Nəcməddin Sadıkovun oğlunun şəriki danışdı: SENSASİYA! - FOTOLAR
Məhkəmə işi: Tanınmış idman ustası şikayətində “qorxub 500 min dollar vermişəm”, deyir!
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Silahlı Qüvvələrinin sabiq qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə biznes ortağı olan Kamal Akimoviç Akimovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Kamal Akimovun ifadə verib, o, itiham üzrə özünü təqsirli bilməyib. Ona Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İsrtintaqın qənaətinə görə Kamal Akimov Azər Əsgərovdan hədə-qorxu ilə pul tələb edib.
“Azimport” şirkətinin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərov iddia edir ki, onun özünə, ailəsinə müxtəlif formada zərər yetirməklə hədələyib 500 min dollarını alıblar. Onun iddiasına görə, öncə 2 milyon dollar tələb edilib, son nəticədə 800 min dollarla razılaşıblar.
Bunun da 500 mini alınıb. Azər Əsgərovun şikayəti əsasında iş adamı Kamal Akimov cinayət məsuliyyətinə cəlb edilib və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
Amma Kamal Akimov özünü qətiyyən təqsirli bilmir. Əksinə, şirkət rəhbərinin onu şərlədiyini bildirir. Deyir ki, hələ 10 il öncə - 2012-ci ildə Azər Əsgərovun rəhbərlik etdiyi “Azimport” şirkəti ona məxsus qeyri-yaşayış sahəsini söküb. Söhbət Səbail rayonu, Ziya Yusifzadə küçəsi 8 (keçmiş Xanlar küçəsi) ünvanında yerləşən, 146 kvadratmetrlik qeyri-yaşayış sahəsindən gedir.
Bir neçə il tərəflər arasında məhkəmə çəkişməsi gedib, Kamal Akimov mülkiyyətinə görə tələb etdiyi kompensasiyanı almaqdan ötrü dövlət orqanlarına şikayətlər yazıb. Onun sözlərinə görə, xeyli mübarizədən sonra şirkət rəhbəri ona əmlakının əvəzi olaraq 800 min dollar ödəmək öhdəliyi götürüb: “Bu pulun da 500 minini 2 il ərzində hissə-hissə ödədi. Qalanını ödəməkdən imtina etdi. Bu gün haqlı olduğum halda, haqsız vəziyyətə düşmüşəm. Azər Əsgərov mənim halal pulumu verməyib. Əmlakım əlimdən alınıb. Əmlakımın dəyərini tələb etməyim nə vaxtdan cinayət olub?”
Kamal Akimovun vəkili deyir ki, müvəkkili əmlakına görə qalan pulunu ala bilmədiyindən icra hakimiyyətinə şikayət edib. Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini onun müraciətini rayon prokurorluğuna göndərib. Prokuror isə şikayətçinin özü barəsində cinayət işi başlayıb. Vəkil deyib ki, bu nəinki Azərbaycan, dünya hüquq tarixində belə şey olmayıb. Vətəndaş icra hakimiyyətinə şikayət edir, müavin onun şikayətini rayon prokuroruna göndərir, rayon prokuroru isə şikayət edən vətəndaş barəsində cinayət işi başlayır!
Zərərçəkmiş qismində tanınan Azər Əsgərov isə deyir ki, ondan tələb edilən və alınan 500 min dolların sökülən əmlaka aidiyyəti yoxdur. Hərçənd, o da Kamal Akimovun əmlakının söküldüyünü, buna görə mübahisə olduğunu təsdiqləyir: “2014-cü ildə şirkətin hüquqşünası dedi ki, tikinti zonasında mülkiyyət hüququ olduğunu iddia edən keçmiş sakinlərdən biri məhkəməyə müraciət edib, təzminat tələb edir. Şirkətin hüquqşünasları məhkəmədə şirkətin hüquqlarını müdafiə etməyə başladılar. Mən inşaatçıyam, bir neçə dövlət layihəsi həyata keçirmişəm. Mən tikintini aparan şirkət olmuşam, ərazidə söküntü aparan şirkət olmamışam”. Azər Əsgərov iddia edir ki, Kamal Akimov bir neçə ildir onu hədələyir. Onun sözlərinə görə, 500 min də ondan bir neçə il ərzində alınıb. Təqsirləndirilən şəxsin vəkili zərərçəkmişdən soruşub ki, əgər belədirsə, o zaman niyə bu illər ərzində Kamal Akimovdan hüquq-mühafizə orqanlarına şikayət etmirdi? Cavabında o “ürəyim belə istəyib, belə də eləmişəm” deyib.
