onun nəzərinə çatdırılıb ki, məktubunda “qatil İlkin deyil” yazıb. O, bu haqda suallara konkret cavab verməyib.
Vəkillər ona xatırladıb ki, hadisədən sonra telekanallardakı çıxışlarında, mediaya müsahibələrində qızını və kürəkənini, həmçinin uşağın əmisini ittiham edirdi. O, cavabında deyib ki, həmin dövrdə hər kəsdən şübhələnirdi.
Məhkəmədə o da məlum olub ki, Nərmin Quliyeva itkin düşməmişdən az öncə onun atası anasının iş yerinə gedib, orada aralarında dava olub. Nəticədə Şərif Quliyev həyat yoldaşı Aynurə İsmayılovanı bıçaqlamaq istəyib. Bununla əlaqədar Minayə İsmayılova və qızı Aynurə İsmayılovanın polisə şikayəti olub.
Vəkillər hadisədən əvvəlki bu davanın səbəbini soruşublar.
“Hamının evində olur da...” – Minayə İsmayılovanın bu cavabından sonra hakim davam etdirməyə imkan verməyib və bu məsələlərin işə aidiyyəti olmadığını bildirib.
Vəkillər isə deyib ki, cinayət işinin materiallarında Minayə İsmayılovanın 5 ifadəsi var. Bıçaqlanma cəhdi haqda deyilənlər də həmin ifadələrdən birində öz əksini tapıb.
Bundan sonra məhkəmə istintaqının tamamlanması məsələsini Dadaş İmanov müzakirəyə çıxarıb. Vəkillər etiraz edib.
“Biz İlkin Süleymanovgilin evində olan uşaqların dindirilməsi barədə vəsatət qaldırmışdıq, siz də təmin eləmişdik. Niyə onları dindirmirsiz? Təmin eləmisiniz axı. Telefon zənglərilə bağlı sənədləri niyə tədqiq eləmirsiz? İşin içindəki diskə baxış keçirilməsi haqda vəsatəti təmin eləmisiz, amma baxış keçirməmisiz. Belə məhkəmə olar?”, - Zabil Süleymanov etiraz edib.
Etirazlara baxmayaraq, məhkəmə istintaqının tamamlanmasına qərar verilib.
Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Ona mayın 3-nə qədər vaxt verilib.
1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.
İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.
İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 2024 12:48
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 2024 20:39
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 2024 14:29
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 2024 21:09
- Qubada KABUSA çevrilən Rəsul Bayramovun ağlasığmaz əməlləri: ŞOK FAKTLAR
19 dekabr 2024 18:49
- Qafar Dəmirçinin atası üzr istədi - Yaşıllığı məhv edənlərə daha bir dərs- VİDEO
19 dekabr 2024 18:17
- Prezident Ermənistandan qovulmuş azərbaycanlılardan danışdı
19 dekabr 2024 11:27
- Korrupsionerləri Çində edam edirlər, bizdə məhkəmələr cəzalarını azaldır - səbəb...
19 dekabr 2024 11:11
- Azərbaycanda 4 günlük iş həftəsi ola bilərmi? - Millət vəkili Elşad Musayev
17 dekabr 2024 22:31
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54
- Hər kolbasa yedikcə, ömrünüzdən 24 dəqiqə oğurlanır: SENSASİON tədqiqat
20 dekabr 11:41
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 20:50
- İş adamı Məhərrəm Novruzov da ağac kəsiminə görə məhkəməlik oldu
19 dekabr 19:15
- Qubada KABUSA çevrilən Rəsul Bayramovun ağlasığmaz əməlləri: ŞOK FAKTLAR
19 dekabr 18:49
- Qafar Dəmirçinin atası üzr istədi - Yaşıllığı məhv edənlərə daha bir dərs- VİDEO
19 dekabr 18:17
- Prezident Ermənistandan qovulmuş azərbaycanlılardan danışdı
19 dekabr 11:27
- Korrupsionerləri Çində edam edirlər, bizdə məhkəmələr cəzalarını azaldır - səbəb...
19 dekabr 11:11