3500 saat işgəncə - Edam edilən eks-məmurun sensasion səs yazısı ŞOK
Hadisə15 yanvar 2023 19:30

2019-cu ildə həbs edilən İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri bir neçə gün əvvəl edam olunub. Qərb ölkələri Britaniya və İran vətəndaşı olan Əkbərinin edam edilməsinə sərt reaksiya göstərib, İranın müxtəlif Avropa ölkələrindəki səfirlərinə etiraz bildirilib.
Böyük Britaniya İrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Britaniyanın baş naziri Rişi Sunak edamı "barbar rejim tərəfindən həyata keçirilən cəsarətsiz və qorxaq hərəkət” adlandırıb.
Sabiq məmurun öldürülməsi ilə bağlı xəbəri yayan İran məhkəmə sisteminə aid "Mizan” xəbər agentliyi edamın nə vaxt həyata keçirildiyini açıqlamayıb.
Ekspertlər deyir ki, Əkbərinin edam edilməsi nüvə danışıqlarının dalana dirənməsi, keçən ildən başlayaraq Tehranın nümayişçilərə qarşı güc tətbiq etməsi, eləcə də Ukraynadakı mülki obyektlərin məhv edilməsində istifadə olunan pilotsuz uçuş aparatlarının Rusiyaya tədarükü ilə gərginləşən Qərb-İran münasibətlərini daha da pisləşdirəcək. Artıq Avropa İttifaqı və Britaniyanın İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) "terror təşkilatı” kimi tanımaq istəmələri barədə məlumatlar yayılır.
İranın rəsmi və qeyri-rəsmi xəbər agentlikləri Əkbərinin Britaniyaya casusluqda ittiham edildiyini bildirib. "İngiltərə hökumətinin kəşfiyyat xidməti üçün casusluq yolu ilə ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı geniş fəaliyyət göstərməkdə ittiham olunaraq ölüm cəzasına məhkum edilən Əlireza Əkbəri edam edilib”, - "Mizan” agentliyinin yaydığı məlumatda deyilir.
Agentliyin iddiasına görə, Əkbəri casusluğa görə 1.805.000 avro (1.95 milyon dollar), 265.000 funt sterlinq (323.989.00 dollar) və 50.000 dollar pul alıb.

Qeyd edək ki, İranda son aylarda edam hökmləri icra edilsə də, keçmiş yüksək vəzifəli şəxslərin edam edilməsi nadir hadisədir. Bundan əvvəl 1984-cü ildə İran donanmasının komandiri Bəhram Əfzəli Sovet İttifaqına casusluqda ittiham olunaraq edam edilmişdi.
1961-ci ildə İranda anadan olan Əlirza Əkbəri 1980-ci illərdə İran-İraq müharibəsi zamanı SEPAH-ın tərkibində döyüşüb. Əkbəriyə aid olduğu bildirilən və "BBC Farsca” tərəfindən yayılan səsyazısında onun müharibə zamanı İranın mübarizə strategiyasının hazırlanmasında ciddi rola malik olduğu deyilir. O, islahatçı prezident Məhəmməd Hatəminin hakimiyyəti dövründə İranın müdafiə naziri olan Əli Şamxaninin müavini olub. Əkbərinin hazırda Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışan Şamxaninin yaxın müttəfiqi olduğu vurğulanırdı.
Əlirza Əkbəri yalnız SEPAH daxilində deyil, İran təhlükəsizlik qüvvələrinin digər qollarında da mühüm funksiyalar yerinə yetirib. O, İran donanmasına məsləhətçi kimi xidmət edib və 1988-ci ildə İran-İraq müharibəsinə son qoyan BMT-nin 598 saylı qətnaməsinin icrasına rəhbərlik edib.
İranın dövlətə məxsus "İrna” xəbər agentliyinin iddiasına əsasən, Əkbəri 2008-ci ildə qısa müddətə saxlanıldıqdan və girov müqabilində sərbəst buraxıldıqdan sonra Britaniyaya köçüb. "BBC Farsca” tərəfindən yayımlanan səs yazısında o, Tehranın dünya gücləri ilə nüvə danışıqlarında iştirak edən yüksək vəzifəli İran diplomatının dəvəti ilə Tehrana qayıtdığını söyləyib. Diplomatın hələlik kim olduğu bilinmir.
Səs yazısında Əkbəri təhlükəsizlik orqanlarının ona qarşı ölüm hökmü çıxarmaq üçün hakimlərə təzyiq etdiyini bildirib: "Tribunal məni az miqdarda girov müqabilində azadlığa buraxmağa razı idi, lakin Kəşfiyyat Nazirliyi buna mane oldu. Ali Məhkəmə ölüm hökmünün əleyhinə səs verdi, lakin Kəşfiyyat Nazirliyi hakimi hədələməklə buna qarşı çıxdı”.
Onun həyat yoldaşı Məryəm Səmədi isə deyib ki, Əkbəri Tehranın Evin həbsxanasına köçürülməzdən əvvəl 10 ay təkadamlıq kamerada saxlanılıb.