Proses fevralın 9-da davam etdiriləcək.
Qeyd edək ki, uzun illərdir mətbuatda Kamal Akimoviç Akimovun Azərbaycan Silahlı Qüvvələrinin sabiq qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə biznes ortaqlığı olduğu yazılır. Bildirilir ki, beton bloklar, yer daşı, səki daşı, qazon daşı, pilləkənlər və digər bu cür məhsulların istehsalı ilə məşğul olan “Keystone” MMC adlı şirkət 2010-cu ildə Kamal Akimoviç Akimov və Nəcməddin Sadıkovun oğlu Məhəmməd Sadıkov tərəfindən təsis olunub. Şirkətin qanuni təmsilçisi Akimov Kamal Akimoviçdir.
Hazırda dövlət büdcəsinə böyük miqdarda – 541 min 888 manat 20 qəpik vergi borcu olan şirkətin Müşfiqabad-Sahil yolunun 6-cı kilometrində fəaliyyət göstərən zavodunu da Kamal Akimova məxsus olduğu bildirilən “Sterling Group” MMC tərəfindən inşa olunub. “Sterling Group” MMC 2003-cü ildən fəaliyyət göstərir. Bu şirkətin də ofisi “Keystone” MMC ilə eyni ünvanda – “Azure Plaza”da (Nobel pr. 15, 24-cü mərtəbə) yerləşir. Şirkətin direktoru Elvan Şıxəli oğlu Mirqəliyevdir. Bu şəxs həm də vaxtı ilə “Keystone” MMC-nin direktoru olub. Kamal Akimov 2013-cü ildə ABŞ-ın Kaliforniya ştatında “American Sterling Group, İNC” adlı şirkət də təsis edib. Bunlardan başqa 2016-cı ildə “Keystone” MMC-yə məxsus zavodun yerləşdiyi ünvanda - Müşfiqabad-Sahil yolunun 6-cı kilometrində Kamal Akimovun direktor olduğu “Sterling Group Ltd” MMC adlı daha bir şirkət təsis olunub. Xatırladaq ki, bir müddət əvvəl isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Kamal Akimoviç Akimov barəsində məhkəmə iddiası qaldırmışdı. Bakı Kommersiya Məhkəməsində qaldırılan iddia vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı idi.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 2025 09:58
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 2025 11:59
- Cəbrayıla növbəti köç - Fotolar
13 yanvar 2025 11:07
- Zelenski Şimali Koreyalı əsir əsgərləri danışdırdı: Müharibədən xəbərimiz yox idi, bizi… - ŞOK VİDEO
13 yanvar 2025 10:25
- Şeir müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar
11 yanvar 2025 23:56
- 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
11 yanvar 2025 12:14
- İcra başçısı Lütvəli Babayevin oğlunun MƏHKƏMƏSİ
10 yanvar 2025 14:36
- Erməni bloger 31 illik sirri açdı: heç yerdə getməyən mühüm VİDEO
9 yanvar 2025 22:15
- Naxçıvanda gömrükdə 273 MİLYON manat mənimsənilib
9 yanvar 2025 17:08
- İlk xarici səfərini Türkiyəyə edəcək
9 yanvar 2025 12:09
- Prezident bu qanuna dəyişikliyi təsdiqlədi
15 yanvar 18:37
- Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı- Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
15 yanvar 18:30
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 09:58
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 22:10
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 21:53
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 20:34
- Əsədin daha bir DƏHŞƏTLİ ƏMƏLİ - Görün nə edib
14 yanvar 20:02
- Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolunu əks etdirən imic VİDEO-su
14 yanvar 15:48
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 14:41
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 14:31
- -Qreçka-nın bizə faydası
14 yanvar 14:22
- Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14 yanvar 13:40
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 13:01
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 12:32
- Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində
14 yanvar 12:24
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 11:59
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 18:05
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 16:32
- Abşeronda fəhlələrin üzərinə hasar aşdı - Biri öldü
13 yanvar 15:24
- 400 nəfərin yerinə işləyə bilməzdim axı… - Abasquliyeva
13 yanvar 15:04
- Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır
13 yanvar 13:42
- Naxçıvanda 1 MİLYАRD 500 MİLYON RÜŞVƏT - ŞOK
13 yanvar 13:27
- Bakıda piyadanı maşınla vurub öldürən Nail Abdullayev yüksək vəzifəli məmur imiş
13 yanvar 13:02
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi
13 yanvar 12:26
- Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı
13 yanvar 11:24
- Cəbrayıla növbəti köç - Fotolar
13 yanvar 11:07