Şeir müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar

Azərbaycanda inşaat məhsulları üzrə ən böyük satış şəbəkəsi kimi tanınan OMİD Mağazalar Şəbəkəsi şeir müsabiqəsinin qaliblərini mükafatlandırıb.
“Qafqazinfo” xəbər verir ki, 21.11.2024-cü il tarixində start verilən müsabiqə poeziya həvəskarlarını bir araya gətirib.
600-ə yaxın peşəkar və həvəskar şair müsabiqədə iştirak edib. Şeirlər peşəkar münsiflər heyəti, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycanın əməkdar jurnalisti Qulu Ağsəs, xalq artisti Mübariz Tağıyev tərəfindən dəyərləndirildi. Münsiflərin diqqətli qiymətləndirməsindən sonra müsabiqənin qalibləri elan olunub.
11.01.2025-ci il tarixində şeir müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdən əvvəl qaliblər FAB şirkətlər Qrupunun istehsal müəssisələri ilə tanış edildilər, istehsalat prosesini izləyiblər. Daha sonra FAB Akademiyasının konfrans zalında mükafatların təqdimetmə mərasiminə başlanılıb. Mərasimdə şirkətin təsisçilərindən Anar Əliyev OMİD Mağazalar Şəbəkəsinin baş direktoru Burhan Səvahil, FAB boyalarının istehsalat müdiri Elşad Abdullayev, marketinq departamentinin rəhbəri Rüstəm Məmmədov və digər rəhbər şəxslər, qonaqlar iştirak ediilər. Beləliklə,
I yerin sahibi Rüstəmova Gülnara 1000 AZN
II yerin sahibi Vasif Şükürə 800 AZN
III yerin Gülümova Qızbəstiyə (Bəsti Məmməd) 600 AZN pul mükafatı və sertifikat təqdim olunub. Həvəsləndirici yerə layiq görülmüş 30 iştirakçı sertifikat və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, OMİD Mağazalar Şəbəkəsi 30 ildən çoxdur ki, keyfiyyətli məhsul, sərfəli təklif, uyğun qiymət anlayışı ilə müştəriyönümlü xidmətini günbəgün inkişaf etdirməkdədir. Şirkət bu cür korporativ məsuliyyət layihələri ilə ədəbiyyata, incəsənətə dəstək olaraq cəmiyyətə töhfə verir. OMİD Mağazalar Şəbəkəsi olaraq qalibləri təbrik edir, müsabiqə iştirakçılarına təşəkkürünü bildirir. Gələcək fəaliyyətlərində uğurlar arzulayır.



- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 2025 23:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Mehriban Əliyeva qızı ilə Antalyada panel iclasında - Fotolar
12 aprel 2025 20:23
- Prezidentin nəvələri Ərdoğanla - Foto
12 aprel 2025 12:02
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 2025 00:37
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
8 aprel 2025 19:28
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
6 aprel 2025 17:25
- Ata balasına kömək üçün yalvarır - FOTOLAR
4 aprel 2025 22:11
- Qonaqpərvərliyə görə təşəkkür etdi - Fotolar
3 aprel 2025 13:24
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
- Prezidentin Türkiyəyə işgüzar səfəri BAŞA ÇATDI
12 aprel 21:02