Səs yazısında Əkbəri işgəncələr nəticəsində yalan etiraflar etdiyini deyib: "3500 saatdan çox işgəncə, psixikaya təsir edən dərmanlar, fizioloji və psixoloji təzyiq üsulları ilə iradəmi əlimdən aldılar. Məni dəlilik həddinə çatdırdılar və silah gücünə, ölümlə hədələyərək yalançı etiraflar etməyə məcbur etdilər. Onlar mənə deyirdilər ki, müqavimət göstərsən, səni Evin həbsxanasının qaranlıq kameralarına göndərəcəyik, orada qamçılı müstəntiqlə qarşılaşacaqsan”.
İranın dövlət mediası Əkbərinin 2020-ci ildə iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsində rol oynadığını iddia edir. İran telekanallarının yaydığı videoda Əkbəri sui-qəsddə əli olduğunu etiraf etməsə də, britaniyalı agentin Fəxrizadə haqqında məlumat istədiyini deyib.
Mənbə: Modern.az
Oxşar xəbərlər
- Nəcməddin Sadıkovun oğlunun şəriki danışdı: SENSASİYA! - FOTOLAR
2 fevral 2023 23:16
- “Gömrük Komitəsi sahibkarları lazımsız sənədlər içində boğur”
1 fevral 2023 21:58
- Saakaşvilinin son görüntüləri yayıldı - Fotolar
1 fevral 2023 21:41
- Bakcell Bakının mərkəzi ərazilərində 5G-ni təqdim edib!
1 fevral 2023 14:03
- BİZ NƏYİ VƏ KİMİ GÖZLƏYİRİK !? Novruz Mirzəliyev yazır
30 yanvar 2023 07:04
- Səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəman kimdir?
27 yanvar 2023 21:04
- Kremlin neft hərisliyi – SSRİ-nin nüvəsini dağıdan Çernobıldan əvvəl...
27 yanvar 2023 16:22
- Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum, ölən var - Video
27 yanvar 2023 12:30
- Talıbovların təkcə bu ölkədə 270 milyonluq mülkü var
26 yanvar 2023 15:47
- “Duşla seyfi sulayırdım ki, içindəki pullar yanmasın” - Bakıda film kimi..
25 yanvar 2023 16:45
Xəbər lenti
- Qanlı gölün və Poxlu dərənin adı dəyişdiriləcək....
03 fevral 18:51
- Məşhur "Poxlu dərə"nin və “Qanlı göl”ün adları dəyişdirilir
03 fevral 18:16
- Baş soxan gömrük rüsumundan azad edildi
03 fevral 16:28
- Azərbaycanda QAYİB-a görə Korrupsiya İdarəsi əməliyyat keçirdi...)))
03 fevral 16:21
- Gözəllik salonundan 12 kq narkotik çıxdı - Foto
03 fevral 13:43
- Rusiya Ukraynada 200 min əsgər itirib
03 fevral 13:26
- Azərbaycanda ilk: Bələdiyyə sədri icra başçısını məhkəməyə verdi
03 fevral 11:26
- Macarıstan XİN başçısı Azərbaycana gəldi
03 fevral 11:16
- Marketlərdə bu tarixdən polietilen torbalar pullu olacaq
03 fevral 09:05
- Nəcməddin Sadıkovun oğlunun şəriki danışdı: SENSASİYA! - FOTOLAR
02 fevral 23:16
- Parlament səs verdi: 10 min uyğur Kanadaya köçürüləcək
02 fevral 18:50
- Rumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi
02 fevral 18:09
- Nərgiz Məhəmmədi Nobel Sülh mükafatına namizəd oldu
02 fevral 16:16
- “Nar” Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib
02 fevral 16:06
- Kamran Əliyev MÜQƏDDƏSİ işdən azad etdi
02 fevral 15:58
- Ermənistan əraziləri işğal etmişdi, Azərbaycan torpaqlarını qaytardıŞOK
02 fevral 14:27
- Dünya universitetlərin reytinqi - Ölkəmiz heç ilk üçminlikdə də deyil
02 fevral 13:12
- İran cəsus şəbəkəsinin “qurbanlıq fanatları”
02 fevral 11:12
- Martda 14 gün iş olmayacaq
02 fevral 10:59
- Ərdoğan İlham Əliyevə “Togg” verəcək
02 fevral 10:41
- Bu gün Gənclər Günüdür
02 fevral 08:20
- Azərbaycanda deputat orta məktəbə direktor təyin olundu
01 fevral 22:58
- Rumıniya Prezidenti sabah Azərbaycana səfər edəcək
01 fevral 22:23
- “Gömrük Komitəsi sahibkarları lazımsız sənədlər içində boğur”
01 fevral 21:58
- Saakaşvilinin son görüntüləri yayıldı - Fotolar
01 fevral 21:41
- Nazir İnterpolun Bakı mərkəzinə yeni rəis təyin etdi
01 fevral 17:44
- Gültəkin Hacıbəyliyə bəraət verildi
01 fevral 16:53
- Polisdən qeydiyyatdan çıxarılma məsələsi parlamentdə qaldırıldı
01 fevral 15:22
- Bakcell Bakının mərkəzi ərazilərində 5G-ni təqdim edib!
01 fevral 14:03
- Sumqayıtda 46 milyon borc qalmaqalı: Fərəcov pulları hara xərcləyib?
01 fevral 12:35
Video & Fotoqalereya
Video
Fotoqalereya